Məhkəmə qərarları › İş №3(3-8)-333/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-333/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-333/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Qərarından şikayət verilən orqan Abşeron-X2 nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası X8nin Abşeron-X2 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılmaq üçün səlahiyyətli orqana qaytarılmasına dair Abşeron Rayon Məhəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərarından şikayət verilən orqan Abşeron-X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası X8nin Abşeron-X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, AQTA-nın Abşeron -X2 rəisi İsgəndərov İrfan Xalid oğlunun ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və buna görədə 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. O, qəti şəkildə qərar və protkolu qəbul etmir, qərarda göstərilənlər həqiqəti əks etdirmir. Tərtib olunmuş protokolda onun tərəfindən ünvan 1 ** nömrəli binanın qeyri-yaşayış ünvanında fəaliyyət göstərən ət satışı mağazasında aparılan yoxlama nəticələri üzrə qərarda aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlərin müəyyən edilmiş müddət ərzində sahibkar tərəfindən aradan qaldırılmadığı, nəticədə ət satışı mağazasının sahibi vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyim qeyd edilmişdir.Belə ki, AQTA-nın Abşeron-X2 rəisi İsgəndərov İrfan Xalid oğlunun ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarını o, poçt vasitəsilə ##.##.2026-cı il tarixdə əldə etmiş, həmin poçt zərfini və Azərpoçt rəsmi internet səhifəsində poçt göndərişlərinin izlənilməsi sənədini də şikayətə əlavə etmişdir. 2025-ci ilin noyabr ayında sözügedən idarənin əməkdaşları işlətdiyi ət dükanında olmuş və ona qeyd edilən nöqsanları aradan qaldırmağa vaxt vermişlər. O da ət mağazasını müvəqqəti təmirə dayandıraraq ona bildirilən nöqsanları aradan qaldırdı. Təmir işləri başa çatdıqdan sonra Sumqayıt Asan-Xidmət Mərkəzində ət dükanını qeydiyyata aldıraraq idarənin Sumqayıt şəhərində yerləşən inzibati ərazi idarəsinə gedərək bütün nöqsanların aradan qaldırıldığını bildirərək sənədləri idarəyə təqdim etdi. Belə ki, o, bu işlə bağlı AQTA-nın Abşeron -X2 inzibati binasında oldu və cərimənin ona qanunsuz yazıldığını bildiridi. Onlar isə ona bu cərimənin səhvən yazıldığını və qərarın ləğv edilməsinin onların səlahiyyətində olmadığını buna görə də qeyd etdiklərində bağlı məhkəməyə müraciət etməyimi bildirdilər. Buna görə də, tənbeh edilməyinə dair Azərbaycan Respublikası X8nin Abşeron-X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası X8nin Abşeron-X2 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılmaq üçün səlahiyyətli orqana qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərarından şikayət verilən orqan Abşeron-X2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edib və Qərardan şikayət verən orqan (şəxs) barəsində regional bölmənin #.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılmasını barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, regional bölmə tərəfindən Qərardan şikayət verən orqan (şəxs) məxsus ət satışı mağazasından regional bölməyə daxil olmuş şikayət əsasında həmin müəssisədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə uyğun olaraq plandankənar yoxlama keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, qeyd olunmuş müəssisə Azərbaycan Respublikası X8ndə qeydiyyatdan keçməmiş, həmçinin kanalizasiya sularının axıdılması üçün drenaj sistemi qurulmamış və soyunub– geyinmə otağı mövcud deyildir. Buna görə də regional bölmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə qəbul olunmuş inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar tətbiq edilmiş, həmin gün sahibkara təqdim edilmiş və qəbzə imza çəkilmişdir. Əlavə olaraq bildiririk ki, həmin qərarda mövcud pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmiş və sahibkar tərəfindən həmin müddət ərzində qeyd olunmuş nöqsanlar aradan qaldırılmadığı üçün qərar qüvvəyə minmiş və sahibkara ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərar deyil, məhz 4000 manat məbləğində cərimənin ödəniş qaydası göndərilmişdir. Sözügedən bildiriş və qəbz iş materiallarına əlavə olunmuşdur. Yəni məhkəmənin qeyd etdiyi “səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların təqdim edilməməsi” fikri həqiqəti əks etdirmir. Regional bölmə tərəfindən mövcud prosessual qaydalara əməl olunmuş, sahibkar sözüegdən qərarla lazımi qaydada xəbərdar olmuşdur. Onu da qeyd edək ki, həmin müəssisə ## ###### 2026-cı il tarixində qida təhlükəsizliyi üzrə qeydiyyata alınsa da, regional bölməyə digər pozuntular barədə heç bir məlumat daxil olmamış və digər nöqsanlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılmamışdır. Həmçinin sahibkar izahatında bütün qeyd olunmuş nöqsanları aradan qaldırdığını bildirsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Abşeron Rayon Məhkəməsi isə ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərar ilə sahibkarın törətdiyi inzibati xətaya, regional bölmə tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş, sahibkarın mövcud pozuntuları aradan qaldırdığı faktını təsdiq edən hər hansı mötəbər sübut olmadığı halda yalnız şəxsin izahatına istinad edərək əsassız qərar qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Qərarından şikayət verilən orqan Abşeron-X2 nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edib və Qərardan şikayət verən orqan (şəxs) barəsində regional bölmənin #.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılmasını barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, şikayət təmin edilməməli, səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 4000 manat məbləğində şərti olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, həmin cərimə cəzası 30 gün müddətinə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə – dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205- 1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni zamanda birinci və apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Qərarından şikayət verilən orqan Abşeron-X2 nümayəndəsi X1 öz izahatında göstərilən nöqsanların aradan qaldırdığını bildirmişdir. Apellayasiya məhkəməsi birinci instansiya məhkəməsnin qərarın surətinin Qərardan şikayət verən orqan (şəxs) vaxtında verilməməsinə dair əsaslandırması ilə razılaşır. Ancaq yekunda X8 Abşeron-X2 tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilərək səlahiyyyətli orqana göndərilməsi hissəsini ilə razılaşmır. Belə ki, müəyyən edilmişdir ki, X8 Abşeron-X2 tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## ###### 2026-cı il tarixli MN ******* saylı qərar qanununun tələblərinə uyğun qəbul edilmişdir. Dövlət orqanı tərəfindən həmin qərarın icrasında problem olmuşdur. Yəni inzibati cərimənin ödənilib-ödənilməməsi hazırki işin mübahisə predmetidir. İş materiallarından da aydın olduğu kimi X8 Abşeron-X2 tərəfindən müəyyən edilmiş müddətdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən nöqsanlar aradan qaldırılmış və ona görə də, inzibati cərimə ödənilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.12-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Bu baxımdan məhkəmə hesab edir ki Qərarından şikayət verilən orqan Abşeron-X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası X8nin Abşeron-X2 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalı, Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən qərarla tətbiq edilən inzibati cərimə ödəməkdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərarından şikayət verilən orqan Abşeron-X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası X8nin Abşeron-X2 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən qərarla tətbiq edilən inzibati cəriməni ödəməkdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar