Məhkəmə qərarları › İş №3(3-8)-299/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-299/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-299/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon polis şöbəsində tərtib olunmuş 30.04.206-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Isgəndərov Seymur Hüseyn oğluna iki ay həbs cəzasının verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə 18:00 iradələrində evdə olarkən qonşuluqda ##.##.2026-cı il tarixdə saat 18:00 radələrində evde olarkən qonşuluqda yaşayan Seymur, Seyran, Məlik tərəfindən küçəyə çağırılaraq küçədə hərəkət edən insanların gözü qarşısında Isgəndərov Seymur tərəfindən sağlamlığına xəsarət yetirmək məqsədi ilə sağ -sol iki zərbə ilə xəsarət almış, huşsuz olaraq yıxılmış, yenidən 6 dəfə Seymur ona xəsarət yetirmək məqsədilə hücum edib. Şamaxi Rayon Polis Şöbəsində işə düzgün baxilmamişdir. Davanin küçədə getdiyi nəzərə alınmamışdır, məhz küçə ictimai yer deyilmi? Seymur barəsində cinayət işi açmaq əvəzinə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Seymurun törətdiyi cinayət polis şöbəsində araşdırılmasi davam etməsinə baxmayaraq törətdiyi cinayətdən 20 gün sonra kiçik qardaşı Ömərində qarşısını kəsərək pis təhqir ve təhdid etmiş, ailəsi ilə birlikdə evinə hücum çəkmişdilər, bütün bunlar evinin təhlükəsizlik kamerasında qeydə alınmışdır, həmin görüntüləri disk şəkilində göndərilmişdir. Şamaxı rayon məhkəməsində işə düzgün baxılmamış, təqdim etdiyi video görüntülərə bele baxmaqdan imtina etmişdir. Video görüntüdə 1-ci hissədə aldığı xəsarətin hansı formada hansı tərzdə baş verdiyi tam öz əksini tapır ikinci diskdə qardaşı Ömərin qarşısını kəsərək, ona və atasına qarşı təhqiramiz sözlər işlətməklə uca səslə pulunun çox olması ilə bizi təhdid etməsi və evi üstündə ailələri ilə hücum etməsi əks olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs teleqram ünvanlayaraq ##.##.2026-##.##.2026-cı il tarixdə Həcc ziyarətinə getməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Iş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, R Ağa Məmmədov tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli raportdan görünür ki, ## ###### 2026-cı il tarixdə, saat 18:32-də Azərbaycan Respublikası DIN- in 102 xidmətinin ********** №li məlumatında, Şamaxı şəhəri, T.Ismayılov küçəsində yaşayan Nümayəndə 050-392-18-25 nömrəsindən zəng edərək, qonşular arasında münaqişə baş verməsi və qonşulardan birinin digərini vurması barədə məlumat vermişdir. Şamaxı şəhəri, Tofiq Ismayılov küçəsi, ev 3-də qeydiyyatda olan Zərərçəkmiş şəxs ## ###### 2026-ci il tarixində Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə Seymurun onu döyməsini və ərizəsi ilə bağlı qanunauyğun tədbir görülməsini xahiş etməsini bildirmişdir. Həmin məlumat tərəfindən törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında *** saylı ilə qeydə alınaraq, tərəfindən araşdırma aparılmışdır. ##.##.2026-cı il tarixdə, saat 20:25-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasından Islamzadə tərəfindən verilən məlumata görə, 1993cü il təvəllüdlü, Şamaxı şəhəri, T.Ismayılov küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs alt çənəsinin əzilməsi və alt dodağının cırılmış yarası diaqnozu ilə Şamaxı RMX-na müraciət etmişdir. Özünün bildirməsinə görə, döyülmüşdür. Araşdırma zamanı ## ###### 2026-cı il tarixində, axşam vaxtı, yəni 18 radələrində Nümayəndə məxsus Şamaxı şəhəri, Tofiq Ismayılov küçəsi ev 3-də yerləşən evin önündə rənglənmə ilə işarələnmiş yerə mismar vurulması səbəbindən zərərçəkən Zərərçəkmiş şəxs dəvəti ilə baş vermiş 0,23 (iyirmi üç saniyə) ərzindəki hadisə zamanı Isgəndərov Seymur Hüseyn oğlunun Zərərçəkmiş şəxs sağ yan üz hissəsinə bir dəfə sol əli ilə zərbə endirərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış ərizə, izahatlar, disklərə baxış protokolları və MTE-nin ## ###### 2026-cı il tarixli, ** saylı saylı rəyi ilə öz təsdiqini tapmışdır. X4 Hüseyn oğlunun əməli hazırkı qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta hesab edilir. Həmçinin həmin tarixdə və ## #### 2026-cı il, ## #### 2026-cı il tarixlərində Isgəndərov Seymur Hüseyn oğlunun Zərərçəkmiş şəxs, Nümayəndə, X1 və Nümayəndə Zərərçəkmiş şəxs X1 isə Isgəndərov Seymur Hüseyn oğlunu, ünvansız söyüşlər söyərək ictimai qaytanı pozması faktı alınmış izahatlarla, Isgəndərov Seymur Hüseyn oğlu, Zərərçəkmiş şəxs, Nümayəndə, X1 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması, ölümlə hədələməsi faktları öz təsdiqini tapmamışdır. Eləcə də, Şamaxı şəhəri, Malik Bayramov küçəsi, ev 4-də qeydiyyatda olan Isgəndərov Seymur Hüseyn oğlunun narkotik vasitələrə meyilli olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Seymur Isgəndərovun hər hansısa bir cinayətkar qrupa qoşulması müəyyən edilməmiş, sözügedən ərazi ilə bağlı Nümayəndə ilə Isgəndərov Seymur Hüseyn oğlu aralarında həmin yerlə bağlı mülki mübahisə olması müəyyən edilmişdir. Eləcədə, Nümayəndə və Isgəndərov Seymur Hüseyn oğlu aralarında münaqişələrin davam etməsi müəyyən olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin ##.##.2026-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər - Alt dodağın səthi yarası, alt çənənin qançırı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni ##.##.2026-cı il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X2 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğlarından dərəcələri təyin edilmir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhəri, Tofiq Ismayılov küçəsi ev 3-də qeydiyyatda olanlar Nümayəndə məlumatı və Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, formal mülahizələrdən ibarətdir. Belə ki zərərçəkmiş şəxsin qardaşına edilmiş hərəkətlərlə bağlı məsələ hazırkı məhkəmə araşdırmasının predmeti deyildir. Hüquqa zidd hərəkətə məruz qalan şəxs aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək və dəlillərini təqdim etmək hüququ vardır. Digər tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olması məsələsi ilə məhkəmə bildirir ki, bu məsələ də hazırkı məhkəmə araşdırma predmetini təşkil etmir. Hazırkı məhkəmə araşdırma predmeti Şamaxı Rayon Polis Şöbəsi tərəfindən təqdim olunan inzibati xətaya dair protokolla bağlıdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öz tələbində israrlıdırsa, iş materiallarda olan və tədqiq edilmiş Şamaxı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında müraciət etmək hüququ vardır. Təyin edilmiş cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Inzibati tənbeh tədbiqinin tətbiq edilməsi şəxsin islah edilməsinə yönəlmişdir. Inzibati tənbeh həddinin düzgün müəyyən edildikdə bu məqsədə çatmaq olar. Hazırkı iş üzrə məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ədalətli cəza təyin edildiyini hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar