Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-300/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, DİN BDYPİnin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakim Fərid Nəsimiyev). Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsində şikayəti çox səhti araşdırılmış və nəticədə ədalətsiz qərar qəbul edilmişdir.Belə ki, törədilən qayda pozuntusu aşkar edilən zaman kənar şəxlər tərəfindən qayda pozuntusunun aşkarlanmasına müdaxilə edilmişdir. Qayda pozuntusunu özündə əks etdirən fotoşəkildə yolun hərəkət hissəsinin kənarında ikinci cərigədə avtomobilin saxlanılması tam aydın deyildir.Fotoşəkildə mağazanın qarşısında həmin mağazaya məxsus yükdaşıyan “Qazel” markalı avtomobil dayandığı görünür. Onunu avtomobili isə həmin avtomaşından qabaqda yolun sağ kənar hissəsində (burda ikinci cərgədən söhbət gedə bilməz) dayanmışdır.Hadisəni qeydə alan, qayda pozuntusunun aşkarlanmasına müdaxilə edən Sumqayıt şəhər Pİ-nin “Təhlükəsiz şəhər xidmətinin” operatoru olsa da, nədənsə qayda pozuntusu Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX inspektoru pols serjantı X1 tərəfindən aşkarlandığı göstərilmişdir. Bu isə texniki vasitələrlə avtomatik qayda pozuntusunun aşkarlanması qaydasına ziddir. Azər Vəliyevin şahid qismində məhkəməyə çağrılaraq dindirilməklə bütün göstərilən məsələlərə aydınlıq gətirməli idi. Lakin nədənsə məhkəmə bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan DİN-nin DYP-nin portalından alınmış fotoşəkildən görünür ki, “X2 minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin sağında 2 (iki) avtomobil vardır. Birinci instansiya məhkəməsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı qanunvericiliyin tələblərinə uyğun hesab edərək Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas olmamasını müəyyən edib Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməlidir. Belə ki, İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsində müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat saat 14:05-də “X2 minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Koroğlu küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış və həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə nəqliyyat vasitəsini dayandırmışdır ki, bu, yuxarıda göstərilən qaydada inzibati məsuliyyətə səbəb olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI : Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-300/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-300/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver