Məhkəmə qərarları › İş №3(3-8)-285/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-285/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-285/2026 15.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, “xxxx” ASC barəsində Azərbaycan Respublikası IXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Amid Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim S.Z.Bayramov ) “xxxx” ASC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Azərbaycan Respublikası Protokol tərtib edən orqanlar tərəfindən “xxxx” ASC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, ## ###### 2026-cı il tarixdə R4 indeksli Quba-Xaçmaz respublika əhəmiyyətli avtomobil yolunun 17-ci km hissəsində Xaçmaz rayonu, Yergüc kənd ərazisindən keçən hissədə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq icazə alınmadan avtomobil yolu üzərindən kommunikasiya, yəni elektrik xətti çəkilməklə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Inzibati xəta haqqında” ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı protokolda göstərilən ünvanda yol hərəkəti təhlükəsizlik qaydaları pozularaq, müfaviq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilməsi, həmin xəttin kimə aid olması və konkret olaraq inzibati xəta varsa onun kim tərəfindən törədilməsi müəyyən edilməmişdir. ******* saylı protokolda inzibati xəta törədən şəxs kimi “xxxx” ASC-nin adı göstərilsə də, inzibati xətanı törədən şəxsin protokolda imzasının olmaması və imzadan imtina barədə qeydin aparılmaması ona dəlalət edir ki, inzibati protokolu tərtib edən AYMX phş-in bölgə rəisi X2 inzibati xətanın konkret olaraq kim tərəfindən törədilməsi barədə mötəbər sübuta malik olmamışlar. Yəni inzibati protokolu tərtib edən şəxs inzibati xəta hesab etdikləri müfaviq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilməsi zamanı orada olmamış, xəttin fiziki və ya hüquqi şəxs tərəfindən çəkilməsi, bu barədə hər hansı bir razılığın olubolmamasını dəqiqləşdirməmişlər. “Inzibati xəta haqqında” protokolda həmin işlərin “xxxx”ASC R4 indeksli Quba-Xaçmaz respublika əhəmiyyətli avtomobil yolunun 17-ci km hissəsində Xaçmaz rayonu, Yergünc kənd ərazisindən keçən hissədə “xxxx” ASC tərəfindən müvafiq icazə alınmadan avtomobil yolu üzərindən kommunikasiya, yəni elektrik xətti çəkilməklə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulması dair düzgün olmayan məlumat yazılmış və heç bir hüquqi əsas olmadan “xxxx” ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdən həmin inzibati xətanın kim tərərəfmdən və nə vaxt törədilməsi bilinmədiyi halda inzibati xətanın “xxxx” ASC tərəfindən törədilməsinin qeyd edilməsi tamamilə əsassızdır. Bunlar onu göstərir ki, protokolun yazılmasında heç kim iştirak etməmiş, həmin protokol barədə Səhmdar Cəmiyyət məlumatsız olmuş və yalnız Xaçmaz Rayon Məhkəməsinin bildirişi “xxxx” ASC-yə daxil olduqdan sonra belə bir protokolun mövcudluğu məlum olmuşdur. Qeyd olunan hallar isə, rəsmi sənəd olan protokola həqiqətə uyğun olmayan məlumatın yazılmasını təsdiq edir ki, bu faktın özü həmin sənədin qanuniliyini şübhə altına alır və hər hansı bir hüquqi nəticəni istisna edir. Mülki Məcəllənin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Mülki Məcəllənin 24-cü maddəsinə əsasən isə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Beləliklə, AYMX phs-in bölgə rəisi X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli “Inzibati xəta haqqında” protokol haqqında “xxxx” ASC-nin heç bir vəzifəli şəxsi tərəfindən nə imza edilmiş, nə də məhkəmə bildirişi daxil olana qədər “xxxx” ASC-nin heç bir vəzifəli şəxsinə məlum olmamışdır. “xxxx” ASC-nin rəhbərliyi və ya heç bir vəzifəli şəxsi tərəfindən R4 indeksli Quba-Xaçmaz respublika əhəmiyyətli avtomobil yolunun 17-ci km hissəsində Xaçmaz rayonu, Yergünc kənd ərazisindən keçən hissədə “xxxx” ASC tərəfindən müvafiq icazə alınmadan avtomobil yolu üzərindən kommunikasiya, yəni elektrik xətti çəkilməklə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozularaq, müfaviq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilməsinə dair heç bir rəsmi, qeyri rəsmi, yazılı və ya şifahi tapşırıq verilməmişdir. Birinci instansiya məhkəməsi “xxxx” ASC-nin rəhbərliyi və ya hər hansı bir vəzifəli şəxsi tərəfindən R4 indeksli Quba-Xaçmaz respublika əhəmiyyətli avtomobil yolunun 17-ci km hissəsində Xaçmaz rayonu, Yergünc kənd ərazisindən keçən hissədə “xxxx” ASC tərəfindən müvafiq icazə alınmadan avtomobil yolu üzərindən kommunikasiya, yəni elektrik xətti çəkilməklə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulması təhlükəsizlik qaydaları pozularaq, müfaviq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilməsinə dair hər hansı bir rəsmi, qeyri rəsmi, yazılı və ya şifahi tapşırıq verilməsinə dair sübut göstərməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin məzmunundan göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi Əhmədov Samir Rizvan oğlu apellyasiya şikayətini müdafiə edərək onu da vurğuladı ki, qanunvericiliyin tələblərinə əsasən avtomobil yollarının altından keçirilən kommunikasiya xəttlərinə görə icazə alınması nəzərdə tutulmuş, hazırkı halda isə vətəndaşın sifarişi əsasında elektrik xətti yolun üzərindən çəkilmişdir. Hesab edirlər ki, inzibati xəta törədilməmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqan – Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidməti publik hüquqi şəxsinin nümayəndəsi nümayəndə1 oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, ümumiyyətlə avtomobil yolu ilə təmasda, istər yolun altından istərsə də yolun üzərindən hər hansı bir kommunikasiya xəttinin keçirilməsi aidiyyəti orqanın razılığı əsasında aparılmalıdır ki, hansı yoldan hansı hündürlüklü iri qabaritli avtomobillərin keçməsi zamanı müvafiq parametrlərin gözlənilməsi zəruridir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ## ###### 2026-cı il tarixdə R4 indeksli Quba–Xaçmaz respublika əhəmiyyətli avtomobil yolunun 17-ci kilometr hissəsində, Xaçmaz rayonu Yergüc kəndi ərazisindən keçən hissədə “xxxx” ASC tərəfindən müvafiq icazə alınmadan avtomobil yolunun təhkim zolağında elektrik xətti çəkilməsi həyata keçirilmiş, bununla da avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Həmin hal Protokol tərtib edən orqanlar tərəfindən aşkar edilərək inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. Apellyasiya şikayətində inzibati xətanın konkret olaraq “xxxx” ASC tərəfindən törədilməsinin sübuta yetirilmədiyi, protokolun cəmiyyət nümayəndəsinin iştirakı olmadan tərtib edildiyi və həmin işlərin kim tərəfindən görülməsinin müəyyən edilmədiyi göstərilsə də, məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan fotoşəkillər, inzibati xəta haqqında protokol, məhkəmə iclasında protokolu tərtib etmiş səlahiyyətli şəxsin izahatı, həmçinin “xxxx” ASC tərəfindən təqdim edilmiş layihə sənədləri ilə müəyyən edilir ki, qeyd olunan ərazidə kommunikasiya xəttinin çəkilməsi bilavasitə “xxxx” ASC-nin fəaliyyəti ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, “xxxx” ASC tərəfindən təqdim olunmuş layihə sənədi həmin ərazidə elektrik xəttinin çəkilməsi işlərinin məhz cəmiyyət tərəfindən həyata keçirildiyini təsdiq edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətin yaranması üçün inzibati xəta haqqında protokolun hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaması barədə apellyasiya şikayətinin dəlili əsassızdır ona görə ki, protokolda “xxxx” ASC-nin nümayəndəsinin protokolu imza etməkdən imtinası da qeyd edilmişdir. Digər tərəfdən protokolda imzanın olmaması özüözlüyündə inzibati xəta hadisəsinin və ya hüquqi şəxsin məsuliyyətinin istisna edilməsi üçün əsas sayıla bilməz. Əsas məsələ inzibati xəta hadisəsinin və həmin əməli törədən subyektin iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmasıdır ki, hazırkı işdə həmin hallar kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya şikayətində “xxxx” ASC rəhbərliyi və ya vəzifəli şəxsləri tərəfindən belə işlərin görülməsi barədə göstəriş verilmədiyi qeyd olunsa da, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün konkret vəzifəli şəxsin ayrıca müəyyən olunması zəruri deyildir. Hüquqi şəxsin fəaliyyəti çərçivəsində həyata keçirilən və onun maraqlarına xidmət edən hərəkətlərə görə hüquqi şəxsin məsuliyyəti istisna olunmur. Iş materialları ilə də müəyyən olunur ki, kommunikasiya xəttinin çəkilməsi “xxxx” ASC-nin fəaliyyət sahəsinə aid olmuş və cəmiyyətin təqdim etdiyi layihə əsasında icra edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin dispozisiyası düzgün tətbiq edilmişdir. Həmin normaya əsasən müvafiq icazə almadan avtomobil yollarının təhkim və mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsi inzibati məsuliyyət yaradır. Həmçinin məhkəmə tərəfindən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq normativ qaydaları düzgün qiymətləndirilmişdir. Iş materialları ilə müəyyən edilmişdir ki, “R” indeksli respublika əhəmiyyətli avtomobil yollarında mühəndis-kommunikasiya xətlərinin hava xətti üsulu ilə keçirilməsinə yol verilmir və belə işlər yalnız normativ qaydalara uyğun xüsusi üsulla və müvafiq razılıq əsasında həyata keçirilə bilər. “xxxx” ASC tərəfindən isə həmin qaydalara əməl olunmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “xxxx” ASC əvvəllər də eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 33.1.2-ci maddəsinə uyğun olaraq təkrar törədilmə məsuliyyəti ağırlaşdıran hal kimi düzgün nəzərə alınmışdır. Tətbiq edilmiş 3500 manat məbləğində inzibati cərimə törədilmiş inzibati xətanın xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun olmaqla ədalətli hesab edilir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məsuliyyətdən yayınmaq üçün gətirilən arqumentlər olmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” ASC-nin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, quvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan normaların pozulması ilə müşayət olunan hərəkətlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan “xxxx” ASC-yə törətmiş olduğu inzibati xətalara görə inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi əsaslı olmuşdur. Həmin qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı). IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan “xxxx” ASC-nin Azərbaycan Respublikası IXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3500 manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “xxxx” ASC-nin nümayəndəsi Amid Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar