Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-287/2026 15.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil İltifat qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, ərizəçi Zərərçəkmiş şəxs İlqar qızının müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, 2(006)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsi ev 3-də yerləşən cavabdehin fərdi yaşayış evində saxlanılan ərizəçi Zərərçəkmiş şəxs İlqar qızına məxsus 3200 manat dəyərində yataq dəsti (yataq, dolab, termo, 2 ədəd tumba, 1 ədəd matras, stol), 750 manat dəyərində iki pəncərə üçün kapselladan pərdə, 300 manat dəyərində 1 ədəd böyük xalça, 120 manat dəyərində 1 ədəd orta xalça, 50 manat dəyərində 1 ədəd kiçik xalça, 150 manat dəyərində lüstur, 250 manat dəyərində döşək dəsti (yorğan, döşək 3 ədəd yastıq), 260 manat dəyərində iki ədəd pakraval, 400 manat dəyərində 8 ədəd taxt üçün pastel dəsti, 200 manat dəyərində 20 ədəd məhraba (16 əlüz üçün 4 bədən üçün), 50 manat dəyərində dəst çay dəsmalı, 40 manat dəyərində iki ədəd taxt üçün naçnik, 220 manat dəyərində kuklalar, 400 manat dəyərində yun döşək, yorğan, 4 ədəd tük yastıq, 100 manat dəyərində ütü, 160 manat dəyərində ət maşını, 500 manat dəyərində şəxsi əşyalar yəni paltarlar, sumkalar, ayaqqabılar ümumi dəyəri 7150 manat dəyərində olan cehiz əmlakların üzərinə həbs qoyulmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədini hazıradək icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla tanış olaraq imzalamışdır. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil İltifat qızına müvafiq olaraq 33 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra sənədi və onun tələbləri barədə ona heç bir qaydada rəsmi məlumat verilməmiş və bu səbəbdən icranın qəsdən yerinə yetirilməməsi kimi qiymətləndirilməsi əsaslı deyildir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil İltifat qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 çıxış edərək icra sənədinin icra olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə aşağıdakıları qeyd edir: Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, ərizəçi Zərərçəkmiş şəxs İlqar qızının müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, 2(006)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsi ev 3-də yerləşən cavabdehin fərdi yaşayış evində saxlanılan ərizəçi Zərərçəkmiş şəxs İlqar qızına məxsus 3200 manat dəyərində yataq dəsti (yataq, dolab, termo, 2 ədəd tumba, 1 ədəd matras, stol), 750 manat dəyərində iki pəncərə üçün kapselladan pərdə, 300 manat dəyərində 1 ədəd böyük xalça, 120 manat dəyərində 1 ədəd orta xalça, 50 manat dəyərində 1 ədəd kiçik xalça, 150 manat dəyərində lüstur, 250 manat dəyərində döşək dəsti (yorğan, döşək 3 ədəd yastıq), 260 manat dəyərində iki ədəd pakraval, 400 manat dəyərində 8 ədəd taxt üçün pastel dəsti, 200 manat dəyərində 20 ədəd məhraba (16 əlüz üçün 4 bədən üçün), 50 manat dəyərində dəst çay dəsmalı, 40 manat dəyərində iki ədəd taxt üçün naçnik, 220 manat dəyərində kuklalar, 400 manat dəyərində yun döşək, yorğan, 4 ədəd tük yastıq, 100 manat dəyərində ütü, 160 manat dəyərində ət maşını, 500 manat dəyərində şəxsi əşyalar yəni paltarlar, sumkalar, ayaqqabılar ümumi dəyəri 7150 manat dəyərində olan cehiz əmlakların üzərinə həbs qoyulmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədini hazıradək icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla tanış olaraq imzalamışdır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ##.##.2026-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə tələblər yerinə yetirilmiş, buna görə icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar biri bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda icra sənədi icra olunmuş və icra sənədinə xitam verilmişdir. Buna görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil İltifat qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil İltifat qızına müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-287/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-287/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver