Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-289/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә üzrә Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim X.Quliyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Vәkil qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn apellyasiya şikayәti verilmişdir. Buna dair dә Xaçmaz rayon İcra vә Probasiya şöbәsinә mәlumat verilmişdir. Buna baxmayaraq, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs könüllü surәtdә ##.##.2025ci il tarixdәn hәr ay 260 manat miqdarda qarşı tәrәfә aliment ödәmәyә başlamışdır. Bu ardıcıllıq 10 ay davam etmiş, 2026-cı ilin mart vә aprel aylarında bu mәblәğ 500 manat, cәmi 1000 manat tәşkil etmişdir. Bütün bunlara baxmayaraq Xaçmaz rayon İcra vә Probasiya şöbәsinin icra mәmuru Kamil Xanәhmәdov vәtәndaşı bir bәhanә ilә Xaçmaz Rayon Mәhkәmәsinә apararaq 500 manat cәrimә etdirmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs könüllü şәkildә aliment ödәmәyә başlamış, mәhkәmәnin vә icranın bütün çağırışlarına vaxtı-vaxtında gәlmiş vә nizam intizam sәrgilәmişdir. Mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bir ildәn artıq olan ödәnişlәrini nizamlı, intizamlı vәtәndaş olmasınınәzәrә almadan heç bir araşdırma aparmadan qanunsuz vә әsassız tәqdimatı tәmin edәrәk qanunsuz olaraq әdalәtsiz qәrar bir qәrar qәbul etmişdir. Halbuki vәtәndaş mәhkәmә araşdırması davam etmәsinә, apellyasiya şikayәti vermәsinә baxmayaraq aliment borcunu hәr ay vaxtında ödәyir. Mәhkәmә icra mәmurunun әsassız mülahizәlәrinә әsaslanaraq әdalәtsiz bir qәrar qәbul etmәklә borclunun maddi yükünü bir az da ağırlaşdırmışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçısını dinlәyib, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ###### 2019-cu il tәvәllüdlü X3 vә ## ######## 2022-ci il tәvәllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ##.##.2025-ci il tarixdәn başlayaraq Mәmmәdova Arzu İbrahim qızının xeyrinә sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 1.875 misli hәddindә sabit pul mәblәğindә aliment tutulması qәt edilmiş, mәhkәmә qәtnamәsi üzrә verilmiş icra sәnәdi ## ###### 2026-cı il tarixdә Xaçmaz rayon İcra vә Probasiya şöbәsinә daxil olmuşdur. Qeyd olunan icra sәnәdi üzrә tәlәbin könüllü icrasına dair bildiriş tәqdim edilmişdir. İcra sәnәdi üzrә müәyyәn edilmişdir ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hazırda tәlәbkar X2 olan aliment borcu aliment ## ###### 2025-ci il tarixdәn hesablandığından 18.000 manat civarında tәşkil edir. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin dizpozisiyasında, icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә inzibati tәnbeh tәdbiri nәzәrdә tutulmuşdur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası qaydaları vә şәrtlәri “İcra haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә tәnzimlәnir. İcra haqqında qanunvericilikdә mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası vәzifәsi icra mәmurunun üzәrinә qoyulmuşdur vә sonuncunun bununla әlaqәdar tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә qәtnamәsinin vә ya digәr mәhkәmә qәrarının icra edilmәmәsinin tәhlükәliliyi ondan ibarәtdir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını icra edilmәdikdә pozulmuş hüquqların bәrpası, dәymiş ziyanın ödәnilmәsi qeyri-mümkün olur vә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı dövlәt adından çıxarılmış qәrarlar kağız üzәrindә qalır. Digәr tәrәfdәn bu әmәllә demokratik cәmiyyәt vә әdalәt mühakimәsinin fundamental hüquqlarından biri olan әdalәtli mәhkәmә araşdırması hüququ real mahiyyәt kәsb etmәyәn xәyali bir hüquqa çevrilir. Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ###### 2019cu il tәvәllüdlü X3 vә ## ######## 2022-ci il tәvәllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ##.##.2025-ci il tarixdәn başlayaraq Mәmmәdova Arzu İbrahim qızının xeyrinә sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 1.875 misli hәddindә sabit pul mәblәğindә aliment tutulması qәt edilmişdir. Hәmin qәtnamәnin icra edilmәmәsi nәticәsindә aliment üzrә borc yaranmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәtnamәnin apellyasiya qaydasında mübahisәlәndirәrәk, aliment üzrә ödәnişlәr etdiyini bildirsә dә, aliment üzrә mәhkәmә qәtnamәlәri dәrhal icra edilmәli olan mәhkәmә aktı olduğundan, şikayәtin dәlili onun aliment üzrә öhdәliyini istisna etmir. Belә olan halda isә aliment üzrә öhdәliyin icrası tәmin edilmәmәlidir. Uşaqlarının saxlanılması üçün müәyyәn edilәn mәblәğin tam ödәnilmәmәsi, icra sәnәdi üzrә icra mәmurunun mәhkәmә qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi kimi dәyәrlәndirilir. Bu isә mәhkәmә aktı ilә müәyyәn edilmiş öhdәliyin icra edilmәmәsinә görә onun mәsul olması qәnaәtini formalaşdırdığından, mәhkәmә aktının icra edilmәmәsi onun әmәlindә inzibati xәta tәrkibinin olduğunu tәsdiq edir. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Belә olan halda borclu şәxs tәrәfindәn icra sәnәdi üzrә öhdәliyin icra edilmәmәsi nәticәsindә mәhkәmә aktının icrasının tәmin edilmәmәsi müәyyәn edilir ki, apellyasiya instansiya mәhkәmәsi borclu şәxs barәsindә inzibati tәnbeh tәdbirinin görülmәli olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir. İnzibati xәtanın xarakteri nәzәrә alınarsa apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta üzrә gәlinәn nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsinә dair apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-289/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-289/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver