Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-331/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, Mәmmәdli Sevinc Əbülfәz qızının katibliyi ilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Alyans Vәkil Bürosunun vәkili Nümayәndә iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-nin 342.2.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 150 (yüz әlli) manat cәrimә edilmәsinә dair Abşeron Rayon Polis İdarәsinin Dövlәt Yol Polis Şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilәrәk, yenidәn araşdırılması üçün sәlahiyyәtli orqana göndәrilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarından müdafiәçi Nümayәndә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı ilә (hakim Abusәt Qasımov) Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilәrәk, Abşeron Rayon Polis İdarәsinin Dövlәt Yol Polis Şöbәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-ci il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәklә, iş yenidәn baxılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmış, şikayәt digәr hissәdә tәmin edilmәmişdir. İşin halları : Abşeron Rayon Polis İdarәsinin Dövlәt Yol Polis Şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.5 vә 342.2.2 -ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında protokol tәrtib edilmiş vә barәsindә 150 manat cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә şikayәtlә müraciәt edәrәk, Abşeron rayon DYPİ-nin inzibati xәta haqqında iş üzrә ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qәrarından şikayәt verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrardadı ilә şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası DİN-nin Abşeron rayon DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qәrarından verdiyi şikayәt ona әlavә edilmiş sәnәdlәrlә birgә baxılması üçün aidiyyәti üzrә Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. (hakim Emin Axundov) Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin edilmәmәsi, Abşeron Rayon X1 İdarәsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. (hakim Vaqif Hәsәnov) Qәrardan narazı qalan müdafiәçi Nümayәndә apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrәli qәrarı ilә apellyasiya şikayәti qismәn tәmin edilәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı lәğv edilmәklә inzibati xәta haqqında material baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmışdır. (hakim Ruhiyyә Əsgәrova) Şikayәtә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan müdafiәçi Nümayәndә apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrarının tamamilә lәğv edilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin yenidәn qәbul etdiyi qәrar qanunsuz vә әsassızdır. Belә ki, apellyasiya mәhkәmәsi qәrarında işin birinci instansiya mәhkәmәsindә tam, hәrtәrәfli vә obyektiv araşdırılmadığını qeyd etmiş, xüsusilә inzibati orqanın nümayәndәsinin mәhkәmә iclasında iştirakının zәruri olduğunu vurğulamışdır. Lakin apellyasiya mәhkәmәsinin mövqeynә baxmayaraq, DYP nümayәndәsi yenidәn mәhkәmә iclaslarında iştirak etmәmiş, inzibati xәta haqqında protokolun tәrtibi vә qәbul edilmiş qәrarın әsasları mәhkәmә qarşısında izah olunmamışdır. Birinci instansiya mәhkәmәsi inzibati orqanın nümayәndәsinin iştirakını tәmin etmәdәn vә iş üzrә ziddiyyәtli mәqamları aradan qaldırmadan şikayәti qismәn tәmin etmiş, işi yenidәn hәmin sәlahiyyәtli orqana göndәrmişdir. Hesab edir ki, İXM-nin tәlәblәrinә әsasәn, inzibati xәta haqqında iş üzrә bütün hallar tam, hәrtәrәfli vә obyektiv araşdırılmalı, şәxsin tәqsiri mötәbәr sübutlarla tәsdiq edilmәlidir. İş materiallarından da görünür ki, inzibati xәtanın törәdilmәsi әsaslı sübutlarla tәsdiq edilmәmişdir. Belә olan halda mәhkәmә tәrәfindәn icraata xitam verilmәli olduğu halda şikayәt qismәn tәmin edilmişdir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә müdafiәçisi Əkbәrzadә Milad Sehran oğlu apellyasiya şikayәtini müdafiә edәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. İşә baxılmasının yeri vә vaxtı barәdә Abşeron Rayon X1 İdarәsinә mәlumat verilsә dә, nümayәndә mәhkәmә iclasına gәlmәmiş, hәmçinin işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt daxil olmamışdır. Mәhkәmә Abşeron Rayon X1 İdarәsinin nümayәndәsinin iştirakı olmadan şikayәtә baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, TP seriyalı, ******* saylı ##.##.2026-cı il tarixli inzibati xәta haqqında qәrardan görünür ki, Qurbanov Mәmmәd Elşad oğlu Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.5, 342.2.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk, barәsindә 150 manat cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti üzrә inzibati xәta haqqında qәrarın qanuniliyi yoxlanılarkәn mәhkәmә qeyd etmişdir ki, sәlahiyyәtli orqan inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәrkәn sәthi araşdırma aparmaqla, barәsindә icraat aparılan şәxsin iştirakını tәmin etmәmәklә vә şikayәtçinin sübutlarına baxış keçirmәdәn qәrar qәbul etmiş, bu isә öz növbәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsinә әsas olmuş, barәsinә inzibati tәnbeh tәtbiq edilmiş şәxsin iştirakı ilә yenidәn araşdırılma aparılmasına vә qәrar qәbul edilmәsinә zәrurәt yaratmışdır. Apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq qeyd edir ki, şәxsin barәsindә inzibati mәsuliyyәtin yaranması üçün hәmin şәxs tәqsirli bilindiyi maddәnin dispozisiyasında nәzәrdә tutulmuş hәrәkәtlәrin vә yaxud hәrәkәtsizliyin onun tәrәfindәn törәdilmәsi sübutlarla müәyyәn olunmalı vә bu halların olması toplanmış sәnәdlәrlә kifayәt qәdәr öz tәsdiqini tapmalıdır. Tәqsirliliyi sübut etmәk yükü mәhkәmәnin vә ya barәsindә inzibati tәnbehvermә haqqında qәrar qәbul edilmiş şәxsin üzәrinә düşmür. Bu yük qәrar qәbul etmiş sәlahiyyәtli orqanın üzәrinә düşür. Habelә Baş X1 İdarәsinin sәlahiyyәtli nümayәndәsinin mәhkәmә iclasına çağırılsa da sonuncunun mәhkәmә iclasında iştirak etmәmәsi vә onun inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn istinad etdiyi halları, yәni hansı texniki-nәzarәt yoxlaması әsasında avtomobilә avadanlıq quraşdırılması vә hәmin avtomobildә nasazlığın müәyyәn edilmәsinin aydınlaşdırılmaması öz növbәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsinә, hazırki material üzrә sonuncunun iştirakı ilә yenidәn hәrtәrәfli, tam vә obyektiv araşdırmanın tәmin edilmәsinә zәrurәt yaratmışdır. Yuxarıda göstәrilәn hallar vә iş üzrә mühüm әhәmiyyәt kәsb edәn faktlar araşdırılmalı, yaranmış ziddiyyәt aradan qaldırıldıqdan sonra araşdırmanın nәticәsindәn asılı olaraq iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi göstәrilәnlәrә әsasәn hesab edir ki, birinci instansiya mәhkәmәsi Abşeron Rayon Polis İdarәsinin Dövlәt Yol Polis Şöbәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-ci il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarını lәğv edәrәk, yenidәn araşdırılması üçün hәmin sәlahiyyәtli orqana qaytarmaqla düzgün hüquqi nәticәyә gәlәrәk qәrarda qeyd edilәn halların Abşeron Rayon X1 İdarәsi tәrәfindәn araşdırılmalı olması qәrarını qәbul etmişdir. İXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә qeyd edir ki, apellyasiya şikayәtinin dәlillәrindә qeyd edilәn hallar müdafiәçi Nümayәndә tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsas ola bilmәz. Ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn İXM-nin 128- 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Q Ə R A R A A L D İ: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-nin 342.2.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib 150 (yüz әlli) manat cәrimә edilmәsinә dair Abşeron Rayon X1 İdarәsinә tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilәrәk, yenidәn araşdırılması üçün sәlahiyyәtli orqana qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-331/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-331/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver