Məhkəmə qərarları › İş №3(3-8)-291/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-291/2026

09.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-291/2026 09.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Məmmədov Tural Məhərrəm oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 30 gün müddətinə inzibati qaydada həbs olunmasına dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati xətaya dair ##.##.2026-cı il tarixli protokollar tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsi qadağan olunmuş marixuana vasitələrdən istifadə etmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-ci il tarixdə içkil vəziyyətdə küçədə ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həbs etmənin əvvəlinin ## ##### 2026-cı il, saat 20:10-dan hesablanması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərazi narkoloji tibb müəssisəsində proflaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Qərardan narazı qalan müdafiəçi Vəkil şikayət verərək Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə saxlandığı 10 gün müddət nəzərə alınıb inzibati həbs müddətinin qalan hissəsindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gələcəkdə bir daha qanun pozuntusuna yol verməyəcəyini bildirmişdir və bu hal onun islah olunmasından xəbər verir. Rəvan 2003-cü il təvəllüdlüdür. Onun yaşının gənc olması və əməlindən peşman olması nəzərə alınmalıdır. O bildirmişdir ki, çox qorxduğu üçün YPX əməkdaşlarından qaçmış və tabe olmamağa çalışmışdır. Bir daha qanun pozuntusuna yol verməyəcəyini qətiyyətlə bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anası ilə birlikdə yaşayır. Onun həbsi 85 yaşlı anasını dərindən sarsıtmışdır və o evdə tək köməksiz vəziyyətdə qalmışdır. Atası rəhmətə getmiş, yaşlı anası isə onun himayəsindədir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını və Abşeron Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlandığı müddət nəzərə alınıb cəzasının qalan hissəsindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, müdafiəçinin izahatını dinləyib, iş materialları ilə şikayətin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, № ******* nömrəli inzibatı qaydada tutma haqqında protokoldan görünür ki, ##.##.2003-cü ildə ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Salari” Yk, fərdi evdə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ## ##### 2026-ci il tarixli, **** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X4-X3 haqqında rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji tibb müəssisəsində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ##.##.2026-cı il tarixli, № */***** saylı sərxoşluq hallarının növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verən birinci instansiya məhkəməsi törədilən xətaların məcmusunun ciddiliyini nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində törətdiyi hər bir xətanın xarakteri, yüngülləşdirici halı və ağırlaşdıran halları nəzərə alınmaqla, inzibati həbs tənbehinin tətbiqini mütənasib və ədalətli hesab etmişdir. Apellyasiya məhkəməsi törədilmiş xətaların xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməsi, onun şəxsiyyətini xarakterizə edən hallar, təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 30 gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində 30 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmış, istər inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilməklə tətbiq edilmiş inzibati tənbeh əmələ adekvat olmuşdur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə saxlandığı 10 gün müddət nəzərə alınmaqla inzibati həbs müddətinin qalan hissəsindən azad olunması barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlilləri Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, bu səbəbdən də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Məmmədov Tural Məhərrəm oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 3 iş saatına görə 33 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 30 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi yardım göstərilməsinə görə onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Məmmədov Tural Məhərrəm oğluna ödənilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar