Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-321/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi ilә, "X1, Hospitality and Management” MMC-nin Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından "X1, Hospitality and Management” MMC-nin direktoru tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә "X1, Hospitality and Management” MMC (VÖEN: **********) Azәrbaycan Respublikasınıb IXM-in 462.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәklә, barәsindә 1500 (bir min beş yüz) manat mәblәğindә cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmişdir (hakim Samir Mәmmәdov). Işin halları: Azәrbaycan Respublikası Maliyyә Nazirliyi "X1, Hospitality and Management” MMC barәsindә IXM-in 462.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edәrәk baxılması üçün adiyyatı üzrә Quba Rayon Mәhkәmәsinә göndәrmiş vә protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan hüquqi şәxsin direktoru Nümayәndә apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslı deyildir. Belә ki, barәsindә inzibati xәta protokol tәrtib edilәn vaxt MMC-nin maliyyә hesabatları vә audit rәyi artıq dәrc edilmişdir. Belә ki, audit rәyi ## ###### 2025-ci il tarixindә tәqdim edilmiş, maliyyә hesabatları isә ## ###### 2026-cı il tarixindә MMC-nin rәsmi internet sәhifәsindә dәrc edilmişdir. Bu faktı tәsdiq edәn rәsmi sәnәdlәr vә veb-sayt çıxarışı mövcuddur. Hәmin rәsmi sәnәdlәr işә baxan Quba Rayon Mәhkәmәsinә dә tәqdim olunmuşdur. Maliyyә Nazirliyi MMC-yә ## #### 2026-cı il tarixli bildiriş göndәrәrәk, hәmin mәsәlәyә Nazirliyin Uçot siyasәti şöbәsindә, ## #### 2026-cı il tarixdә baxılacağını bildirmiş vә hәmin tarixdә MMC-nin nümayәndәsinin iştirakının tәmin edilmәsini xahiş etmişdir. Lakin Maliyyә Nazirliyinin hәmin bildirişi Quba rayonunun 1-ci Nügәdi kәndinә göndәrildiyinә görә MMC-nin rәhbәrliyi hәmin bildirişi vaxtında әldә edә bilmәmişdir. Bu sәbәbdәn MMC-nin nümayәndәsi hәmin görüşdә iştirak edә bilmәmiş vә audit rәyi vә maliyyә hesabatlarının dәrc edildiyi barәdә mәlumatları Nazirliyә tәqdim edә bilmәmişdir.Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi maliyyә hesabatlarının vaxtında dәrc edilmәmәsinә görә deyil, hәmin hesabatların ümumiyyәtlә dәrc edilmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutur. MMC isә bu mәsәlә Maliyyә Nazirliyinin Uçot siyasәti şöbәsindә müzakirә olunan zaman maliyyә hesabatlarını artıq dәrc etdirmişdir. Maliyyә hesabatlarının dәrc edilmәsinin nisbәtәn gecikmәsi MMC-dә yeni proqram tәminatının tәtbiqi vә maliyyә mәlumatlarının miqrasiyası prosesinin planlaşdırıldığından daha uzun çәkmәsi ilә әlaqәdar baş vermişdir. Bu proses MMC-nin maliyyә mәlumatlarının dәqiqliyinin, tamlığının vә şәffaflığının tәmin edilmәsi mәqsәdi daşıdığından, 2024-cü il üzrә maliyyә hesabatlarının hazırlanmasına birbaşa tәsir etmişdir. Qeyd edilәn işlәr tamamlandıqdan dәrhal sonra maliyyә hesabatları audit yoxlamasından keçirilmiş vә dәrc edilmişdir. Gecikmә qәsdәn deyil, obyektiv texniki vә tәşkilati sәbәblәrlә bağlı baş vermişdir. Əgәr Maliyyә Nazirliyindә keçirilәn müzakirәdә MMC-nin iştirakı tәmin edilsәydi vә müvafiq sәnәdlәr müzakirәyә tәqdim edilsәydi, inzibati xәta protokolunun tәrtib edilmәsi istisna edilәcәkdi. Lakin birinci instansiya mәhkәmәsi qәrar çıxararkәn hәmin halları nәzәrә almamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunsa da Azәrbaycan Respublikası Maliyyә Nazirliyi vә "X1, Hospitality and Management” MMC-nin nümayәndәlәri mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinә әsasәn onların iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin "X1, Hospitality and Management” MMC-yә ünvanladığı ##.##.2026-cı il tarixli bildirişdәn görünür ki, AZ4026, ünvan 1indә fәaliyyәt göstәrәn "X1, Hospitality and Management” MMC (VÖEN- **********) tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatlarının, audit rәyi ilә birlikdә internet sәhifәsindә vә mәtbu orqanda dәrc olunmamasına görә IXM-in 462.1-ci maddәsinә әsasәn ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Uçot siyasәti şöbәsindә baxılacağı barәdә xәbәrdar edilmiş vә göstәrilәn tarixdә tәşkilatın sәlahiyyәtli nümayәndәsinin iştirakını tәmin etmәyi xahiş olunmuşdur. Iş materiallarında olan Azәrbaycan Respublikası Maliyyә Nazirliyi Uçot siyasәti şöbәsinin müdiri X2 tәrәfindәn tәrtib edilmiş MN ******* nömrәli ##.##.2026-cı il tarixli inzibati xәta haqqında protokoldan görünür ki, "X1, Hospitality and Management” MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatlarının, audit rәyi ilә birlikdә internet sәhifәsindә vә mәtbu orqanda dәrc olunmamasına görә IXM-in 462.1-ci maddәsilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Azәrbaycan Respublikası IXM-in 462.1-ci maddәsinә әsasәn mühasibat uçotu subyekti tәrәfindәn maliyyә hesabatlarının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının vә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqana (quruma) vә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilmәli olan digәr hesabat vә mәlumatların hazırlanması, tәqdim olunması, dәrc edilmәsi, o cümlәdәn hesabatlarda vә qanuna әsasәn tәlәb olunan digәr mәlumat formalarında informasiya vә göstәricilәrin әks etdirilmәsi, hәmçinin uçot sәnәdlәrinin saxlanılması ilә әlaqәdar qanunla müәyyәn edilmiş qaydaların pozulmasına, habelә “Mühasibat uçotu haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә uyğun olaraq mühasibat uçotunun aparılmamasına görә - vәzifәli şәxslәr üç yüz manatdan dörd yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr min beş yüz manatdan iki min manatadәk mәblәğdә cәrimә edilir. “Mühasibat uçotu haqqında” Azәrbaycan Respublikasının Qanununun: 11.0-cı maddәsinә әsasәn kommersiya tәşkilatlarının illik maliyyә hesabatları üçün aşağıdakı hesabat dövrlәri müәyyәn edilir: 11.0.1. Il әrzindә oktyabr ayının 1-dәk yeni yaradılan mühasibat uçotunun subyektlәri üçün birinci hesabat dövrü onların qanunvericiliklә müәyyәn edilmiş qaydada dövlәt qeydiyyatına alındığı tarixdәn dekabr ayının 31-i dә daxil olmaqla; 11.0.2. Oktyabr ayının 1-dәn sonra yeni yaradılmış mühasibat uçotunun subyektlәri üçün isә birinci hesabat dövrü onların qanunvericiliklә müәyyәn edilmiş qaydada dövlәt qeydiyyatına alındığı tarixdәn növbәti ilin dekabr ayının 31-i dә daxil olmaqla; 11.0.3. Digәr mühasibat uçotunun subyektlәri üçün hesabat dövrü yanvar ayının 1-dәn dekabr ayının 31-i dә daxil olmaqla. 12.1-ci maddәsinә әsasәn kommersiya tәşkilatları illik maliyyә hesabatlarını vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilә, digәr şәxslәrә isә nizamnamәlәri ilә müәyyәn olunmuş hallarda tәqdim edirlәr. 12.3-cü maddәsinә әsasәn “Dövlәt sirri haqqında” vә “Kommersiya sirri haqqında” Azәrbaycan Respublikası qanunlarının tәlәblәri nәzәrә alınmaqla, ictimai әhәmiyyәtli qurumlardan vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını hazırlayan kommersiya tәşkilatlarından (mikro vә kiçik sahibkarlıq subyektlәri istisna olmaqla), habelә bu Qanunun 12.2-ci maddәsindә qeyd edilәn tәşkilatlardan hәmçinin aşağıdakılar tәlәb olunur: 12.3.1. qurumun Internet sәhifәsi olduqda, hәmin mәlumatlardan sәrbәst istifadә edilmәsini tәmin etmәk şәrtilә, illik maliyyә hesabatının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının auditor rәyi ilә birlikdә, hәmin internet sәhifәsindә vә ya mәtbu orqanda dәrc olunması; 12.3.3. qurumun illik maliyyә hesabatlarının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının nüsxәsinin auditor rәyi ilә birlikdә hәr hansı şәxsә, onun müraciәti әsasında pulsuz tәqdim olunması. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2010-cu il ## ### tarixli ** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Kommersiya tәşkilatlarının illik maliyyә hesabatlarının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının tәqdim edilmәsi vә dәrc edilmәsi Qaydaları”nın: 3.1-ci maddәsinә әsasәn kommersiya tәşkilatları illik maliyyә hesabatlarını vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan vә iyun ayının 30-dan gec olmayaraq tәqdim etmәlidirlәr. 3.2-ci maddәsinә әsasәn kommersiya tәşkilatı illik maliyyә hesabatlarını tabe olduğu yuxarı tәşkilata vә ya birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını tәrtib edәn әsas cәmiyyәtә, bunlar olmadıqda isә tәsisçiyә (tәsisçilәrә) tәqdim edir. 3.3-cü maddәsinә әsasәn birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını tәrtib edәn kommersiya tәşkilatı hәmin hesabatları tabe olduğu yuxarı tәşkilata vә tәsisçiyә (tәsisçilәrә) tәqdim edir. 3.4-cü maddәsinә әsasәn kommersiya illik maliyyә hesabatlarının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının tәqdim edilmәsi barәdә mәlumatlar onların tabe olduqları yuxarı tәşkilat vә ya tәsisçi (tәsisçilәr) tәrәfindәn bu hesabatların sonuncu tәqdimetmә günündәn sonra 10 gün әrzindә Protokolu tәrtib edәn orqan verilir. 5.1-ci maddәsinә әsasәn “Dövlәt sirri haqqında” vә “Kommersiya sirri haqqında” Azәrbaycan Respublikası qanunlarının tәlәblәri nәzәrә alınmaqla, ictimai әhәmiyyәtli qurumlardan vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını hazırlayan kommersiya tәşkilatlarından (mikro vә kiçik sahibkarlıq subyektlәri istisna olmaqla), habelә dövlәt zәmanәti ilә kredit alan vә ya dövlәt borcunun xәrclәnmәsi ilә bağlı layihәlәrdә iştirak edәn, hәmçinin büdcәdәn subsidiya, subvensiya, qrant vә ya müәyyәn sәlahiyyәtlәrin yerinә yetirilmәsi ilә bağlı büdcә vәsaiti ayrılan kommersiya tәşkilatlarından hәmçinin aşağıdakılar tәlәb olunur: 5.1.1. qurumun internet sәhifәsi olduqda, hәmin mәlumatlardan sәrbәst istifadә edilmәsini tәmin etmәk şәrtilә, illik maliyyә hesabatının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının auditor rәyi ilә birlikdә hәmin internet sәhifәsindә vә ya mәtbu orqanda dәrc olunması. Iş materiallarında olan müstәqil auditor hesabatına dair ##.##.2025-ci il tarixli rәydәn görünür ki, "X1, Hospitality and Management” MMC-nin ## ###### 2024-cü il tarixinә maliyyә hesabatlarının auditi aparılmışdır. Iş materiallarında olan "X1, Hospitality and Management” MMC-nin rәsmi internet saytına texniki xidmәt göstәrәn vә idarәetmәni hәyata keçirәn X3 Şirkәtinin ##.##.2026-cı il tarixli mәktubundan görünür ki, aparılmış texniki yoxlama, server (hostinq) qeydlәri vә fayl yerlәşdirmә tarixçәsinә әsasәn müәyyәn edilmişdir ki, müәssisәnin 2024-cü il üzrә konsolidә olunmuş maliyyә hesabatları ## ###### 2026-cı il tarixindә rәsmi internet saytında yerlәşdirilmişdir. Server fayllarının tarixlәrini әks etdirәn hәmin mәlumatlar mәktuba әlavә edilmişdir. Apellyasiya Mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmır vә hesab edir ki, şikayәtin dәlillәri әsassızdır. Belә ki, Azәrbaycan Respublikasının IXM-in 462.1-ci maddәsi maliyyә hesabatlarının tәqdim edilmәmәsinә vә ya mühasibat uçotunun aparılmamasına görә mәsuliyyәti nәzәrdә tutur. "X1, Hospitality and Management” MMC 2024-cü il üzrә illik birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını auditor rәyi ilә birlikdә 2025-ci ildә internet sәhifәsindә vә ya mәtbu orqanda dәrc etdirmәmәklә IXM-in 462.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. MMC tәrәfindәn sözügedәn maliyyә hesabatlarının gecikdirilәrәk ## ###### 2026-cı il tarixindә rәsmi internet saytında dәrc edilmәsi xәtanın törәdilmәsi faktını aradan qaldırmır vә hüquqi şәxsi inzibati mәsuliyyәtdәn azad etmәk üçün әsas ola bilmәz. Azәrbaycan Respublikası IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-in 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-3.6-cı maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. Belәliklә, yuxarıda qeyd edilәnlәrә әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, "X1, Hospitality and Management” MMC-nin Azәrbaycan Respublikası IXM-in 462.1ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından "X1, Hospitality and Management” MMC-nin direktoru tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan, mәhkәmәnin hüquqi şәxs barәsindә olan qәrarı apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalı vә şikayәt tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası IXM-in 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A R A A L D İ: Apellyasiya şikayәti tәmin edilmәsin. "X1, Hospitality and Management” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-321/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-321/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver