Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-327/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәri Yasamal rayon Polis İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 529.3-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinә göndәrilmişdir. Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsi *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә Yasamal rayon X1 Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә İXM-nin 529.3-cü maddәsi ilә tәrtib edilmiş ## ##### 2026-cı il tarixli, İXM ******* saylı inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün aidiyyәti üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı (hakim F.Nәsimiyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 529.3-cü maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk onun nәqliyyat vasitәlәrini idarә etmә hüququnun 06 (altı) ay müddәtә mәhdudlaşdırılması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, barәsindә Azәrbaycan Respublikası İXM-nin 529.3-cü maddәsi ilә başlanmış inzibati icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edilmiş, işin faktiki halları tam vә obyektiv araşdırılmamışdır. Belә ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı ilә әsas götürülmüş inzibati cәrimә haqqında qәrar qanunsuz olduğundan sonrakı qәrarın hüquqi әsası yoxdur. Onun barәsindә tәtbiq edilmiş 6 aylıq sürücülük hüququnun mәhdudlaşdırılması Yasamal Rayon X1 Şöbәsinin yol hәrәkәti qaydalarının pozulmasına görә qәbul etdiyi inzibati cәrimә qәrarının icra edilmәmәsi ilә әlaqәlәndirilmişdir. Lakin hәmin ilkin inzibati cәrimә qәrarı qanunsuz olduğuna görә mәhkәmә qaydasında lәğv edilmişdir. Başqa sözlә, hüquqi qüvvәsi olmayan vә sonradan etibarsız sayılmış bir qәrarın icra edilmәmәsinә görә mәsuliyyәtә cәlb olunmağı qanuna ziddir. Qanunsuz qәrarın icra edilmәmәsinә görә şәxsin mәsuliyyәtә cәlb olunması hüquqi müәyyәnlik, әdalәtlilik vә qanunçuluq prinsiplәrinә tamamilә ziddir. Onun hәrәkәtlәrindә heç bir tәqsir yoxdur. Çünki әsas inzibati qәrar qanunsuz olmuş, hәmin qәrar sonradan lәğv edilmiş, hüquqi qüvvәsini itirmiş qәrarın icrası tәlәb oluna bilmәz vә belә qәrarın ödәnilmәmәsi inzibati xәta tәrkibi yaratmır. Demәli onun hәrәkәtlәrindә IXM-in 529.3-cü maddәsinin obyektiv vә subyektiv әlamәtlәri mövcud deyildir. Bundan başqa inzibati mәsuliyyәt üçün inzibati xәta tәrkibinin bütün elementlәri mövcud olmalıdır. Lәğv edilmiş qәrar hüquqi nәticә doğurmadığından icra edilmәli öhdәlik mövcud olmamış, icra edilmәmә faktı hüquqi әhәmiyyәt daşımır, tәqsir elementi yoxdur vә ictimai tәhlükәlilik vә hüquqa ziddlik elementi mövcud deyil. Bu sәbәbdәn onun әmәlindә inzibati xәta tәrkibi yoxdur vә iş üzrә icraata xitam verilmәlidir. Lakin birinci instansiya mәhkәmәsi ilkin inzibati qәrarın sonradan lәğv olunmasını nәzәrә almamış, bu faktın hüquqi nәticәlәrini qiymәtlәndirmәmişdir. Halbuki hәmin qәrarın lәğv edilmәsi bu iş üzrә hәlledici әhәmiyyәtә malikdir vә mәsuliyyәtin әsasını tamamilә aradan qaldırır. Mәhkәmәnin bu mühüm faktı nәzәrә almaması qәrarın әsassız olmasına sәbәb olmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, qәrar lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan Yasamal rayon DYPŞİ-nin ##.##.2025-ci il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 342.5-ci maddәsi ilә tәqsirli bilinәrәk 50 manat mәblәğindә inzibati cәrimә edilmişdir. İş materiallarında olan “Asanpay” ödәniş sistemindәn әldә edilmiş çıxarışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixli İXP ******* nömrәli protokola görә 50 manat әsas, 30 manat dәbbә, cәmi 80 manat ödәnilmәmiş borcu vardır. Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarından görünür ki, Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә qeyd olunan inzibati xәta haqqında işin baxılması üçün Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr X1 İdarәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.3-cü maddәsinә әsasәn yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtaların, yaxud bu Mәcәllәnin 353.1, 353.2, 353.4 vә ya 353.5-ci maddәlәrindә nәzәrdә tutulan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn 3 ay müddәtindә qanunla müәyyәn edilmiş әsaslar olmadan icra edilmәmәsinә görә nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Bununla әlaqәdar qeyd edilmәlidir ki, istinad edilәn maddә üzrә mәsuliyyәtin yaranmasından ötrü hәmin maddәdә göstәrilәn dispozitiv şәrtlәri ehtiva edәn hәr hansı bir hәrәkәt edilmәlidir. İXP******* nömrәli protokol üzrә ##.##.2026-cı il tarixdә inzibati cәrimә növündә tәnbeh tәtbiq etmә haqqında qәbul edilmiş qәrar qanuni qüvvәyә mindiyi gündәn 3 (üç) ay müddәtindә qanunla müәyyәn edilmiş әsaslar olmadan icra etmәdiyinә görә hazırkı inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Lakin inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan inzibati xәta haqqında tәnbeh vermә barәdә qәrar Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә lәğv edilmiş vә yeni araşdırılma aparılması üçün inzibati orqana qaytarılmışdır. Bu isә hәmin inzibati tәnbeh vermә haqqında qәrarın icra edilmәmәsinә görә tәqsirin olmasını, yәni әmәlin subyektiv cәhәtinin olması qәnaәtini istisna edir. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә görә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3-cü maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәtaya dair iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 529.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-327/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-327/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver