Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-308/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, mәhkәmә iclası katibi X5, zәrәçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi – Sumqayıt Regional Vәkil Bürosunun vәkili X4 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim N.C.Ağazadә) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta әmәlinin tәrkibi olmadığından onun barәsindә olan inzibati iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Xaçmaz rayon Icra vә Probasiya Şöbәsinin icra mәmuru X1 tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xәta haqqında protokol baxılaraq hüquqi qiymәt verilmәsi üçün Xaçmaz Rayon Mәhkәmәsinә tәqdim olunmuşdur. Protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk hәmin qәrarın lәğv edilәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, IXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib hәmin maddәnin sanskiyasında qeyd edilәn inzibati hәbs tәnbeh növü tәtbiq edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin 2(105) ***/**** saylı, ##.##.2021-ci il tarixli icra vәrәqәsinә әsasәn borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bir uşağın yetkinlik yaşma çatanadәk saxlanılması üçün hәr ay 170 manat mәblәğindә aliment tutularaq Zәrәrçәkmiş şәxs qızma ödәnilmәlidir. Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qәrardadı ilә aliment mәblәği indeksasiya olunaraq sonrakı artımlar nәzәrә alınmaqla hәr ay uşaq üçün ölkә üzrә müәyyәn olunmuş minimum aylıq әmәk haqqının 0,68 misli hәddindә yәni 272 manat sabit pul mәblәğindә müәyyәn edilәrәk ödәnilmәsi qәt edilmişdir. Aliment ödәnişlәri qeyri-müntәzәm olaraq ödәnilmişdir. Lakin dekabr ayından sonra borclu aliment ödәnişlәrini hәyata keçirmәmiş, tәlәbkar dәfәlәrlә bu barәdә icra şöbәsinә müraciәt etmişdir. Borclu icra mәmurunun çağırışlarına gәlmәkdәn yayınmış, bir neçә xәbәrdarlıqlardan sonra icra şöbәsinә gәlmişdir. Hazırda borclunun 4730 manat aliment borcu vardır, hәmin göstәrilәn borcu cavabdehdәn ala bilmir. Mәhkәmә iş üzrә iddiaçı kimi onun iştirakını tәmin etmәmişdir, işin mәhkәmә iclasında araşdırılması, mahiyyәti üzrә işә baxılıb qәrar qәbul edilmәsinә yönәlәn bütün lazım olan hәrәkәtlәri etmәmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, borclu umumiyyәtlә uşaqlarının qayğısına qalmır, ödәmәli olduğu alimenti belә ödәmir. Baxmayaraq ki, yük avtomaşını ilә mütәmadi olaraq qum, şebel daşıyır amma alimenti ödәmir. Yalnız mәhkәmәyә verilәn zaman 200 manat aliment ödәmiş, mәhkәmә isә bunu әsas tutaraq iş üzrә әsassız olaraq icraata xitam vermişdir. Hәtta dünәn ona hәdә gәlmә mesajı yazaraq pulunun olmamasını, tutulacağı tәqdirdә nә edәcәyini yaxşı bildiyini yazmışdır. Hesab edir ki, borclunun alimenti ödәmәk fikiri yoxdur ona görә hәbs edilmәsini xahiş edir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş inzibati xәta haqqında protokol tәrtib etmiş Xaçmaz rayon Icra vә Probasiya Şöbәsinin nümayәndәsi vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәlumatlandırılmış olsalar da, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişlәr. Sonuncu ilә telefon әlaqәsi yaradılarkәn mәhkәmәyә gәlmәyә maddi imkanının olmamasını bildirmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati xәta haqqında protokol tәrtib etmiş qurumun nümayәndәsinin vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin iştirakı olmadan, lakin ona dövlәt vәsaiti hesabına tәyin edilmiş müdafiәçinin iştirakı ilә keçirilmәsi mümkündür. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs dövlәt vәsaiti hesabına tәyin edilmiş müdafiәçi X4 apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, borclunun rayon mәhkәmәsindә bildirdiyinә görә bir neçә ay işlәmәmiş, bu sәbәbdәn aliment borcu yığılmışdır. Eyni zamanda borclunun yeni ailәsi vıә iki uşağı olmaqla mәhkәmә gedişatı zamanı 200 manat ödәmәsi nәzәrә alınaraq iş üzrә icraata xitam verildiyindәn apellyaiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya baxışı zaman inzibati icraat materiallarını yoxlayıb, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs dinlәyib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә hәmin maddәnin sanksiyasında nәzәrdә tutulmuş inzibati hәbs növündә tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsindә hazırkı mübahisә olunan qәrar qәbul edilәrkәn mәhkәmә iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxs Xaçmaz rayon Icra vә Probasiya Şöbәsinin icra mәmuru X1 izahat verib bildirmişdir ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(***)***/**** saylı, ##.##.2021-ci il tarixli icra vәrәqәsinә әsasәn borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bir uşağın yetkinlik yaşına çatanadәk saxlanılması üçün hәr ay 170 manat mәblәğindә aliment tutularaq Zәrәrçәkmiş şәxs ödәnilmәlidir. Xaçmaz rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qәrardadı ilә aliment mәblәği indeksasiya olunaraq sonrakı artımlar nәzәrә alınmaqla hәr ay uşaq üçün ölkә üzrә müәyyәn olunmuş minimum aylıq әmәk haqqının 0,68 misli hәddindә yәni 272 manat sabit pul mәblәğindә müәyyәn edilmişdir. Icra sәnәdi ##.##.2021-ci il tarixdә Xaçmaz rayon Icra vә probasiya Şöbәsinin icraatına daxil olmuş, tәrәflәrә bu barәdә müvafiq mәlumat verilmişdir. Aliment ödәnişlәri qeyri-müntәzәm olaraq ödәnilmişdir. Lakin dekabr ayından sonra borclu aliment ödәnişlәrini hәyata keçirmәmiş, tәlәbkar dәfәlәrlә bu barәdә icra şöbәsinә müraciәt etmişdir. Borclu icra mәmurunun çağırışlarına gәlmәkdәn yayınmış, bu gün icra şöbәsinә gәlmişdir. Hazırda borclunun 4730 manat aliment borcu vardır. Hәmçinin icra sәnәdi icraatına 2025-ci ilin oktyabr ayında daxil olmuşdur. Yekun mәhkәmә iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxs borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs aliment borcundan 200 manat ödәniş etdiyini bildirmişdir. Ödәniş edildikdәn sonra isә tәlәbkarın şikayәti olmamışdır. O, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә әdalәtli qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә hazırkı mübahisә olunan qәrar qәbul edilәrkәn mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat verib bildirmişdir ki, o, sürücü işlәyir, lakin 3-4 aydır ki, işlәmәmişdir. Ikinci dәfә ailә hәyatı qurmuşdur vә 2 uşağı vardır. Əvvәllәr ödәniş etmiş vә bugün 300 manat ödәniş edәcәkdir. Yekun mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs 200 manat ödәniş etdiyini bildirmiş vә barәsindә qәbul edilәcәk qәrarı mәhkәmәnin mülahizәsinә buraxdığını qeyd etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sәnәdinә әsasәn Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2013-cü il tarixli, *(***)****/**** nömrәli qәtnamәsinә әsasәn müәyyәn edilmiş alimentin miqdarı artırılaraq ##.##.2012-ci il tәvәllüdlü X2 yetkinlik yaşına çatana qәdәr saxlanması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәr ay 170 manat mәblәğindә sabit pul şәklindә aliment alınaraq Zәrәrçәkmiş şәxs verilmәsi vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 30 manat mәblәğindә dövlәt rüsumu tutularaq Azәrbaycan Respublikasının dövlәt büdcәsinә keçirilmәsi qәt edilmişdir. MN seriyalı, ******* nömrәli, ##.##.2026-cı il tarixli inzibati xәta haqqında protokoldan görünür ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli vә Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdinin icra edilmәmәsi ilә bağlı icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәdiyinә görә 4730 manat aliment borcu yaranmışdır. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXMnin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ##.##.**** nömrәli qәrardadından müәyyәn edilir ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin qanuni qüvvәyә minmiş ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsi ilә ##.##.2012-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәr ay uşaq üçün 170 manat sabit pul mәblәğindә tutulması qәt edilmiş aliment indeksasiya olunaraq maraqlı şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әrizәçi Zәrәrçәkmiş şәxs xeyrinә sonrakı artımlar nәzәrә alınmaqla hazırkı qәrardad qanuni qüvvәsini aldığı tarixdәn başlayaraq hәr ay uşaq üçün ölkә üzrә müәyyәn olunmuş minimum aylıq әmәk haqqının 0,68 misli hәddindә sabit pul mәblәğindә müәyyәn edilmişdir. MilliÖn elektron ödәmә sisteminin çekinin surәtindәn tәlәbkarın hesabına ##.##.2026-cı il tarixdә 200 manat mәblәğindә ödәniş olunması müәyyәn edilmişdir. Iş materiallarından müәyyәn edilir ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin qanuni qüvvәyә minmiş ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs azyaşlı uşağın saxlanılması üçün hәr ay aliment tutulması müәyyәn edilmiş, sonradan Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrardadı ilә hәmin aliment mәblәği indeksasiya edilәrәk minimum aylıq әmәk haqqının 0,68 misli hәddindә müәyyәn edilmişdir. Icra sәnәdi uzun müddәt icrada olmasına baxmayaraq, borclu tәrәfindәn aliment ödәnişlәri müntәzәm hәyata keçirilmәmiş, nәticәdә 4730 manat mәblәğindә borc yaranmışdır. Iş materialları ilә hәmçinin müәyyәn edilir ki, borclu icra mәmurunun qanuni çağırışlarına vaxtında gәlmәmiş, icra sәnәdinin tәlәblәrini tam vә vaxtında yerinә yetirmәmiş, aliment öhdәliyinin icrasından yayınmışdır. Borclunun icra sәnәdinin icrasını tәmin etmәk üçün real vә yetәrli tәdbirlәr gördüyünü tәsdiq edәn mötәbәr sübutlar iş materiallarında mövcud deyildir. Birinci instansiya mәhkәmәsi borclunun sonradan 200 manat mәblәğindә qismәn ödәniş etmәsini onun әmәlindә inzibati xәta tәrkibinin olmaması kimi qiymәtlәndirmişdir. Lakin mәhkәmә hesab edir ki, inzibati xәta haqqında protokolun tәrtib edilmәsindәn vә uzun müddәtli icra edilmәmәdәn sonra edilmiş qismәn ödәniş şәxsin IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati mәsuliyyәtini istisna etmir. Belә ki, IXM-in 528.1-ci maddәsinin dispozisiyasına әsasәn icra sәnәdindә göstәrilәn tәlәbin üzrsüz sәbәbdәn icra edilmәmәsi inzibati mәsuliyyәt yaradır. Hazırkı iş üzrә borclunun aliment öhdәliyini uzun müddәt icra etmәmәsi, әhәmiyyәtli mәblәğdә borcun yaranması, icra mәmurunun qanuni tәlәblәrinin vaxtında yerinә yetirilmәmәsi vә çağırışlardan yayınması onun hәrәkәtlәrindә hәmin maddәnin tәrkib әlamәtlәrinin mövcud olduğunu tәsdiq edir. Mәhkәmә qeyd edir ki, aliment öhdәliyi azyaşlı uşağın saxlanılması ilә bağlı olmaqla xüsusi hәssas xarakter daşıyır vә hәmin öhdәliyin davamlı olaraq yerinә yetirilmәmәsi uşağın maddi tәminat hüquqlarını pozur. Borclunun sonradan cüzi mәblәğdә ödәniş etmәsi isә uzun müddәt davam etmiş qanun pozuntusunu vә yaranmış borcu aradan qaldırmır. Hәmçinin birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә zәrәrçәkmiş şәxsin iştirakının tәmin edilmәmәsi vә onun dәlillәrinә lazımi hüquqi qiymәt verilmәmәsi işin tam, hәrtәrәfli vә obyektiv araşdırılması prinsipinә uyğun olmamışdır. Bu sәbәbdәn mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә sübutları düzgün qiymәtlәndirmәmiş, maddi hüquq normasını düzgün tәtbiq etmәmiş vә nәticәdә әsassız olaraq inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir. Hesab edirәm ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәnaәtinә gәlәrkәn sonuncunun törәtdiyi inzibati xәtanın xarakterinә, onun şәxsiyyәtini xarakterizә edilәn hallara uyğun qiymәt vermәyәrәk qәbul etdiyi qәrar inzibati xәtanın qarşısının alınması, әn başlıcası isә hazırkı aliment mәblәğinin mәhz uşaqların saxlanılması üçün nәzәrdә tutulduğundan uşaqların mәnafeyi baxımından zәruri olan mәqsәdlәrә cavab vermir. Halbuki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 15.2-ci maddәsinә әsasәn mәhkәmәlәrin qanuni qüvvәyә minmiş qәtnamәsi, qәrardadı, qәrarı, әmri bütün dövlәt hakimiyyәti, yerli özünüidarә orqanları, onların vәzifәli şәxslәri, ictimai birliklәr, siyasi partiyalar, hәmkarlar ittifaqları, onların vәzifәli şәxslәri, hәmçinin fiziki vә hüquqi şәxslәr üçün mәcburidir vә Azәrbaycan Respublikasının bütün әrazisindә hökmәn icra olunmalıdır. Hәmin Mәcәllәnin 15.3-cü maddәsinә әsasәn mәhkәmә aktının icra olunmaması, habelә mәhkәmәyә digәr hörmәtsizlik halları qanunda nәzәrdә tutulmuş mәsuliyyәtlә nәticәlәnir. Azәrbaycan Respublikası Konstitusiyasının 129 maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanununun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“Icra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). Azәrbaycan Respublikasının IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Göstәrilәnlәrә әsasәn hesab edirәm ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәrәkәtlәrindә Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin tәrkib hissәsi olduğundan hәmin maddә ilә tәqsirli bilinmәklә barәsindә hәmin maddәnin sanksiyası çәrçivәsindә inzibati hәbs tәtbiq edilmәli, sonuncu mәhkәmә iclasına gәlmәdiyi üçün barәsindә tәtbiq edilәcәk inzibati hәbsdә saxlama müddәtinin әvvәli tutulduğu vaxtdan hesablanmalı, qәrarın icrası Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Xaçmaz rayon Polis Şöbәsinә hәvalә edilmәlidir. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. IXM-nin 31.4-cü maddәsinin tәlәblәrinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsindә inzibati xәtanın törәdilmәsinә görә müәyyәn edilәn inzibati tәnbehin yalnız yuxarı hәddi müәyyәn edildikdә, tәtbiq edilәn inzibati tәnbeh onun yuxarı hәddinin dörddә birindәn az ola bilmәz. IXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir vә yeni qәrar qәbul edilir. IXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Eyni zamanda barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X4 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı IXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrәli qәrarına әsasәn (## ##### 2025-ci il tarixli dәyişikliklәrә görә) tәqsirlәndirilәn şәxsin hüquqlarını müdafiә etmәyә görә müdafiәçiyә hәr iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödәnilmәlidir. Mәhkәmә vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili X4 inzibati iş materialları ilә tanış olub, mәhkәmә prosesindә iştirak etdiyi cәmi 3 (üç) iş saatına görә ödәnilmәli olan 33 (otuz üç) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Göstәrilәnlәrә әsasәn IXM-nin 66.3, 134.1.2, 135.1.5 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinsin vә 08 (sәkkiz) gün müddәtinә inzibati qaydada hәbs edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati hәbsdә saxlama müddәtinin әvvәli tutulduğu vaxtdan hesablansın. Qәrarın icrası Xaçmaz Rayon Polis Şöbәsinә hәvalә edilsin. Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti tәmin edilsin. Apellyasiya instansiyası mәhkәmәsindә göstәrilmiş hüquqi yardımla bağlı inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmәdә hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X4 33 (otuz üç) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-308/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-308/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver