Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-317/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi X1 iştirakı ilә F.X5 barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-155)- ***/**** nömrәli qәrarı ilә hüquqi şәxs F.X5 barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığına görә xitam verilmişdir (hakim Fәrid Nәsimiyev). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn F.X5 barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә MN seriyalı ******* nömrәli, ## ###### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, vәtәndaş X2 F.X8 rәhbәrliyi tәrәfindәn әmәk hüquqlarının pozulması ilә bağlı müraciәti әsasında ##.##.2026-cı il tarixli *-**-*/*- *****/**** saylı mәktub AR Əmәk mәcәllәsinin 15.2-ci hissәsinә uyğun Cәmiyyәtin işәgötürәninә sorğu mәktubu göndәrilmiş, lakin vәtәndaşın işlәdiyi bütün dövr әrzi üçün hәr ay ödәnilmiş әmәkhaqqının hesablanması, ödәnilmәsini tәsdiq edәn sәnәdlәr (bank çıxarışı daxil olmaqla) tam tәqdim edilmәmiş vә vәtәndaşın son haqq-hesabı düzgün hesablanmamışdır. Protokol baxılmaq üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X3 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә qәrardan apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-155)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi vә Xidmәt tәrәfindәn tәrtib edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında F.X5-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X4 şikayәti әsasında Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn aparılan araşdırma zamanı F.X5-yә 22.01.20263-cı il tarixli, *-**-*/*-M-*-***/**** nömrәli mәktub göndәrilәrәk, vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtin Bakı şәhәr Idarәsinә verilmәsi tәlәb olunmuşdur. F.X5 tәrәfindәn son haqq hesabın ödәnmәsinә dair sәnәdlәr tәqdim edilmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Göründüyü kimi qanunvericilikdә müvafiq maddә ilә inzibati mәsuliyyәt tәkcә sәnәdlәrin tәqdim edilmәmәsinә görә yox, hәm dә sәnәdlәrin tam, düzgün vә vaxtında tәqdim edilmәmәsinә görә yaranır. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn müәyyәn edilmiş müddәt әrzindә sәnәdlәr tam tәqdim edilmәdiyindәn inzibati xәta törәdilmiş hesab edilir. Hәmçinin, inzibati xәta haqqında protokol tәrtib olunan dövrdә müvafiq sәnәdlәr hәlә dә tәqdim olunmadığı üçün inzibati xәta tәrkibi yarandığından bundan sonrakı mәrhәlәdә hüquq pozuntusunun aradan qaldırılmasının mәsuliyyәti aradan qaldırması yalnız qanunla müәyyәn edildiyi halda mümkün ola bilәrdi. Mәhkәmәnin inzibati xәtanın törәdilmәsindә tәqsirliliyin sübuta yetirilmәmәsi ilә bağlı qәnaәti qanunaziddir. Hәmçinin, IXM-nin 539.3-cü madddәsi ilә bağlı mәhkәmә inzibati tәnbeh vermә haqqında şәrti qәrar qәbul edәrәk hüquq pozuntusunun aradan qaldırılması ilә bağlı müәssisәni yalnız cәrimәnin ödәnilmәsindәn azad edә bilәrdi. Çünki IXM-nin 116.3-cü maddәsindә Mәcәllәnin 116.2-ci maddәsindә nәzәrdә tutulan müddәtdә hüquqpozma aradan qaldırıldığı tәqdirdә inzibati cәrimәnin ödәnilmәmәsi nәzәrdә tutulmuşdur. Bu halda inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair mәcәllәdә qanuni әsas müәyyәn edilmәmişdir. Bu mahiyyәt etibarı ilә mәsuliyyәtin müәyyәn edilmәsinә xidmәt edir. Belә ki, inzibati tәnbeh vermә haqqında qәrarın şәrtiliyi inzibati xәta törәtmiş şәxsin mәsuliyyәtdәn kәnarda qalması ilә nәticәlәnmәmәlidir. Bu şәrtilik eyni inzibati xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsi hallarını istisna edirsә, gәlәcәkdә mәsuliyyәtin müәyyәn edilmәsi zamanı tәkrar halın müәyyәn edilmәsini mümkün etmәyәcәk. Belәliklә, mәhkәmә tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Elçin Əliyev apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-155)- ***/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs F.X5 nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, işә nümayәndınin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-155)- ***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn F.X5 barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә tәrtib edilmiş MN seriyalı ******* nömrәli, ## ###### 2026-cı il tarixli inzibati xәta haqqında protokoldan görünür ki, vәtәndaş X2 F.X8 rәhbәrliyi tәrәfindәn әmәk hüquqlarının pozulması ilә bağlı müraciәti әsasında ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı mәktub AR Əmәk mәcәllәsinin 15.2-ci hissәsinә uyğun Cәmiyyәtin işәgötürәninә sorğu mәktubu göndәrilmiş, lakin vәtәndaşın işlәdiyi bütün dövr әrzi üçün hәr ay ödәnilmiş әmәkhaqqının hesablanması, ödәnilmәsini tәsdiq edәn sәnәdlәr( bank çıxarışı daxil olmaqla) tam tәqdim edilmәmiş vә vәtәndaşın son haqqhesabı düzgün hesablanmamışdır. Iş materiallarında olan orqanın ##.##.2026-cı il tarixli müşayiәt mәktubundan görünür ki, hüquqi şәxsin IXMin 539.3-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsinin sәbәbi müәssisә rәhbәrliyi tәrәfindәn sәnәdlәrin tam tәqdim edilmәmәsidir (işçiyә hәr ay üçün verilmәli olan әmәk haqqının ödәnilmәsini tәsdiq edәn sәnәdlәrin tәqdim edilmәmәsi). Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Maddәnin mәzmunundan aydın olur ki, IXM-nin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi inzibati mәsuliyyәt yaradır. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, iş materiallarından vә müdafiә tәrәfinin izahatından mәlum olmuşdur ki, hәqiqәtәn vәtәndaşa hәr ay üçün әmәk haqqının ödәnilmәsini tәsdiq edәn bank çıxarışları hüquqi şәxs tәrәfindәn orqana tәqdim edilmәmişdir. Inzibati xәta haqqında protokol üzrә formal olaraq inzibati xәta tәrkibi mövcud olsa da, hüquqi şәxsin hәrәkәtsizliyindә inzibati mәsuliyyәtin әsasları yaranmamışdır. Inzibati xәta hadisәsi üzrә hüquqi şәxs tәrәfindәn müfәttişliyin fәaliyyәtinә mane olan hәr hansı fakt aşkar edilmәmişdir. Belә ki, ##.##.2026-cı il tarixli *-**- */*-*****/**** saylı mәktub poçt vasitәsi ilә ##.##.2026-cı il tarixindә çatdırılmış, ASIS sistemi vasitәsi ilә isә ##.##.2026-cı il tarixindә icra edilmişdir. Lakin müdafiә tәrәfinin tәqdim etdiyi sәnәdlәrdәn görünür ki, protokolu tәrtib etmiş Afәt Nәcәfovanın dövlәt elektron poçt ünvanından hüquqi şәxsin işçisinin hüquqi ünvanına, daha әvvәldәn, yәni ##.##.2026-cı il tarixindә hәmin sorğu göndәrilib. Hüquqi şәxsin işçisi tәrәfindәn isә 7 (yeddi) iş günü tamam olmamış mövcud sәnәdlәr müfәttişliyә göndәrilib. Sorğular poçt vә ya ASIS sistemi vasitәsi ilә çatdırılmamışdan әvvәl elektron poçt yazışmaların hәyata keçirilmәsi hüquqi şәxslә müfәttişlik arasında müvafiq rabitәnin mövcudluğunu tәsdiq edir. Belә әlaqәnin olduğu şәraitdә әmәk müfәttişi bank sәnәdlәrinin dә mövcudluğunu әlavә öyrәnә, әldә edә bilmәdiyi tәqdirdә vәtәndaşın şikayәti әsasında araşdırma apara bilәrdi. Müdafiә tәrәfinin izahatından mәlum olmuşdur ki, әmәk haqqının ödәnilmәsini tәsdiq edәn bank çıxarışları mövcud olmamışdır. Hәmin sәnәdlәrin mövcud olmamasını әmәk müfәttişi müәyyәn edә bilәrdi. Hazırda mövcud olmayan sәnәdin tәqdim edilmәmәsi nәticәsindә hüquqi şәxs barәsindә IXM-in 116-cı maddәsinin tәlәblәrinә әsasәn şәrti olaraq inzibati tәnbeh edilmәsi, yekunda şәrti tәnbehin icra edilmәmәsi nәticәsindә tәnbehin icraya yönәldilmәsi, bundan başqa әmәk haqqının ödәnilmәsini tәsdiq edәn sәnәdlәrin hәqiqәtәn mövcud olmadığı tәqdirdә hüquqi şәxsin yenidәn inzibati mәsuliyyәtә cәlb olunması ehtimalı inzibati xәtalar qanunvericiliyinin bütün prinsiplәrinә ziddir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, F.X5 barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. X3 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-155)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-317/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-317/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver