Məhkəmə qərarları › İş №3(3-8)-309/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-309/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-309/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi X1 iştirakı ilә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarından «xxxx» MMC-nin nümayәndәsi Ayxan Qәdirli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı ilә «xxxx» MMC Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә inzibati xәtanın obyekti olmuş 19005 ABŞ dolları mәblәğindә valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 3801 ABŞ dolları mәblәğindә (inzibati xәtanın törәdildiyi günә - yәni ## ####### 2025-ci il tarixә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә olunmuşdur (hakim Abusәt Qasımov). Işin halları: Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә EP seriyalı ******* nömrәli, ## ####### 2025-ci il tarixli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәti 38095 ABŞ dolları mәblәğindә vәsaiti ## ####### 2023-cü il tarixdә xaricә köçürmüş vә 2 (iki) il müddәt keçsә dә, 19005 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş, bununla da Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Xәta ## ####### 2025-ci il tarixdә hüquqi şәxsin hüquqi ünvanında, yәni ünvan 1 sayllı Beton Zavounun yanında olan emalatxanada baş vermişdir. Protokol baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMC-nin nümayәndәsi Ayxan Qәdirli apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(***)- ****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә tәrәfindәn müәyyәn edilmişdir ki, hüquqi şәxs “xxxx” MMC tәrәfindәn 38095 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ##.##.2023-cü il tarixdә “xxxx” ASC-dә olan hesabdan Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür ki, buradan 19005 ABŞ dolları avans olaraq açıq qalmışdır. Iş materiallarına әlavә edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli №*-*/**/**-**** nömrәli arayışı vә YGB (Sorğu nömrәsi 01261000078961 ) әsasında hüquqi şәxsin “xxxx” ASC-nin cari hesabından ##.##.2023-cü il tarixdә ödәnilmiş 38095 ABŞ dollardan açıq qalan avans olan 19005 ABŞ dollarını tam bağlayır. Iş materiallarından da göründüyü kimi hüquqi şәxs “xxxx “MMC tәrәfindәn açıq qalan avans mәblәği 19005 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ##.##.2023-cü il tarixdә “xxxx”xxxx“xxxx” ASC-nin ##.##.2026cı il tarixli №*- */**/**-**** nömrәli arayışına vә YGB (Sorğu nömrәsi 01261000078961 ) әsasәn avans köçürmәsi tam bağlanılmışdır. Qeyd edilmәlidir ki, sözügedәn avans köçürmәsinin qanunvericilikdә nәzәrdә tutulan 2 il müddәtinә kimi bağlanmamasının sәbәbi hüquqi şәxsin tәqsiri ucbatından baş vermәmişdir. Belә ki, iş materillarında olan sәnәdlәrdәn görünür ki, hüquqi şәxs Dövlәt Gömrük Xidmәtinә vaxtında müraciәt etmiş, lakin Dövlәt Gömrük Xidmәti tәrәfindәn işin icrası gecikdirilmişdir. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMC-nin nümayәndәsi Ayxan Qәdirli apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәklә, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, inzibati xәta haqqında protokol tәrtib etmiş sәlahiyyәtli orqan – Azәrbaycan Respublikasının Mәrkәzi Bankının nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hәmçinin mәhkәmәyә әrizә ünvanlayaraq nәzәrә alınmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsini dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Belә ki, mübahisә olunan qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikasının Mәrkәzi Bankı tәrәfindәn tәrtib olunmuş EP seriyalı ******* nömrәli, ## ####### 2025-ci il tarixli inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәri araşdıraraq «xxxx» MMC-nin әmәlindә IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olması vә bu әsasla da barәsindә inzibati xәtanın obyekti olmuş 19005 ABŞ dolları mәblәğindә valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 3801 ABŞ dolları mәblәğindә (inzibati xәtanın törәdildiyi günә - yәni ## ####### 2025-ci il tarixә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә növündә tәnbeh tәdbiri tәtbiq etmişdir. Iş materiallarında olan «xxxx» ASC tәrәfindәn verilmiş ödәniş tapşırığından görünür ki, hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn 38095.00 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaitinin bәyan olunmayan hissәsi yәni 19005.00 ABŞ dolları ## ####### 2023-cü il tarixindә «xxxx» ASC-dә olan hesabından Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. Iş materiallarında olan «xxxx» ASC tәrәfindәn Azәrbaycan Respublikası Mәrkәzi Bankına ünvanlanmış *-*/**/**-***/**** saylı, ## ####### 2025-ci il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydalarına әsasәn Azәrbaycan Respublikası rezident vә qeyri-rezident hüquqi şәxslәr tәrәfindәn qabaqcadan ödәniş aparıldığı gündәn 2 (iki) il müddәtindә malların ölkәyә idxalını tәsdiq edәn sәnәd banka tәqdim olunmadıqda vә qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr Banka tәqdim edilmәmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikasının Mәrkәzi Bankının Hüquq Departamentinin Inzibati icraat vә mәhkәmә işlәri şöbәsinin hüquq mәslәhәtçisi X2 tәrәfindәn ## ####### 2025-ci il tarixli, EP saylı ******* nömrәli tәrtib edilmiş inzibati xәta haqqında protokoldan görünür ki, hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәti 38095.00 ABŞ dolları mәblәğindә ## ####### 2023-cü il tarixdә xaricә köçürmüş vә 2 (iki) il müddәt keçsә dә, 19005.00 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş, bununla da Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir Aşağıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, hazırda qüvvәdә olan “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın tәlәblәrinә әsasәn «xxxx» MMC-nin әmәlindә IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikasının Mәrkәzi X3 **/** nömrәli, ## ###### 2020-ci il tarixli qәrarı ilә Azәrbaycan Respublikası Mәrkәzi X3 2016-cı il ## ###### tarixli **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nda (bundan sonra mәtndә “Qaydaları”) dәyişikliklәr edilmiş vә “Qaydaların” 4.3.1.3-cü bәndi aşağıdakı redaksiyada verilmişdir: qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsinin dispozisiyasına әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә inzibati mәsuliyyәt müәyyәn edilmişdir. Yuxarıda qeyd olunan Qanun vә Normativ hüquqi aktın normalarının mәzmunundan göründüyü kimi IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi o halda mövcud olur ki, müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәsin vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmasın vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olsun. Iş materiallarına әlavә edilmiş ************** nömrәli yük gömrük bәyannamәsindәn görünür ki, «xxxx» MMC tәrәfindәn köçürülmüş müvafiq avans köçürmәsi ilә bağlı mallar idxal olunmuşdur. Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi Nümayәndә mәhkәmәyә elektron әrizә ünvanlayaraq bildirmişdir ki, tәqdim olunmuş bәyannamә müvafiq avans köçürmәsinin qarşılığında malların idxalını tәsdiq etdiyindәn apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz edilmir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Mәhkәmә hesab edir ki, «xxxx» MMC tәrәfindәn tәqdim edilmiş ************** nömrәli bәyannamә ilә 19005 ABŞ dolları dәyәrindә mallar idxal edildiyindәn «xxxx» MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsassız vә qanunsuzdur. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Hәmin Mәcәllәnin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Ona görә dә mәhkәmә belә nәticәyә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, «xxxx» MMC-nin IXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı lәğv olunmalı, «xxxx» MMC-nin әmәli IXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibini yaratmadığı üçün barәsindә başlanmış inzibati xәta haqqında işin icraatına IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 133, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: «xxxx» MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı lәğv edilsin. «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. «xxxx» MMC-nin nümayәndәsi Ayxan Qәdirli tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar