Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-323/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr İsmayıl oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin nümayәndәsi nümayәndә2 İsmayıl oğlunun, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC-nin direktoru İbayev Adil Zabit oğlunun, nümayәndәlәri - İbayev Rüfәt Zabit oğlunun vә Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili nümayәndә4 iştirakları ilә, “İbayevs” MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim A.S.Qasımov) “İbayevs” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata inzibati xәta tәrkibi olmadığından xitam verilmәsi qәrara alınmışdır. İŞİN HALLARI : İnzibati materialdan müәyyәn olunur ki, “İbayevs” MMC-nin Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә inzibati xәta törәtmәsi haqqında Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Şәki-X9nin rәisi X2 tәrәfindәn tәrtib edilmiş protokol mәhkәmәyә göndәrilmiş vә protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә “İbayevs” MMC-nin inzibati mәsuliyyәt cәlb olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC e-kabinet vasitәsilә әrizә tәqdim edәrәk bildirmişdir ki, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә “İbayevs” MMC barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә aparılan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. X7 Xidmәtinin Hüquq İdarәsi ## ### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrәli mәktubla hәmin qәrardan apellyasiya şikayәti vermişdir. Hesab edirlәr ki, qarşı tәrәfin apellyasiya şikayәti hәm prosessual baxımdan qanunsuz (müddәt ötürülmәsi ilә verildiyi üçün), hәm dә mahiyyәti etibarilә tamamilә әsassız olduğundan rәdd edilmәlidir. Azәrbaycan Respublikası İXM-in 130.1-ci maddәsinә müvafiq olaraq, inzibati xәta haqqında iş üzrә qәrardan apellyasiya şikayәti qәrarın surәti rәsmi qaydada verildiyi (çatdırıldığı) gündәn 10 gün müddәtindә verilә bilәr. Dövlәt orqanları üçün "Elektron mәhkәmә" informasiya sistemindәki elektron kabinetә sәnәdin yerlәşdirilmәsi rәsmi çatdırılma hesab olunur. Abşeron Rayon Mәhkәmәsinin qәrarı ## ##### 2026-cı il tarixindә elan edilmiş, "Elektron mәhkәmә" sistemi vasitәsilә dövlәt qurumunun elektron kabinetinә ## ##### 2026-cı il tarixindә yüklәnmişdir. Qanunvericiliyin tәlәbinә görә, qarşı tәrәfin apellyasiya şikayәti vermәk hüququnun son günü ## ### 2026-cı il tarixindә başa çatmışdır. Lakin iş materiallarından göründüyü kimi, X7 Xidmәtinin Hüquq İdarәsi apellyasiya şikayәtini yalnız ## ### 2026-cı il tarixindә (müddәt bitәndәn tam 7 gün sonra) imzalamış vә tәqdim etmişdir. İnzibati orqan qanunla müәyyәn olunmuş 10 günlük prosessual müddәti heç bir üzrlü sәbәb olmadan ötürmüş vә ötürülmüş müddәtin bәrpa olunması barәdә mәhkәmәyә hәr hansı vәsatәt tәqdim etmәmişdir. İXM-in mәntiqinә görә, şikayәt vermәk müddәtinin üzrlü sәbәb olmadan ötürülmәsi şikayәtin baxılmadan geri qaytarılmasına vә ya icraata xitam verilmәsinә mütlәq әsasdır. X7 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn AR İXM-nin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş 10 günlük şikayәt vermә müddәti ötürüldüyü üçün apellyasiya şikayәti baxılmamış saxlanılması (vә ya geri qaytarılması), şikayәtә mahiyyәti üzrә baxılacağı tәqdirdә, әsassız apellyasiya şikayәtinin tәmin edilmәmәsi (rәdd edilmәsi) vә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qanuni qәrarının tamamilә qüvvәdә saxlanılması xahiş edilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrәli qәrarı ilә “İbayevs” MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәti hәrәkәtsiz saxlanılmış, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәti ilә әlaqәdar Azәrbaycan Respublikası CPM-nin 386.1-ci maddәsinin tәlәblәrinin yerinә yetirilmәsi üçün 10 (on) gün müddәt tәyin edilmәsi qәrara alınmışdır. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim E.R.Teymur-Zadә) vәsatәt tәmin edilmiş, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini X11 Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 3(5-105)-961/2026 il tarixli qәrarından apellyasiya şikayәti verilmәsi müddәti bәrpa olunmuş vә apellyasiya şikayәtinin *(*-***)***/**** nömrәli inzibati işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırkı iş üzrә inzibati xәta әmәli bilavasitә Xidmәt tәrәfindәn iş materialları әsasında aşkar edilmişdir. Belә ki, mәhkәmәyә göndәrilәn iş materiallarına әlavә edilmiş vәtәndaş X5 Xidmәtә ünvanladığı әrizәsindә göstәrmişdir ki, o ## ######## 2025-ci il tarixindәn işlәrin görülmәsinә cәlb edilmişdir. Hәmçinin, X5 Xidmәtә tәqdim etdiyi izahatında onun ## ######## 2025-ci il tarixindәn işә başladığı, vergi vә sosial xәrclәrә görә onunla müqavilә bağlanmadığını bildirmişdir. Mәhkәmәnin istinad etdiyi elektron çıxarışda müqavilәnin ## ####### 2026-cı il tarixindә bağlandığı göstәrilmişdir. Bu halda tәrәflәr arasında 22 sentyabr - 07 oktyabr tarixlәri arasında davam edәn әmәk münasibәtlәrinin rәsmilәşdirilmәdiyi müәyyәn edilir. Lakin mәhkәmә tәrәfindәn zәrәrçәkmiş şәxsin mövqeyi ümumiyyәtlә öyrәnilmәmiş, işәgötürәn tәrәfindәn verilmiş izahatlarla kifayәtlәnilmişdir. Belә ki, mәhkәmәnin işәgötürәn tәrәfindәn istinad olunan qәrәzli halların mövcudluğunu müәyyәn etmәdәn işçinin qәrәzli olması barәdә yekun qәnaәtә gәlmәsi sübutlara әsaslanmamışdır. Belәliklә, Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Şәki-X9 tәrәfindәn İXM-in 192.1 -ci maddәsi ilә tәrtib olunmuş "İbayevs" MMC barәsindә ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokol tam qanuni vә әsaslıdır. İşәgötürәn tәrәfindәn tәqdim edilmiş sәnәddәn görünür ki, mәhkәmәyә tәqdim edilmiş әmәk müqavilәsi sistemә daxil edilsә dә hәr iki tәrәf imzalamadığı üçün qanuni qüvvәyә minmәmişdir. Hәmin sәnәd yüklәndikdә müqavilә layihәsi kimi yüklәnә bilir, hansı ki, mәhkәmәyә tәqdim edilmiş kağız daşıyıcıdakı sәnәd hәmin layihәdir. Lakin Əmәk Mәcәllәsinә uyğun olaraq hәmin müqavilәnin qüvvәyә minmәsi üçün hәr iki tәrәf imzalamalı idi. ETİRAZ ƏRİZƏSİ : Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC e- kabinet vasitәsilә apellyasiya şikayәtinә qaşı etiraz әrizәsi tәqdim edәrәk X7 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn İXM-nin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş 10 günlük şikayәt vermә müddәti ötürüldüyü üçün apellyasiya şikayәti baxılmamış saxlanılmasını (vә ya geri qaytarılmasını), şikayәtә mahiyyәti üzrә baxılacağı tәqdirdә, әsassız apellyasiya şikayәtinin tәmin edilmәmәsini (rәdd edilmәsini) vә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qanuni qәrarının tamamilә qüvvәdә saxlanılmasını xahiş etmәklә bildirmişdir ki, İXM-nin 3-cü maddәsinә әsasәn, şәxs yalnız törәtdiyi inzibati xәtada tәqsirli (qәsdәn vә ya ehtiyatsızlıqdan) bilindikdә mәsuliyyәt daşıyır. İş materiallarından da aşkar göründüyü kimi, “İbayevs” MMC X8 ilә әmәk münasibәtlәrini gizlәtmәmiş, әksinә, SİMA proqramı vә ƏMAS portalı vasitәsilә müqavilә bildirişini sistemә daxil etmişdir. Əgәr MMC-nin niyyәti qeyri-qanuni işçi çalışdırmaq olsaydı, dövlәtin elektron nәzarәt sistemindә bu cür rәqәmsal iz qoymazdı. Müqavilәnin sonuncu tәsdiq әmrinin tamamlanmaması qәsdәn yayınma deyil, sırf texniki-prosessual natamamlıqdır ki, bu da tәqsirlilik prinsipini vә xәta tәrkibini tamamilә istisna edir. “İbayevs” MMC tәrәfindәn sözügedәn işçiyә görә müvafiq dövr üzrә bütün vergi vә mәcburi dövlәt sosial sığorta haqları (DSMF) dövlәt büdcәsinә tam vә qanuni şәkildә ödәnilmişdir. Qanunsuz (gizli) işlәdilәn şәxs üçün işәgötürәnin dövlәt büdcәsinә könüllü ödәnişlәr etmәsi hüquqi vә iqtisadi mәntiqlә daban-dabana ziddir. Vergilәrin ödәnilmәsi faktı “İbayevs” MMC-nin bu şәxsi ilk gündәn rәsmi işçi kimi qәbul etdiyinin danılmaz maddi sübutudur. İşçi sistemә salınıb vә vergisi ödәnilibsә, burada gizli әmәk fәaliyyәtindәn söhbәt gedә bilmәz. Vәtәndaş X5 4 ay әrzindә müqavilәsiz işlәdilmәsi vә vәd olunan әmәkhaqqını tam almaması barәdә iddiaları hәr hansı bank çıxarışı vә ya maddi sübutla tәsdiq olunmur. Əksinә, sistemdә müqavilә layihәsinin olması vә işçiyә SİMA vasitәsilә bildirişin getmәsi onun prosesdәn tam xәbәrdar olduğunu, işәgötürәnin isә rәsmilәşdirmә iradәsini sübut edir. Birinci instansiya mәhkәmәsi iş materiallarını hәrtәrәfli araşdıraraq bu ziddiyyәtlәri haqlı olaraq cәmiyyәtin xeyrinә qiymәtlәndirmişdir. "İnzibati icraat haqqında" Qanunun 13-cü maddәsinә әsasәn, inzibati orqan tәrәfindәn seçilәn tәdbir qarşıya qoyulan mәqsәdә nail olmaq üçün yararlı vә lazımlı olmalı, hüquqi şәxslәrin hüquqlarını lüzumsuz yerә mәhdudlaşdırmamalıdır. X7 funksiyası tәkcә cәza vermәk deyil, hәm dә sahibkarlara metodiki kömәk göstәrmәkdir. Portalda qeydiyyat cәhdini vә vergi ödәnişlәrini görәn inzibati orqan cәmiyyәtә "tәsdiqlәmәni tamamlayın" deyә xәbәrdarlıq etmәk әvәzinә, birbaşa fәaliyyәti iflic edәcәk dәrәcәdә ağır (20.000 – 25.000 AZN) cәrimә tәtbiq etmәyә çalışır. Bu, dövlәtin sahibkarlığı stimullaşdırma siyasәtinә vә mütәnasiblik prinsipinә tamamilә ziddir. Abşeron Rayon Mәhkәmәsi iş üzrә icraata xitam vermәklә tam qanuni, әdalәtli vә dövlәtin iqtisadi maraqlarına uyğun qәrar qәbul etmişdir. PROSES İŞTİRAKÇILARININ İZAHATLARI : Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsi nümayәndә2 İsmayıl oğlu apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, vәtәndaş X5 Xidmәtdә verdiyi izahatında bildirmişdir ki, “İbayevs” MMC-dә ##.##.2025-ci il tarixdәn işlәyir. MMC ilә aralarında Əmәk müqavilәsinin bağlanıldığı ona bildirilsә dә, әmәk müqavilәsi imzalanmaq üçün “Sima” Rәqәmsal İmza tәtbiqi üzәrindәn ona göndәrilmiş, o hәmin müqavilәni imzalamış, lakin müqavilә MMC tәrәfindәn imzalanmadığından onun “My Gov” kabinetinә daxil olmamışdır. Araşdırma zamanı “İbayevs” MMC tәrәfindәn işçinin işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi faktı tәkzib olunmamış vә işçi ilә ##.##.2025-ci il tarixdә әmәk müqavilәsinin bağlanıldığı vә hәmin müqavilә әsasında işlәrin yerinә yetirilmәsinә cәlb edildiyi bildirmiş vә әmәk müqavilәsi nüsxәsi tәqdim etmişdir. Hәmin sәnәdlә bağlı ƏMAS sistemindә әmәliyyat tarixçәsinә baxış keçirilmiş vә müәyyәn olunmuşdur ki, “İbayevs” MMC tәrәfindәn ##.##.2025-ci il tarixdә bu sәnәd yaradılmış, hәmin gün tәsdiqә göndәrilmişdir. ##.##.2025-ci il tarixdә işçi tәrәfindәn sәnәd imzalanmışdır. Bundan sonra uzun müddәt sәnәdlә bağlı hәr hansı hәrәkәt qeydә alınmamış, yalnız ##.##.2026-cı il tarixdә sәnәd lәğv edilmişdir. Göründüyü kimi müqavilәnin MMC tәrәfindәn imzalanması vә qüvvәyә minmәsi barәdә sistemdә hәr hansı qeyd mövcud deyil. Bununla da, şikayәtçinin izahatında qeyd etdiyi hallar tam tәsdiqini tapmış vә hәmin şәxsin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işlәrin yerinә yetirilmәsinә cәlb edildiyi öz tәsdiqini tapmışdır. Göstәrilәnlәrә әsasәn apellyasiya şikayәtinin tәmin olunmasını xahiş edir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC-nin nümayәndәsi nümayәndә4 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edәrәk әlavә olaraq qeyd etdi ki, inzibati xәta haqqında iş üzrә protokol X7 Xidmәtinin Şәki-X9 tәrәfindәn tәrtib edilmiş, iş mәhkәmәyә hәmin inzibati orqan tәrәfindәn göndәrilmiş vә birinci instansiya mәhkәmәsindә dә mәhz hәmin Regional Şöbә iştirak etmişdir. Mәhkәmә baxışının iştirakçısı olmayan, protokolu tәrtib etmәyәn vә birinci instansiya icraatında tәrәf qismindә çıxış etmәyәn X7 Xidmәtinin Hüquq idarәsinin ayrıca prosessual tәrәf kimi apellyasiya şikayәti vermәk hüququ mәsәlәsi mübahisәlidir. Hüquq idarәsi X7 Xidmәtinin daxili struktur bölmәsi olmaqla ayrıca hüquqi şәxs vә müstәqil prosessual subyekt deyildir. Əgәr Hüquq idarәsi X7 Xidmәtinin nümayәndәsi qismindә çıxış edirsә, bu halda onun sәlahiyyәti müvafiq qaydada tәsdiq edilmәlidir. Apellyasiya şikayәtindә әmәk müqavilәsinin hüquqi qüvvәyә minmәdiyi vә yalnız müqavilә layihәsinin mövcud olduğu iddia edilir. Lakin iş materialları ilә müәyyәn olunur ki, X13 "İbayevs" MMCdә kredit mütәxәssisi kimi fәaliyyәt göstәrmiş, tәrәflәr arasında faktiki әmәk münasibәtlәri mövcud olmuşdur. Bundan әlavә, "İbayevs" MMC tәrәfindәn hәmin şәxs üzrә dövlәt büdcәsinә mәcburi dövlәt sosial sığorta haqları vә vergi ödәnişlәri hәyata keçirilmişdir. Bu hallar işәgötürәnin şәxsi qeyri-rәsmi qaydada işә cәlb etmәsi barәdә iddianı tәkzib edir vә әmәk münasibәtlәrinin faktiki mövcud olduğunu tәsdiq edir. X7 Xidmәti bir tәrәfdәn әmәk münasibәtlәrinin yaranmadığını vә әmәk müqavilәsinin olmadığını iddia edir, digәr tәrәfdәn isә Hәvva Butdayevanın hәmin müәssisәdә fәaliyyәt göstәrdiyini, әmәk funksiyası yerinә yetirdiyini göstәrәn hallara istinad edir. Əgәr şәxs müәyyәn vәzifәdә fәaliyyәt göstәrmiş, müәssisәnin iş prosesindә iştirak etmiş vә onunla bağlı sosial sığorta vә vergi ödәnişlәri aparılmışdırsa, hәmin halların mövcudluğu әmәk münasibәtlәrinin faktiki yaranmasının qiymәtlәndirilmәsindә nәzәrә alınmalıdır. Zaqatala Rayon Prokurorluğunun ##.##.2026-cı il tarixli qәrarı ilә "İbayevs" MMC direktorunun müraciәti әsasında Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin müvafiq maddәlәri ilә cinayәt işi başlanılmışdır. Hәmin cinayәt işi üzrә "İbayevs" MMC zәrәrçәkmiş şәxs qismindә tanınmışdır. Cinayәt işi materiallarında X13nın kredit mütәxәssisi kimi göstәrilmәsi onun hәmin müәssisәdә faktiki fәaliyyәt göstәrmәsi barәdә әlavә sübutlardan biridir. Bu hal DƏMX-in “Hәvva Butdayeva müәssisәdә fәaliyyәt göstәrmәmişdir vә ya әmәk münasibәti yaranmamışdır" mövqeyinin digәr rәsmi sәnәdlәrlә ziddiyyәt tәşkil etdiyini göstәrir. Əmәk müqavilәsi bildirişinin elektron sistemdә dәrhal tәsdiqlәnmәmәsi texniki sәbәblәrlә bağlı olmuşdur. Elektron informasiya sistemindә yaranmış texniki gecikmәlәr vә ya sistem xәtaları öz-özlüyündә işәgötürәnin qәsdәn әmәk müqavilәsi olmadan işçi çalışdırması nәticәsinә gәtirib çıxara bilmәz. İnzibati mәsuliyyәt üçün inzibati xәta tәrkibinin bütün elementlәri, o cümlәdәn hüquqazidd әmәl vә tәqsir sübuta yetirilmәlidir. Əmәk müqavilәsi bildirişinin elektron informasiya sistemindә dәrhal tәsdiq edilmәmәsi öz-özlüyündә işәgötürәnin işçini әmәk müqavilәsi olmadan qәsdәn әmәyә cәlb etmәsi qәnaәtinә gәlmәyә әsas vermir. Əmәk qanunvericiliyinin tәlәblәrinin pozulması ilә bağlı inzibati mәsuliyyәt mәsәlәsinә qiymәt verilәrkәn yalnız formal elektron qeydiyyat vәziyyәti deyil, hәmçinin işәgötürәnin real hәrәkәtlәri, niyyәti vә әmәk münasibәtlәrini gizlәtmәk mәqsәdinin olub-olmaması araşdırılmalıdır. Əmәk müqavilәsi olmadan işçinin qәsdәn әmәyә cәlb edilmәsi, adәtәn, işәgötürәnin әmәk münasibәtlәrini gizlәtmәsi, işçilәrin faktiki sayını dövlәt orqanlarından yayındırması vә әmәk haqqı, sosial sığorta vә vergi öhdәliklәrindәn yayınması hallarında mövcud ola bilәr. Mәsәlәn, bir hüquqi şәxs çoxsaylı işçilәr çalışdırdığı halda onların yalnız bir hissәsini rәsmilәşdirir, digәr hissәsini isә әmәk müqavilәsi olmadan işә cәlb edirsә, belә halda әmәk münasibәtlәrinin gizlәdilmәsi barәdә әsaslı şübhә yarana bilәr. Lakin hazırkı iş üzrә belә hal mövcud deyildir. "İbayevs" MMC-dә faktiki olaraq iki әsas әmәk funksiyası hәyata keçirilmiş, X13nın fәaliyyәtinin rәsmilәşdirilmәsi istiqamәtindә addımlar atılmış, әmәk müqavilәsi layihәsi hazırlanmış, әmәk münasibәtlәrindәn irәli gәlәn öhdәliklәr üzrә ödәnişlәr hәyata keçirilmişdir. Cәmiyyәt tәrәfindәn әmәk haqqının ödәnilmәsi, mәcburi dövlәt sosial sığorta haqlarının vә müvafiq vergi ödәnişlәrinin hәyata keçirilmәsi işәgötürәnin әmәk münasibәtlәrini gizlәtmәk niyyәtindә olmadığını göstәrәn obyektiv hallardır. Əksinә, әgәr işәgötürәnin mәqsәdi işçini gizli şәkildә çalışdırmaq olsaydı, әmәk müqavilәsinin layihәsinin hazırlanması, әmәk münasibәtlәrinin rәsmilәşdirilmәsi üçün tәdbirlәrin görülmәsi vә dövlәt ödәnişlәrinin hәyata keçirilmәsi mәntiqi vә iqtisadi baxımdan izah edilә bilmәzdi. Hәmçinin nәzәrә alınmalıdır ki, "İbayevs" MMC-nin nizamnamә kapitalı cәmi 100 manat tәşkil edәn kiçik sahibkarlıq subyekti olması vә fәaliyyәtindә işçi sayının mәhdud olması işәgötürәnin kütlәvi şәkildә әmәk münasibәtlәrini gizlәtmәsi barәdә nәticәni istisna edәn hallardandır. İnzibati xәta haqqında protokol tәrtib edәn dövlәt orqanı yalnız formal pozuntuya deyil, işin bütün faktiki hallarına, işәgötürәnin davranışına, iqtisadi mәqsәdinә vә dövlәt maraqları baxımından әmәk münasibәtlәrinin rәsmilәşdirilmәsi istiqamәtindә atdığı addımlara kompleks qiymәt vermәli idi. Əks halda, әmәk münasibәtlәrini rәsmilәşdirmәyә çalışan, vergi vә sosial sığorta öhdәliklәrini yerinә yetirәn sahibkarın inzibati mәsuliyyәtә cәlb edilmәsi әmәk münasibәtlәrinin leqallaşdırılması mәqsәdlәrinә zidd nәticә yarada bilәr. İşәgötürәnin davranışında әmәk münasibәtlәrini gizlәtmәk mәqsәdinin mövcudluğu sübuta yetirilmәmişdir. Əksinә, işәgötürәnin son nәticәyә qәdәr әmәk münasibәtlәrini rәsmilәşdirmәk istiqamәtindә hәrәkәtlәr etmәsi onun qanun pozuntusundan yayınmaq deyil, hüquqi proseduru tamamlamaq niyyәtindә olduğunu göstәrir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC-nin nümayәndәsi İbayev Rüfәt Zabit oğlu apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk nümayәndәnin bildirdiklәri ilә razı olduğunu, göstәrilәnlәrә әsasәn apellyasiya şikayәtinin tәmin olunmamasını xahiş etdi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC-nin qanuni tәmsilçisi İbayev Adil Zabit oğlu apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk nümayәndәnin bildirdiklәri ilә razı olduğunu, göstәrilәnlәrә әsasәn apellyasiya şikayәtinin tәmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “İbayevs” MMC İXM-nin 192.1-ci maddәsilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk inzibati qaydada cәrimә edilmәklә apellyasiya şikayәti tәmin edilmәlidir. İlk növbәdә qeyd edilmәlidir ki, birinci instansiya mәhkәmәsi “İbayevs” MMC ilә Hәvva Butdayeva arasında ## ####### 2025-ci il tarixindә әmәk müqavilәsinin bağlanmasını vә hәmin müqavilәyә ## ###### 2026-cı il tarixindә xitam verilmәsini müәyyәn edәrәk hüquqi şәxsin Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinin obyektiv sübutların mәcmusu ilә tәsdiq olunmadığı qәnaәtinә gәlmişdir. Lakin mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә әhәmiyyәtli olan halları tam vә hәrtәrәfli araşdırmamış, mövcud sübutları onların mәcmusu halında düzgün qiymәtlәndirmәmiş vә nәticәdә işin faktiki hallarına uyğun olmayan qәnaәtә gәlmişdir. Belә ki, hazırkı iş üzrә hüquqi qiymәtlәndirilmәli әsas mәsәlә “İbayevs” MMC ilә Hәvva Butdayeva arasında sonradan әmәk müqavilәsinin bağlanıb-bağlanmaması deyil, hәmin şәxsin әmәk müqavilәsi Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada hüquqi qüvvәyә minmәdәn әvvәl hәr hansı işlәrin vә ya xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilib-edilmәmәsidir. Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsinin dispozisiyasından göründüyü kimi, inzibati mәsuliyyәtin yaranması üçün fiziki şәxsin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn hәr hansı işlәrin vә ya xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi tәlәb olunur. Hәmin normanın hüquqi şәxslәr üçün müәyyәn etdiyi inzibati tәnbeh isә 20.000 manatdan 25.000 manatadәk mәblәğdә cәrimәdir. İş materiallarından görünür ki, vәtәndaş X3 Əmәk Müfәttişliyi Xidmәtinә verdiyi әrizәsindә vә izahatında “İbayevs” MMC-dә ## ######## 2025-ci il tarixindәn işlәdiyini bildirmişdir. X7 Xidmәtinin apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn nümayәndәsi nümayәndә2 dә mәhkәmә iclasında bu xüsusata istinad etmiş, lakin mәhkәmәyә tәqdim edilmiş müqavilәnin surәtindә Hәvva Butdayeva ilә әmәk müqavilәsinin ## ####### 2025-ci il tarixindәn bağlanılmasına istinad edilsә dә hәmin әmәk müqavilәsinin elktron sistemә yerlәşdirilmәmәsi sәbәbindәn әmәk müqavilәsinin hәmin tarixdәn belә hüquqi qüvvәyә minmәdiyi müәyyәn edilir. Belә ki, iş materiallarına әlavә edilmiş elektron mәlumatlardan müәyyәn olunur ki, “İbayevs” MMC tәrәfindәn әmәk müqavilәsinә dair sәnәd yalnız ## ####### 2025-ci il tarixindә yaradılmış vә hәmin gün tәsdiqә göndәrilmiş, Hәvva Butdayeva tәrәfindәn isә ## ####### 2025-ci il tarixindә imzalanmışdır. Bundan sonra sәnәdin “İbayevs” MMC tәrәfindәn imzalanması vә әmәk müqavilәsinin hüquqi qüvvәyә minmәsi barәdә ƏMAS sistemindә hәr hansı qeyd aparılmamış, sәnәd yalnız sonradan ##.##.2026-cı il tarixindә lәğv edilmişdir. Belәliklә, iş materialları vә mәhkәmә baxışı zamanı tәdqiq edilmiş sübutların mәcmusundan görünür ki, Hәvva Butdayevanın hәtta qәbul edilsә ki, ## ####### 2025ci il tarixindә işә qәbul edilmәsi üçün ilkin müqavilә rәsmilәşdirilmәklә sistemә yerlәşdirilsә dә, әmәk müqavilәsi hüquqi qüvvәyә minmәsi istiqamәtindә prosedur mәliyyatlar tam başa çatdırılmamış, belәliklә dә, әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işçi işә cәlb edilmәklә inzibati xәta hadisәsi törәdilmişdir. “İbayevs” MMC-nin nümayәndәsi nümayәndә4 mәhkәmә iclasında Hәvva Butdayevanın müәssisәdә kredit mütәxәssisi kimi fәaliyyәt göstәrdiyini, tәrәflәr arasında faktiki әmәk münasibәtlәrinin mövcud olduğunu, hәmin şәxs üzrә vergi vә mәcburi dövlәt sosial sığorta ödәnişlәrinin hәyata keçirildiyini, әmәk müqavilәsinin rәsmilәşdirilmәsi istiqamәtindә tәdbirlәr görüldüyünü bildirmişdir. Hәmçinin әmәk müqavilәsinin elektron informasiya sistemindә dәrhal tәsdiqlәnmәmәsinin texniki sәbәblәrlә bağlı olduğunu vә cәmiyyәtin әmәk münasibәtlәrini gizlәtmәk niyyәtinin olmadığını qeyd etsә dә, mәhkәmә hesab edir ki, qeyd olunan hallar inzibati xәta tәrkibinin mövcudluğunu istisna etmir. Əksinә, şәxsin faktiki olaraq müәyyәn әmәk funksiyasını yerinә yetirmәsi, lakin hәmin fәaliyyәtә başlanıldığı anda әmәk müqavilәsinin hüquqi qüvvәyә minmәmәsi İXM-nin 192.1-ci maddәsinin dispozisiyasında nәzәrdә tutulmuş әmәlin obyektiv tәrәfinin müәyyәn edilmәsi baxımından әhәmiyyәt daşıyır. Cәmiyyәt tәrәfindәn әmәk haqqı, vergi vә mәcburi dövlәt sosial sığorta ödәnişlәrinin hәyata keçirilmәsinә dair tәqdim edilmiş sәnәdlәr özü-özlüyündә әmәk müqavilәsinin hüquqi qüvvәdә olması faktını tәsdiq etmir. Hәmin ödәnişlәrin hәyata keçirilmәsi әmәk münasibәtlәrinin mövcudluğuna dair müәyyәn mәlumat verә bilsә dә, hazırkı iş üzrә hüquqi mәsuliyyәtin yaranmasına sәbәb olan hal mәhz işçinin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsidir. Eyni zamanda, mәhkәmә müdafiә tәrәfinin “әmәk müqavilәsinin rәsmilәşdirilmәsi istiqamәtindә addımlar atıldığına görә cәmiyyәtin qanun pozuntusundan yayınmaq niyyәtinin olmadığı” barәdә dәlilini dә әsaslı hesab etmir. Belә ki, inzibati xәta haqqında iş üzrә mәsuliyyәt mәsәlәsinin hәlli üçün işәgötürәnin әmәk münasibәtlәrini rәsmilәşdirmәyә cәhd göstәrmәsi deyil, işçinin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn faktiki olaraq işә cәlb edilmәsi hüquqi әhәmiyyәt kәsb edir. Bu baxımdan, әmәk müqavilәsinin sistemdә yaradılması, tәsdiqә göndәrilmәsi vә işçi tәrәfindәn imzalanması barәdә elektron mәlumatların mövcudluğu da hәmin müqavilәnin hüquqi qüvvәyә mindiyini tәsdiq etmir. Əksinә, iş materiallarında müqavilәnin “İbayevs” MMC tәrәfindәn imzalanaraq hüquqi qüvvәyә minmәsini tәsdiq edәn mәlumatın olmaması müәyyәn edilmişdir. Mәhkәmә hәmçinin qeyd edir ki, birinci instansiya mәhkәmәsi Hәvva Butdayevanın işәgötürәnin polis vә prokurorluq orqanlarına etdiyi müraciәtdәn sonra şikayәt vermәsini onun izahatının qeyri-mötәbәrliyinә әsas kimi qәbul etmişdir. Lakin belә nәticәyә gәlmәk üçün yalnız şikayәtin verilmә vaxtının deyil, hәmin şәxsin izahatının iş üzrә digәr sübutlarla uyğunluğunun da qiymәtlәndirilmәsi tәlәb olunur. Hazırkı halda isә Hәvva Butdayevanın ## ######## 2025-ci il tarixindәn işlәmәsi barәdә bildirdiyi mәlumatlar әmәk müqavilәsinin rәsmilәşdirilmәsi ilә bağlı elektron sistem mәlumatları ilә ziddiyyәt tәşkil etmir; әksinә, elektron mәlumatlarda müqavilәnin yaradılmasının yalnız ## ####### 2025-ci il tarixindә hәyata keçirilmәsi müәyyәn edilir. Azәrbaycan Respublikası İXM-nin 76.1-ci maddәsinә әsasәn İnzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Apellyasiya şikayәtindә dә bu normaya istinad edilmişdir. Hazırkı işdә inzibati xәta haqqında protokol, Hәvva Butdayevanın izahatları, әmәk müqavilәsi ilә bağlı sәnәdlәr, ƏMAS sistemindәki mәlumatlar vә hәmin mәlumatların mәhkәmә iclasında X7 Xidmәtinin nümayәndәsi tәrәfindәn izah edilmәsi bir-biri ilә qarşılıqlı әlaqәdә qiymәtlәndirildikdә, “İbayevs” MMC tәrәfindәn Hәvva Butdayevanın әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutların olduğu müәyyәn edilir. Bu sәbәbdәn birinci instansiya mәhkәmәsinin yalnız ## ####### 2025-ci il tarixindә әmәk müqavilәsinin bağlanmasını әsas götürәrәk inzibati xәta tәrkibinin olmadığını qәbul etmәsi iş üzrә toplanmış sübutların tam vә hәrtәrәfli qiymәtlәndirilmәsinә әsaslanmamışdır. Mәhkәmә “İbayevs” MMC-nin apellyasiya şikayәtinә qarşı etirazında apellyasiya şikayәtinin müddәt ötürülmәklә verilmәsi barәdә irәli sürdüyü dәlilә dә qiymәt verәrәk qeyd edir ki, hәmin mәsәlә artıq Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә hәll edilmiş vә X7 Xidmәtinin apellyasiya şikayәti vermәsi üçün buraxılmış prosessual müddәt bәrpa edilmişdir. Buna görә hәmin dәlil apellyasiya şikayәtinin mahiyyәti üzrә araşdırılmasına maneә tәşkil etmir. Mәhkәmә “İbayevs” MMC-nin nümayәndәsi nümayәndә4 apellyasiya şikayәtinin X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi tәrәfindәn verilmәsinin prosessual baxımdan yolverilmәz olması barәdә dәlilinә dә qiymәt verәrәk hesab edir ki, hәmin dәlil dә әsassızdır. Belә ki, nümayәndә mәhkәmә iclasında bildirmişdir ki, inzibati xәta haqqında protokol X7 Xidmәtinin Şәki-X9 tәrәfindәn tәrtib edilmiş, iş birinci instansiya mәhkәmәsinә hәmin orqan tәrәfindәn göndәrilmiş vә birinci instansiya mәhkәmәsindә dә hәmin Regional Şöbә iştirak etmişdir. Onun fikrincә, birinci instansiya mәhkәmәsindә iştirak etmәyәn, protokolu tәrtib etmәyәn vә hәmin icraatda tәrәf qismindә çıxış etmәyәn X7 Xidmәtinin Hüquq İdarәsinin ayrıca prosessual tәrәf kimi apellyasiya şikayәti vermәk hüququ yoxdur. Hәmçinin Hüquq İdarәsinin X7 Xidmәtinin daxili struktur bölmәsi olmaqla ayrıca hüquqi şәxs vә müstәqil prosessual subyekt olmadığı bildirilmişdir. Mәhkәmә qeyd olunan dәlillә razılaşmır. Belә ki, inzibati xәta haqqında iş üzrә apellyasiya şikayәtinin verilmәsi hüququnun müәyyәn edilmәsi zamanı şikayәti imzalayan vәzifәli şәxsin birinci instansiya mәhkәmәsinin iclasında şәxsәn iştirak edib-etmәmәsi vә ya inzibati xәta haqqında protokolu bilavasitә tәrtib edib-etmәmәsi hәlledici әhәmiyyәt daşımır. Əsas mәsәlә hәmin şәxsin X7 Xidmәtinin sәlahiyyәtli vәzifәli şәxsi kimi çıxış edib-etmәmәsi vә müvafiq orqanın mәhkәmә aktından şikayәt vermәk sәlahiyyәtinin mövcudluğudur. Hazırkı halda apellyasiya şikayәti X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә tәrәfindәn hәmin Xidmәtin adından verilmişdir. Şikayәtin verilmәsindә Hüquq İdarәsinin ayrıca hüquqi şәxs kimi müstәqil hüquq subyekti olması irәli sürülmәmiş, şikayәt Xidmәtin struktur bölmәsinin rәhbәri olan vәzifәli şәxs tәrәfindәn Xidmәtin hüquqlarının hәyata keçirilmәsi qaydasında verilmişdir. Bu baxımdan, Hüquq İdarәsinin ayrıca hüquqi şәxs olmaması apellyasiya şikayәtinin verilmәsi hüququnun olmaması anlamına gәlmir. Hüquq İdarәsinin ayrıca hüquqi şәxs vә ya müstәqil prosessual subyekt olmaması ilә hәmin idarәnin rәhbәrinin tәmsil etdiyi dövlәt orqanının adından prosessual hәrәkәt etmәk sәlahiyyәtini fәrqlәndirmәk lazımdır. Eyni zamanda, apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsindә iştirak etmiş Regional Şöbә tәrәfindәn deyil, X7 Xidmәtinin Hüquq İdarәsinin rәhbәri tәrәfindәn verilmәsi dә şikayәtin mahiyyәti üzrә baxılmasına maneә tәşkil etmir. Çünki inzibati xәta haqqında iş üzrә tәrәfin vә ya dövlәt orqanının prosessual mövqeyi yalnız birinci instansiya mәhkәmәsindә konkret nümayәndәnin iştirak etmәsi ilә mәhdudlaşmır. Mәhkәmә hәmçinin nәzәrә alır ki, hazırkı iş üzrә apellyasiya şikayәtinin verilmәsi X7 Xidmәtinin mәhkәmә aktının qanuniliyinin vә әsaslılığının yoxlanılmasında marağının hәyata keçirilmәsi ilә bağlı olmuşdur. Şikayәtdә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә “İbayevs” MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi xahiş edilmişdir. Belәliklә, “İbayevs” MMC nümayәndәsinin apellyasiya şikayәtinin X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi tәrәfindәn verilmәsinin prosessual baxımdan yolverilmәz olması barәdә dәlili apellyasiya şikayәtinin icraata qәbul edilmәsinә vә mahiyyәti üzrә baxılmasına mane olan әsas kimi qiymәtlәndirilә bilmәz. Mәhkәmә iş üzrә sübutların mәcmusunu qiymәtlәndirәrәk belә qәnaәtә gәlir ki, “İbayevs” MMC-nin әmәlindә Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәri mövcuddur vә hüquqi şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün qanuni әsaslar vardır. İXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7-ci maddәsinin 2-ci hissәsinә әsasәn bu Mәcәllәnin 7-ci maddәsinin 2-1-ci vә 2-2-ci hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk münasibәtlәri әmәk müqavilәsi elektron informasiya sistemindә elektron sәnәd formasında bağlandıqda yaranır. Hәmin Mәcәllәsinin 49-cu maddәsinin 1-ci hissәsinә әsasәn bu maddәnin 2-ci vә 3-cü hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk müqavilәsi vә ya ona dәyişiklik tәrәflәrin güclәndirilmiş elektron imzası ilә imzalandıqda, son imzalanma tarixindәn әmәk müqavilәsi bağlanılmış vә ya ona dәyişiklik edilmiş hesab olunur vә hüquqi qüvvәyә minir. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7-ci maddәsinin 2- 3.4 vә 2-4-cü hissәlәrinin Azәrbaycan Respublikası Konstitusiyasının 35-ci maddәsinin III vә IV hissәlәri ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ####### 2023-cü il tarixli Qәrarında vurğulanan hüquqi mövqeyә görә “....Əmәk münasibәtlәri zahirәn müәyyәn işlәrin yerinә yetirilmәsi ilә bağlı mülki dövriyyә subyektlәri arasında yaranan mülki münasibәtlәrә (tapşırıq, podrat, müqavilә münasibәtlәri vә s.) bәnzәyir. Lakin bu münasibәtlәr bir sıra әhәmiyyәtli mәqamlarda fәrqlәnirlәr ki, bu da hәmin münasibәtlәrin müvafiq olaraq әmәk vә ya mülki hüquq normaları ilә tәnzimlәnmәsini labüd edir. Tәsadüfi deyildir ki, Əmәk Mәcәllәsinin 6-cı maddәsinin “d” bәndi ilә podrat, tapşırıq, komisyon, müәlliflik vә başqa mülki-hüquqi müqavilәlәr üzrә işlәri yerinә yetirәn şәxslәrә bu Mәcәllәnin şamil edilmәdiyi tәsbit edilmişdir. Əmәk münasibәtlәri - әmәk qanunvericiliyindә, kollektiv müqavilә vә sazişlәrdә nәzәrdә tutulmuş öhdәliklәrә uyğun olaraq işәgötürәnlә qarşılıqlı razılıq әsasında müәyyәn edilәn iş yerindә işçi tәrәfindәn onun işә qәbul (tәyin) edildiyi, seçildiyi, bәrpa olunduğu peşә vә ya vәzifә üzrә әmәk funksiyasının әmәkhaqqı ödәnilmәklә şәxsәn yerinә yetirilmәsinә, daxili intizam qaydalarına riayәt edilmәsinә, işәgötürәn tәrәfindәn işçinin әmәk şәraitinin, tәminatlarının vә әmәyinin mühafizәsinin tәmin edilmәsinә, habelә bu Mәcәllәnin prinsiplәrinә әsaslanan münasibәtlәrdir (Əmәk Mәcәllәsinin 3-cü maddәsinin 4-1-ci hissәsi). Əmәk münasibәtlәri yazılı qaydada bağlanılmalı olan әmәk müqavilәsi ilә rәsmilәşdirilmәlidir. Əmәk Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, әmәk müqavilәsi (kontraktı) – işәgötürәnlә işçi arasında fәrdi qaydada bağlanan әmәk münasibәtlәrinin әsas şәrtlәrini, tәrәflәrin hüquq vә vәzifәlәrini әks etdirәn yazılı müqavilәdir. Mülki-hüquqi müqavilәlәrin predmeti yerinә yetirilәcәk işin vә ya xidmәtin nәticәsidir. Əmәk münasibәtlәrinin predmetini isә işçinin әmәk fәaliyyәti tәşkil edir. İşçinin әmәk fәaliyyәti müәssisәnin istehsal fәaliyyәtinin ayrılmaz tәrkib hissәsi olduğu halda, mülkihüquqi müqavilәlәrdә icraçının fәaliyyәti, adәtәn müәssisәnin istehsal fәaliyyәtinin ayrılmaz tәrkib hissәsi olmadan, birdәfәlik vә ya dövrü xarakter daşıyır. Əmәk müqavilәlәrindә işçi әmәk funksiyasını şәxsәn icra etmәli vә işәgötürәndәn әmәk funksiyası ilә bağlı daxil olan tapşırıqları yerinә yetirmәli olduğu halda, mülki-hüquqi müqavilәlәrdә icraçı müqavilәdә müәyyәn olunan formada nәticә ilә yekunlaşan konkret işi vә ya xidmәti yerinә yetirmәlidir. Əmәk müqavilәlәrindә işçinin әmәk qanunvericiliyi ilә müәyyәn edilәn әmәk (iş yerinin saxlanılması, mәzuniyyәtlәrin verilmәsi, ezamiyyә xәrclәrinin ödәnilmәsi, tәhsilin davam etdirilmәsi vә s.) vә sosial tәminat (işdәnçıxarma, әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsi vә digәr hallarda sosial müavinәtin ödәnilmәsi, sosial sığortanın hәyata keçirilmәsi vә s.) hüquqları vә işәgötürәnin bununla bağlı vәzifәlәri olduğu halda, mülkihüquqi müqavilәlәrdә icraçının yalnız müqavilәdә göstәrilәn vә qanunvericiliklә bu hal üçün müәyyәn edilәn tәminatlardan istifadә etmәk hüququ vardır. Əmәk müqavilәlәrindә işçi müәssisәdaxili intizam qaydalarına vә iş vaxtı rejiminә mütlәq tabe olduğu vә onları pozduqda intizam tәnbehinә mәruz qaldığı halda, mülkihüquqi müqavilәlәr üçün bu cür tәnbehlәr xas deyil. Belәliklә, işçi işәgötürәnin müәyyәn etdiyi iş rejimi vә tәlimatlarına uyğun, sonuncunun rәhbәrliyi altında әmәk fәaliyyәti göstәrmәklә, müqavilәnin daha zәif vә asılı tәrәfi olaraq әmәk hüquq normaları ilә daha üstün müdafiә vә tәminat altına alındığı halda, mülki hüquq normaları, әsasәn tәrәflәrin bәrabәrliyinә, mәnafelәrinin qarşılıqlı tәmin olunmasına әsaslanır. Bu sәbәbdәndir ki, Əmәk Mәcәllәsinin 2-ci maddәsinin 3-cü hissәsindә әmәk münasibәtlәrinin mülki-hüquqi müqavilәlәrlә rәsmilәşdirilmәsinin yolverilmәz olduğu qeyd olunur...”. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 17, 18.2 vә 18.3-cü maddәlәrinin әlaqәli şәkildә şәrh olunmasına dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2023-cü il tarixli Qәrarında vurğulanmışdır ki, “...İnzibati Xәtalar Mәcәllәsinin müvafiq normalarının әlaqәli tәhlili belә nәticәyә gәlmәyә әsas verir ki, hüquqi şәxsin tәqsiri inzibati xәtanın törәdilmәsinin sәbәbkarı olan nümayәndәsinin tәqsiri ilә eynilәşdirilmәsә dә, onunla sıx әlaqәdardır. Burada onu da nәzәrә almaq lazımdır ki, subyektlәri hәmçinin hüquqi şәxslәr olan İnzibati Xәtalar Mәcәllәsinin Xüsusi Hissәsi ilә nәzәrdә tutulmuş әmәllәrin bәzilәri (mәsәlәn, Mәcәllәnin 388.0.4, 492-ci maddәlәri ilә nәzәrdә tutulmuş әmәllәr) yalnız qәsdәn törәdildikdә inzibati xәtanın tәrkibi yaranır. Hәmin Mәcәllәnin 13-cü maddәsinә әsasәn, inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. “Arzu etmәk”, “şüurlu” kimi kateqoriyalar hüquqi şәxs üçün sәciyyәvi olmadığından, inzibati xәtanın subyektiv cәhәtinin zәruri әlamәti kimi hüquqi şәxsin tәqsiri onun vәzifәli şәxslәrinin tәqsiri ilә әlaqәdә müәyyәn edilir. Belәliklә, hüquqi şәxsin inzibati xәta üzrә mәsuliyyәtinin yaranması hәr bir halda onun vәzifәli şәxslәrinin vә ya işçilәrinin hüquqazidd davranışı nәticәsindә baş verir, tәqsiri isә İnzibati Xәtalar Mәcәllәsinin 18.2-ci maddәsindә sadalanan şәxslәrin tәqsirinin törәmәsidir...”. İstinad edilәn Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarlarında vurğulanan hüquqi mövqeyә әsaslanaraq hesab edilir ki, işәgötürәnin әsas fәaliyyәt sahәsinә aid işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsi ilә әlaqәdar ayrı-ayrı şәxslәrlә daxil olduğu hüquqi münasibәtlәr bir qayda olaraq әmәk münasibәtlәri olaraq çıxış edir vә işәgötürәnin әsas fәaliyyәt sahәsinә dair işlәr әsasәn mütәmadi, sistematik vә davamlı xarakter daşımaqla, onun nәzarәti altında vә tәlimatına uyğun olaraq hәyata keçirilsә dә, bir sıra hallarda işәgötürәnin әsas fәaliyyәt sahәsinә aid iş vә xidmәtlәrә dair münasibәtlәr dә birdәfәlik vә ya qeyri-mütәmadi olmaqla, daşıdığı xüsusiyyәtlәrә vә mahiyyәtinә görә әmәk deyil, mülki-hüquqi mәzmunlu ola bilmәsi halına mәhkәmә tәrәfindәn qiymәt verilmәklә müәyyәn edilir. Bu baxımdan hazırkı iş üzrә müәyyәn edilәn işin halları bir daha zәmin yaradır ki, apellyasiya şikayәtinin dәlillәri әsaslı olmaqla belә qәnaәtә gәlinmәlidir birinci instansiya mәhkәmәsi düzgün olmayan nәticәyә gәlmişdir. Başqa sözlә desәk iş materiallarında toplanan sübutlardan göründüyü kimi “İbayevs” MMC tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7 vә 49-cu maddәlәrinin tәlәblәri pozularaq Hәvva Butdayeva әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn iş vә xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmişdir. Yuxarıda qeyd edilәnlәr üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәyәrәk tәrtib olunmuş inzibati xәta haqqında protokol qanunun tәlәblәrinә vә işin faktiki hallarına uyğun olduğundan, “İbayevs” MMC İXM-nin 192.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati tәnbeh növü olaraq cәrimә tәtbiq edilmәlidir. İş materialları ilә “İbayevs” MMC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmir. Göstәrilәnlәri nәzәrә alaraq belә qәnatә gәlinir ki, “İbayevs” MMC barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә “İbayevs” MMC Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә inzibati tәnbeh növündә cәrimә tәtbiq edilmәlidir. Belә ki, İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. İXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. İXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. İXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İXM-nin 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә İXM-nin 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. İş üzrә yeni qәrar qәbul edilsin. Huquqi şәxs “İbayevs” MMC Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә tәqsirli bilinsin vә barәsindә inzibati tәnbeh növü olaraq 20000 (iyirmi min) manat mәblәğindә cәrimә tәtbiq edilsin. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәisi İslam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-323/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-323/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver