Məhkəmə qərarları › İş №3(3-8)-296/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-296/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-296/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin nümayәndәsi X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi – fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil Vәkil iştirakları ilә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin rәisi müavini X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı qәrarının lәğv edilmәsi barәdә barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, qәrar dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır (hakim Günel Quluzadә). Işin halları: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin rәisi müavini X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn, tәhlükә potensiallı obyektlәrin vahid dövlәt reyesterindә qeydiyyatdan keçirilmәmәsinә görә “xxxx” MMC-nin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 276-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 3000 manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X6 görülmәsi vә X4 Agentliyinin rәis müavini X3 tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Işә baxan Siyәzәn Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı әsassızdır. Mәhkәmә qәrarlarının qanuniliyi vә әsaslılığı haqqında AR Ali Mәhkәmәsi Plenumun qәrarına әsasәn mәhkәmә qәrarı iş materiallarının tam vә hәrtәrәfli araşdırılması, dәlillәrin hәr birinә konkret münasibәt bildirilmәsi әsasında çıxarılmalıdır. Siyәzәn Rayon Mәhkәmәsinin qәrarının әsaslandırıcı hissәsindә isә hakim hәtta xәta predmetinә aid halların dairәsindәn kәnara çıxmış vә bununla da subyektinizmә vә qәrәzliliyә yol vermişdir. Hakim onun şikayәtindә bildirdiyi prosessual hüquqlarının sәlahiyyәtli orqan tәrәfindәn kobud şәkildә pozularaq inzibati tәnbehvermә qәrarının әsası olan fakt müәyyәnedici sәnәdlәrin, o cümlәdәn inzibati xәta haqqında ##.##.2026-cı il tarixli protokolun ona mәhkәmә baxışından (##.##.2026-cı il) 3 gün sonra (##.##.2026- cı il) verildiyinә belә qiymәt vermәmişdir ki, bununla da AR IXM-nin 57-ci maddәsinin tәlәblәrinin pozulmasına göz yummuşdur. Hәmçinin AR IXMnin ilkin inzibati icraat zamanı 31.2-ci, 32.1.4-cü maddәlәrinin tәlәblәrinә riayәt edilmәdiyinә vә 115.1.3-cü, 117.2-ci, 115.1.4-cü maddәlәrinin tәlәblәrinin sәlahiyyәtli orqan tәrәfindәn pozulmasına aid şikayәtdә göstәrilәn dәlillәrin heç birinә qiymәt verilmәmişdir. Bununla da bir daha Mәcәllәnin 119-cu maddәsinin tәlәbinin pozulmasına, vaxtilә Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә tәsdiqlәnmiş pozuntuların indiki halda araşdırılmamasma şәrait yaratmışdır. Hakim qәrarında istinad etdiyi normativ-hüquqi aktları iş materiallarına vә konkret inzibati xәta halına әsasәn düzgün tәtbiq etmәmişdir, eyni zamanda tәtbiq edilmәli hüquq normalarını nәzәrә almamışdır. Belә ki, qәrarın 4-cü sәhifәsindә istinad olunan AR Nazirlәr Kabinetinin ##.##.2025-ci il tarixli *** №-li qәrarı ilә tәsdiq edilmiş siyahının 9.1-ci bәndindә göstәrilәn avadanlıq vә qurğuların vәzifәli şәxs olaraq onun barәsindә tәrtib edilmiş inzibati xәta halının sübuta yetirildiyi vә ümumiyyәtlә, hәmin әmlakların rәhbәri olduğu müәssisәnin Zarat kәndindәki obyektindә mövcudluğunu tәsdiq edәn sübutun olması nә ilә tәsdiqini tapmışdır? Əksinә rәhbәri olduğu müәssisә tәrәfindәn istifadә olunan cәmi 3 әdәd tәhlükә potensiallı obyektә aid barәsindә inzibati tәnbehvermә qәrarı çıxartmış orqanın özü tәrәfindәn tәhlükәsizlik sertifikatı verilmiş vә bu sertifikatlar şikayәtә әlavәdә mövcuddur. Inzibati sәlahiyyәtli orqanın vә mәhkәmәnin öz qәrarlarında inzibati xәta tәrkibi kimi qeyd olunan vә guya onun tәrәfindәn qeydiyyata tәqdim olunmamış 6 әdәd silo, 2 әdәd noriya vә 10 әdәd şnek adlı avadanlıq, qurğu adında isә tәhlükә potensiallı obyektlәr nә AR NK-nin mәlum *** №-li qәrarı ilә tәsdiq edilmiş siyahıda, nә dә AR “Texniki tәhlükәsizlik haqqında” Qanuna edilmiş 1 vә * saylı Əlavәlәrdә yoxdur. Qәrarda sübut kimi istinad olunan ##.##.2026-cı il tarixli yoxlama aktı isә sәlahiyyәtli orqanın vәzifәli şәxsi tәrәfindәn öz xidmәti otaqlarında, yәni rәhbәri olduğu müәssisәdәn kәnar yerdә tәrtib edilmiş vә heç bir tәkzibedilmәz, mötәbәr sübutla әsaslandırılmamışdır. Halbuki, AR FHN-nin Elmi-tәdqiqat ekspertiza institutu tәrәfindәn araşdırılaraq, yerli baxış әsasında, müayinә sәnәdlәri ilә müәyyәn edilmiş 3 әdәd qurğu vә avadanlığa hәmin institutun ekspert mütәxәssislәri tәrәfindәn ekspertiza rәylәri vә texniki pasportlar tәrtib edilmiş vә bu hüquq müәyyәnedici mühәndis-texniki sәnәdlәr onun tәrәfindәn hazırki inzibati tәnbehvermә qәrarını çıxarmış orqana tәqdim edilәrәk onların hәr birinә tәhlükәsizlik sertifikatı alınmışdır. Sәlahiyyәtli orqanın әrazi regional qurumunun vә Siyәzәn Rayon Mәhkәmәsinin hakiminin qiymәtlәndirmәlәrinә görә isә rәhbәri olduğu hüquqi şәxsin balansında olan vә istifadә etdiyi hәmin 3 avadanlıq vә qurğu da daxil olmaqla digәr mövcud olmayan, müәssisәnin adına çıxarılan qurğu vә avadanlıqlarla (6 әdәd sila, 2 әdәd noriya, 1 әdәd elenator, 10 әdәd şnek) birgә texniki tәhlükәlidirlәr vә bu sәbәbdәn o, IXM-nin 276-1-ci maddәsindә göstәrilәn inzibati xәtanı törәtmiş hesab edilir. Hakimin qәrarında inzibati xәta tәrkibi kimi müәyyәn edilәn texniki pasportların 2024-cü ildә bәrpa edilmәsi halı da normativlәrә ziddir. Çünki texniki pasportların qüvvәdә olma müddәti 5 ildir, 1 vә ya 2 il yox. Mәhkәmә qәrarının yuxarıda sadalanan әsasları hәmin qәrarın 6-cı sәhifәsindә istinad olunan texniki tәhlükәsizlik sertifikatlarının mövcud qaydalara uyğunluğu barәdә münasibәtә belә ziddir. Mәhkәmә qәrarının natamamlığı, prosessual araşdırmanın tam vә hәrtәrәfli aparılmadığını qәrarın 7-ci sәhifәsindәki guya onun inzibati xәtasına sәbәb olan qeydiyyatla bağlı irad isә ##.##.2025-ci il tarixli sәlahiyyәtli orqana müraciәt mәktubunun ünvana çatdırılması barәdә sübutun tәqdim edilmәmәsi halıdır. Bu halın sübut edilmәsi әslindә inzibati orqanın vәzifәsidir, onun yox. Eyni zamanda, mәhkәmә AR IXM-nin 109.1.3-cü vә 111.2-ci maddәlәrinә әsasәn bu cürә halları araşdırmalı idi, lakin hansısa sәbәbdәn bu normaların tәlәblәrinә riayәt etmәmişdir vә bu haqda qәrarda heç nә göstәrilmәmişdir. AR “Texniki tәhlüksizlik haqqında” Qanunun müәyyәn etdiyi normalara әsasәn (әlavә 1-in 8-ci bәndi) elevatorlu-un üyütmә, qarışıq yem vә mineral gübrә sәnayesi avadanlığın tәhlükә potensiallı istehsalı obyektlәridir vә hәmin qanunun 2.2-ci maddәsinә әsasәn hazırlanmış, mәhkәmә qәrarında (sәhifә 4,3-cü abzas) istinad olunmuş AR NK-nin *** nömrәli qәrarının 9.1-ci bәndindә qeyd olunan “elevator silosları” vә mәhkәmә qәrarının әsaslandığı iş materialında (sәhifә 5, abzas 2) göstәrilmiş 6 әdәd “silo” tamamilә ayrı-ayrı texniki avadanlıq obyektlәri kateqoriyasına aiddir. Şikayәtә әlavә edilәn sәnәdlәrdәn aşkar olur ki, onun “xxxx” MMC adından sәlahiyyәtli orqana hәlә ##.##.2025-ci ildә, yәni barәsindә tәrtib edilmiş ##.##.2026-cı il tarixli protokoldan 5 ay әvvәl tәqdim etdiyi tәhlükә potensiallı obyektlәrә aid sәnәdlәr qanunvericiliyә tam uyğundur vә bu әsaslara görә dә sәlahiyyәtli orqanın hәmin obyektlәrә aid verdiyi tәhlükәsizlik sertifikatları ilә (AR NK-nin ##.##.2002-ci il tarixli, *** nömrәli qәrarı ilә tәsdiq edilmiş Qaydalara uyğun olaraq, m.m. 2.1; 2.2) rәhbәri olduğu “xxxx” MMC-nin istismar etdiyi texniki avadanlıq vә qurğuların tәhlükәsizliyi tanınmışdır. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil apellyasiya şikayәtini müdafiә edib, şikayәtin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin olunmasını, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Əlavә onu da bildirdi ki, mübahisәli avadanlıqların texniki tәhlükәsizlik sertifikatları alınmış, habelә dövlәt reyestrindәn qeydiyyatdan keçirilmәsi üçün “Asan” xidmәt mәrkәzinә elektron müraciәt olunmuşdur. Bundan başqa “xxxx” MMC-yә aid tәhlükә potensialı hesab olunan obyektlәrin Sitalçay kәndindә vә yaxud Zarat kәndindә istifadә olunması vә yerlәşmәsi dәqiq araşdırlmamış, әsassız olaraq Qәrardan şikayәt verәn orqan (şәxs) cәrimә olunmuşdur. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin nümayәndәsi X1 apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti qismәn tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Iş materiallarında olan “xxxx” MMC ilә Qәrardan şikayәt verәn orqan (şәxs) arasında bağlanmış әmәk müqavilәsindәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025ci ildәn “xxxx” MMC-nin Xızı rayonu Zarat kәndinә yerlәşәn müәssisәlәrinin direktoru vәzifәsinә işә qәbul edilmişdir. Iş materiallarında olan X6 Görülmәsi vә X4 Agentliyinin rәisi Vüsal Ağayevin ## ###### 2026-cı il tarixli, ****/** nömrәli yoxlamanın aparılması haqqında qәrarının surәtindәn görünür ki, Siyәzәn rayonunun Zarat kәndindә yerlәşәn “xxxx” MMC-dә 23-## ###### 2026-cı il tarixlәrindә planlı (növbәti) yoxlamanın keçirilmәsi, habelә yoxlamanın Şimal regional X6 görülmәsi vә dağ-mәdәn nәzarәti müfәttişliyinin baş mәslәhәtçilәri-baş müfәttişlәri Zaur Hәsәnov vә Nümayәndә, hәmçinin müfәttişliyin böyük mәslәhәtçisi-böyük müfәttişi Vüqar Cavadov tәrәfindәn keçirilmәsi qәrara alınmışdır. Iş materiallarında olan Azәrbaycan Respublikasının Ədliyyә Nazirliyinin ## ###### 2026cı il tarixli, KY********* nömrәli sahibkarlıq sahәsindә aparılan yoxlamanın vahid mәlumat reyestrindәn çıxarışın surәtindәn görünür ki, FHN-nin X6 Görülmәsi vә X4 Agentliyinә ## ###### 2026-cı il tarixdәn ## ###### 2026-cı il tarixә kimi plan üzrә (növbәti) yoxlama keçirilmәsinә, yoxlayıcı şәxslәrin Şimal regional X6 görülmәsi vә dağ-mәdәn nәzarәti müfәttişliyinin baş mәslәhәtçilәri-baş müfәttişlәri Zaur Hәsәnov vә Nümayәndә, hәmçinin müfәttişliyin böyük mәslәhәtçisi-böyük müfәttişi Vüqar Cavadov tәrәfindәn hәyata keçirilmәsi tәsdiq edilmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin Şimal regional X6 görülmәsi vә dağ-mәdәn nәzarәti müfәttişliyinin baş mәslәhәtçilәri-baş müfәttişlәri Nümayәndә vә Zaur Hәsәnov, hәmçinin müfәttişliyin böyük mәslәhәtçisi-böyük müfәttişi Vüqar Cavadov tәrәfindәn imzalanmaqla, ## ###### 2026-cı il tarixdә tәrtib edilmiş, ***/R-** nömrәli yoxlama aktının surәtindәn görünür ki, Siyәzәn rayonunun Zarat kәndindә yerlәşәn “xxxx” MMC tәrәfindәn istismar edilәn 3 әdәd 10 tonluq tutuma malik silo, 3 әdәd 6 tonluq tutuma malik silo, 2 әdәd noriya, 1 әdәd elevator, 10 әdәd şnek tәhlükә potensialı obyektlәrin vahid dövlәt reyestrindәn qeydiyyatdan keçirilmәmәsi ilә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2026-cı il tarixli, *** nömrәli Qәrarının 1.6-cı bәndinin tәlәbi pozulmuşdur. Hәmçinin, müәssisә tәrәfindәn istismar edilәn 3 әdәd 10 tonluq tutuma malik siloya, 3 әdәd 6 tonluq tutuma malik siloya, 2 әdәd noriyaya, 1 әdәd elevatora, 10 әdәd snek tәhlükә potensiallı obyektlәrin vahid dövlәt reyestrindә qeydiyyatdan keçirilmәyib, müvafiq standarta, texniki reqlamentә vә digәr normativ hüquqi-aktlarda göstәrilmiş tәlәblәrә uyğunluğu baxımından sertifikat alınmayıb vә müәssisә üzrә texniki tәhlükәsizlik bәyannamәsi hazırlanmayıb, bununla da Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ##.##.2025-ci il tarixli *** saylı qәrarının 1.6-cı bәndinin, hәmçinin ## #### 2002-ci il tarixli, *** nömrәli Qәrarının, eyni zamanda “Texniki tәhlükәsizlik haqqında” Azәrbaycan Respublikası Qanunun 14cü maddәsinin tәlәblәri pozulmuşdur. Işdә olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin Şimal regional X6 görülmәsi vә dağ-mәdәn nәzarәti müfәttişliyinin baş mәslәhәtçibaş müfәttişi Nümayәndә tәrәfindәn ## ###### 2026-ci il tarixdә tәrtib olunmuş MN seriyalı ******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, Siyәzәn rayonunun Zarat kәndindә yerlәşәn “xxxx” MMC tәrәfindәn istismar edilәn tәhlükә potensialı qurğu vә avadanlıqlar tәhlükә potensialı obyektlәrin vahid dövlәt reyestrindә qeydiyyatdan keçirilmәdiyinә görә MMC-nin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 276- 1-ci maddәsi ilә müәyyәn olunmuş inzibati xәtanı törәtmәsinә dair MN seriyalı, ******* saylı protokol tәrtib olunmuşdur. Işdә olan b-***/R-** nömrәli bildiriş kötüyünün surәtindәn görünür ki, ## ###### 2026-cı il tarixdәn ## ###### 2026-cı il tarixәdәk Siyәzәn rayonunun Zarat kәndindә yerlәşәn “xxxx” MMCdә aparılmış yoxlamanın nәticәlәrinә baxılması ilә bağlı iclas barәdә Qәrardan şikayәt verәn orqan (şәxs) bildiriş tәqdim edilmiş, habelә sonuncu sözügedәn bildirişi imzalamaqla qәbul etmişdir. Işdә olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin rәisi müavini X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın surәtindәn görünür ki, tәhlükә potensiallı obyektlәrin vahid dövlәt reyesterindә qeydiyyatdan keçirilmәmәsinә görә “xxxx” MMC-nin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 276-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 3000 manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmiş, hәmin qәrar ## #### 2026cı il tarixdә Yaşar Qasımova çatdırılmışdır. Şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsinә “xxxx” MMC-nin istismarında olan inventar nömrәsi 0012 olan zәncirli konveyer vә inventar nömrәsi 0009 vә 0010 olan 02 әdәd çalovlu elevator üçün texniki tәhlükәsizliyә dair ekspert rәylәri tәqdim etmiş, hәmin rәy araşdırılan zaman rәyin 2024-cü ilә aid olmaqla nәticә hissәsinin işә әlavә olunmadığı aşkar edilmiş, eyni zamanda verilmiş rәyin “xxxx” MMC-nin Xızı rayonu, Sitalçay kәndinә yerlәşәn ünvanında istismar olunan zәncirli konveyer üçün verildiyi müәyyәn olunmuşdur. Bundan başqa şikayәtә 0010 inventar nömrәli CE-**H** saylı çalovlu elevatora aid pasportun surәti әlavә edilmiş, hәmin pasport araşdırılan zaman 0010 inventar nömrәli CE-**H** saylı çalovlu elevatora dair texniki pasportun ##.##.2024-cü il tarixdә bәrpa olunduğu müәyyәn olunmuşdur. Bundan başqa şikayәtә 0012 inventar nömrәli ZK**TS saylı zәncirli konveyerә aid pasportun surәti әlavә edilmiş, hәmin pasport araşdırılan zaman 0010 inventar nömrәli CE-**H** saylı çalovlu elevatora dair texniki pasportun ##.##.2024-cü il tarixdә bәrpa olunduğu müәyyәn olunmuşdur. Iş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X6 görülmәsi vә X4 Agentliyi tәrәfindәn ## ###### 2025- ci il tarixli, **** nömrәli texniki tәhlükәsizlik sertifikatının surәtindәn görünür ki, bu sertifikat ## ###### 2026-cı tarixәdәk qüvvәdә olmaqla, “xxxx” MMC-nin Xızı rayonunun Sitalçay kәndindә yerlәşәn “Zәncirli konveyer” avadanlığının texniki tәhlükәsizlik standartlarına, normalarına, qaydalarına vә texniki sәnәdlәrә uyğun olmasını tәsdiq edir. Işdә olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X6 görülmәsi vә X4 Agentliyi tәrәfindәn ## ###### 2025- ci il tarixli, **** nömrәli texniki tәhlükәsizlik sertifikatının surәtindәn görünür ki, bu sertifikat ## ###### 2026-cı tarixәdәk qüvvәdә olmaqla, “xxxx” MMCnin Xızı rayonunun Sitalçay kәndindә yerlәşәn “Çalovlu elevator (Noriya)” avadanlığının texniki tәhlükәsizlik standartlarına, normalarına, qaydalarına vә texniki sәnәdlәrә uyğun olmasını tәsdiq edir. Işdә olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X6 görülmәsi vә X4 Agentliyi tәrәfindәn ## ###### 2025- ci il tarixli, **** nömrәli texniki tәhlükәsizlik sertifikatının surәtindәn görünür ki, bu sertifikat ## ###### 2026-cı tarixәdәk qüvvәdә olmaqla, “xxxx” MMCnin Xızı rayonunun Sitalçay kәndindә yerlәşәn “Çalovlu elevator (Noriya)” avadanlığının texniki tәhlükәsizlik standartlarına, normalarına, qaydalarına vә texniki sәnәdlәrә uyğun olmasını tәsdiq edir. Işdә olan Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X6 görülmәsi vә X4 Agentliyinә ünvanlanmış ##.##.2025-ci il tarixli G/***-** saylı mәktubdan görünür ki, “xxxx” MMCnin direktoru tәrәfindәn tәhlükә potensiallı obyeklәrin vahid dövlәt reyestrindә tәkrar qeydiyyatdan keçirilmәsinә kömәklik edilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin rәisi müavini X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı maddi vә prosessual qaydalara uyğun, tam qanuni vә әsaslı olmuşdur. Inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi üçün әsas olmadığına vә şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) göstәrdiyi xüsusatlar mötәbәr sübutlara әsaslanmamaqla öz tәsdiqini tapmadığına, әksinә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn mübahisәli avadanlıqların dövlәt reyestrindәn qeydiyyatdan keçirilmәdiyini etiraf etmәsinә görә onun şikayәti tәmin edilmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 276-1-ci maddәsinә әsasәn tәhlükә potensiallı obyektlәrin “Texniki tәhlükәsizlik haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn vahid dövlәt reyestrindә qeydiyyatdan keçirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Qeyd olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranması üçün inzibati xәta tәrkibinin obyektiv tәrәfinin vacib elementi kimi tәhlükә potensiallı obyektlәrin vahid dövlәt reyestrindә qeydiyyatdan keçirilmәmәsinә görә vә subyektiv tәrәfinin elementi kimi şәxsin әmәlinin hüquqa zidd xarakterini dәrk etmәsi, onun nәticәlәrini qabaqcadan görmәsi vә hәmin nәticәlәri arzu etmәsi, yәni şәxsin etdiyi hәrәkәtlәri qәsdәn törәtmәsi zәruri şәrtlәr kimi müәyyәn edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). Inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (IXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, işdә olan “xxxx” MMC-nin direktoru tәrәfindәn tәhlükә potensiallı obyeklәrin vahid dövlәt reyestrindә tәkrar qeydiyyatdan keçirilmәsi barәdә müraciәtin nәticәsi müәyyәn olunmamış, müraciәt olunubsa “xxxx” MMC tәrәfindәn istismar edilәn 3 әdәd 10 tonluq tutuma malik silo, 3 әdәd 6 tonluq tutuma malik silo, 2 әdәd noriya, 1 әdәd elevator, 10 әdәd şnek tәhlükә potensialı obyektlәrin vahid dövlәt reyestrindәn qeydiyyatdan keçirilmәmәsinin sәbәblәri araşdırılmamış, “xxxx” MMC tәrәfindәn istismar edilәn hәmin tәhlükә potensialı hesab olunan obyektlәrin Sitalçay kәndindә vә yaxud Zarat kәndindә istifadә olunması vә yerlәşmәsi dәqiq müәyyәnlәşdirilmәmiş, eyni zamanda IXM-nin 100.1.7-ci maddәsinin tәlәbinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) izahatı alınmamış, hüquq vә vәzifәlәri izah edilmәmiş vә protokolun surәtinin ona tәqdim olunması tәsdiq olunmur. Bu isә gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılmasının nәticәsi kimi dәyәrlәndirilmәli olmasını mümkünsüz edir. Çünki әdalәtli mәhkәmә araşdırılması gәlinәn nәticә üzrә ziddiyyәtli halların olmamasını, hәmin hallardan hali nәticәnin olmasını ehtiva edir. Ədalәtli mәhkәmә araşdırılması hәmin halların arasında ziddiyyәtli halların aradan qaldırılmalı olmasını, işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәaların olmamasını qaçılmaz edir. Hüquqi müәyyәnlik prinsipi isә digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnada mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır (Konstitusiya Mәhkәmәsi Plenumunun N.Əbilovun şikayәti üzrә ## #### 2008-ci il tarixli Qәrarı). Belә olan halda qeyd edilәn hallar aydınlaşdırılmadan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibinin olması vә onun inzibati cәrimә edilmәsi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. Qeyd edilәn xüsusatlar aydınlaşdırılmadan şәxsin әmәlindә inzibati xәtanın olubolmaması qәnaәtinә gәlinmәsi mümkün olmadığından, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. Hәmin xüsusatların apellyasiya instansiya mәhkәmәsindә müәyyәnlәşdirilmәsi sonradan gәlinәn nәticәnin yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirilmәsini mümkünsüz edәcәyindәn әdalәtli mәhkәmә araşdırılmasının tәmin edilmәsindәn ötrü inzibati xәta haqqında material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә yekun nәticәyә gәlәrәk, belә hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X6 Görülmәsi vә X4 Agentliyinin rәisi müavini X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli qәrarının lәğv edilmәsi barәdә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә yeni mәhkәmә baxışı mәrhәlәsinә qaytarılmalıdır. Işә yenidәn baxılarkәn tәrәflәrin iştirakı ilә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı, göstәrilәn xüsusatlarla bağlı әlavә araşdırma keçirilmәli vә nәticәsindәn asılı olaraq qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4, 135 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, yeni mәhkәmә baxışına qaytarılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar