Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-332/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlunun Azәrbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr Baş Polis İdarәsi X1 İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu Azәrbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 100 manar cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu qәrardan şikayәt vermişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, DİN-nin BDYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı ilә o, qanunsuz vә әsassız olaraq, İnzibati Xәtalar Mәcәllәsinin 327.1-1-ci maddәsi ilә 100 (yüz) manat mәblәğindә cәrimә edilmişdir. Əsas kimi FORD TRANSİT mikroavtobus markalı, **-GS-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn Mәcәllәnin 327.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi göstәrilmişdir. Tәrtib olunan protokola vә inzibati xәta haqqında işin digәr materiallarına görә, ##.##.2026-cı il saat 07:21-dә 1 Moskva prospekti, Abşeron rayonu, Xırdalan şәhәri әrazisi istiqamәtindә FORD TRANSIT mikroavtobus markalı, **-GS-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn 327.1-1, 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqla hәrәkәt etmәsinә görә nәticәdә mәnә Azәrbaycan Respublikası İXM-nin 327.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyim üçün barәmdә 100 (yüz) manat mәblәğindә cәrimә edilmәsi haqqında tәnbeh növü tәtbiq edilmişdir. Bildirmәk istәyir ki, yazılmış cәrimә әsassızdır. Belә ki, o, sahibkardır. Sәrnişin daşımaqla mәşğul olur. Bu sәbәbdәn hesab edir ki, yazılan cәrimәlәr әsassız olduğundan qәrar lәğv edilmәli vә yazılmış cәrimә silinmәlidir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı (hakim A.Qasımov) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәsi, Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәr Baş Polis İdarәsi X1 İdarәsi qәrardan şikayәt verәrәk, qәrarın lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hakim qәrarda göstәrmişdir ki, mәhkәmә iclasının vaxtı vә yeri barәdә inzibati qәrardan şikayәt verilmiş orqana lazımi qaydada mәlumat verilsә dә, mәhkәmә iclasına nümayәndәsini göndәrmәmiş vә bunun sәbәblәri barәdә mәlumat vermәmişdir. Mәhkәmә işә inzibati qәrardan şikayәt verilmiş orqanın nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edilmәlidir ki, İdarәyә rәsmi olaraq hәr hansı bildiriş daxil olmamışdır. İş materiallarında xәbәrnamә ilә çatdırılma vә ya şәxsәn sәlahiyyәtli şәxsә vә ya orqanın nümayәndәsinә bildirişin çatdırılmasına dair hәr hansı sәnәd mövcud deyil. Göründüyü kimi hakim inzibati xәta haqqında iş üzrә icraatın iştirakçısı olan vәzifәli şәxs vә ya sәlahiyyәtli nümayәndәsinin gәlmәmәsi sәbәblәrini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilmәsi mümkündür. Göründüyü kimi hazırki normanın әsas mahiyyәti mәhkәmә qәrarının vaxtında aidiyyәti tәrәflәrә vә orqanlara göndәrilmәsini tәmin etmәkdir. Mәhkәmә qәrarı çıxarıldıqdan sonra onu “özündә saxlaya” bilmәz; qanun mәhkәmәyә 3 günlük konkret müddәt qoyur, hәmin müddәtdә qәrar protokolu (qәrarı) qәbul edәn orqana göndәrmәlidir. İşin faktiki halları ondan ibarәt olmuşdur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ## ###### 2026-cı il tarixindә saat 07:21-radәlәrindә idarә etdiyi “FORD TRANSIT MIKROAVTOBUS” **-GS-*** dövlәt qeydiyyat nişanlı markalı avtomobillә Abşeron Xırdalan şәhәrindә ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulan zolağa daxil olaraq hәrәkәt etmişdir. Bu faktı bilavasitә YPX inspektoru R X3 tәrәfindәn aşkar etmişdir. Belә ki, ##.##.2026-cı il tarixdә **-GS-*** dövlәt qeydiyyat nişanlı FORD TRANSIT markalı nәqliyyat vasitәsi 5.9, 5.10.1-5.10.3 nişanları ilә işarәlәnmiş xüsusi hәrәkәt zolağında hәrәkәt etmişdir. Hakim yalnız şәxsin sәrnişindaşıma fәaliyyәti ilә mәşğul olmasına istinad etmiş, lakin hәmin nәqliyyat vasitәsinin konkret vaxtda vә konkret marşrut üzrә qanunvericiliklә müәyyәn edilmiş qaydada müntәzәm sәrnişindaşıma fәaliyyәti hәyata keçirmәsini araşdırmamışdır. Bundan başqa, “Fәrqlәnmә nişanı”nın mövcudluğu avtomatik olaraq bütün xüsusi zolaqlardan istifadә hüququ yaratmır. Bunun üçün qanunvericiliklә nәzәrdә tutulmuş digәr şәrtlәrin dә mövcudluğu müәyyәn edilmәlidir. Göründüyü kimi işә baxmış hakim bu halları nәzәrә almadan işә mahiyyәti üzrә baxıb heç bir әsaslandırma aparmadan iş üzrә icraata xitam üçün әsaslar olmadığı halda qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Bakı şәhәr X1 İdarәsi tәrәfindәn qәbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn ona mәxsus 10GS-460 dövlәt qeydiyyat nişanlı, “FORD TRANSİT MİKROAVTOBUS” markalı avtomobili idarә edәrkәn Heydәr Əliyev prospektindә hәrәkәti qaydalarını pozduğu iddiası ilә barәsindә TP № ******* saylı qәrar çıxarılmış vә İXM-nin 327.1-1-ci maddәsi ilә 100 manat mәblәğindә cәrimә tәtbiq edilmişdir. Azәrbaycan Respublikası Rәqamsal İnkişaf vә Nәqliyyat Nazirliyi tәrәfindәn verilmiş “Fәrqlәnmә nişanı”na әsasәn müәyyәn edilir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) İsaq oğlu VÖEN 1600921572 sәrnişin daşıma xitmәti ilә mәşğuldur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-1-ci maddәsinә әsasәn “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilә işarәlәnmiş, ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş hәrәkәt zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqda hәrәkәt etmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Göründüyü kimi, inzibati xәta üzrә icraat aparılarkәn әdalәtli mәhkәmә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan ibarәtdir. İnzibati tәnbeh vermә haqqında qәrar qәbul edәn şәxs onların iştirakı olmadan işә baxılmasını mübahisәlәndirmişdir. İş materiallarından göründüyü kimi inzibati xәta haqqında işә baxılarkәn mәhkәmә iclasının yeri vә vaxtı barәdә bildiriş göndәrilsә dә, hәmin bildirişin elektron sistem üzәrindәn inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәn orqana deyil, Nazirliyin digәr bir orqanına göndәrilmişdir. Bu isә şikayәtin dәlilinin әsaslılığı qәnaәtini formalaşdırır. Onların nümayәndәsinin iştirakı ona görә vacib vә zәruridir ki, şәxsin әmәlindә inzibati xәta tәrkibinin olmasını onlar iddia edirlәr vә inzibati xәtalar haqqında qanunvericiliyә әsasәn dә sübut etmә öhdәliyi onların üzәrinә düşür. Bu isә hәmin orqanın nümayәndәsinin iştirakının tәmin edilmәsini zәruri edir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin sәrnişin daşıma fәaliyyәti ilә mәşğul olduğu, buna görә dә istinad edilәn inzibati xәtalar qanunverciliyinin maddәsi üzrә dә onun әmәlindә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinsә dә, bununla bağlı nә inzibati xәta haqqında qәrar qәbul edәn şәxsin nümayәndәsinin, nә dә ki inzibati xәta haqqında qәrarın qәbul edilmәsinә әsas olan sәnәdlәri (inzibati xәta haqqında protokol vә s.) tәlәb etmәmiş, әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlәrkәn göstәrilәn xüsusatlar üzrә tam, hәrtәrәfli araşdırılma aparılmamışdır. Bu isә gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılması kimi qәbul edilmәsini istisna edir. Çünki әdalәt mühakimәsinin әn mühüm aktı olan mәhkәmә qәrarının qanuni, әsaslı vә әdalәtliliyinin tәmin edilmәsi demokratik hüquqi dövlәtdә xüsusi әhәmiyyәt kәsb edir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulmuşdur. Qeyd edilәn xüsusatlar aydınlaşdırılmadan şәxsin әmәlindә inzibati xәtanın olub-olmaması qәnaәtinә gәlinmәsi mümkün olmadığından, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. Hәmçinin hәmin xüsusatların apellyasiya instansiya mәhkәmәsindә aydınlaşdırılması nәticәsindә qәbul edilәcәk mәhkәmә aktının yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirilmәsinin mümkünsüzlüyü nәzәrә alınarsa, qәbul edilәcәk mәhkәmә aktının yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirilmәsi hüququnun tәmin edilmәsi әdalәtli mәhkәmә araşdırılmasının nәticәsini ehtiva etdiyindәn, bu hüququn qarşısının alınmaması üçün işin araşdırılması birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәn xüsusatlar üzrә dәyәrlәndirilmә aparılmaqla tәrәflәrin iştirakı tәmin edilmәklә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı, bunun nәtcәsindә әmәldә inzibati xәta tәrkibinin olub-olmaması, şәxsin inzibati mәsuliyyәti cәlb edilmәsi üçün qanunvericiliklә müәyyәn edilmiş әsaslar aydınlaşdırılmalı vә qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1-cü maddәsinә әsasәn İnzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә qaytarılmalıdır. İşә yenidәn baxılarkәn tәrәflәrin iştirakı ilә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı vә qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilsin. İnzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, mәhkәmә baxışı mәrhәlәsinә qaytarılsın. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-332/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-332/2026
03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver