Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-304/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Samir İsmayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə mtutulmuş xətanı törətməkdə təqsirli bilinərək,onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. İşin halları : Sumqayıt ŞPİ DYPŞ-nin Yol patrul xidməti inspektoru R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 11:55 radələrində “Mercedes Benz C280” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan tibbi müayinə aktı və digər sənədlərin tərtib edilməsi zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmamışdır. O, narkotik vasitənin təsiri altında olmasını inkar edir. Hesab edir ki, məhkəmə tənbeh tədiri seçərkən onun ailə vəziyyətini, himayəsində 3 azyaşlı uşağının olmasını və avtomobili idarə etməyin onun yeganə qazanc mənbəyi olmasını nəzərə almamışdır. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılması mümkündür. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında işin materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini öyrənib hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə **** saylı, ## #### 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş nümunə ekspress test üsuslu ilə yoxlanılmış və həmin nümunədə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt ŞPİnin DYPŞ-də yazdığı izahatından görünür ki, o, “Mercedes” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Çerkaski küçəsində hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, ondan şübhələndikləri üçün həkim müayinəsinə dəvət edilmiş, müayinə olunduqda onda narkotik vasitə təsiri aşkarlanmışdır. Məhkəməyə verilmiş protokol əsasında işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333- 1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün Sumqayıt ŞPİ-nin X1 Şöbəsində yazdığı izahatı, həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti düzgün olmuş, eyni zamanda şikayətin dəlilləri formal xarakterli dəlillər kimi qiymətləndirilməklə əsassız hesab edilir və inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Halbuki, inzibati tənbeh tədbiri inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görəaltı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333-1-ci maddəsinin Qeydinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materialları ilə təsdiq olunur ki, Ç. Allahverdiyev Yol hərəkəti haqqında Qanunun tələblərini pozaraq, avtomobili psixotrop maddə olan metamfetamin təsiri altında idarə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, onun izahatı, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktla, iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində vurğuladığı avtomobili idarə edərkən psixotrop maddənin təsiri altında olmamasına dair göstərdikləri işdə olan **** nömrəli ##.##.2026-cı il tarixli aktla təkzib edilir, belə ki, həmin aktın müvafiq bəndlərindən göründüyü kimi Ç. Allahverdiyev nəşə çəkdiyini demiş (aktda 8-ci bənd), metanfetamin qəbulu faktı aşkarlandı (aktda 12-ci bənd), aktla tanış edildi və imza etdi (aktda 13-cü bənd). Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh əsaslı olmuş və bu tənbehin əsaslılığı müzakirə edilərkən aşağıdakılar nəzərə alınır. İXM-nin 3-cü maddəsinə müvafiq olaraq məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi qeyd edir ki, şikayətin dəlilləri əsaslı hesab edilmədiyindən həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəməm hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu baxımdan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması qənaətinə gəlməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya qaydasında şikayət və ya protest verilməsi hüququ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-304/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-304/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver