Məhkəmə qərarları › İş №3(3-8)-284/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-284/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-284/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Şamaxı Rayon Məhəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Reqional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası IXM-nin 228-ci maddəsi üzrə təqsirli bilinərək 2600 manat məbləğində cərimə olunmuşdur. O, bu qərarla razı deyil. Belə ki, o, “xxxx” MMC-nin sədridir. Barəsində çıxarılmış inzibati tənbeh etmə barədə qərarı qanunsuz hesab edir. Belə ki, onun inzibati xəta törətməyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Reqional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq protokollaşdırılmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Reqional Ekologiya və Təbii Sərvətlər Idarəsinin işçiləri bu protokolu tərtib edən zaman MMC-nin ərazisində olmuşlar, lakin heç bir qüsur və inzibati pozuntu aşkarlanmamışdır. Yəni ümumiyyətlə, belə bir inzibati xəta tərəfindən törədilməmişdir. Belə ki, onun anbarında müəyyən olunan doğranmış çınqıl 2024-cii ildən anbarında qalan çınqıldır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Reqional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixdə tətib etdiyi akta görə, MMC-yə məxsus anbarda 2400 kub.m. həcmində çeşidlənmiş qum-çınqıl xammalın anbara yığıldığı müəyyən olunmuşdur. Həmin çınqılın istehsalı icazəli olub. Vergisi ödənilib. Onun həmin məhsulu indi də satmaq hüququ vardır. O, 2024-ci il ildən sonra çay yatağından xammal götürməmiş və istehsal etməmişdir. Vaxtilə götürdüyü və bu gün də qanuni hesabatla anbarında olan məhsulun satışına qadağa qoyacaq hər hansı bir qərar da yoxdur. Buna baxmayaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Reqional Ekologiya və Təbii Sərvətlər Idarəsi qanunsuz protokol tərtib edərək və bunun əsasında qanunsuz bir qərar qəbul etmişdir. Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur, hakim tərəfindən qanunvericiliyin tələbləri pozularaq işin bütün faktiki hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmiş, xüsusilə inzibati xəta faktının mövcud olması nəzərə alınmamış, qanun pozmuş şəxsin əməlinə hüquqi qiymət verilməmiş və nəticədə Idarənin qanuni və əsaslı qərarı ləğv edilərək işə xitam verilmişdir. Şəxsin əməlində inzibati xəta tərkibinin açıq-aşkar olmasına baxmayaraq hakim tərəfindən bu hala qiymət verilməmişdir. Belə ki, Şamaxı RPŞ tərəfindən Idarəyə daxil olmuş müraciət əsasında araşdırmalar aparılarkən “xxxx” MMC-in fəaliyyəti zamanı IXM-in 228-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmiş, bununla da MMCin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Belə ki, Şamaxı RPŞ tərəfindən aşkar edilmiş və bu barədə müvafiq tədbir görülməsi üçün Idarəyə ünvanlanmış çınqılı daşınması barədə rəsmi məlumatın Idarənin əməkdaşları tərəfindən araşdırılması zamanı “xxxx” MMC-in rəhbərliyi həmin materialın daşınması və satılması barədə icazəsinin olduğunu, həmçinin həmin materialın əvvəlki illərdə tədarük edilmiş material olduğunu bildirsə də bu barədə hər hansı müvafiq icazə sənədlərini təqdim etməmişdir. Eləcə də, araşdırmalar zamanı “xxxx” MMC-in karxana fəaliyyəti göstərməsi barədə ekoloji normativ sənədlərin müddətinin bitməsi və yeni sənədlərin əldə edilmədiyi müəyyən edilmişdir. Bundan sonra faktla bağlı IXM-in 228-ci maddəsinə əsasən inzibati araşdırma başlanılaraq şəxs barəsində akt və protokol tərtib edilərək inzibati cərimə tətbiq edilmişdir. Qeyd edək ki, istər araşdırmalar zamanı, istərsə də sənədləşmə işləri aparılarkən təqsirkar tərəf proseslərdə iştirak etməmiş, eləcə də, hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə prosesində yuxarıda qeyd edilmiş faktlar tam araşdırılmadan vətəndaşın MMC-ə məxsus karxananın əvvəlki dövrdə fəaliyyəti zamanı depolanmış materialdan istifadə etməsini (bu faktın həqiqətə uyğun olubolmadığı araşdırılmadan), eləcə də, ilkin araşdırmanın RPŞ tərəfindən aparılması nəticəsində Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli **-VQ nömrəli Fərmanının 5.11ci bəndinin pozulduğunu (həmin Fərmana əsasən 228-ci maddə üzrə Ekologiya və Təbii Sərvətlət Nazirliyi tərəfindən deyil Şamaxı RPŞ tərəfindən araşdırma aparıldığı qeyd edilmişdir, hansı ki, fakt üzrə araşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən aparılmışdır) əsas tutaraq Idarənin ##.##.2026-cı il tarixli MN ******* saylı Qərarını ləğv etmişdir. Qeyd etmək lazımdır ki, Idarənin inzibati xəta törətmiş şəxslər barəsində olan cərimə qərarları məhkəmələr tərəfindən ləğv edildikdən sonra inzibati xəta törətmiş şəxslər məhkəmələrin onlara qarşı olan bu “səmimi” mövqeyindən istifadə edərək Idarə tərəfindən verilmiş icrası məcburi olan tələbi yerinə yetirməkdən imtina edir, yenidən inzibati xəta törətməkdə davam edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli dövlət orqanı olaraq keçirdiyi monitorinqlər yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı ölkə ərazisində yaşıllıqların mühafizəsinə nəzarət tədbirlərinin həyata keçirilməsindən və yaşıllıqların məhv edilməsi, zədələnməsi, qanunsuz götürülməsi halların qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsindən ibarət olmuşdur. Lakin işə baxan Şamaxı Rayon Məhkəməsinin hakimi təqsirkar şəxs tərəfin təqdim etdiyi absurd və əsassız sübutlara əsaslanaraq iddia edərək qərarı ləğv etmişdir ki (işə xitam vermişdir), nəticədə “xxxx” MMC-in rəhbəri Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən kənar qalmasına şərait yaranmışdır. Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətmiş və Şamaxı Rayon Məhkəməsində işə baxılarkən hakim tərəfindən işin nəticəsi üzrə düzgün qərar qəbul edilməmiş və səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 228-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı isə tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək bildirmişdir ki, avtomobildə aşkar edilmiş çınqıl onun anbarında qalan çınqıldır və həmin çınqılı da hasil etdiyi dövrdə lisenziyası olmuşdur. Həmçinin o apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş məsləhətçi müfəttiş X1 tərəfindən tərtib edilmiş Inzibati xəta haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokolun surətindən görünür ki, “xxxx” MMC tərəfindən Şamaxı rayonu, Qızmeydan kəndi yaxınlığında qanunsuz olaraq yer təkinə müdaxilə edilərək, qum-çınqıl daşınmasına görə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC tərəfindən Şamaxı rayonu, Qızmeydan kəndi yaxınlığında qanunsuz olaraq yer təkinə müdaxilə edilərək, qum-çınqıl daşınmasına görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, R Ismət Kərimov tərəfindən tərtib edilmiş ##.##.2026-ı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə Şamaxı RPŞnin PPXB-nin polis nəfəri, R Qədir Balayev ilə birlikdə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində xiamətdə olan zaman “Kamaz” markalı, 64-BB625 dövlət qeydiyyat nömrə nişanlı yük maşınına baxış keçirmək məqsədi ilə tərəflərindən saxla işarəsi vermişlər və yük maşınına baxış keçirən zaman maşının yük daşınan hissəsində çınqıl daşımasını aşkar etmişlər, daha sonra vətəndaş barəsində tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. RPŞ-də həmin şəxsin X2 olduğu məlum olmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, ÇBM/****-*** nömrəli bildirişinin surətindən görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi bildirir ki, barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində olan inzibati xəta ilə bağlı işə ##.##.2026-cı il tarixində, saat 10:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsində baxılacaqdır. Inzibati işə baxılması zamanı şəxsən iştirak etməyi və ya səlahiyyətli nümayəndəsinin (şəxsiyyəti təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) iştirakını təmin etməsi xahiş olunur. Iş materialında olan ##.##.2025-ci il tarixli aktdan Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx” MMC-yə məxsus “Yuxarı Pirsaatçay” qum-çınqıl yatağına baxış keçirilən zaman 2400 m3 həcmində çeşidlənmiş qum-çınqıl xammalının anbarlaşdırıldığı müəyyən edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ilkin araşdırma Şamaxı Rayon Polis Şöbəsi tərəfindən aparılmış və daha sonra inzibati xəta haqqında material araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilmiş və həmin idarənin baş məsləhətçi müfəttiş X1 tərəfindən IXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Apellyasiya məhkəməsi onu qeyd edir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli aktla Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx” MMC-yə məxsus “Yuxarı Pirsaatçay” qum-çınqıl yatağına baxış keçirilən zaman 2400 m3 həcmində çeşidlənmiş qumçınqıl xammalının anbarlaşdırıldığı müəyyən edildiyindən və Qərardan şikayət verən orqan (şəxs) izahatlarında saxlanılan avtomobildə aşkar edilmiş çınqılın məhz anbardan qalan çınqıl olmasını bildirdiyindən, həmin çınqılın anbardan deyil, məhz ##.##.2025-ci il tarixdən sonra ərazidən çıxarılması heç bir sübutla təsdiq olunmur. Həmçinin aşkar edilmiş çınqılın fotoçəkilindən də görünür ki, həmin çınqıl çeşidlənmişdir. Həmin çınqılın anbardan olan çınqıl deyil, məhz icazə müddəti bitəndən sonra ərazidən çıxarılan çınqıl olmasını sübut etmə vəzifəsi qərar qəbul edən dövlət orqanının üzərinə düşür. Lakin dövlət orqanı bunu sübut edə bilmir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar