Məhkəmə qərarları › İş №3(3-8)-294/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-294/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-294/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Baş Dövlәt Yol Polis İdarәsi tәrәfindәn qәbul edilәn EQ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 (bir yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan Abşeron Rayon Mәhkәmәsinә şikayәt verәrәk, qәrarın lәğv edilmәsi, barәsindә yazılmış cәrimәnin etibarsız hesab olunması vә 3 balın sistemdәn silinmәsini mәhkәmәdәn xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, DYP әmәkdaşının tәrtib etdiyi protokol qanunsuzdur vә bununla bağlı mәhkәmәyә müraciәt etmәk mәcburiyyәtindә qalmışdır. Bildirir ki, 1999-cu ildәn Bakı şәhәrindә avtomobil idarә edir, ali tәhsilli olmaqla nizam-intizamlıdır. DYP-nin “Siqnal” idarәsinin vә Nәqliyyat Agentliyinin qoyduğu nişan vә tәlәblәrә ciddi riayәt edir. Dәfәlәrlә DYPnin 902 çağrı mәrkәzinә müraciәt etsә dә, cavab verilmәmişdir. Mәcburiyyәt qarşısında DİN-in “102” xidmәtinә mәlumat vermişdir. BDYP İdarәsinin rәisi Ramiz Zeynalovun adına rәsmi mәktub ünvanlasa da, yenә dә müraciәtinә baxılmamışdır. Ona mәxsus olan **-RX-*** dövlәt qeydiyyat nişanlı “Mitsubishi ASX” markalı avtomobillә ##.##.2026-cı il tarixdә, saat 18:33 radәlәrindә Nәsimi rayonu, M.Cәfәrov küçәsindә hәrәkәtdә olarkәn guya Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә әsasәn yolayrıcını keçmә qaydalarını pozduğu iddia edilәrәk TŞK vasitәsilә çәkiliş aparılmışdır. Avtomobili özü idarә etmiş, lakin protokol sonradan etibarnamә ilә hәyat yoldaşı X1 adına tәrtib olunmuşdur. Mәhkәmәyә müraciәt etdikdәn sonra bildirdilәr ki, protokolu onun adına keçirib yenidәn müraciәt etmәlidir. Foto vә video görüntülәrdәn aydın görünür ki, svetoforun yaşıl işığında hәrәkәt etmiş, qarşısına hәrәkәtdә olan “Qazel”, “Ford” vә digәr avtomobillәr çıxdıqda qәza törәtmәmәk üçün sürәti azaltmışdır. Ardınca skuterlә hәrәkәt edәn şәxs keçdiyi üçün onu vurmamaq mәqsәdilә dayanmış, nәticәdә avtomobil sarı zolaqda qalmışdır. Bu hal qanunvericilikdә “mәcburi vәziyyәt” kimi nәzәrdә tutulur. Yәni qәzanın qarşısını almaq mәqsәdilә bu cür hәrәkәt etmәk qanunidir. Foto vә video sübutlardan da görünür ki, tıxac şәraitindә 5-7 avtomobilin iştirakı ilә qәza şәraiti yaranmış vә o, mәcbur vәziyyәtdә qalmışdır. Buna baxmayaraq, TŞK vasitәsilә tam qanunsuz şәkildә protokol tәrtib olunmuşdur. BDYP-nin inspektoru Abdulla Zeynalov da video görüntülәrә baxaraq vәziyyәtin şahidi olmuşdur. BDYPnin rәisi Ramiz Zeynalovun vә müavinlәrinin qәbuluna düşmәk istәsә dә, hәr dәfә “işdә yoxdur”, “tәdbirdәdir” deyәrәk onu qәbul etmәmişlәr. Əlavә olaraq bildirir ki, maddi vәziyyәti çәtindir, kommunal xәrclәri güclә ödәyir. Qanunsuz cәrimәlәri ödәmәk imkanı yoxdur. Bu kimi neqativ halların qarşısının alınmasını üçün ##.##.2026-cı il tarixli EQ ******** nömrәli inzibati protokolun lәğv edilmәsini, tәrtib edilmiş 100 manat cәrimәnin etibarsız hesab olunmasını vә yazılmış 3 cәrimә balının sürücülük vәsiqәmin sistemindәn silinmәsi barәdә qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı (hakim A.Qasımov) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, Baş Dövlәt Yol Polis İdarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması, şikayәt digәr hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, işin yenidәn baxılması üçün hәmin orqana qaytarılması ilә razılaşmır. Birinci instansiya mәhkәmәsi iş üzrә qәrarın tam deyil, yalnız qismәn tәmin edilmiş vә materialların yenidәn araşdırılması üçün DYP orqanına göndәrilmәsi obyektiv, әdalәtli deyildir. Çünki DYP orqanı öz qәrarını lәğv etmәmәyә çalışır vә mәsuliyyәti yenidәn mәhkәmәnin üzәrinә yönәldir. Hadisәnin foto vә video sübutları açıq şәkildә göstәrir ki, DYP qәrar EQ 34048932 әsasızdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Baş Dövlәt Yol Polis İdarәsi tәrәfindәn qәbul ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) ona mәxsus **-RX-*** dövlәt qeydiyyat nişanlı, “MİTSUBİSHİ ASX minik” markalı avtomobili idarә edәrkәn yol ayrıcını keçmә qaydalarını pozmuşdur. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsinin 11-ci bәndinә görә yolayrıcı – yolların bir sәviyyәdә hәr hansı kәsişmәsi, birlәşmәsi vә ya şaxәlәnmәsi, o cümlәdәn bunların әmәlә gәtirdiyi әrazidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olması, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә mәsuliyyәt yaradır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. İnzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. İnzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir (Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8.1, 8.2, 8.3-cü maddәlәri). İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, E.Babayev tәrәfindәn mübahisәlәndirilәn inzibati tәnbeh vermә haqqında qәrara görә o, yol ayrıcını keçmә qaydalarını pozmuşdur. O, mәcburi şәkildә ani tormozlama etdiyini, hadisәnin onun iradәsindәn asıl olmadan baş verdiyini, әmәlindә inzibati xәta tәrkibinin olmadığını mübahisәlәndirmişdir. Şәxs barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn qәbul edilmiş qәrarın әsaslandırılması müәyyәn edilmir. İnzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn hallar müәyyәn edilәrkәn barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәn şәxsin irәli sürdüyü irәli sürülәn dәlillәr, o cümlәdәn hadisәnin baş vermә şәraitini әks etdirәn foto vә video materiallar tam vә obyektiv şәkildә inzibati orqanın nümayәndәsinin iştirakı olmadığından araşdırılması mümkün olmamışdır. Bu isә hәmin hal üzrә әlavә araşdırılma aparılmasını zәruri edir. Əks halda inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә mәhkәmә müdafiәsi sual doğuran hallarla olur ki, bu da gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılmasının nәticәsi kimi qәbul edilmәsini şübhә altına alır. Halbuki әdalәtli mәhkәmә araşdırılması gәlinәn nәticә üzrә ziddiyyәtli halların olmamasını, hәmin hallardan hali nәticәnin olmasını ehtiva edir. Ədalәtli mәhkәmә araşdırılması hәmin halların arasında ziddiyyәtli halların aradan qaldırılmalı olmasını, işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәaların olmamasını qaçılmaz edir. Hüquqi müәyyәnlik prinsipi isә digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnasında mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır (Konstitusiya Mәhkәmәsi Plenumunun N.Əbilovun şikayәti üzrә ## #### 2008-ci il tarixli Qәrarı). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәri işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan, gәlinәn nәticәnin lәğv edilmәklә әlavә araşdırılma aparılması üçün inzibati orqana qaytarılması qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәlinәn nәticәnin lәğv edilәrәk, yenidәn inzibati orqana qaytarılması barәdә gәlinәn nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar