Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-302/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin nümayәndәsi X3, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs qәrardan şikayәt verәn orqan (şәxs)1 direktoru olduğu qәrardan şikayәt verәn orqan (şәxs)2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi nümayәndә1 iştirakları ilә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından qәrardan şikayәt verәn orqan (şәxs)1 direktoru olduğu qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin nümayәndәsi nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә şikayәtçi qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә hәmin inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә şikayәti tәmin edilmәmiş, qәrar dәyişdirilmәdәn saxlanılmışdır (hakim Bәylәr Əlәkbәrov). Işin halları: Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn ## ###### 2025-ci il tarixdә, saat 10:30 radәlәrindә qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin Siyәzәn rayonunda yerlәşәn zavodunda oranın işçisi X2 istehsalatda baş verәn bәdbәxt hadisә zamanı az ağır xәsarәt almasına baxmayaraq, işәgötürәn MMC-nin direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn bu hadisә barәdә X5 Xidmәtinә vә ya onun yerli şöbәsinә mәlumat verilmәmiş, nәticәdә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 217ci maddәsinin İ hissәsinin tәlәblәri pozulmuş vә qәrardan şikayәt verәn orqan (şәxs)1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 555.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 1000 manat inzibati cәrimә edilmişdir. qәrardan şikayәt verәn orqan (şәxs)1 birinci instansiya mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Işә baxan Siyәzәn Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya mәhkәmәsinin qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs qәrardan şikayәt verәn orqan (şәxs)1 direktoru olduğu qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin nümayәndәsi nümayәndә1 tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, bәdbәxt hadisә qәsdәn gizlәdilmәmişdir. Sәnәdlәşmәdәki gecikmә müәssisәdәki kadr dәyişikliyi (HR әmәkdaşının analıq mәzuniyyәtinә çıxması) ilә bağlı olmuşdur. Hadisә baş verәndәn dәrhal sonra işçi dövlәt xәstәxanasına çatdırılmışdır. Lakin işçinin әmәk qabiliyyәtinin itirilmәsi haqqında xәstәlik vәrәqәsi açılmamışdır. Buna baxmayaraq, şirkәt tәrәfindәn işçi bütün sosial tәminatlarla tәmin olunmuşdur. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs qәrardan şikayәt verәn orqan (şәxs)1 direktoru olduğu qәrardan şikayәt verәn orqan (şәxs)2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtini müdafiә edәrәk, X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin nümayәndәsi X3 apellyasiya şikayәtinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan işә götürәn qәrardan şikayәt verәn orqan (şәxs)1 ilә işçi X2 arasında ## ###### 2022-ci il tarixdә bağlanmış әmәk müqavilәsinin surәtindәn görünür ki, hәmin tarixdә Əli Ziyaddinov, qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-dә operator kömәkçisi qismindә işә qәbul edilmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi MәhkәmәTibbi Ekspertiza vә Pataloji Anatomiya Birliyinin ## ###### 2025-ci il tarixli, *** nömrәli rәyinin surәtindәn görünür ki, X2 bәdәni üzәrindә sağ әlin 4-5-ci barmaqlarının әzilmiş-didilmiş yaraları vә sağ 5-ci әldarağı sümüyünün çәp xәtti sınığı aşkar olunmuşdur. Hәmin xәsarәtlәr bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, törәnmә müddәti ## ###### 2025-ci il tarixә uyğun gәlir vә sәhhәtin uzun müddәtә pozulmasına sәbәb olan sağlamlığa az ağır zәrәr vurmaya aid edilir. Iş materiallarında olan Siyәzәn rayon prokurorluğunun, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinә ünvanladığı ## ###### 2026-cı il tarixli, ***C-** nömrәli mәktubunun surәtindәn görünür ki, ## ###### 2025-ci il tarixdә Siyәzәn RPŞ-dәn rayon prokurorluğuna X2 işlәdiyi qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-dә iş prosesi zamanı xәsarәt alaraq, “sağ әlin 4 vә 5-ci barmaq falanqalarının, әl daraq sümüyünün әzilmiş didilmiş yarası” diaqnozu ilә rayon Mәrkәzi Xәstәxanasına daxil olması barәdә müraciәt daxil olmuşdur. Odur ki, Əli Ziyaddinovun iş prosesi zamanı xәsarәt alması ilә әlaqәdar X5 Xidmәtinin Quba Xaçmaz regional şöbәsinә mәlumat daxil olub-olmaması, müsbәt halda araşdırma aparılıbaparılmaması, aparılmışdırsa müvafiq sәnәdlәrin surәtlәrinin rayon prokurorluğuna göndәrilmәsi xahiş edilmişdir. Iş materiallarında olan qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin ## ###### 2026cı il tarixli istehsalatda baş vermiş hadisәnin araşdırılması üzrә komissiya aktının surәtindәn görünür ki, ## ###### 2025-ci il tarixdә, saat 10-11:00 radәlәrindә qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin istehsalat sahәsindә iş prosesi zamanı MMC-nin operator kömәkçisi, zәrәrçәkmiş şәxs X2 tәrәfindәn xammalın texnoloji avadanlığa yüklәnmәsi zamanı onun cibindә olan kәsici alәt avadanlığın daxilinә düşmüş, hәmçinin sonuncu hәmin alәti götürmәk mәqsәdi ilә işlәk vәziyyәtdә olan avadanlığa müdaxilә etmiş, nәticәdә sağ әli mexaniki hissәyә dәymiş vә xәsarәt almışdır. Hadisәdәn dәrhal sonra, avadanlıq Əli Ziyaddinov tәrәfindәn dayandırılmış vә sonuncu xәsarәt alması barәdә yaxınlıqdakı işçilәrә mәlumat vermişdir. Belә ki, bu mәlumatdan sonra, Əli Ziyaddinov dәrhal MMC tәrәfindәn tibb müәssisәsinә çatdırılmışdır. Bununla da, qeyd edilәn hadisә istehsalatda baş vermiş bәdbәxt hadisә kimi qiymәtlәndirilmiş, habelә zәrәrçәkmiş şәxs xәsarәt almaqla, bu hal onun müvәqqәti әmәk qabiliyyәtinin itirilmәsi ilә nәticәlәnmişdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokolun, hәmçinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın surәtlәrindәn görünür ki, ## ###### 2025-ci il tarixdә, saat 10:30 radәlәrindә qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin Siyәzәn rayonunda yerlәşәn zavodunda oranın işçisi X2 istehsalatda baş verәn bәdbәxt hadisә zamanı az ağır xәsarәt almasına baxmayaraq, işәgötürәn MMC-nin direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn bu hadisә barәdә X5 Xidmәtinә vә ya onun yerli şöbәsinә mәlumat verilmәmiş, nәticәdә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 217-ci maddәsinin İ hissәsinin tәlәblәri pozulmuş vә Mәhәmmәdov Abbasov Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 555.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 1000 manat inzibati cәrimә edilmişdir. Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 217-ci maddәsinin 1-ci hissәsinә әsasәn Işәgötürәn istehsalatda baş verәn bәdbәxt hadisәlәrin ağırlıq dәrәcәsindәn asılı olmayaraq hadisәnin araşdırılması üçün dәrhal hәmin hadisә baş verәn günü әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәti hәyata keçirәn orqana mәlumat vermәyә borcludur. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 555.1-ci maddәsinә әsasәn işәgötürәn tәrәfindәn istehsalatda baş verәn bәdbәxt hadisәnin baş vermә faktının gizlәdilmәsinә vә ya bәdbәxt hadisәnin araşdırılması üçün hadisә baş verәn gün әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanına mәlumatın verilmәmәsinә görә - min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Mәhkәmә qәrardan şikayәt verәn orqan (şәxs)1 inzibati xәta haqqında iş üzrә cәrimә edilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları qeyd edir: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Mәhkәmә qeyd olunan halları nәzәrә alaraq hesab edir ki, qәrardan şikayәt verәn orqan (şәxs)1 әmәli düzgün olaraq Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 555.1-ci maddәsi ilә tövsif edilmişdir. Hәmçinin birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında qeyd etmişdir ki, şikayәtçi işә götürәn qәrardan şikayәt verәn orqan (şәxs)2 MMC-nin direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 MMC-dә baş vermiş bәdbәxt hadisәnin araşdırılması üçün hadisә baş verәn gün әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanına mәlumat vermәmiş, nәticәdә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 217ci maddәsinin İ hissәsinin tәlәblәri pozulmuş vә MMC-nin direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 qanunvericiliklә müәyyәn olunmuş qaydada inzibati mәsuliyyәtә cәlb edilmişdir. qәrardan şikayәt verәn orqan (şәxs)1 şikayәt әrizәsindә göstәrdiyi hallar işin faktiki halları ilә tam şәkildә tәkzib edilir. Şikayәtçi qәrardan şikayәt verәn orqan (şәxs)1 inzibati araşdırma, habelә onun nәticәlәri ilә bağlı istinad etdiyi hallar özünümüdafiә xarakteri daşıyır vә gәlәcәkdә inzibati mәsuliyyәtdәn yayınma mәqsәdi güdmәklә, şikayәtçinin şәxsi mülahizәlәridir, mötәbәr sübut vә ya sәnәdlәrә әsaslanmamışdır. Şikayәtçi şikayәtindә onun tәrәfindәn qeyd edilәn pozuntunun törәdilmәmәsini qeyd etsә dә, bu barәdә әsaslı dәlili mәhkәmәyә tәqdim edә bilmәmişdir. Iş materiallarında olan mötәbәr sübut vә sәnәdlәrә әsasәn şikayәtçinin hәmin inzibati xәtanı törәtmәsi tәsdiq edilir. Inzibati xәta haqqında qәrarın şübhә altına alınaraq, lәğv edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. qәrardan şikayәt verәn orqan (şәxs)1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 555.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixdә inzibati cәrimә edilәrkәn inzibati xәtalar haqqında qanunvericiliyin normalarının tәlәblәri pozulmamışdır. Odur ki, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqında qәrardan qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı qanuni vә әsaslı olmuşdur. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәrә әsasәn mübahisәli qәrarın lәğv edilmәsi üçün әsaslar yoxdur. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X4 tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqında qәrardan qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-302/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-302/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver