Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-315/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməklə qeyd olunan inzibati xəta haqqında işlər üzrə icraata xitam verilmişdir. (hakim Qürur Abasov) İşin halları : Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli EQ/******** nömrəli, ##.##.2026-cı il EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qərarla razılaşmayan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərarların dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri : Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təərfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan, həmçinin iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən qanunsuz və əsasssız qərar qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs şikayət ərizəsində həmin vaxt nəqliyyat vasitəsinin onun tərəfindən deyil dostu X3 istifadəsində olmasına dair bildirdikləri əsasında Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminə və ərazilərdə quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərkən nəqliyyat vasitəsinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması və qeyd olunan inzibati xətaların onun tərəfindən törədilməsi təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı özü törətmiş və sonradan müxtəlif əsassız bəhanələr gətirərək müraciətinin əsassız olduğunu biruzə vermişdir. Proses iştirakçılarının izahatları : Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayəti qəbul etməyib şikayətin təmin olunmamasını, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, barəsində inzibati tənbeh vermə haqqında 10 qərar qəbul edilmiş və həmin qərarlardan dördünün onun tərəfindən törədilməsini etiraf edir, lakin digər tarixlərdə avtomobil onun tərəfindən idarə edilməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərarların dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati icraat materiallarını yoxlayıb, şikayətin dəlillərini, proses iştirakçılarının izahatlarını iş materiallarındakı sənədlərlə təhlil edib aşağıdakı nəticəyə gələrək hesab edir ki, şikayət təmin olunmaqla iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş protokolların Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemində olmadığı üçün videogörüntülərin təqdim edilməsinin mümkün olmaması barədə ##.##.2026-cı il tarixli məktubuna istinad edərək, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını qeyd edərək, Azərbaycan Respublikasının İXM-nin 53.1.2 və 53.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yekun nəıticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə iş materiallarında olan sübutlara tam və hərtərəfli qiymət verilməyərək, iş üzrə ətraflı araşdırma aparmadan yuxarıda qeyd edilən nəticəyə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 00:24 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 469.3 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 21:29 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 01:49 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 00:16 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 22:07 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarilxi, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 03:15 radələrində BMW 530 İ minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İXM-nin 469.3 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, Qərardan şikayət verən orqan (şəxs) həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd olnmuş vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş protokolların Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemində olmadığı üçün videogörüntülərin təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya məhkəməsi şikayətin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etməklə qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlar qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən həmin qərarların ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair məhkəmənin qənaəti əsassız olmuşdur. Belə ki, yuxarıda sadalanan iş materiallarından və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemindən götürülmüş foto şəkillərdən görünür ki, BMW minik markalı, **-YZ-*** dövlət qeydiyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdə, saat 17:57 radələrində və ##.##.2026-cı il tarixdə, saat 16:34 radələrində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə edilmişdir. Apellyasiya məhkməsi məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında 10 qərardan dördünün onun tərəfindən törədilməsini etiraf etsə də hazırda mübahisələndirilmiş qərarlarda istinad edilən tarixlərdə avtomobilin onun tərəfindən idarə edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemindən götürülmüş foto şəkillərlə təkzib edilən həmin dəlillər şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillər olmaqla onun məsuliyyətdən yayınmaq məqsədini əks etdirir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin işin tam, hərtərəfli və obyektiv araşdırılmamasına dair nəticəsi əsassız olduğundan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, sonuncunun barəsində Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.2-ci maddələrinə əsasan bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə bağlı Şamaxı Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərar ləğv olunsun. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli, ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-315/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-315/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver