Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-301/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə dair Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ##.##.2026-cı il tarixli, ******* nömrəli protokolu əsasında yazılmış ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və barəsində tətbiq edilmiş 3000 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət şikayətçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, hazırda Azərbaycan Respublikası “TƏBIB” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Ümumi şöbənin arxivçi vəzifəsində işləyir, qardaşı X2 ##.##.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 2026-cı ilin fevral ayının axırlarında Siyəzən TTTYS-nin ərazisində yerləşməklə, yaşıl ot örtüyü bitməyən torpaq sahəsində olan tullantıları, Novruz bayramı öncəsi, çərşənbə bayramı günü, iş vaxtından sonra onda olan arxiv aktı ilə ləğv edilmiş sənədlərlə birgə təmizlik məqsədi ilə ( az miqdarda - 2 qovluq sənədlər) yandırmışdır. Sonradan ona ekoloji qaydalara riayət etmədiyi, cərimə olunduğu məlumu olmuşdur. Həmçinin, ##.##.2026-cı il tarixdə poçt vasitəsilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı almışdır. Eyni zamanda, sözügedən inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs kimi cərimə olunmuşdur. Halbuki, yuxarıda da qeyd etdiyi kimi “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Ümumi şöbənin arxivçi vəzifəsində işləyir və fiziki şəxsdir. Habelə, cərimə məbləği şişirdilmişdir. Bir daha qeyd etmişdir ki, məqsədi yalnız insanlıq borcunu yerinə yetirmək, zibil tullantılarını həmin ərazidən təmizləmək olmuşdur. Hansı ki, həmin ərazinin tullantılar ilə dolu olması özü-özlüyündə ekologiyanın çirklənməsi deməkdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə) göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərarından verilmiş şikayətin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində AR IXM-nin 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barəsində qərarını qeyd olunan inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsini təsdiqləyəcək kifayət qədər sübutun işə əlavə olunmaması və s. hallarla əsaslandırmışdır. Məhkəmə əsassız olaraq ##.##.2026-cı i! tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi qərara alınmışdır. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, Ekologiya və X3 Rəşad Ismayılovun ## #### 2026-ci il tarixdə keçirilmiş səyyar qəbuluna vətəndaş X4 yaşadığı Siyəzən rayon ərazisində formalaşan tullantılar habelə tullantıların yandırılması və ətrafın çirkləndirilməsi məzmununda şikayəti daxıl olmuşdur. Beləliklə, nazirliyin nümayəndəsinin və Elşən Məhərrəmovun iştirakı ilə keçirilmiş müayinə zamanı mərkəzi xəstəxananın balansında olan ərazidə tullantıların və arxiv materiallarının yandırılması, həmçinin binanın digər hissəsində tullantıların qalaqlanması halları aşkar edilmiş və buna dair fotoşəkillər də qeydə alınmışdır Bundan sonra isə. aşkar edilmiş inzibati xəta hadisəsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ‘Siyəzən rayon Mərkəzi Xəstəxanası' PHŞ-ın Ümumi şöbəsində arxivçi vəzifəsində işləyir, yəni vəzifəli şəxsdir Eyni zamanda, xəstəxanadan verilmiş arayışda arxiv işlərinin bütün vəzifə öhdəlikləri və səlahiyyətləri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən icra olunduğu qeyd edilmişdir. Odur kı. o, vəzifəli şəxs qismində inzibati tənbeh olunmuşdur. Həmçinin “Siyəzən rayon Mərkəzi Xəstəxanası" PHŞ-in ## #### 2026-cı il tarixli, **-*-**/*-***/**** saylı arayışının surətindən görünür ki. PHŞ-in direktorunun X7 Yardım stansiyasının ərazisində yerləşən və fəaliyyət göstərən arxiv materiallarının məhv olunması və yandırılması ilə bağlı heç bir məlumatı olmamaqla bərabər bununla bağlı heç bir göstəriş verməmişdir. Həmçinin, sözügedən yandırılma halı arxiv işçisi Qərardan şikayət verən orqan (şəxs) Qasımbala oğlu tərəfindən həyata keçirilmiş, o cümlədən arxiv işi ilə bağlı bütün məsələlərin vəzifə öhdəliyi və cavabdehlik Qərardan şikayət verən orqan (şəxs) aiddir. Əgər məhkəmə fotoçəkilişdən tullantıların qalaqlanması və yandırılması faktını müəyyən edə bilmirdisə iş üzrə obyektiv, ədalətli qərar qəbul etmək üçün əraziyə baxış keçirə bilərdi. Məhkəmə qeyd olunanlar nəzərə almadan Qərardan şikayət verən orqan (şəxs) formal mülahizələrlə əsaslandırılmış şikayətini təmin edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi barədə əsassız qərar qəbul etmişdir. Qeyd olunanlar Siyəzən rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-***/**** saylı qərarının əsassız olmasının birbaşa sübutur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərarından verilmiş şikayətin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instnsiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, ****** nömrəli aktından görünür ki, Siyəzən şəhərinin Babək küçəsində yerləşməklə, Siyəzən rayon Mərkəzi Xəstəxanasına məxsus ərazidə (X7 Yardım stansiyasının yerləşdiyi ərazidə) keçirilən baxış zamanı xəstəxananın arxiv binasının qarşısında tullantıların açıq havada yandırılması və ərazinin digər hissəsində tullantıların hasarlanmış ərazinin hüdudları daxilində qalaqlanması halları aşkar edilmişdir. Habelə araşdırma zamanı həmin tullantıların arxiv işçisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yandırıldığı müəyyən edilmişdir. Həmçinin, “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru arayış təqdim edərək, Qərardan şikayət verən orqan (şəxs) bununla bağlı heç bir göstəriş verilmədiyini bildirmiş və buna dair arayış təqdim etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsindən daxil olmuş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 266.1-ci və 234.0.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Siyəzən şəhər Babək küçəsində yerləşən Siyəzən RMX-nın arxiv binasının qarşısında tullantıların əraziyə atılaraq yandırılması və ərazinin çirkləndirilməsi müəyyən edilmişdir. Işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Işdə olan Azərbaycan Respublikası “TƏBIB” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in ## ##### 2026-cı il tarixli, **-*-**/*-***/**** saylı arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) PHŞ-in Ümumi şöbəsində arxivçi vəzifəsində işləyir. Işdə olan Azərbaycan Respublikası “TƏBIB” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in ## #### 2026-cı il tarixli, **-*-**/*-***/**** saylı arayışının surətindən görünür ki, PHŞ-in direktorunun X7 Yardım stansiyasının ərazisində yerləşən və fəaliyyət göstərən arxiv materiallarının məhv olunması və yandırılması ilə bağlı heç bir məlumatı olmamaqla bərabər bununla bağlı heç bir göstəriş verməmişdir. Həmçinin, sözügedən yandırılma halı arxiv işçisi Qərardan şikayət verən orqan (şəxs) Qasımbala oğlu tərəfindən həyata keçirilmiş, o cümlədən arxiv işi ilə bağlı bütün məsələlərin vəzifə öhdəliyi və cavabdehlik Qərardan şikayət verən orqan (şəxs) aiddir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 234.0.5-ci maddəsinin tələblərinə əsasən tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 17-ci maddəsinə və maddənin qeyd hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Apellyasiya Məhkəməsi IXM-nin 234.0.5-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin normanın dispozisiyasında məsuliyyətin yaranma şərti kimi atmosfer havasının çirklənməsini göstərir. Qeyd olunan maddə blanket xarakterli normadı və atmosfer havasının çirklənməsinin anlayışının “Atmosferin mühafizəsi haqqında” qanunda müəyyən edilmişdir. Belə ki, həmin qanunun 1.0.3-cü maddəsində atmosfer havasının çirklənməsi dedikdə atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması başa düşülür. Həmin qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri ona fiziki təsirin yol verilən səviyyəsi insanlara, flora və faunaya, xüsusi mühafizə olunan təbii ərazilərə və obyektlərə təsirin kimyəvi, bioloji və fiziki amillərin təhlükəsizliyi və (və ya) zərərsizliyi meyarlarının müəyyən edilməsi, habelə atmosfer havasının vəziyyətinin qiymətləndirilməsi məqsədilə müəyyən edilir. Həmin Qanunun 9.2-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müəyyən edilir. Görüdüyü kimi gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin qaydalarının hazırlanması həmin Qanunun tətbiq edilməsi haqqında ## #### 2001-cil tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Nazirlər Kabinetinə həvalə edilmiş və ## ### 2003-cü il tarixli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası"nın və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarı ilə həmin Qaydalar müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci maddəsində qeyd edilmişdir ki, atmosfer havasının keyfiyyətinin ekoloji normativləri – atmosfer havasının ekoloji keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının ətraf mühitə zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir. Qaydaların 2.2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin ekoloji normativlərini, onların müəyyən edilməsi üsullarını və atmosfer havasının mühafizəsi məqsədi ilə digər ekoloji normativləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və tətbiq edir. Qaydaların 3.1-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik normativləri – atmosfer havasının gigiyenik keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının (konsentrasiyasının) insan sağlamlığına zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir. Qaydaların 3.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin gigiyenik normativlərini və onların müəyyən edilməsi üsullarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, inzibati xəta üzrə araşdırma zamanı inzibati xəta törətməsi ehtimal olan şəxsin statusu düzgün müəyyən edilməlidir. Çünki inzibati xətaya dair qanunvericilikdə inzibati xəta törətmiş fiziki və vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirlərinin həcmi fərqləndirilir. Buna uyğun olaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs qismində məsuliyyətə cəlb etsə də, onun qanunla nəzərdə tutulmuş hansı əsasla vəzifəli şəxs olmasını araşdırmamışdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) “TƏBIB” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-in ümumi şöbəsində arxivçi vəzifəsində işləyir. Ümumi şöbənin arxivçi vəzifəsinin isə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən şəxslərdən hansına aid olması araşdırılmamışdır. Bundan başqa, inzibati araşdırma aparılan zaman Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hansı tullantıların yandırıldığı, yandırıldığı halda atmosfer havasının çirklənməsinə necə səbəb olduğu, çirklənmənin nə ilə müəyyən edildiyi müəyyən edilməmiş, bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən atmosfer havasını çirklənmənin nə qədər olması, yəni atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən nə qədər artıq olması müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-301/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-301/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver