Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-328/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim E.İ.Əliyev) Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin Mәrkәzi Informasiya Sistemi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi tәlәbinә dair şikayәtinin tәmin edilmәmәsi qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası DIN-nin BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** saylı qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 346.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 80 manat mәblәğindә cәrimә edilmişdir. Qeyd edilәn qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, o, EQ ******** saylı, ##.##.2026-cı il tarixli cәrimә qәrarı ilә IXM-nin 346.4-cü maddәsi ilә tәqsirli bilinib, 80 manat vә 2 bal cәrimә olunmuşdur. O, qanuni vә sәnәdli taksi şirkәtindә işlәyir. Dövlәtә vergi ödәyir. Hәmin vaxtda o, sifariş qәbul edib, müştәrini götürdüyü an kameraya düşmüşdür. Ona yazılan cәrimә vә balın silinmәsi barәdә әdalәtli qәrar qәbul edilmәsini xahiş edir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini, inzibati işin icraatına xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, o, qanuni vә sәnәdli taksi fәaliyyәti ilә mәşğul olur, bütün sәnәdlәri o cümlәdәn sürücülük vәsiqәsi, sertifikatı vә nәqliyyat vasitәsinә verilmiş buraxılış kartı tam qaydasındadır. ## ##### 2026-cı il tarixdә, saat 13:30 radәlәrindә müştәrini cәmi 5-10 saniyә müddәtindә düşürәrәk yoluma davam etmişdir. Hәmin hadisәyә görә barәsindә 80 manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmiş vә sürücülük vәsiqәsinә 2 cәrimә balı yazılmışdır. Bununla bağlı Daxili Işlәr Nazirliyinә vә Baş Dövlәt Yol Polisi Idarәsinә “E-Police” elektron sistemi vasitәsilә müraciәt edәrәk şikayәt vermiş, lakin müraciәtinә obyektiv baxılmamışdır. Hesab edir ki, sәrnişinin qısa müddәt әrzindә düşürülmәsi kimi formal xarakterli hәrәkәtә görә belә ağır cәrimәnin tәtbiq olunması әdalәtli vә mütәnasib deyildir. O, dövlәtә mütәmadi olaraq vergi ödәyәn vә qanuni fәaliyyәt göstәrәn şәxsdir. Bundan әlavә, ali tәhsilli mühәndis olmasına baxmayaraq, yaşı ilә әlaqәdar iş tapmaqda çәtinlik çәkir vә ailәsinin dolanışığını әsasәn taksi fәaliyyәti hesabına tәmin edir. Hazırda qazancının böyük hissәsi cәrimәlәrin ödәnilmәsinә sәrf olunur. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etdi. Işә baxılmasının yeri vә vaxtı barәdә DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, şikayәtin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. “Yol hәrәkәti haqqında” Qanunun 52-ci maddәsinә әsasәn yanqoşqusu olmayan motosikletlәr, mopedlәr, velosipedlәr vә kiçik elektrik nәqliyyat vasitәlәri istisna olmaqla, digәr nәqliyyat vasitәlәrinin yolun hәrәkәt hissәsinin kәnarında ikinci vә sonrakı cәrgәlәrdә dayanması vә ya durması qadağandır. X1 aşkar şәkildә qeyd edir ki, yolun hәrәkәt hissәsinin kәnarında ikinci cәrgәdә dayanma birmәnalı şәkildә qadağandır vә inzibati mәsuliyyәtә sәbәb olur. Verilmiş şikayәt әsasında işә mahiyyәti üzrә baxan birinci instansiya mәhkәmәsi şikayәt әrizәsindә qeyd olunanlara vә iş üzrә toplanmış sübütlara hüquqi qiymәt verәrәk hesab etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti әsassız olduğundan tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin Mәrkәzi Informasiya Sistemi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan, habelә inzibati xәtanın xüsusi texniki vasitәlәrlә qeydә alınmış fotoşәkillәrindәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi “BYD QIN Plus Plug in Hibrid” markalı, **-FE-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini yolun hәrәkәt hissәsinin kәnarında ikinci cәrgәdә saxlamış, bununla da Azәrbaycan Respublikası IXM-in 346.4-cü maddәsinin tәlәblәrini pozmuşdur. Apellyasiya şikayәtindә göstәrilәn nәqliyyat vasitәsinin cәmi bir neçә saniyә müddәtindә saxlanılması, sәrnişinin düşürülmәsi mәqsәdilә dayanmanın hәyata keçirilmәsi, habelә şikayәtçinin taksi fәaliyyәti ilә mәşğul olması vә ailә vәziyyәti ilә bağlı dәlillәr mәhkәmә tәrәfindәn mәsuliyyәti istisna edәn hal kimi qiymәtlәndirilmir. Belә ki, IXM-in 346.4-cü maddәsinin dispozisiyası nәqliyyat vasitәsinin yolun hәrәkәt hissәsinin kәnarında ikinci vә sonrakı cәrgәlәrdә dayanmasına vә ya durmasına görә inzibati mәsuliyyәt müәyyәn etmiş, hәmin normada dayanmanın müddәtindәn, sürücünün fәaliyyәt sahәsindәn vә ya sәrnişinin düşürülmәsi mәqsәdindәn asılı olaraq istisna nәzәrdә tutulmamışdır. Mәhkәmә qeyd edir ki, inzibati mәsuliyyәtin tәtbiqi zamanı şәxsin sosial vәziyyәti, ailә vәziyyәti vә ya fәaliyyәt sahәsi inzibati xәtanın mövcudluğunu aradan qaldırmır vә şәxsi yol hәrәkәti qaydalarına riayәt etmәk vәzifәsindәn azad etmir. Şikayәtçinin qanuni taksi fәaliyyәti ilә mәşğul olması, vergi ödәmәsi vә ailә dolanışığını hәmin fәaliyyәt hesabına tәmin etmәsi onun inzibati xәta törәtmәdiyi nәticәsinә gәlmәk üçün әsas vermir. Bundan başqa, apellyasiya şikayәtindә göstәrilәn halları tәsdiq edәn, inzibati xәta hadisәsinin baş vermәmәsini vә ya onun hәmin xәtanın subyekti olmamasını göstәrәn hәr hansı mötәbәr vә obyektiv sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Halbuki Azәrbaycan Respublikası IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmaması vә şәxsin tәqsiri iş üzrә toplanmış sübutlarla müәyyәn edilir. Iş materiallarında olan fotoşәkillәr vә inzibati tәnbeh vermә haqqında qәrar isә şikayәtçinin inzibati xәtanı törәtmәsini tәsdiq edir. Mәhkәmә hәmçinin hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә sübutları Azәrbaycan Respublikası IXM-in 84.1-ci maddәsinin tәlәblәrinә uyğun olaraq tam, hәrtәrәfli vә obyektiv qiymәtlәndirmiş, iş üzrә düzgün hüquqi nәticәyә gәlmişdir. Apellyasiya şikayәtinin dәlillәri mahiyyәt etibarilә birinci instansiya mәhkәmәsindә araşdırılmış halların tәkrarından ibarәt olub, hәmin mәhkәmәnin gәldiyi nәticәlәrin qanunsuz vә әsassız hesab edilmәsi üçün әsas yaratmır. Iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә şikayәtin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticә düzgündür. Qeyd edilmәsi zәruridir ki, “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 29-cu bәndinә әsasәn nәqliyyat vasitәsinin dayanması – adamların minmәsi vә ya düşmәsi, yaxud yüklәrin yığılması vә ya boşaldılması üçün zәruri olan vaxt әrzindә nәqliyyat vasitәsinin hәrәkәtsiz vәziyyәtә gәtirilmәsidir. Hәmin Qanunun 1-ci maddәsinin 31-ci bәndinә әsasәn nәqliyyat vasitәsinin durması – әgәr nәqliyyat vasitәsi digәr yol istifadәçisi vә ya hәr hansı maneә ilә toqquşmanın qarşısını almaq vә ya hәrәkәt qaydalarının göstәrişlәrini yerinә yetirmәk sәbәblәrindәn başqa digәr sәbәblәrә görә hәrәkәtsiz vәziyyәtә gәtirilmişdirsә vә onun dayanması adamların minmәsi vә ya düşmәsi, yaxud yüklәrin yığılması vә ya boşaldılması üçün zәruri olan vaxtla mәhdudlaşmırsa, nәqliyyat vasitәsi durmuş hesab edilir. IXM-nin 346.4-cü maddәsinә әsasәn yanqoşqusu olmayan motosikletlәr, mopedlәr, velosipedlәr vә kiçik elektrik nәqliyyat vasitәlәri istisna olmaqla, digәr nәqliyyat vasitәlәrinin yolun hәrәkәt hissәsinin kәnarında ikinci vә sonrakı cәrgәlәrdә dayanmasına vә ya durmasına görә sәksәn manat mәblәğindә cәrimә edilir. IXM-nin 122.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 vә 469.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәrin kömәyi ilә aşkar edildikdә, xüsusi texniki vasitәlәrin mәlumatları müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram tәminatı әsasında real vaxt rejimindә elektron formada birbaşa hәmin informasiya sisteminә ötürülür, inzibati xәtanı törәtmiş şәxsin iştirakı olmadan real vaxt rejimindә, “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş qaydada elektron sәnәd şәklindә vә bu Mәcәllәnin 122.1-1-ci maddәsinә uyğun olaraq “ICMAL” informasiya sistemi tәrәfindәn unikal nömrә verilmәklә inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılır vә hәmin informasiya sisteminin müvafiq sәlahiyyәtli әmәkdaşının elektron imzası ilә tәsdiqlәnir. Tәsdiq edilmiş hәmin qәrar real vaxt rejimindә, xüsusi texniki vasitәlәrin mәlumatları әlavә edilmәklә, elektron qaydada müvafiq icra hakimiyyәti orqanının informasiya sisteminә göndәrilir. Bu Mәcәllәnin 346-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsi barәdә tәsdiq edilmiş qәrarlar real vaxt rejimindә hәmçinin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminә göndәrilir. IXM-nin 122.2-ci maddәsinә әsasәn inzibati tәnbeh vermә haqqında elektron qәrar müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin mәlumatlarına әsasәn nәqliyyat vasitәsinin istifadәçisi (nәqliyyat vasitәsini icarә vә ya digәr әşya hüquqlarına dair müqavilә vә ya nәqliyyat vasitәsindәn istifadә etmә vә ya ona dair sәrәncam vermә hüquqları ilә bağlı etibarnamә әsasında sonuncu dәfә tәkrar dövlәt qeydiyyatından keçirilәrkәn qeydiyyata götürülmüş şәxs, hüquqi şәxsin mülkiyyәtindә vә ya istifadәsindә, yaxud dövlәt qurumunun istifadәsindә olan nәqliyyat vasitәsinin sürücüsü, belә mәlumat olmadıqda isә nәqliyyat vasitәsinin mülkiyyәtçisi olan fiziki şәxs) barәsindә çıxarılır. Istinad edilәn qanunvericiliyin tәlәblәrindәn göründüyü kimi inzibati xәta pozuntusu real vaxt rejimindә qeydә alınmaqla inzibati pozuntunu törәtmiş sürücünün barәsindә tәrtib edilmiş protokol vә hәmin protokol әsasında tәtbiq edilmiş inzibati cәrimә әsaslı olmuş, bu baxımdan birinci instansiya mәhkәmәsi tәrәfindәn işin halları hәrtәrәfli vә obyektiv araşdırılmış, Qәrardan şikayәt verәn orqan (şәxs) izahatı, tәqdim edilmiş fotogörüntü olan sübutlar düzgün qiymәtlәndirilmәklә qanuni nәticәyә gәlinmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-328/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-328/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver