Məhkəmə qərarları › İş №3(3-8)-313/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-313/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-313/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Nümayәndә İsmayıl oğlunun vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İXM-nin 192.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi X3 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının vә hәmin qәrarın qüvvәdә saxlanılması barәdә X3 Xidmәtinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı qәrarının lәğv edilmәsini vә iş barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, Qәrarından şikayәt verilәn orqan ##.##.2026cı il tarixli, ******* nömrәli MN ******* nömrәli elektron qәrarı ilә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 1000 (min) manat mәblәğindә cәrimә edilmişdir. O, hәmin qәrardan inzibati qaydada şikayәt vermiş, lakin Qәrarından şikayәt verilәn orqan İş N2-3-17-5/1-14234/2026, ## #### 2026-cı il tarixli qәrarı ilә ##.##.2026-cı il tarixli MN ******* nömrәli elektron qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. Hәmin qәrar ona poçt vasitәsi ilә ##.##.2026-cı il tarixdә tәqdim edilmişdir. Bu barәdә poçt qәbzi dә var. İnzibati orqan İXM-nin 136.1, 136.2, 117.3 vә 117.4-cü maddәlәrinin tәlәblәrini pozmuşdur. Belә ki, qәrarı vaxtında onun qәbul olunduğu gündәn iki gün müddәtindә ona tәqdim etmәmiş vә hәmin qәrardan şikayәt verilmәsi onun tәrәfindәn mümkün olmamışdur. Eyni zamanda lazımi qaydada mәlumatlandırılmamışdır. Hansı ki, bu maddә üzrә qәrar rәsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddәtindә yuxan sәlahiyyәtli orqana (vәzifәli şәxsә) vә mәhkәmәyә şikayәt verә bilәr. Lakin, yuxarı inzibat orqan öz qәrarında şikayәt vermә müddәtini 10 gün kimi qeyd etmişdir. Hәmin qәrar әsassız vә qanunsuzdur. Belә ki, o, yuxarı orqana inzibati xәtanın baş vermәsi vә ya onun әmәlindә inzibati xәta tәrkibinin olub-olmamasının araşdırılması üçün şikayәt vermişdir. Lakin, yuxarı inzibati orqan onun tәrәfindәn tәqdim olunmuş sübutları vә faktları görmәdәn vә ya görmәzdәn gәlәrәk formal mülahizәlәrinә vә subyektiv fikirlәrinә әsasәn qәrar qәbul etmişdir. Hansı ki, hәmin orqanın әmәkdaşı bir gün әvvәl onlara ##.##.2026cı il tarixli, ******* nömrәli MN ******* nömrәli elektron qәrarın lәğv edilmәsi üçün şikayәt vermәyi mәslәhәt görmüşdür. Qarşı tәrәf әsassız olaraq guya ona işә baxılmasının yeri vә müddәti barәdә vaxtında mәlumat verildiyini, lakin buna baxmayaraq, heç bir üzrlü sәbәb göstәrmәdәn şikayәtә baxılmasında iştirak etmәdiyini qeyd etmişdir. Guya o, gәlmәmiş, ona görә dә Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati tәnbeh vermә haqqında qәrardan verdiyi şikayәtә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Nәticәdә yuxarı orqan tәrәfindәn onun Azәrbaycan Respublikasının Konstitusiyasında vә qanunlarında nәzәrdә tutulmuş hüquqları pozulmuşdur. Eyni zamanda onun Azәrbaycan Respublikası Konstitusiyasında nәzәrdә tutulan inzibati orqanda әdalәtli araşdırmanın tәmin edilmәsi barәdә hüququ pozulmuşdur. O, yuxarı orqana şikayәtindә “X6” MMC-yә (VÖEN: 2906800291) müraciәt edәrәk ##.##.2025 tarixdәn minimum әmәk haqqı 400 azn müәyyәn edildiyini göstәrmişdir. Qanunvericiliyi nәzәrә alaraq işçi X4 450 manat, digәr işçi X1 isә 400 manat mәblәğindә әmәk haqqı hesablanaraq ödәnilmişdir. Sosial sığorta haqları vә icbari ödәnişlәr 400 manatdan hesablanaraq DSMF hesabatlarında göstәrilmişdir. Bir sözlә onun tәrәfindәn qanunvericiliyin minimum әmәk haqqı tәlәbi pozulmamışdir. Lakin, texniki problemә görә ƏMAS sistemindә әmәk müqavilәlәrindә dәyişiklik olunmamışdır. Artıq ƏMAS sistemindә әmәk müqavilәlәrinә dәyişiklik edilmişdir. Əmәk müfәttişliyi sistemdә dörd monitoring aparmış vә әmәk müqavilәlәrindә dәyişikliyi görmәdiyi üçün nәticәdә 1000 manat mәblәğindә cәrimә tәtbiq etmişdir. Onun tәrәfindәn X4 450 manat, X2 400 manat mәblәğindә әmәkhaqqı ödәnilmiş, lakin ƏMAS-da texniki sәbәblәrdәn әmәk müqavilәlәrinә müvafiq dәyişiklik edilә bilmәmişdir. Müfәttişlik inzibati tәnbeh vermә haqqında qәrardan şikayәtә baxaraq, inzibati tәnbeh tәtbiq edilmәsinә dair qanunvericiliklә müәyyәn edilmiş halları, iş materiallarını tam, hәrtәrәfli vә obyektiv araşdıraraq onun barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrar qüvvәdә saxlanılması nәticәsinә gәlmişdir. İnzibati tәnbeh verәn orqanın yuxarı nәzarәt orqanı formal olaraq inzibati şikayәtimә baxmamış, heç bir araşdırma aparmamışdır. Hansı ki, ona hәr hansı mәlumat lazımı qaydada verilmәmiş, onun bu inzibati tәnbeh vermә barәdә işә baxılmasından xәbri olmamışdır. Əgәr işin baxılmasında onun iştirakı tәmin edilsәydi, öz dәlil vә sübutlarını tәqdim edәrdi. Əmәk haqqının minumum hәddindәn aşağı verilmәmәsi göz qabağındadır. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı (hakim S.İsmayılov) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin olunması, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı, hәmin qәrarın qüvvәdә saxlanılması barәdә X3 Xidmәtinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı qәrarının lәğv edilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi X3 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarının lәğv edilmәsini vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında elektron qәrarın vә hәmin qәrarın qüvvәdә saxlanılmasına dair ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrәli qәrarın qüvvәdә saxlanılması haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli vә Xidmәtin ##.##.2026-cı il tarixli, MN ******* saylı İnzibati tәnbeh vermә haqqında elektron qәrarı vә hәmin qәrarın qüvvәdә saxlanılmasına dair ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrәli qәrar qüvvәdә saxlanılmalıdır. Belә ki, mәhkәmә qәrar qәbul edәrkәn әmәk qanunvericiliyinin tәlәblәrinin, işçilәrin әmәk müqavilәsi ilә әldә etdiklәri hüquqlarının pozulması mәsәlәsinә toxunmadan, tәkcә tәqdim edilmiş hesabatlarla müәyyәn etmişdir ki, işçilәrә minimum әmәk haqqı ödәnilir. Hazırkı iş üzrә “Əmәk vә Mәşğulluq” altsistemindәki müqavilәlәrә baxış keçirilәrkәn faktiki olaraq işçilәrin әmәkhaqları minimum әmәk haqqından (dörd yüz manat) az olduğu müәyyәn edilmişdir. İşәgötürәn tәrәfindәn müvafiq düzәlişlәr ## ###### 2026-cı il tarixindә, yәni qәrar qәbul edildikdәn sonrakı tarixdә edilmişdir. Xidmәtin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında elektron qәrarı vә hәmin qәrarın qüvvәdә saxlanılmasına dair ## #### 2026-cı il tarixli 3-17-5/1- *****/**** nömrәli qәrar tam qanuni vә әsaslıdır. Göründüyü kimi Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsinin tәlәbinә әmәl edilmәmәsi nәticәsindә işçinin öz işinә görә dövlәtin müәyyәnlәşdirdiyi minimum әmәk haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsindә tәsbit olunan tәlәblәrin yerinә yetirilmәmәsi vә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәk haqqından aşağı әmәk haqqının verilmәsi sәbәbindәn, nәticәdә İXM-in 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin әsas obyekti olan әmәk qanunvericiliyi pozulmaqla әmәk münasibәtlәrinә ziyan vurulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsiri yuxarıda qeyd olunmuş mötәbәr, qanuni vә etibarlı sәnәd vә dәlillәrlә tam sübuta yetirilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә lәğv edilmәli, apellyasiya şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. iş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, işçilәrә (X4 vә X1) minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsinә görә işәgötürәn “X7” MMC-nin (VÖEN: 2906800291) direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-in 192.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 1000 mәblәğindә inzibati cәrimә edilmişdir. İş materiallarına әlavә edilmiş X3 Xidmәtinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı qәrarından görünür ki, X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. İş materiallarına әlavә edilmiş ƏMAS-da qeydә alınmış әmәk müqavilәrlәrindәn görünür ki, “X7” MMC-nin işçilәri X1 vә X4 әmәk haqları ilkin olaraq 350 manat vә 370 manat göstәrilmiş, müqavilәlәrә edilmiş düzәlişlәrdәn sonra isә әmәk haqları müvafiq olaraq 400 manat vә 450 manat müәyyәn edilmişdir. İş materiallarına әlavә edilmiş “X7” MMC-nin vergi hesabatlarına dair Dövlәt Vergi Xidmәtinin elektron sistemindә olan kabinetindәn çıxarışlardan görünür ki, 2025-ci ilin müvafiq olaraq İ, II, III vә IV rüblәrindә “X7” MMC-nin işçilәri X1 vә X4 müvafiq olaraq 400 manat vә 450 manat mәblәğindә әmәk haqqı hesablanaraq ödәnilmiş, hәmçinin hәmin mәblәğә münasib vergilәr, mәcburi dövlәt sosial sığorta vә icbari tibbi sığorta haqları ödәnilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.3-ci maddәsinin mәzmununa görә işçiyә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәkhaqqından aşağı mәblәğdә әmәkhaqqı verilmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, istinad olunan inzibati xәtalar qanunvericiliyinin norması üzrә mәsuliyyәtin yaranmasından ötrü işçiyә minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqı verilmәlidir. Elektron qaydada qeydә alınmış әmәk müqavilәlәrindә әmәk haqqının minimum mәblәğindәn az miqdarda işçiyә әmәk haqqı göstәrilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn vergi bәyannamәlәrinә istinad edilmәklә işçilәrә faktiki olaraq minimum әmәk haqqı mәblәğindәn yuxarı mәblәğdә әmәk haqqı verilmәsi әsası ilә әmәldә inzibati xәta tәrkibinin olmadığı qәnaәtinә gәlinsә dә, işçilәrә ödәnilәn әmәk haqqı mәblәğlәri ilә bağlı xüsusatlar aydınlaşdırılmamışdır. İşә götürәn şәxs tәrәfindәn işçiyә әmәk haqqının ödәnilmәsi ilә bağlı ödәnişlәr aydınlaşdırılarkәn işçiyә minimum әmәk haqqından artıq mәblәğdә pulun ödәnilmәsi tәsdiq edilmәmişdir ki, bu da gәldiyi nәticәnin işin faktiki halları ilә tәrs mütәnasib tәşkil etdiyi qәnaәtini formalaşdırır. Bu isә onu ehtiva edir ki, inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәn orqanın qәrarın verilmәsinә әsas olan sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin tәqdim etdiyi sübutların müqayisәli tәhlili әmәldә inzibati xәta tәrkibin olmasının şübhә altına alınmasına әsas ola bilmәz. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әdalәtli mәhkәmә araşdırılmasının pozulmasına rәvac verәn mәhkәmә aktı qәbul edilmişdir. İnzibati tәnbeh vermә haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutların müqayisәli tәhlili qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsasın olmadığını, nәticәdә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәnin işin faktiki hallarına uyğun olmadığı qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn, hәmin şikayәtin tәmin edilmәli olması barәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dә lәğv edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.2-ci maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vәgәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının vә hәmin qәrarın qüvvәdә saxlanılması barәdә X3 Xidmәtinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı qәrarının lәğv edilmәsini vә iş barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar