Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-318/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, Elbәyli Vüsalә Rasim qızının katibliyi ilә, Protokolu tәrtib edәn orqan (bundan sonra ƏƏSMN yanında DƏMX-in) Mәhkәmә mübahisәlәri ilә iş sektorunun müdiri Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokolla bağlı qәbul olunmuş Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarından ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X27 Xidmәti tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 529.1-1-ci maddәsi ilә MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib edilәrәk, inzibati tәnbeh tәdbiri görülmәsindәn ötrü material aidiyyәti üzrә baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata tәqsirliliyi sübuta yetirilmәdiyinә görә xitam verilmişdir. (hakim Fәrid Nәsimiyev) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә apellyasiya şikayәti verәrәk, mәhkәmәnin mübahisәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Xidmәt tәrәfindәn İXM-150-ci maddәsinin tәlәblәrinә әsasәn ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar üzrә 1500 manat mәblәğindә cәrimәnin ödәnilmәsinin tәmin edilmәsi mәqsәdilә “ERGEZ ELEKTRİK” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin rәhbәrliyinә ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrәli xәbәrdarlıq mәktubu ünvanlamış, lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Xidmәtin qanuni göstәrişinә әsasәn 1500 manat cәrimәnin ödәnilmәsi ilә әlaqәdar hәr hansı vәsaitin köçürülmәsi tәmin edilmәmişdir. Belә olan halda X27 Xidmәti tәrәfindәn vәzifәli şәxs barәsindә tәrtib edilmiş MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol qanuni vә әsasladır. Bundan başqa mәhkәmә prosessi zamanı barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatında sözügedәn cәrimәnin protokol tәrtib edildikdәn sonra daha dәqiq ##.##.2026-cı il tarixindә DƏMX-nin hesabına 1500 manat ödәmәsini bildirmiş, inzibati xәtanın mövcudluğunu tәsdiq etmişdir. Prosessual məsələlər: Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn ƏƏSMN yanında DƏMX-in nümayәndәsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MN seriyalı ******* nömrәli, ## #### 2026cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. İşә baxılmasının yeri vә vaxtı barәdә mәlumatlandırılmış barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Belә olan halda, mәhkәmә işә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilmәklә, yeni әsasla icraata xitam verilmәlidir. İş materiallarındakı MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli “İnzibati xәta haqqında” protokoldan görünür ki, Azәrbaycan Respublikası İXM-nin 150.5.1-ci maddәsindә nәzәrdә tutulmuş qaydada inzibati cәrimә olunmuş şәxsin әmәk haqqı aldığı iş yerinә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәk haqqından tutulması üçün göndәrilmiş ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrәli mәktuba әsasәn tutulma aparılmamış vә ya әlavә mәlumat verilmәmişdir. Nәticәdә “ERGEZ ELEKTRİK” MMC tәrәfindәn İXM-nin 529.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. İş materiallarında olan “ERGEZ ELEKTRİK” MMC-yә ünvanlanmış ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrәli mәktubdan görünür ki, “ERGEZ ELEKTRİK” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәk haqqından hәr ay 25% tutulmaqla 1500 manat mәblәğindә inzibati cәrimәnin ödәnilmәsinin tәmin edilmәsini vә tutulmanın hәyata keçirilmәyә başlanması barәdә tәsdiqedici sәnәdlәr әlavә edilmәklә 3 (üç) iş gün әrzindә Xidmәtә yazılı formada mәlumat verilmәsini xahiş edirlәr. Eyni zamanda tutulmanın hәyata keçirildiyi dövrdә rübdә bir dәfә Xidmәtә mәlumat verilmәsinii, inzibati mәsuliyyәtә cәlb edilәn fiziki şәxs işdәn çıxdıqda vә ya inzibati cәrimәni onun әmәkhaqqından, yaxud digәr gәlirlәrindәn tutmaq imkanı olmadıqda inzibati mәsuliyyәtә cәlb edilәn şәxsin yeni iş yerini göstәrmәklә (әgәr bu mümkündürsә), ödәmәnin mümkünsüzlüyünün sәbәblәrini, elәcә dә ödәmә olmuşdursa, bu barәdә müvafiq qeyd aparılmaqla, inzibati cәrimә barәdә qәrarın surәtini 3 (üç) gün müddәtindә Xidmәtә qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrәli elektron qәrardan görünür ki, "ERGEZ ELEKTRİK" Mәhdud Mәsuliyyәtli Cәmiyyәti ilә (VÖEN: 2906177351) Aydin İbrahimov Faiq oğlu, Xәyyam Kәrimov İsbәndiyar oğlu, Elşәn İsakov Ziyadxan oğlu, X24, X17, X10, X18, X19, X20, X13, X3, X37. X38, X55, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Siyasәt oğlu, X14, Qabil Hәsәnov Vәkilşah oğlu, Şahid Cәmil oğlu, X4, X1. X15, X5, X6, X2, X28, İntiqam İbrahimov Musa oğlu, X22, X23, X7, X29, X16, X11, X30, X25 arasında işçilәrin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә amәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına görә 1500 manat mәblәğindә inzibati cәrimә edilmişdir. İş materiallarında olan SS941976965AZ axtraış nәticәlәrindәn görünür ki, hәmin mәktub “ERGEZ ELEKTRİK” MMC-yә ##.##.2025-ci il tarixdә çatdırılmışdır. İş materiallarında olan “ERGEZ ELEKTRİK” MMC-yә ünvanlanmış ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, “ERGEZ ELEKTRİK” MMC protokolun tәrtib olunmasında iştirak etmәk mәqsәdi ilә ##.##.2026-cı il tarixdә saat 11:00-da Xidmәtә vә ya videokonfrans vasitәsilә dәvәt olunmuşdur. İş materiallarında olan “AsanPay” mәdaxil qәbzi çıxarışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixindә DƏMX-nin hesabına 1500 manat ödәmişdir vә “AsanPay” internet sәhifәsindә MN******* nömrәli inzibati xәta haqqında protokol üzrә cәrimәnin ödәnilmәsi müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, inzibati xәta haqqında protokola ASİS sistemi vasitәsi ilә göndәrilmiş dәvәt bildirişi barәdә sübut әlavә edilsә dә, iş materiallarında ##.##.2025-ci il tarixli 3-17- */*-******/**** nömrәli mәktubun ASİS vasitәsi ilә göndәrilmәsi barәdә sübut mövcud olmadığından, hәmçinin protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrildikdәn sonra barәsindә icraat aparılan şәxs mәhkәmә iclası barәdә bildirişi aldıqdan sonra cәrimәni ödәmәsi bir daha tәsdiq edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati cәrimәni ödәmәkdәn yayınmaq niyyәti olmamışdır. Bununla da, mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә İXM-in 529.1-1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata tәqsirliliyi sübuta yetirilmәdiyinә görә xitam verilmәsinә dair yekun nәticәyә gәlmişdir. Yuxarıda qeyd edilәn sәnәdlәrdәn göründüyü kimi Xidmәt tәrәfindәn İXM-150-ci maddәsinin tәlәblәrinә әsasәn ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar üzrә 1500 manat mәblәğindә cәrimәnin ödәnilmәsinin tәmin edilmәsi mәqsәdilә “ERGEZ ELEKTRİK” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin rәhbәrliyinә ünvanlamış ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrәli xәbәrdarlıq mәktubu “ERGEZ ELEKTRİK” MMC-yә ##.##.2025-ci il tarixdә çatdırılmışdır. Bundan başqa protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrildikdәn sonra barәsindә icraat aparılan şәxs mәhkәmә iclası barәdә bildirişi aldıqdan sonra cәrimәni ödәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM 529.1-1-ci maddәsi ilә mәsuliyyәtdәn azad etmir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә İXM-in 529.1-1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata tәqsirliliyi sübuta yetirilmәdiyinә görә xitam verilmәsinә dair yekun nәticәyә gәlәrkәn İnzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinin tәlәblәrini nәzәrә almamışdır . Belә ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә әsasәn İXM-nin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. İş materiallarına әsasәn apellyasiya mәhkәmәsi qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta törәdilmәsindә tәqsirliliyi sübuta yetirilir, onun bu әmәli nәzәrdә tutulan mәsuliyyәti yaratsa da, onun inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi iş üzrә başlanmış inzibati icraata xitam verilmәsi üçün әsas olduğundan, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-in 529.1-1-ci maddәsi ilә tәqsirli bilinmәli vә inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyindәn iş üzrә icraata xitam verilmәlidir. Apelllyasiya mәhkәmәsi Xidmәt tәrәfindәn “ERGEZ ELEKTRİK” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci maddәsilә tәrtib edilmiş MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair şikayәtin dәlili ilә әlaqәdar mәhkәmә qeyd edir ki, İnzibati Xәtalar Mәcәllәsinin tәlәbinә әsasәn qanunda nәzәrdә tutulan müddәt keçәrsә xәtanı törәdәn şәxsә inzibati tәnbeh tәdbiri tәtbiq edilә bilmәz. Qeyd olunanlara әsasәn apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilәrәk iş üzrә yeni qәrar qәbul edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci maddәsi ilә tәqsirli bilinmәli vә barәsindә inzibati xәta haqqında işin icraatına inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә xitam verilmәlidir. Azәrbaycan Respublikası İXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir vә yeni qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilsin vә hazırki qәrarın tәsviri әsaslandırıcı hissәsindә göstәrilәn әsasla iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-1-ci ilә tәqsirli bilinsin vә Azәrbaycan Respublikası İXM-nin 38.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә iş üzrә icraata xitam verilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrar qәtidir, ondan şikayәt vә ya protest verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-318/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-318/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver