Məhkəmə qərarları › İş №3(3-8)-326/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-326/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-326/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi - Sumqayıt Regional Vәkil Bürosunun vәkili X1 iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәrindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından müdafiәçi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Vaqif Hәsәnov) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk, hәmin Mәcәllәnin 34.3cü maddәsi tәtbiq edilmәklә barәsindә Azәrbaycan Respublikası IXM-nin 535.1-ci maddәsinin sanksiyası çәrçivәsindә 01 (bir) ay müddәtinә hәbs növündә inzibati tәnbeh tәtbiq edilmişdir. Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* №-li inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, o, ##.##.2026-cı il tarixdә Abşeron rayonu әrazisindә ictimai qaydanı kobud şәkildә pozaraq, ünvansız söyüşlәr söymüş, polis әmәkdaşının qanuni tәlәblәrinә tabe olmamışdır. Protokol baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Müdafiәçi Vәkil apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarını lәğv edәrәk, inzibati iş üzrә icraata xitam verilmәsini xahiş etmәklә apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxs tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş әmәli törәtmәsini tәsdiq edәn hәr hansı bir mötәbәr sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Hüquqlarını müdafiә etdiyi şәxs heç bir tabesizlik hәrәkәtlәrinә yol vermәmişdir. Əksinә olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxslәrin bütün göstәrişlәrinә әmәl etmişdir. Buna baxmayaraq, barәsindә әsassız şәkildә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Iş materiallarında şәxsin tabesizliyinin nәdәn ibarәt olduğu әsaslı şәkildә qeyd olunmamışdır. Şәxsin әmәkdaşlara tabesizlik göstәrmәsini tәsdiq edәn nә videogörüntü, nә şahid ifadәlәri, nә audioyazı, nә digәr obyektiv sübutlar mövcuddur. Halbuki, inzibati mәsuliyyәtә cәlb edilәn şәxsin tәqsirinin sübut edilmәsi vәzifәsi mәhz inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın üzәrinә düşür. Inzibati xәtanın mövcudluğunu tәsdiq edәn kifayәt qәdәr sübutlar olmadığı halda şәxsin inzibati mәsuliyyәtә cәlb olunması qanunvericiliyin tәlәblәrinә ziddir. Barәsindә inzibati protokol tәrtib edilmiş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn ictimai qayda pozulmamışdır. Tәrtib edilmiş inzibati xәta haqqında protokolda inzibati xәtanın mahiyyәti tam göstәrilmәmişdir. Ümumiyyәtlә, inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn polis әmәkdaşının hansı qanuni tәlәblәrinә qәsdәn tabe olmaması vә hәmin tabe olmamanın nәdә ifadә olunması әsaslandırılmamışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә IXM-nin 510.1-ci maddәsi ilә nәzәrdә tutulmuş xırda xuliqanlıq inzibati xәtasının da tәrikibi mövcud olmamışdır. Azәrbaycan Respublikası IXM-nin 510.1-ci maddәsindә nәzәrdә tutulmuş xırda xuliqanlıq әmәli ictimai qaydanın pozulması vә cәmiyyәtә açıq hörmәtsizlik ifadә edәn hәrәkәtlәrdә ifadә olunmalıdır. Hәmin inzibati xәta tәrkibinin mövcud hesab olunması üçün şәxsin hәrәkәtlәri ictimai xarakter daşımalı, әtraf şәxslәrin dincliyini vә ictimai asayişi real şәkildә pozmalı, cәmiyyәtә açıq hörmәtsizlik nümayiş etdirmәlidir. Lakin hazırkı iş üzrә belә hallar mövcud olmamışdır. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs heç kimin olmadığı yerdә olmuş, әtrafda kәnar şәxslәr olmamışdır. Şәxsin nalayiq ifadәlәr işlәtmәsi vә ya ictimai qaydanı pozması nәticәsindә kәnar şәxslәrin eşitmәsini, hәr hansı şәxsin narahat olması, dincliyinin pozulması vә ya ictimai asayişә zәrәr dәymәsi ilә bağlı iş materiallarında heç bir mötәbәr sübut yoxdur vә tәqdim olunmamışdır. Inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxs tәrәfindәn nә videogörüntü, nә audio yazı, nә şahid ifadәlәri, nә dә digәr obyektiv sübutlar tәqdim edilmişdir. Halbuki, xırda xuliqanlıq әmәli formal deyil, maddi tәrkibli inzibati xәta olmaqla ictimai qaydanın real pozulmasını tәlәb edir.Göründüyü kimi hәmin fakt üzrә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә xırda xuliqanlıq inizbati xәtası mövcud deyildir. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikası IXMnin 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin obyektiv vә subyektiv әlamәtlәri mövcud olmadığından hәmin maddә ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi әsassızdır. Bundan başqa mәhkәmә tәrәfindәn inzibati tәnbeh tәyin edilәrkәn şәxsin şәxsiyyәti, sәhhәti, ailә vәziyyәti vә digәr mühüm hallar nәzәrә alınmalıdır. Bununla belә şәxs barәsindә әn yüksәk hәddә cәza tәyin edilmişdir. Hüquqlarını müdafiә etdiyi şәxs ağır onkoloji xәstәlikdәn - xәrçәng xәstәliyindәn әziyyәt çәkir. Mәhkәmә iclasında sәnәdlәri tәqdim etmәk imkanı olmamışdır. Hәr kәsә dә mәlum olduğu kimi bu xәstәlik son dәrәcә ağır vә daim nәzarәt tәlәb edәn xәstәlikdir. Hazırda da daim hәkim nәzarәtindәdir, ağır dәrmanlar qәbul edir. Xüsusi şәraitdә hәyat sürür. Bir müddәt әvvәl xәstәlik bәdәninin çox hissәsinә yayılmış, ölümdәn döndürülmüşdür. Şәxsin sadәcә bir gün belә hәbs kimi yerdә saxlanması onun xәstәliyini artıra, vәziyyәtini çox ağırlaşdıra bilәr. Stress, psixoloji gәrginlik vә saxlanma şәraiti onun sağlamlığı üçün ciddi tәhlükә yaradır. Bununla yanaşı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 3-cü qrup әlildir. Bәdәnindә yanığı var. Hәmçinin onun anası 1-ci qrup әlildir. Son dәrәcә ağır xәstәlikdәn әziyyәt çәkir, yataq xәstәsidir. Mәhkәmә bütün bu halları nәzәrә almadan şәxs barәsindә maddәdә qeyd olunmuş әn yüksәk hәddә inzibati hәbs növündә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Mәhkәmә qәrar qәbul edәrkәn iş üzrә heç bir sübutun olmamasını, şәxsin mövcud vәziyyәtini nәzәrә almamışdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi X1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, protokol tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә şikayәt üzrә işә nümayәndәnin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisini dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarından görünür ki, inzibati xәta haqqında işә baxan hakim inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәrlә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә ictimai qaydanı pozan hәrәkәtlәr etmәsi vә polisin qanuni tәlәbinә qәsdәn tabe olmaması, yәni IXM-nin 510.1, 535.1-ci maddәlәri ilә müәyyәn edilmiş inzibati xәta hadisәsini törәtmәsi vә hәmin әmәllәrә görә tәqsirli olmasını sübuta yetirilmiş hesab edib, sonuncunun barәsindә IXM-nin 535.1-ci maddәsi ilә 01 (bir) ay müddәtindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi qәnaәtini qanuni vә әsaslı sayır. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Abşeron rayonu әrazisindә ictimai qaydanı kobud şәkildә pozaraq, ünvansız söyüşlәr söymüş, polis әmәkdaşının qanuni tәlәblәrinә tabe olmamışdır. Mәhkәmә inzibati işin materiallarını vә yuxarıda qeyd olunan sübutları tәhlil edәrәk belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 510, 535.1-ci maddәlәri ilә müәyyәn edilmiş inzibati xәtanı törәtmәsi barәdә istәr inzibati xәta haqqında protokol tәrtib etmiş orqan, istәrsә dә işә baxmış birinci instansiya mәhkәmәsi IXM-nin 75-84cü maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati xәta törәtmiş şәxsin ona istinad olunmuş inzibati xәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 510-cu maddәsi ictimai qaydanı pozan, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görә inzibati mәsulliyyәt nәzәrdә tutur. Azәrbaycan Respublikası IXM-nin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görә inzibati mәsulliyyәt nәzәrdә tutur. Azәrbaycan Respublikası IXM-nin 34.3-cü maddәsinә әsasәn şәxsin eyni vaxtda öz hәrәkәtlәri (hәrәkәtsizliyi) ilә törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin şәxs daha ciddi xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan hәr hansı birinә görә nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn biri әsas tәnbehә әlavә edilә bilәr. Yuxarıda qeyd olunan sübutlarla müәyyәn olunur ki, barәsindә inzibati iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә xırda xuliqanlıq hәrәkәtlәri edәrәk ictimai qaydanı pozmaqla yanaşı, polisin qanuni tәlәbinә qәsdәn tabe olmadığını başa düşmüş vә bunu arzu etmişdir. Bununla da onun әmәlindә IXM-in 510.1, 535.1-ci maddәlәrindә nәzәrdә tutlmuş inzibati xәta tәrkibi mövcud olmuşdur. Mәhkәmә yuxarıda qeyd olunanlara görә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 510.1, 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi vә hәmin әmәllәrә görә tәqsirli olmasına dair nәticәsi qanuni vә әsaslı olmuş, sonuncunun әmәli düzgün olaraq hәmin maddәlәr ilә tövsif edilmişdir. Mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisinin apellyasiya şikayәtinin, hәmçinin müdafiәçinin çıxışının Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәr hansı bir inzibati qaydanı pozmaması barәdә dәlillәrinә qiymәt verәrәk, hesab edir ki, hәmin dәlillәr hәr hansı bir konkret sübutla tәsdiq olunmayan subyektiv mülahizә vә onun inzibati mәsuliyyәtdәn yayındırmağa yönәlmiş dәlillәr olmaqla, hәmin dәlillәr apellyasiya şikayәtinin tәmin olunması üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Mәhkәmә aşağıda qeyd olunanlara görә barәsindә inzibati xәta haqqında qәrar qәbul olunmuş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbirini qanuni vә әdalәtli sayıram. Belә ki, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarından görünür ki, mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi barәdә nәticәyә gәlәrkәn, törәtdiyi inzibati xәtanın xarakterini, onun şәxsiyyәtini, әmlak vәziyyәtini nәzәrә alaraq, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә onun tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә inzibati hәbs növündә tәnbeh tәtbiq edilmәsini mәqsәdәmüvafiq hesab edәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 01 (bir) ay müddәtinә hәbs inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsinә dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan qәnaәti inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur. IXM-in 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edәrkәn sonuncunun törәtdiyi inzibati xәtanın xarakterini, tәqsirinin dәrәcәsini nәzәrә almaqla qanuni vә әsaslı nәticәyә gәlmişdir. Apellyasiya şikayәtinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair dәlillәri konkret sübutlarla tәsdiq olunmayan mülahizә xarakterli dәlillәr olmaqla birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunaraq, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә başlanılmış inzibati xәta haqqında icraata xitam verilmәsi vә yaxud qәrarın dәyişdirilәrәk barәsindә tәtbiq olunmuş inzibati tәnbeh tәdbirinin yüngüllәşdirilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Hәmçinin mәhkәmә kollegiyası hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs oğlunun apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X1 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrәli qәrarının 1-ci, 4-cü vә 5-ci hissәlәrinә әsasәn hüquqi yardım göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 manat mәblәğindә müәyyәn edilmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili X1 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsi iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X1 etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar