Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-307/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, X2 katibliyilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәrә dair Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs (icra sәnәdi üzrә tәlәbkar) Zәrәrçәkmiş şәxs Mәhәrrrәm qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Firuzә Kәrimova) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәqsiri sübuta yetirilmәdiyindәn xitam verilmişdir. İşin halları : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXMnin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Abşeron rayon İcra vә Probasiya Şöbәsinin icra mәmuru X1 tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә tәqdim olunmuşdur. Protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan zәrәrçәkmiş şәxsin (icra sәnәdi üzrә tәlәbkar) Zәrәrçәkmiş şәxs Mәhәrrrәm qızı apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә işin yenidәn araşdırılması üçün Abşeron Rayon Mәhkәmәsinә qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә yalnış qәnaәtә gәlmәklә qanunvericiliyin tәlәblәrini pozan qәrar qәbul etmişdir. Belә ki, mәhkәmә heç bir әsaslandırma aparmadan ancaq formal mülahizәlәrә әsasәn bir iki maddә yazmaqla heç qanuna әsalanmayan qәrәzli qәrar qәbul etmişdir. Hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bildirdiklәri cәfәngiyyatdan başqa bir şey deyildir. İcra işi üzrә borclunun hazıradәk heç bir ödәniş etmәmәsi onun dövlәtin adından çıxan mәhkәmә qәrarını icra etmәmәsi nәticәsindә inzibati xәta törәtmәsinә dәlalәt edir. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak etmiş barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtә etiraz edәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. İşә baxılmasının yeri vә vaxtı barәdә zәrәrçәkmiş şәxs (icra sәnәdi üzrә tәlәbkar) Zәrәrçәkmiş şәxs Mәhәrrrәm qızı vә Abşeron rayon İcra vә Probasiya Şöbәsinin icra mәmuru X1 mәlumat verilsә dә, zәrәrçәkmiş şәxs vә icra mәmuru mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt daxil olmamışdır. Belә olan halda, mәhkәmә işә zәrәrçәkmiş şәxs vә icra mәmurunun iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, şikayәt tәmin edilmәklә Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-nin 528.1-ci maddәsilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk barәsindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsi öz qәrarını onunla әsaslandırmışdır ki, Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin tәrkibi mәhkәmә vә digәr orqanların qәrarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәrinin yerinә yetirilmәdiyi vә ya onun tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәr etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin mәhz üzrsüz sәbәbdәn icra edilmәdiyi hallarda yaranır. Lakin icra sәnәdi üzrә borcun hissәhissә ödәnilmәsi ilә bağlı Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsinә müraciәt etmiş, mәhkәmәnin qәrarı hazırki vaxtda qanuni qüvvәyә minmәdiyi üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdi üzrә borcu ödәmәkdәn qәrәzli yayınması faktı öz tәsdiqini tapmamış, habelә onun borcu ödәmәkdәn qәrәzli şәkildә yayınmasını, yәni tәqsirini sübut edәn heç bir mötәbәr sübut tәqdim edilmәmişdir. Qeyd edilәn әsaslara istinad etmәklә birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәta törәtmәsi sübuta yetirilmәdiyindәn inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işin müәyyәn olunmuş hallarına düzgün hüquqi qiymәt verilmәdәn iş üzrә icraata xitam verilmәsi barәdә nәticәyә gәlinmişdir. Belә ki, iş materiallarında olan Bakı Apellyasiya Mәhkәmәsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı icra sәnәdinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 14625 manat mәblәğindә vәsait tutularaq Mәmmәdova Gülüş Mәhәrrәm qızına ödәnilmәsi qәrara alınmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qәrarından görünür ki, Bakı Apellyasiya Mәhkәmәsinin ## ### 2025-ci il tarixli, *(***)- ****/**** saylı icra sәnәdinә әsasәn icraata başlanılmışdır vә hәmin tarixdә borclu şәxsә “tәlәbin könüllü icrası haqqında” bildiriş göndәrilmişdir. İş materiallarında olan ##.##.2025-cı il tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, Bakı Apellyasiya Mәhkәmәsinin ## ### 2025-ci il tarixli, *(***)- ****/**** saylı icra sәnәdindәki tәlәbin 10 gün müddәtinә icra edilmәsi borcluya tәklif olunmuşdur. Apellyasiya mәhkәmәsindәki çıxışında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs işsiz olduğu üçün tәlәbkara hәr hansı ödәniş etmәdiyini, icra sәnәdini icra etmәkdәn qәrәzli olaraq yayınmamasını, borcu tam şәkildә ödәyә bilmәdiyindәn hәmin borcun hissә-hissә ödәnilmәsi ilә bağlı Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinә müraciәt etdiyini bildirdi. İşin müәyyәn olunmuş hallarından göründüyü kimi, sözü gedәn icra sәnәdinin icrası ilә bağlı icra mәmuru tәrәfindәn qanunvericilikdә nәzәrdә tutulmuş tәdbirlәr hәyata keçirilmәsinә baxmayaraq borclu icra sәnәdindәki tәlәbi üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra etmәyәrәk icra mәmurunun mәhkәmә qәrarının icrası ilә әlaqәdar qanuni tәlәbini üzürsüz sәbәbdәn icra etmәmişdir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin hәmin Mәcәllәnin 9.2 vә 35-ci maddәlәri baxımından şәrh edilmәsinә dair” ## ######## 2018-ci il tarixli plenum qәrarında göstәrilmişdir ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәrinin yerinә yetirilmәmәsinә görә şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi mәsәlәsinә baxılarkәn hüquqtәtbiqedici işin faktiki hallarını hәrtәrәfli araşdırmalı, bundan әvvәl onun barәsindә bu әmәlә görә inzibati tәnbeh tәtbiq edilibedilmәmәsini, inzibati tәnbehin mәqsәdlәrinә nail olunub-olunmamasını, әmәlin mәhz qәrәzli olaraq törәdilib-törәdilmәmәsini vә digәr mühüm halları araşdırmalıdır. Mәhkәmәlәr nәzәrә almalıdırlar ki, tәnbeh vә ya cәzanın tәtbiqi tәrbiyәvi xarakter daşıyır. Hәr hansı bir sanksiyanın tәtbiqi isә mütәnasib vә әdalәtli olmalıdır. Mәhkәmә aktlarının icra edilmәmәsi ilә әlaqәdar hәr hansı inzibati tәnbeh vә ya cәza tәtbiq edilәrkәn, ilk növbәdә, borclu şәxs tәrәfindәn icra mәmurunun tәlәblәrinin yerinә yetirilmәsi üçün mümkün vasitәlәrdәn istifadә edilib-edilmәmәsi obyektiv qiymәtlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 37-ci maddәsinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 306.1-ci maddәsi baxımından şәrh edilmәsinә dair” 2014-cü il ## ###### tarixli Qәrarında formalaşdırdığı hüquqi mövqeyi tәkrarlayaraq bir daha qeyd etmişdir ki, mәhkәmә aktlarının qәrәzli icra edilmәmәsini mәhkәmә qәrarında nәzәrdә tutulmuş tәlәblәrin hәmin qәrarda müәyyәn edilmiş müddәt әrzindә icra edilmәmәsi, borcluya mәhkәmә qәrarının icra edilmәmәsi haqqında dәfәlәrlә rәsmi xәbәrdarlıq edilmәsi, borclunun mәhkәmә qәrarını icra etmәmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilmәsi, borclu tәrәfindәn mәhkәmә qәrarının icrası üçün yetәrli tәdbirlәrin görülmәmәsi ilә müәyyәn etmәk olar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. İşin hallarından göründüyü kimi, icraata başlanılan ##.##.2025-ci ildәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında protokol tәrtib olunan ##.##.2026-cı il tarixә kimi keçәn 4 aydan artıq müddәtdә borclu tәrәfindәn icra sәnәdi üzrә heç bir ödәniş edilmәmişdir. Eyni zamanda borcun hissә hissә ödәnilmәsi barәdә mәhkәmәyә müraciәt etmәk özü özlüyündә borclunu icra sәnәdi üzrә ödәniş etmәkdәn azad etmir. Qeyd edilәnlәr onu göstәrir ki, borclu icra sәnәdini üzürsüz sәbәbdәn icra etmir. Buna görә dә, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir vә yeni qәrar qәbul edilir. Birinci instansiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 3 saat hüquqi yardım göstәrdiyinә görә müdafiәçi Abşeron rayon Vәkil Bürosunun vәkili Vәkil müvafiq olaraq 33 manat mәblәğindә pulun Azәrbaycan Respublikası dövlәt büdcәsinin vәsaiti hesabına ödәnilmәsi nәzәrә alınmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI : Apellyasiya şikayәti tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. İş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinsin vә o, 500 (beş yüz) manat mәblәğindә inzibati qaydada cәrimә edilsin. Abşeron Rayon Mәhkәmәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 3 saat hüquqi yardım göstәrdiyinә görә müdafiәçi Abşeron rayon Vәkil Bürosunun vәkili Vәkil 33 manat mәblәğindә vәsait Azәrbaycan Respublikası dövlәt büdcәsinin vәsaiti hesabına ödәnilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrar qәtidir, ondan şikayәt vә ya protest verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-307/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-307/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver