Məhkəmə qərarları › İş №3(3-8)-329/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-329/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-329/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin nümayәndәsi Nümayәndә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin Web Portalında Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346-1.1-ci maddәsilә tәrtib edilmiş ##.##.2026- cı il tarixli, AYN ******* nömrәli qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işin yenidәn araşdırılması üçün Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinә göndәrilmәsi qәrara alınmışdır (hakim Ibrahim Qazıbәyov). Işin halları: AYNA Web Portalında Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346-1.1-ci maddәsilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, AYN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) nәqliyyat vasitәsinin istifadәçisi tәrәfindәn nәqliyyat vasitәsi ilә ödәnişli parklanma yerinә daxil olduqdan sonra xüsusi proqram tәminatı vә ya SMS vasitәsilә parklanma müddәtinin başladılmamasına, nәqliyyat vasitәsinin parklanmasına görә müәyyәn edilmiş ödәniş edilmәdәn vә ya ödәniş edilmiş müddәtdәn artıq parklanma yerindәn istifadә üçün әlavә ödәniş edilmәdәn parklanma yerinin tәrk edilmәsinә görә 20 manat cәrimә edilmәsi qәrara alınmışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Quba Rayon Mәhkәmәsinә müraciәt edәrәk, barәsindә AYNA Web Portalında Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346-1.1-ci maddәsilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, AYN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında işә baxan Quba Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin nümayәndәsi Nümayәndә apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, AYN ******* saylı inzibati tәnbeh vermә haqqında elektron qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Mәhkәmә iclasının yeri vә vaxtı barәdә müvafiq qaydada AYNA-ya heç bir mәlumat göndәrilmәmişdir vә ya göndәrilmәsinә dair hәr hansı bir tәsdiqedici mәlumatlar qeyd edilmәmişdir. Bu da AYNA-nın nümayәndәlәrinin mәhkәmәdә iştirak etmәk vә iş üzrә sübutları tәqdim etmәk imkanı olmamasına sәbәb olmuşdur. AYNA-nın ## ###### 2026-cı il tarixli, AYN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarında hәr hansısa bir mübahisәli vә ya aydın olmayan mәqam mövcud deyil. Şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi “FORD FUSION MINIK” markalı, **-BT-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin ##.##.2026-cı il tarixdә Nәrimanov rayonu, Qafur Rәşad küçәsindә yerlәşәn ***** nömrәli parklanma mәntәqәsindә parklanma qaydalarını pozaraq, nәqliyyat vasitәsi ilә ödәnişli parklanma yerinә daxil olduqdan sonra xüsusi proqram tәminatı vә ya SMS vasitәsilә parklanma müddәtinin başladılmamasına görә X1 346-1.1-ci maddәsilә cәrimә edilmişdir. Xәtanın törәdilmәsi inzibati xәta hadisәsini fiksә edәn fotoşәkillәrdә dә göründüyü kimi tәsdiq olunur. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә qeyd etmişdir ki, sözügedәn parklanma mәntәqәsindә parklanmanı qeyd edәrkәn ona zәng daxil olması sәbәbilә o parklanmanı qeyd edә bilmәmişdir. Zәng daxil olarkәn, әlaqәni kәsib parklanma tәtbiqindә müvafiq qeydlәri aparmaq mümkündür. Qanunvericilik birmәnalı şәkildә vurğulayır ki, parklanma yerinә daxil olduqdan sonra parklanma qaydalarına riayәt etmәk mütlәqdir. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn parklanma qaydalarını pozduğuna IXM-in 346- 1.1-ci maddәsilә 20 (iyirmi) manat mәblәğindә cәrimә edilmәsi ## ###### 2026-cı il tarixә tәsadüf edir. Belә ki, mәhkәmә öz qәrarında müddәtin ötürülmәsi haqqında olan mәqama toxunmamışdır. AYNA-nın ## ###### 2026-cı il tarixli, AYN ******* saylı qәrarından şikayәt tәqdim etmә müddәti ötürülmüşdür. AYNA parklanma yerlәrini müәyyәnlәşdirir, onları tәşkil vә idarә edir, parklanma yerlәrindә nәqliyyat vasitәlәrinin parklanmasına dair tәlәblәrә әmәl olunmasına nәzarәt edir vә parklanma qaydalarını pozmuş şәxslәrin inzibati mәsuliyyәtә cәlb edilmәsi mәqsәdilә tәdbirlәr görür. “Yol hәrәkәti haqqında” Qanunun 53-cü maddәsinin 1-ci hissәsinә әsasәn dövlәt avtomobil yollarında parklanma yerlәri Bakı şәhәrinin inzibati әrazisindә AYNA tәrәfindәn müәyyәn olunur. Parklanmaya görә ödәniş SMS vә ya xüsusi proqram tәminatı vasitәsilә elektron qaydada hәyata keçirilir. Bu zaman ödәnişә dair mәlumatlar dәrhal müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminә ötürülür. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә qeyd edir ki, parklanma mәntәqәsindә parklanmanı qeyd edәrkәn ona zәng daxil olması sәbәbilә o parklanmanı qeyd edә bilmәmişdir. Inzibati Xәtalar Mәcәllәsinә әsasәn şәxs mәsuliyyәtә törәtdiyi inzibati xәtaya görә cәlb edilir. IXM-dә şәxsin bilmәdәn, sәhvәn vә ya zәng daxil olması sәbәbi ilә törәtdiyi inzibati xәtaya görә mәsuliyyәtdәn azad edilmәsi nәzәrdә tutulmamışdır. Inzibati tәnbeh vermә haqında qәrar aşkar olunduqdan sonra vaxtı-vaxtında qeydә alınmış, sistemә yerlәşdirilmiş vә nәqliyyat vasitәsinin istifadәçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetә yerlәşdirilmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini vә Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan AYNA Web Portalında Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346-1.1-ci maddәsilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, AYN 1999243 inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) nәqliyyat vasitәsinin istifadәçisi tәrәfindәn nәqliyyat vasitәsi ilә ödәnişli parklanma yerinә daxil olduqdan sonra xüsusi proqram tәminatı vә ya SMS vasitәsilә parklanma müddәtinin başladılmamasına, nәqliyyat vasitәsinin parklanmasına görә müәyyәn edilmiş ödәniş edilmәdәn vә ya ödәniş edilmiş müddәtdәn artıq parklanma yerindәn istifadә üçün әlavә ödәniş edilmәdәn parklanma yerinin tәrk edilmәsinә görә 20 manat cәrimә edilmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarında qeyd etmişdir ki, araşdırma zamanı mәlum olmuşdur ki, Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi tәrәfindәn qәrara heç bir video vә foto görüntü әlavә edilmәmişdir. Halbuki, sözügedәn inzibati tәnbeh vermә haqqında qәrarın kameralar vasitәsilә görüntülәnәrәk tәrtib edildiyi müәyyәn edilmişdir. Hәmin görüntülәr qәrara әlavә edilmәmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә dair Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin nümayәndәsi Nümayәndә tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Azәrbaycan Respublikası IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-in 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Azәrbaycan Respublikası IXM-in 122.1-ci maddәsinә әsasәn, bu Mәcәllәnin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 vә 469.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәrin kömәyi ilә aşkar edildikdә, xüsusi texniki vasitәlәrin mәlumatları müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram tәminatı әsasında real vaxt rejimindә elektron formada birbaşa hәmin mәrkәzi informasiya sisteminә ötürülür, inzibati xәtanı törәtmiş şәxsin iştirakı olmadan real vaxt rejimindә, “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş qaydada elektron sәnәd şәklindә vә bu Mәcәllәnin 122.1-1-ci maddәsinә uyğun olaraq “ICMAL” informasiya sistemi tәrәfindәn unikal nömrә verilmәklә inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılır vә hәmin mәrkәzi informasiya sisteminin müvafiq sәlahiyyәtli әmәkdaşının elektron imzası ilә tәsdiqlәnir. Tәsdiq edilmiş hәmin qәrar real vaxt rejimindә, xüsusi texniki vasitәlәrin mәlumatları әlavә edilmәklә, elektron qaydada müvafiq icra hakimiyyәti orqanının informasiya sisteminә göndәrilir. Bu Mәcәllәnin 346-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsi barәdә tәsdiq edilmiş qәrarlar real vaxt rejimindә hәmçinin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminә göndәrilir. Azәrbaycan Respublikası IXM-in 124.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 vә 346-1.6–346-1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş şәxs nәqliyyat vasitәsinin yanında olmadığı vә nәqliyyat vasitәsinin mühafizә edilәn duracağa aparılması mümkün olmadığı hallarda inzibati xәta törәtmiş şәxsin iştirakı olmadan foto vә ya video çәkiliş aparılmaqla, nәqliyyat vasitәsinin istifadәçisi barәdә inzibati tәnbeh vermә haqqında qәrar çıxarılır. Inzibati xәta hadisәsinin baş verdiyini vә hansı nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn törәdildiyini sübut edәn foto vә ya video materiallar әlavә olunmaqla, hәmin qәrarın surәti nәqliyyat vasitәsinin ön şüşәsinә qoyulur. Inzibati tәnbeh vermә haqqında qәrar bu Mәcәllәnin 124.4-cü maddәsindә nәzәrdә tutulmuş qaydada operativ nәqliyyat vasitәsindә quraşdırılmış bort-kompüter vasitәsilә tәrtib olunaraq dәrhal müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemindә yerlәşdirilir. Belәliklә yuxarıda göstәrilәnlәrә hüquqi qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin Web Portalında Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346-1.1-ci maddәsilә tәrtib edilmiş ##.##.2026- cı il tarixli, AYN ******* nömrәli qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn araşdırılması üçün Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinә göndәrilmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar