Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-288/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, nәqliyyat vasitәlәrini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılmışdır (hakim Günel Ismayılova). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 10:10-da “CHEVROLET CRUZE MINIK” markalı **-CP-*** dövlәt qeydiyyat nişanlı avtomobili sәrxoş halda idarә etmişdir. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, ilk dәfә inzibati xәta törәtmәsini, himayәsindә iki azyaşlı övladının olmasını, gәlir yerinin yalnız taksi fәaliyyәti olmasını nәzәrә alaraq, barәsindә cәrimә tәnbehinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi onun yalnız taksi fәaliyyәti ilә qazanc әldә etmәsini, himayәsindә iki azyaşlı övladının olmasını nәzәrә almadan onun nәqliyyat vasitәlәrini idarә etmәk hüququnu 06 (altı) ay müddәtinә mәhdudlaşdırmışdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtini müdafiә edәrәk, ilk dәfә inzibati xәta törәtmәsini, himayәsindә iki azyaşlı övladının olmasını, gәlir yerinin yalnız taksi fәaliyyәti olmasını nәzәrә alaraq, barәsindә cәrimә tәnbehinin tәtbiq edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Sumqayıt şәhәr Polis Idarәsinin dövlәt yol polisi şöbәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә şikayәt üzrә mәhkәmә baxışının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, inzibati xәta haqqında ##.##.2026-cı il tarixli IXP ******* nömrәli protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 10:10-da “CHEVROLET CRUZE MINIK” markalı **-CP-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 329.1 vә 333.1-ci maddәlәrindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi müәyyәn edilmişdir. Iş materiallarında olan sәrxoşluq vәziyyәtini müәyyәn etmәk üçün tibbi müayinәyә göndәrmәk haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, sürücüdә hәmin tarixdә saat 10:10-da 0,364 promil alkoqol sәrxoşluğu vәziyyәti müәyyәn olunmuşdur (Alcovisor Jupiter X-nin müayinә nәticәsi). Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş ##.##.2026-cı il tarixli, **** nömrәli sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi aktından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin tarixdә saat 12:45-dә müayinәdә olmuş vә onda alkoqol sәrxoşluq vәziyyәti olmaması ilә bağlı rәy verilmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında protokol tәrtib etmiş şәxs tәrәfindәn tәqdim edilmiş video görüntüyә baxış keçirilmiş, sәs yazıları dinlәnilmiş vә müәyyәn edilmişdir ki, ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs saat 10:10-da saxlanılmış, saat 10:17-dә polis әmәkdaşının avtomobilindә olarkәn, polis әmәkdaşının ondan spirtli içki qoxusunun gәldiyini, o da axşam üç bakal pivә içdiyini söylәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis әmәkdaşına spirtli içki içmәsinә dair protokol yazmamasını, günә 25 manata işlәdiyini, avtomobilindә adam olduğunu, hәr dәfә içki içmәdiyini, kömәklik göstәrmәsini xahiş etmişdir. Polis әmәkdaşı ona avtomobili cәrimә meydançasına aparacağını, o da avtomobilin taksi olduğunu, onun әlindәn alacaqlarını, protokol yazmamasını, ona kömәk etmәsini bildirmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Göründüyü kimi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 0,364 promilli spirtli içki qәbul edәrәk, ##.##.2026-cı il tarixdә, saat 10:10-da “CHEVROLET CRUZE MINIK” markalı **-CP-*** dövlәt qeydiyyat nişanlı avtomobili avtomobili idarә edәrәk, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq, hazırki iş üzrә inzibati xәta haqqında protokol, xüsusi texniki vasitә olan alkotesterin nәticәsi, tәqdim edilmiş video görüntü vә sәs yazılarını sübut kimi qәbul etmiş vә hәmin sübutlar әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi qәnaәtinә gәlmiş vә inzibati xәtanın xarakterini, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin şәxsiyyәtini, tәqsirinin dәrәcәsini nәzәrә alaraq, barәsindә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması tәnbeh növünü tәtbiq etmişdir. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn tәyin olunmuş nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması tәnbeh növünü törәdilәn inzibati xәtaya adekvat hesab edir vә hәmin tәnbeh növünün cәrimә ilә әvәz edilmәsinә dair dәlillәrini әsassız hesab edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Hәmin Mәcәllәnin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR IXM-nin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun 06 (altı) ay müddәtә mәhdudlaşdırılmasına dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәsi, barәsindә seçilmiş nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması inzibati tәnbeh tәdbirinin cәrimә tәnbeh tәdbiri ilә әvәz edilmәsi üçün әsas bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-288/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-288/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver