Məhkəmə qərarları › İş №3(3-8)-297/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-297/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-297/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi X1 iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının İXM-nin 237.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Qobustan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apelyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Ərazi Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin inzibati tәnbeh vermә haqqında MN seriyalı, ******* saylı, ## ###### 2025-ci il tarixli qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 237.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 2000 (iki min) manat inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan Qobustan Rayon Mәhkәmәsinә şikayәt verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, Qobustan rayonunda yerlәşәn “Glass kafe” restoranının icarәçisidir vә hәmin restoranda sahibkarlıq fәaliyyәti ilә mәşğul olur. Bir müddәt әvvәl ona mәlum olmuşdur ki, o, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarla İXM-in 237.1ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 2000 manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh olunmuşdur. Lakin hәmin qәrarın surәti ona uzun müddәt әrzindә rәsmi qaydada tәqdim edilmәmiş, dәfәlәrlә müraciәt etmәsinә baxmayaraq ünvanına göndәrilmәmiş, yalnız son müraciәtindәn sonra ## ###### 2026-cı il tarixli mәktubla hәmin qәrarın surәti ona göndәrilmişdir. Hazırda şikayәtinә әlavә etdiyi poçt zәrfindәn dә göründüyü kimi, o, qәrarın surәtini yalnız ## #### 2026-cı il tarixdә әldә etmişdir. * saylı RETSİ göndәriş mәktubunda hәmin qәrarın ona “yenidәn” göndәrildiyini qeyd etsә dә, bu tamamilә әsassız olmuş, o, nә qәrarın, nә dә protokolun surәtini әldә etmәmişdir. Ümumiyyәtlә, hәmin protokolun tәrtib edilmәsi vә qәrarın qәbul olunması barәdә mәlumatlandırılmamışdır. Bundan әlavә, poçtdan da bu barәdә mәlumatı dәqiqlәşdirmiş vә müәyyәn edilmişdir ki, ona göndәrilmiş әvvәlki mәktub “Bu ünvanda yaşamır” qeydi ilә idarәnin özünә geri qaytarılmış, ona tәqdim olunmamışdır. Lakin poçt bu barәdә arayış vermәkdәn imtina etmişdir. O, barәsindә çıxarılmış hәmin inzibati tәnbeh vermә haqqında qәrarla razı deyil. Belә ki, qәrardan ona mәlum olmuşdur ki, hәmin qәrar ## #### 2025-ci il tarixli, ******* nömrәli inzibati xәta haqqında protokol әsasında tәrtib olunmuşdur vә hәmin qәrarın qәbul edilmәsi sәbәbi Qobustan rayonunda “Glass kafe”dә qaz-toz tәmizlәyici qurğunun quraşdırılmaması, dәm qazının normadan artıq olması olmuşdur. O, sözügedәn restoranı icarә hüququ әsasında әldә edәrәk oradan istifadә edir vә ora hazır biznes kimi onun tәrәfindәn idarә olunmağa başlanmışdır. Hәmin restoranın yerlәşdiyi әrazi “xxxx” MMC-yә mәxsus olmuş, ## #### 2025ci il tarixli icarә müqavilәsi әsasında hәmin obyekt “xxxx” MMC-nin icarәsinә verilmişdir. Bundan sonra hәmin tarixdә onunla “xxxx” MMC arasında subicarә müqavilәsi bağlanmışdır. Müqavilәyә görә, icarәyә verәn Qobustan rayonu, Bakı-Şamaxı yolunun 97-ci kilometrliyindә yerlәşәn, ümumi sahәsi 13 hektar olan “Qobuland” әylәncә mәrkәzinin 8 hektarlıq hissәsindә yerlәşәn, ümumi sahәsi 705 kv.m olan 2 restoran sahәsi (Glass vә Piramida) icarәçinin icarәsinә verilir, icarәçi isә icarә obyetkini icarәyә qәbul edir vә müqavilә ilә razılaşdırılmış icarә haqqını bu müqavilә ilә müәyyәn edilmiş şәrtlәrlә ödәyir. İcarә obyekti restoran vә istirahәt mәrkәzi kimi istifadә mәqsәdilә verilir vә icarәyә verәnin razılığı olmadan başqa mәqsәdlәrlә istifadә edilә bilmәz. ## #### 2025-ci il tarixli subicarә müqavilәsinin 2.1-ci bәndinә görә, tәrәflәr razılaşmışlar ki, bu müqavilәnin qüvvәyә mindiyi tarixә icarә obyekti icarәçinin әsas fәaliyyәti vә bu müqavilәnin mәqsәdi üçün istismara tam yararlı vәziyyәtdәdir. İXM-in 237.1-ci maddәsindәn göründüyü kimi, maddәnin dispozisiyasında tәmizlәyici qurğularla vә avadanlıqla tәmin edilmәyәn müәssisәlәrin, qurğuların vә başqa obyektlәrin istismara verilmәsini nәzәrdә tutmuşdur. Bu baxımdan hesab edir ki, İXM-in 237.1-ci maddәsindә nәzәrdә tutulmuş halların mövcudluğu öz tәsdiqini tapsaydı belә, bunun üçün mәsuliyyәti o deyil, hәmin restoranı icarә әsasında ona istismara tam yararlı vәziyyәtdә verdiyini qeyd edәn icarәyә verәn daşımalıdır. Belә ki, o, hazır biznes olaraq hәmin restoranı icarәyә götürüb işlәtmәyә başlasa da, hәmin restoranı iddia olunan çatışmazlıqlarla istismara verәn şәxs kimi o deyil, icarәyә verәn çıxış etmişdir. Ona görә dә onun әmәlindә inzibati xәta tәrkibi mövcud olmamış, o, sadәcә müqavilә üzrә istismara tam yararlı vәziyyәtdә tәhvil aldığı restoranda müvafiq fәaliyyәtlә mәşğul olmuşdur. Qobustan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı (hakim S.Mayılov) ilә şikayәtin tәmin edilmәsi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә İXM-in 237.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar әsassız vә qanunsuzdur, hakim tәrәfindәn qanunvericiliyin tәlәblәri pozularaq işin bütün faktiki hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına imkan verәn kifayәt qәdәr sübutlar qiymәtlәndirilmәmiş, xüsusilә inzibati xәta faktının mövcud olması nәzәrә alınmamış, qanun pozmuş şәxsin әmәlinә hüquqi qiymәt verilmәmiş vә nәticәdә İdarәnin qanuni vә әsaslı qәrarı lәğv edilәrәk işә xitam verilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn aşkar edilmiş inzibati xәta nәticәsindә tәtbiq edilmiş cәrimә hәr hansısa sahibkarlıq subyektinin xidmәti fәaliyyәtinin yoxlanılması mәqsәdilә tәtbiq edilmәmişdir. * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn aparılmış yoxlamalar zamanı keçirilәn monitorinqin nәticәsindә mәhz hәmin subyektin әtraf mühitә faktiki vizual tәsirinin qiymәtlәndirilmәsi mәqsәdilә qanunvericiliyin tәlәblәrinә uyğunluğun yoxlanılması zamanı tәtbiq edilmişdir. Xüsusilә qeyd edilmәlidir ki, şәxsin әmәlindә inzibati xәta tәrkibinin açıq-aşkar olmasına baxmayaraq hakim tәrәfindәn bu hala qiymәt verilmәmişdir. Belә ki, İdarәnin әmәkdaşları tәrәfindәn aparılan araşdırma zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus restoranda atmosfer havasına atılan zәrәrli maddәlәrin qarşısının alınması üçün qaz-toz tәmizlәyici qurğunun quraşdırlmadan (olmadan) fәaliyyәt göstәrdiyi vә әmәlә gәlәn zәrәrli maddәlәrin birbaşa-tәmizlәnmәdәn atmosferә atıldığı vә atılmanın miqdarının normadan artıq olduğu müәyyәn edilmişdir. Halbuki mövcud qanunvericiliyin tәlәblәrinә әsasәn әtraf mühitә buraxılan tullantıların tәmizlәnmәsi üçün qaz-toz tutucu qurğularla tәmin edilmәyәn müәssisәlәrin istismara vermәsi vә fәaliyyәti tamamilә qadağandır, yәni müәssisәnin fәaliyyәtә başlamasından әvvәl әtraf mühitin mühafizәsi nәzәrә alınmalı vә bu mәqsәdlә әtraf mühitә atılan tullantılara nәzarәt mәqsәdilә tәmizlәyici qurğular quraşdırılmalıdır. İdarәnin inzibati xәta törәtmiş şәxslәr barәsindә olan cәrimә qәrarları mәhkәmәlәr tәrәfindәn lәğv edildikdәn sonra inzibati xәta törәtmiş şәxslәr mәhkәmәlәrin onlara qarşı olan bu “sәmimi” mövqeyindәn istifadә edәrәk İdarә tәrәfindәn verilmiş icrası mәcburi olan tәlәbi yerinә yetirmәkdәn imtina edir, yenidәn inzibati xәta törәtmәkdә davam edirlәr. Qeyd edilmәlidir ki, Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi әtraf mühitin mühafizәsinә dövlәt nәzarәtini hәyata keçirәn sәlahiyyәtli dövlәt orqanı olaraq keçirdiyi monitorinqlәr yalnız öz vәzifә sәlahiyyәtlәrindәn irәli gәlәn tapşırıqların yerinә yetirilmәsi ilә bağlı ölkә әrazisindә atmosfer havasına nәzarәt tәdbirlәrinin hәyata keçirilmәsindәn vә әtraf mühitә zәrәrli tәsir göstәrәn (atmosfer havasının çirklәndirmәsi) halların qarşısının alınması üçün qanunvericiliyin tәlәblәrinә uyğun zәruri tәdbirlәrin görülmәsindәn ibarәt olmuş, sahibkarlıq sahәsindә hәr hansı bir yoxlama aparılmamışdır. Lakin işә baxan Qobustan Rayon Mәhkәmәsinin hakimi “yoxlamanın reyestrdә qeydiyyata alınmadığını” iddia edәrәk qәrarı lәğv etmişdir ki (işә xitam vermişdir), nәticәdә әtraf mühitә zәrәrli göstәrәn, atmosfer havasını çirklәndirәn “Glass Kafe” restoranın mәsul Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati mәsuliyyәtdәn kәnar qalmasına şәrait yaranmışdır. İşin faktiki halları ilә bağlı bildirilir ki, “Ətraf mühitin mühafizәsi haqqında”, “Atmosfer havasının mühafizәsinin haqqında” vә bu sahәdә mövcud olan digәr qanunvericilik aktlarının tәlәblәrinә riayәt olunmasına nәzarәt mәqsdәilә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı RETSİ-nin әmәkdaşları tәrәfindәn Qobustan rayonu әrazisindә aparılan monitorinqlәr zamanı rayon әrazisindә fәaliyyәt göstәrәn “Glass kafe” restoranın fәaliyyәti nәticәsindә yaranan tüstünün vә kәskin iy-qoxunun әtrafa yayıldığı müşahidә edilmişdir. Bununla әlaqәdar mütәxәssislәr tәrәfindәn aparılan araşdırma zamanı atmosferә atılan tullantıların qarşısının alınması üşün restoranada qaz-toz tutucu (tәmizlәyici) qurğunun quraşdırlmadığı müәyyәn edilmişdir. Qeyd olunan bu hal, yәni ictimai iaşә obyektinin fәaliyyәti zamanı atmosfer havasına atılan zәrәrli maddәlәrin qarşısının alınması üçün qaz-toz tutucu qurğunun quraşdırılmaması, bu cür qurğu olmadan fәaliyyәt göstәrilmәsi nәticәsindә inzibati xәtanın törәdildiyi açıq-aşkar mәlumdur, bu hal işin mübahisәsiz halıdır vә iş materiallarında olan sübutlarla inzibati xәta törәdildiyinin tәsdiq edilmәsinә baxmayaraq hakim bu hala hüquqi qiymәt vermәmişdir. Göründüyü kimi Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәta törәtmiş vә Qobustan Rayon Mәhkәmәsindә işә baxılarkәn hakim tәrәfindәn işin nәticәsi üzrә düzgün qәrar qәbul edilmәmiş vә sәlahiyyәtli orqanın Qәrardan şikayәt verәn orqan (şәxs) İXM-nin 237.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair ##.##.2025-cı il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında Qәrarı isә tam qanuni vә әsaslıdır. Göründüyü kimi Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn qanunvericiliyin tәlәblәrinә әmәl olunmamış, Qobstan Rayon Mәhkәmәsinin hakimi işә mahiyyәti üzrә baxarkәn qeyd olunan vә zәruri olan halları tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, qanunsuz olaraq inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir ki, bunun nәticәsindә qәbul etdiyi qәrar әdalәtsiz, әsassız vә mövcud qanunvericiliyin tәlәblәrinә zidd olmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin yekun qәrarı vә inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәtin mәhkәmә iclasına hazırlanmasına dair qәrardadı lәğv edilmәli, inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәtin inzibati xәta haqqında işin baxılmağa hazırlanması mәrhәlәsinә qaytarılmalıdır. Apelyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarından görünür ki, Qobustan rayonu, “Glass” kafedә qaz-toz tәmizlәyici qurğunun quraşdırılmaması, dәm qazının normadan artıq olmasına görә vәzifәli şәxs qismindә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. Barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәn şәxs hәmin qәrardan mәhkәmәyә vermiş olduğu şikayәtdә qәrarın ##.##.2026-cı il tarixli mәktubla ##.##.2026-cı il tarixdә aldığını, hәmin qәrarın ona yenidәn göndәrilmәsinin әsassız olmasını mübahisәlәndirmişdir. İlk öncә qeyd edilmәlidir ki, hәr bir şәxsin barәsindә qәrardan әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin edilmәklә mәhkәmә müdafiәsi hüququnun realizә edilmәsi üçün prosessual müddәtlә müәyyәn edilmiş müddәt daxilindә şikayәt verә bilәr. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt verilә bilәr. 130.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. 132.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxmağa hazırlıq zamanı hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn vәsatәtlәrә baxılır, zәruri olduqda ekspertiza tәyin edilir, әlavә materiallar tәlәb olunur, şikayәtә vә ya protestә baxılma üçün lazım olan şәxslәr çağırılır. Göründüyü kimi, inzibati xәta haqqında qәrardan, qәrar rәsmi qaydada verildiyi gündәn 10 gün müddәtindә şikayәt verilә bilәr. Əgәr bu müddәt ötürüldükdәn sonra şikayәt verilәrsә, prosessual müddәtin bәrpasına dair vәsatәt verilmәlidir. Hәmin vәsatәt dә mәhkәmә baxış iclasında deyil, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtin icraata qәbul mәrhәlәsindә müzakirә edilmәli, әgәr müddәtin ötürülmәsi üzrlü hesab edilәrsә, bәrpa edilmәklә şikayәtә (protestә) mahiyyәti üzrә baxıla bilәr. Əks halda hәr hansı prosessual hәrәkәtin aparılması yolverilmәzdir. Barәsindә inzibati xәta üzrә qәrar qәbul edilәn şәxs vermiş olduğu şikayәtindә mübahisәlәndirdiyi qәrarın әvvәllәr ona göndәrilmәdiyini mübahisәlәndirmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt mәhkәmәnin icraatına qәbul edilsә dә, hәmin şikayәtin verildiyi inzibati tәnbeh vermә haqqında qәrarın hansı tarixdә alınması ilә bağlı müvafiq poçt şöbәsinә sorğu ilә müraciәt etmәklә, faktiki olaraq hәmin şikayәt verilәn inzibati tәnbeh vermә haqqında qәrarından verilәn şikayәtin prosessual müddәt daxilindә verilmәsi barәdә gәldiyi ilkin nәticәnin şübhә altına almışdır. Hәmin xüsusat üzrә soğru ilә aidiyyәti üzrә müraciәt edilsә dә, sorğuya cavab verilmәsini gözlәmәdәn işә mahiyyәti üzrә baxılmışdır. Halbuki inzibati tәnbeh vermә haqqında qәrardan şikayәtin icraata qәbul edilmәsi zamanı şikayәtin prosessual qanunvericiliyin tәlәblәrinә riayәt edilmәklә verilmәsi, o cümlәdәn prosessual müddәt daxilindә verilib-verilmәmәsi, әgәr prosessual müddәtin bәrpasına dair vәsatәt verilmişdirsә, hәmin vәsatәtin tәmin edildikdәn sonra icraata qәbul edilәrәk digәr zәruri prosessual hәrәkәtlәr edilmәklә, mahiyyәti üzrә yekun mәhkәmә aktı birinci instansiya mәhkәmәsi tәrәfindәn prosessual qanunvericiliyә uyğun olaraq realizә edilmәli idi. Əks yanaşma hüquqi müәyyәnlik prinsipinin pozulmaqla hüquqi nihilzmin yaranmasına rәvac verilmәsini qaçılmaz edәr. Bununla әlaqәdar qeyd edilmәlidir ki, inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt üzrә mәhkәmә müdafiәsi hüququ şikayәtin prosessual qanunvericiliyin tәlәblәrinә riayәt edilmәsi müәyyәn edilmәklә icraata qәbul edildikdәn sonra başladığından, hәmin halın da mübahisәlәndirilmәsi hәmin xüsusat üzrә әlavә araşdırılma aparılmaqla icraata qәbul edilmәsini zәruri edir. Bu hal aydınlaşdırılarkәn mәktubun kim tәrәfindәn qәbul edilmәsi, qәbul edәn şәxsin vәzifәli şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) ilә hansı münasibәtdә olması aydınlaşdırılmaqla şikayәtin icraata qәbul edilmәsi mәsәlәsinә hüquqi qiymәt verilmәsi zәruridir. Bununla yanaşı qeyd edilmәlidir ki, şikayәt icraata qәbul edilmәsi üçün prosessual әsaslar müәyyәn edildikdәn sonra isә inzibati tәnbeh vermә haqqında qәrarın qanuni vә әsaslılığı üzrә dәyәrlәndirilmә aparılmalıdir. İnzibati tәnbeh vermә haqqında qәrarda qaz-toz tәmizlәyici qurğunun quraşdırılmadığı, dәm qazının normadan artıq olmasına istinad edilir. Qaz-toz tәmizlәyici qurğunun quraşdırılmadığının hansı qaydada görünmәsi (müәssisәnin hansı hissәsindә yerlәşmәsi, onun müәssisәnin әrazi hüdudlarına daxil olmadan görünә bilmәsi) müәyyәnlәşdirilmәklә ona qanunvericiliyin tәlәblәrinә hüquqi qiymәt verilmәlidir. İnzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Heç bir sübutun qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur (İnzibati Xәtalar Mәcәllәsinin 84.1 vә 84.2-ci maddәlәri). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, işә baxılarkәn Azәrbaycan Respublikası İXM ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan mübahisә edilәn qәrar lәğv edilmәli, işә yenidәn baxılması üçün material hәmin mәhkәmәyә, mәhkәmәnin hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Azәrbaycan Respublikası İXM-nin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Belәliklә mәhkәmә apellyasiya şikayәtinin dәlillәri üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Qobustan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, MN seriyalı, ******* saylı, ## ###### 2025ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilәn şikayәtә yenidәn baxılması üçün material birinci instansiya mәhkәmәsinә hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. İnzibati tәnbehvermә haqqında qәrardan şikayәtә baxan birinci instansiya mәhkәmәsi bir hakimdәn ibarәt olduğundan vә hәmin hakim tәrәfindәn dә işә baxıldığından, yenidәn araşdırılma üçün materialın hәmin mәhkәmәyә göndәrilmәsi, qәbul edilәcәk mәhkәmә aktının әdalәtli mәhkәmә araşdırılmasının nәticәsi kimi qәbul edilsә dә, belә nәticәsini şübhә altına alınmasını qaçılmaz etdiyindәn material baxılması üçün digәr, inzibati әrazi üzrә yaxın mәhkәmәyә göndәrilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması İnzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır (İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1-ci maddәsi). İşә yenidәn baxılarkәn tәrәflәrin iştirakı ilә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar, o cümlәdәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin irәli sürdüyü hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı, hәmin dәlillәr üzrә dәyәrlәndirilmә aparılmaqla qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının İXM-nin 237.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Qobustan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı vә ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Ərazi Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin inzibati tәnbeh vermә haqqında MN seriyalı, ******* saylı, ## ###### 2025-ci il tarixli qәrarından verilәn şikayәt baxılmasından ötrü inzibati xәta haqqında material Şamaxı Rayon Mәhkәmәsinә işin baxılmağa hazırlanması mәrhәlәsinә göndәrilsin. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrardad elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardaddan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar