Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-290/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X5nun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sənan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilmişdir. (hakim Sərxan Səmədzadə) İşin halları: Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmə tərəfindən yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərardan zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, uşağı yalnız Xaçmaz rayon İcra və Probassiya Şöbəsində onun yanında görə bilər, uşağı heç vaxt tək ona verməyəcək və uşağı evinə apara bilməz. Birinci instansiya məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati məsuliyyət tədbiri görmək əvəzinə onun qanunsuz əməllərinə haqq qazandırmaqla inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. O, uşağın atası olaraq onunla görüşə bilmir. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətinə etiraz edərək, Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və şikayətçi Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini tədqiq edərək tərəfi .dinləyib aşağıda qeyd olunanlara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, məhkəmə iş üzrə icraata xitam verilməsinə dair yekun nəticəyə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi nəzərdə tutulduğu halda məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun tələblərini yerinə yetirməməsini sübuta yetirə bilməmiş və bununla bağlı məhkəməyə kifayət qədər sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən və üzürsüz olaraq törətməsi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materialında olan Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs Ayaz oğlunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, müvəqqəti təminat tədbiri qismində ərizəçi Zərərçəkmiş şəxs Ayaz oğlunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birgə nikahından olan uşağı- ## ### 2018-ci il təvəllüdlü X1 ilə gecə qalmamaq şərti ilə hər həftənin şənbə və bazar günü saat 11:00dan 17:00-dək görüşüb ünsiyyətdə olması hüququ (qaydası) təmin edilmişdir. Bununla bağlı icra vərəqəsi verilmiş və icra edilməsi üçün icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan və bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, icra sənədinin icrası ilə bağlı ##.##.2026-cı il tarixə saat 15:00-a icra tədbiri təyin olunmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində olması, qərarın icrasının təmin edilməsi, əks təqdirdə həərəkətlərinin məhkəmə qərarının icrasından boyun qaçırmaq kimi qiymətləndirilməsi qeyd edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs azyaşlı övladı P.Paşayevlə ünsiyyətdə olması ilə bağlı icra tədbiri təyin olunmuş, icra tədbiri Xaçmaz Regional Ədliyyə İdarəsinin inzibati binasında ##.##.2026-cı il tarixdə saat 15:00-a təyin olunmuş, tələbkar Zərərçəkmiş şəxs azyaşlı övladı P.Paşayevlə qısamüddətli ünsiyyətdə olmuş və ünsiyyət baş tutmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, ilkin vaxtlar övladı atası ilə sərbəst ünsiyyətdə olmuş, lakin övladı sonradan təsir vasitələrinə əsasən atası ilə görüşmək istəməmişdir. Məhkəmə qərarına hörmətlə yanaşır və icrasından yayınmamışdır. Əgər övladı atası ilə görüşmək istəyirsə heç bir zaman maneçilik tərətməyəcəkdir. İşin bütün yuxarıda sadalanan hallarına baxmayaraq icra məmuru heç bir qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə o da qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sənan qızının əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrası zamanı üzürsüz səbəbdən yayınma kimi hərəkətlər aşkar edilməmişdir, belə ki, o, icra sənədinin icrası ilə bağlı ##.##.2026 il tarixdə icra məmuruna verdiyi izahatda ilkin vaxtlar övladının atası ilə sərbəst ünsiyyətdə olduğunu, lakin övladının sonradan təsir vasitələrinə əsasən atası ilə görüşmək istəmədiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını, onun icrasından yayınmadığını, əgər övladı atası ilə görüşmək istəyərsə heç bir zaman maneçilik tərətməyəcəyini bildirmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini material üzrə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsi üçün əsaslar yoxdur. İXM-nin 528.1-ci maddəsinin tələbinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin həkərlərini davam etdirmiş olsun. İXM-nin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən təqdim olunmuş və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından qəsdən və üzürsüz olaraq boyun qaçırmasını təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sənan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sənan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-290/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-290/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver