Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-293/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti * saylı X6 nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim A.S.Qasımov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti * saylı X6 məsləhətçi müfəttişi nümayəndə2 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ## ###### 2026-cı il tarixdə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evində formalaşan tullantı sularının Abşeron suvarma kanalına axıdılması faktı müəyyən edilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə aparılan icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərar onun mənafelərinə tamamilə ziddir. Belə ki, su və kanalizasiya şəbəkəsinə qoşulma ondan əvvəlki mülkiyyətçi işlədiyi dövrdə olmuşdur. Həmin su və kanalizasiya şəbəkəsini heç kim zədələməmişdir. Əgər həqiqətən su və kanalizasiya xəttinə qoşulma zamanı belə bir fakt mövcud idisə sual olunur nə üçün o zaman bu təşkilat köhnə mülkiyyətçi barəsində protokol tərtib etməmişdir? Ondan əvvəlki mülkiyyətçinin adına müqavilə olmuşdur. Onun adına müqavilə olmadığını bəhanə edərək inzibati xəta törədilməsinə görə onun adına protokol tərtib edən təşkilatdan soruşmaq lazımdır ki, əgər su və kanalizasiyadan istifadəsini qanunsuz hesab edən idarə nə üçün bu vaxta qədər onun tərəfindən ödənilmiş kommunal xərcləri qəbul etmişdir? Nə üçün həmin idarə ona onlarla yeni müqavilə bağlanması barədə bu vaxta qədər heç bir xəbərdarlıq etməmişdir? Onun adına müqavilənin olmamasını bəhanə edib protokol tərtib edən * saylı X6 haqlıdırsa nə üçün keçmiş mülkiyyətçinin adına olan sayğaca, “qanunsuz “ hesab etdiyi ödənilmiş pul məbləğini geri qaytarmayır? Məntiqi cəhətdən belə görünür ki, həmin təşkilat iki dəfə ondan pul qoparmaq istəyir. Ona görə hesab edir ki, o heç bir inzibati xəta törətməmişdir. Məhkəmə isə bu faktları araşdırmamış və yuxarıda adı qeyd edilən idarənin heç bir əsası olmayan, qanunsuz və formal tərtib olunmuş protokolunu təmin etmişdir. Hesab edir ki, məhkəmə qəbul edilmiş inzibati xəta haqqında qərarı əsaslandıra bilməmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs olmasının necə müəyyən edilməsi aydın deyil, yəni, onun barəsində vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi protokol tərtib edilməli idi. Onu da qeyd edir ki, tərtib olunan protokol da əsassızdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu vaxtadək mütəmadi ödənişlər etmişdir, qurum tərəfindən də ödənişlər qəbul edilmişdir. Əgər qanunsuz qoşulma faktı mövcud idisə, ödənişlər qəbul edilməməli idi. Sözügedən obyektə dair 2024-cü il tarixli çıxarış və 2020-ci il tarixli əvvəlki mülkiyyətçinin bağladığı müqavilə mövcuddur. Ödənişlər də məhz həmin müqavilə əsasında həyata keçirilirdi. Sözügedən obyekt ilə çirkab suların axıdıldığı istinad edilən göl arasında xeyli məsafə vardır. Müqavilə üzrə ödəniş edən və xəttə qoşulmuş vətəndaşın axıntının son mənzilini axtarmaq kimi vəzifəsi yoxdur. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti * saylı X6 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə əlavə olaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəmil Dadaşovla bağlanmış müqaviləni təqdim etmiş, lakin bu müqavilənin kanalizasiya xəttinə qoşulma ilə bağlılığını sübut edə bilməmişdir. Qeyd edir ki, əgər mərkəzləşdirilmiş kanalizasiya xətti yoxdursa, vətəndaşın xəttə qoşulması texniki şərt, qoşulma aktı ilə həyata keçirilməlidir. Müvəqqəti istifadə üçün təmizləyici qurğu quraşdırılmalı, yaxud da şambo qoyulmalıdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 78-ci maddəsinə əsasən, tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Içməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. “Şahsaray” şadlıq sarayı kanalizasiya borusuna qoşulmuş və həmin boru vasitəsilə çirkab suları axıdılması qadağan olunan yerə axıdılır. Sözügedən borunun kim tərəfindən çəkilməsi, qeyri-yaşayış sahəsinin ora kim tərəfindən qoşulduğunu bilmir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, toplanmış sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmamışdır. Iş materiallarından görünür ki, inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli protokolda ##.##.2026-cı il tarixdə Ceyranbatan qəsəbəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evində formalaşan tullantı sularının Abşeron suvarma kanalına axıdılması faktı öz əksini tapmış, nəticədə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsAzərbaycan Respublikasının IXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi göstərilmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi tərəfindən təqdim edilmiş ## #### 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisələndirilən qeyri-yaşayış binasını və torpaq sahəsini əvvəlki mülkiyyətçi X1 əldə etmişdir. Müdafiə tərəfi həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında obyektin kommunikasiya xətlərinə qoşulmasının əvvəlki mülkiyyətçi dövründə həyata keçirildiyini, sonrakı dövrdə isə həmin obyekt üzrə kommunal ödənişlərin qəbul edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş sənədlərdən, o cümlədən “Su təchizatı və tullantı sulkarının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə vəə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən “Azərsu№ ASC-nin Abşeron Sukanal Idarəsi, digər tərəfdən F/Ş Dada.ov Cəmil Xıdır oğlu arasında bağlanılmaqla müqavilənin predmetini – Müəssisənin su təchizatı sistemindən istehlakçının təlabatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜIST2874-82 Dövlət Standartının tələblərinə uyöun məişət (təsərrüfat) – içməlivə istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliuklərini müəyyən etməsi təşkil edir. Məhkəmə hesab edir ki, qeyd olunan dəlillər iş üzrə əhəmiyyətli olmaqla birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Xüsusilə, obyektin su və kanalizasiya şəbəkəsinə qoşulmasının nə vaxt, kim tərəfindən və hansı əsaslarla həyata keçirilməsi, aşkar edilmiş xəttin əvvəlki mülkiyyətçi dövründən mövcud olub-olmaması, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin hərəkətlərlə birbaşa əlaqəsinin olub-olmaması müəyyən edilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin ## ### 2026-cı il tarixli iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1 izahatında “Şahsaray” şadlıq sarayının müəyyən edilmiş kanalizasiya borusuna qoşulduğunu bildirsə də, həmin borunun kim tərəfindən çəkildiyini və obyektin həmin xəttə kim tərəfindən qoşulduğunu bilmədiyini göstərmişdir. Bu isə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin əməli ilə aşkar olunmuş pozuntu arasındakı səbəbli əlaqənin əlavə araşdırılmasını zəruri edir. Azərbaycan Respublikası IXM-nin tələblərinə görə, inzibati məsuliyyət yalnız şəxsin təqsiri sübuta yetirildiyi halda tətbiq oluna bilər. Mövcud sübutlar isə iş üzrə əhəmiyyət kəsb edən bütün halların tam müəyyən edilməsinə imkan vermədiyindən, həmin çatışmazlıqlar apellyasiya instansiyası məhkəməsində aradan qaldırıla biləcək xarakter daşımır. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Iş üzrə əhəmiyyətli hallar tam araşdırılmadığından, birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2020-ci il tarixli müqavilənin mübahisələndirilən Ceyranbatan qəsəbəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Şahsaray” şadlıq evinə aidiyyətinin müəyyən edilməsi istiqamətində əlavə sübutların tədqiqi və qiymətləndirilməsi zərurəti yarandığından qərar ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında işə baxılarkən iş üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalı, tərəflərin təqdim etdiyi materiallara hüquqi qiymət verilməlidir. Belə ki, IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən xüsusatlar aydınlaşdırılmadan barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməlində inzibati xətanın olubolmaması qənaətinə gəlinməsi mümkün olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmin xüsusatların apelyasiya instansiya məhkəməsində müəyyənləşdirilməsi sonradan gəlinən nəticənin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsini mümkünsüz edəcəyindən ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırki qərarda qeyd olunanlarla yanaşı, işin digər zəruri halları araşdırılmalı, nəticəsindən asılı olaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Belə ki, IXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana göndərilməsi haqında qərar qəbul edilir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının IXM-nin 134.1.4 və 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X4 Xidməti * saylı X6 məsləhətçi müfəttişi nümayəndə2 tərəfindən Azərbaycan Respublikası IXM-nin 264.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokola yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-293/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-293/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver