Məhkəmə qərarları › İş №3(3-8)-320/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-320/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-320/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin geri qaytarılmasına dair Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən onun barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Iş materiallarından müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim G.İ.Məmmədova) Qərardan şikayət verən orqan (şəxs) barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim S.Ə.Məmmədov) şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün müddət keçdiyinə görə geri qaytarılması qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qərarla razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati tənbeh haqqında qərardan şikayət vermə müddətinin ötürülmədiyi hesab edilməsi və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayət olunan ##.##.2026-cı il tarixli qərar barədə bildiriş onun elektron kabinetimə yalnız ##.##.2026-cı il tarixində, saat 15:55-də daxil olmuşdur. Inzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən şikayət müddəti qərarın rəsmi qaydada verildiyi vaxtdan hesablandığı üçün hazırkı apellyasiya şikayəti 10 günlük qanuni müddət daxilində təqdim edilir. Məhkəmə hesab etmişdir ki. o, cərimə haqqında ##.##.2026-cı ildə məlumat tutmuş və ##.##.2026-cı il tarixdə müraciət etməklə 10 günü keçmişdir. Lakin inzibati tənbeh haqqında qərar ona poçt vasitəsilə göndərilsə də, ##.##.2026-cı il tarixində geri qaytarılmışdır və ona çatmamışdır. O, qərarın surətini rəsmi qaydada əldə etmək üçün ##.##.2026-cı il tarixində “DOST” Mərkəzinə rəsmi müraciət etmiş, qərarın surəti ona rəsmi şəkildə yalnız ##.##.2026-cı il tarixində təqdim edilmişdir. Buna görə də. ##.##.2026-cı il tarixdə Sabunçu Rayon Məhkəməsinə etdiyi müraciət qərarın rəsmi alınmasından cəmi 6 gün sonraya təsadüf edir və müddət pozulmamışdır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, məhkəməyə müraciətində məlum qərardan ##.##.2026-cı ildə məlumat bilməsi həmin qərarın ona verilməsi kimi qəbul edilməməlidir. Çünki həmin gün ona rayon məhkəməsində başqa işə baxılarkən şifahi olaraq qərarla cərimə edilməsi bildirilmiş və o Bakı şəhərinə qayıtdıqdan sonra “DOST” Mərkəzinə rəsmi müraciət etməklə cərimə edilməsinə dair qərarı əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qərarın ona rəsmi təqdim edilməsindən onun şikayət verdiyi müddət 10 günü keçməmişdir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş idarənin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. IXM-nin 128-ci maddəsinə görə Inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. IXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati icraat materiallarını yoxlayıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, şikayət mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə nəticəyə gələrkən Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan ## ###### 2026-cı il tarixdə məlumatlı olmasını və ## #### 2026-cı il tarixdə məhkəməyə müraciət etməsini əsas götürərək hesab etmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş on günlük şikayətvermə müddəti ötürülmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. IXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli DOST mərkəzinə müraciət vərəqəsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarın surətinin əldə olunması məqsədilə aidiyyəti dövlət orqanına rəsmi qaydada müraciət etmişdir. X1 Xidmətinin məktubundan isə müəyyən edilir ki, həmin qərarın surəti şikayətçiyə yalnız təkrar müraciətindən sonra təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar poçt vasitəsilə göndərilsə də, həmin poçt göndərişi ## ###### 2026-cı il tarixdə geri qaytarılmış, bu səbəbdən təkrar müraciət əsasında ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti yəni qərarın surəti Qərardan şikayət verən orqan (şəxs) göndərilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən qərarın şikayətçiyə Inzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada nə vaxt təqdim olunmasının tam və obyektiv araşdırılmaması, habelə qərarın rəsmi təqdim edilmədiyi halda şikayətvermə müddətinin başlanğıc anının yalnız şikayətçinin qərardan xəbər tutduğu tarixlə əlaqələndirilməsi düzgün hüquqi yanaşma hesab edilə bilməz. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin müdafiə hüququnun və məhkəməyə müraciət etmək hüququnun təmin olunması baxımından şikayətvermə müddətinin hesablanması zamanı qərarın şəxsə rəsmi qaydada təqdim olunması faktı əsas götürülməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qərarın surətini əldə etdikdən qısa müddət sonra – ## #### 2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu da onun hüquqlarını həyata keçirməkdə passiv davranmadığını və şikayət vermək niyyətini vaxtında ifadə etdiyini göstərir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmadan, şikayətvermə müddətinin başlanğıcı düzgün müəyyən edilmədən və təqdim edilmiş sənədlərə lazımi hüquqi qiymət verilmədən şikayətin geri qaytarılması barədə nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il ## ###### tarixli Qərarı). IXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə işin hallarını, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş tələblərə zidd olaraq hazırki inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı əsaslı və qanuni hesab edilə bilməz, ona görə də qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilməlidir. Belə ki, IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin və şikayətə baxılması üçün material həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə göndərilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar