Məhkəmə qərarları › İş №3(3-8)-303/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-303/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-303/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi, Hacıyeva Aytəkin Qurban qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Sumqayıt şəhər Polis İdarəsinin X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Sumqayıt ŞPİ tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt ŞPİ-nin X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Sumqayıt ŞPİ-nin X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (Hakim Samir İsmayılov). Məhkəmənin qərarından narazı qalan Sumqayıt şəhər Polis İdarəsi ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti verərək, məhkəmənin mübahisəli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının surəti Sumqayıt şəhər Polis İdarəsi tərəfindən ## ##### 2026-cı il tarixində qəbul edilsə də, həmin qərardan apellyasiya şikayəti 10 gün müddətində verilməli olduğu halda ## ### 2026-cı il tarixində, yəni 1 ay sonra verilmişdir. Lakin ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmiş və iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Qeyd olunan 20 gün müddət ərzində Sumqayıt şəhər Polis İdarəsinə poçt vasitəsi ilə buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət verilməsi hüququ ilə bağlı məktub göndərilmiş və həmin məktub 12 iyun 2026-cı il tarixdə alınmasına baxmayaraq, qeyd olunan vəsatət verilməmişdir. Həmçinin apellyasiya məhkəməsi icraatı zamanıda Sumqayıt şəhər Polis İdarəsinə “AzDoc” elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə məhkəmə bildirişi göndərilmişdir. Lakin buna baxmayaraq prosessual müddətin bərpası barədə vəsatət verilməmiş və nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, İXM-nin 130-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddəti müəyyən edilmiş, habelə buraxılmış müddətin bərpa olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin İXMnin həmin maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxıldığı hallarda həmin qərardan verilən şikayətin (protestin) mümkünlüyünün yoxlanılmasına dair prosessual qaydaları təfsilatı ilə müəyyən etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıbburaxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. “Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir.Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Belə olan halda apellyasiya instansiya məhkəməsi hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 386 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar