Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-310/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Mәrkәzi Bankı tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 40400.00 Avro mәblәğindә vәsair bank vasitәsilә ## ###### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq, ödәnişin aparıldığı gündәn 2 (iki) il müddәtinә 40400.00 Avro mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ## ###### 2026-cı il tarixdә hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı (hakim F.Kәrimova) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsi vә barәsindә inzibati xәtanın obyekti olmuş 40400.00 Avro valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, 8080.00 (sәkkiz min sәksәn avro) Avro mәblәğindә (ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә olunması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә işә yenidәn baxılması üçün materialın birinci instansiya mәhkәmәsinә qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinmiş vә cәrimә edilmişdir. Hesab edirlәr ki, mәhkәmә işin hallarını tam vә hәrtәrәfli araşdırmadan, bizim müdafiә hüququmuzu tәmin etmәdәn qәrar qәbul etmişdir. Mәhkәmә qәrarında qeyd olunur ki, onlara bildiriş göndәrilmişdir. Lakin qeyd edilmәlidir ki, mәhkәmә prosesinin getdiyi vә bildirişlәrin göndәrildiyi iddia olunan müddәt әrzindә "Elektron Mәhkәmә" (e-mehkeme.gov.az) informasiya sistemindә kütlәvi texniki yenilәnmә vә profilaktik işlәr aparılmışdır. Bu texniki sәbәblәrdәn portalın işindә ciddi fasilәlәr yaranmış, şәxsi kabinetә daxil olmaq vә mәhkәmә iclaslarına dair bildirişlәri vaxtında görmәk texniki cәhәtdәn qeyri-mümkün olmuşdur. Dövlәt informasiya resursundakı nasazlıq iradәlәrindәn asılı olmayan bir haldır vә onları mәhkәmәdә iştirak etmәk imkanından mәhrum etmişdir. İşin gedişindәn vә portalın nasazlığından mәlumatları olmadığı üçün 40400.00 Avro mәblәğindә vәsaitin müqabilindә malların idxalı vә ya vәsaitin geri qaytarılmaması ilә bağlı üzrlü sәbәblәri әks etdirәn sәnәdlәri mәhkәmәyә tәqdim edә bilmәmişlәr. Mәhkәmә işә birtәrәfli qaydada, yalnız Mәrkәzi Bankın tәqdim etdiyi protokola әsasәn baxmışdır. Hazırda cәmiyyәtin xarici podratçı ilә rәsmi sәnәdlәşmә vә bank әmәliyyatlarının dәqiqlәşdirilmәsi prosesini aparır. Hesab edirlәr ki, tәqdim edilәcәk sәnәdlәr üzrә işdә inzibati xәta tәrkibinin olub-olmadığını müәyyәn etmәk üçün әlavә mәhkәmә araşdırılması zәrurәti vardır. Göründüyü kimi birinci instansiya mәhkәmәsi iş üzrә sübutların tәdqiqindә, işin hәrtәrәfli araşdırmasından yayınmış nәticәdә qanunla qorunan mәnafelәrinin kobud şәkildә pozulması ilә nәticәlәnәn qәrar qәbul etmişdir. Hәr bir halda mәhkәmә işin hәrtәrәfli tәdqiqi üçün "Elektron Mәhkәmә" (e-mehkeme.gov.az) informasiya sistemindә yaranmış nöqsanları nәzәrә almaqla, mәhkәmә iclasına dair bildirişi kağız daşıyıcıda tәrәflәrinә çatdırılmasını tәmin edә bilәrdi. Bu halın baş vermәsi әdalәtli mәhkәmә çәkişmә prinsipinin pozulması ilә nәticәlәnmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. «xxxx» ASC tәrәfindәn AR Mәrkәzi Bankına ünvanlanmış PB/BPŞ-OUT*****-**** saylı, ## ###### 2026-cı il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezident vә qeyrirezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydalarına әsasәn Azәrbaycan Respublikası rezident vә qeyri-rezident hüquqi şәxslәr tәrәfindәn qabaqcadan ödәniş aparıldığı gündәn 2 (iki) il müddәtindә malların ölkәyә idxalını tәsdiq edәn sәnәd banka tәqdim olunmadıqda vә qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr Banka tәqdim edilmәmişdir. Azәrbaycan Respublikasının Mәrkәzi Bankının Hüquq Departamentinin İnzibati icraat vә mәhkәmә işlәri şöbәsinin hüquq mәslәhәtçisi X1 tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti 40400.00 Avro mәblәğindә vәsaiti ## ###### 2024-cü il tarixdә xaricә köçürmüş vә 2 (iki) il müddәt keçsә dә, 40400.00 Avro mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş, bununla da İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Xәta ## ###### 2026-cı il tarixdә hüquqi şәxsin hüquqi ünvanında, yәni Abşeron rayonu, Xırdalan şәhәri, Hәsәn Əliyev küçәsi, ev 38 ünvanında baş vermişdir. ##.##.2024-cü il tarixli, ************** nömrәli gömrük bәyannamәsindәn görünür ki, 0086N, ##.##.2023-cü il tarixli müqavilә üzrә invoys dәyәri 119000, gömrük dәyәri 202300 manat olan mal idxal edilmişdir. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesab-faktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC 40400.00 Avro mәblәğindә vәsaiti ## ###### 2024-cü il tarixdә xaricә köçürsә dә, 2 (iki) il müddәt keçmәsinә baxmayaraq, 40400.00 Avro mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal edilmәmәsinә görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn malın idxal edilmәsinә dair ##.##.2024-cü il tarixli, ************** nömrәli gömrük bәyannamәsi tәqdim edilsә dә, protokol tәrtib edәn orqan tәrәfindәn hәmin gömrük bәyannamәsi üzrә aparılmış araşdırılma nәticәsindә cәmiyyәtin digәr tarixlәrdә icra olunan ödәnişlәrinә bağlandığı müәyyәn edilmişdir. Bu isә әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtini formalaşdırır. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin barәsindә İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Şikayәtdә onların iştirakının tәmin edilmәdiyi mübahisәlәndirilsә dә, mәhkәmә baxış iclasında protokol üzrә mübahisәlәndirilәn hallar ilә bağlı tәqdim edilәn sübutlar protokolun әsassızlığı qәnaәtinә gәlinmәsini mümkünsüz etmәklә şikayәtin dәlillәrinin formal mülahizә kimi dәyәrlәndirilmәli olması qәnaәtini formalaşdırmışdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-310/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-310/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver