Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-335/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Rəşad Abuzərov tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim A.S.Məmmədov) “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Protokolu tərtib edən orqan Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə 2024cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc eləmədiyinə görə barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Rəşad Abuzərov apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş əsassız və qanunsuz qərardır, həmin qanunsuz qərar MMC-nin maraqlarına toxunur və hüquqlarını pozur. Qərarla razı deyildirlər və hesab edirlər ki,həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmə faktiki hallar və təqdim olunmuş izahatlar nəzərə alınmadan, sübutlar tam və obyektiv araşdırılmadan qərar çıxarmışdır. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2025-ci ildə 2024-cü il üzrə illik birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Qeyd edirlər ki, Maliyyə Nazirliyi tərəfindən göstərilən 2024-cü il üzrə birləşdirilmiş auditor rəyi alınmış və müvafiq olaraq rəsmi internet səhifəsində elan edilmişdir. Inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri şəxsin təqsirinin mövcudluğudur. Lakin hazırkı iş üzrə şirkətin qəsdən və ya səhlənkarlıqla qanuni tələbi yerinə yetirməməsi sübuta yetirilməmişdir. Əksinə, şirkət göstəriş barədə məlumat əldə edən kimi dərhal hərəkətə keçmiş, tələb olunan sənədləri təqdim etmiş və mövcud çatışmamazlıqları aradan qaldırmışdır. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş “xxxx” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasının “xxxx” MMC-nin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Protokolu tərtib edən orqan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı ##.##.2026-cı il tarixli, *-**/*-****/**** saylı bildirişdən görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc eləməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə ##.##.2026-cı il tarixdə, saat 10:15-də Protokolu tərtib edən orqan Uçot siyasəti şöbəsində baxılacağı barədə məlumatlandırılmışdır. Protokolu tərtib edən orqan Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc eləmədiyinə görə barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib edən orqan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı ##.##.2026-cı il tarixli, *-**/*-****/**** saylı müşayiət məktubundan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında" ##.##.2004-cü il tarixli, ***-IIQ nömrəli Qanununun 12.6-cı maddəsinə uyğun olaraq Protokolu tərtib edən orqan ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** saylı müşayiət məktubu ilə birlikdə təqdim etdiyi maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısının 194-cü bəndinə əsasən Hüquqi ünvanı ünvan 1 “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 2025-ci ildə 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc eləməlidir. Birinci instansiya məhkəməsinin qərarı və apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayət əsas etibarilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə sonradan hazırlanaraq mövcud olması, habelə inzibati xəta törədilməsində təqsirin olmaması barədə dəlillərlə əsaslandırılmışdır. Məhkəmə həmin dəlilləri iş materialları ilə müqayisəli şəkildə araşdıraraq onları əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maliyyə Nazirliyinə təqdim edilmiş və maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısına daxil edilmişdir. Həmin təşkilat kimi cəmiyyət 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli olduğu halda, qanunvericiliklə müəyyən edilmiş müddətdə bu vəzifəni yerinə yetirməmişdir. Bu hal Maliyyə Nazirliyi tərəfindən aparılmış araşdırma, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Apellyasiya şikayətində göstərilən, maliyyə hesabatlarının və auditor rəyinin mövcud olması barədə arqument inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Çünki IXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta yalnız hesabatın hazırlanması ilə deyil, həm də onun qanunvericiliyin tələb etdiyi qaydada təqdim və dərc edilməsi öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır. Iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən tarixədək cəmiyyət tərəfindən həmin hesabatların auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməsinə dair sübut təqdim edilməmişdir. Sonradan hesabatın hazırlanması və ya təqdim olunması əvvəllər baş vermiş hüquq pozuntusunu aradan qaldırmır və inzibati məsuliyyəti istisna etmir. Şikayətdə irəli sürülən, cəmiyyətin qanuni tələbi qəsdən yerinə yetirmədiyinin sübuta yetirilməməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, hüquqi şəxsin inzibati məsuliyyəti üçün onun fəaliyyət sahəsinə aid qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi kifayətdir. Iş materiallarında olan sənədlərdən görünür ki, cəmiyyətə aşkar edilmiş pozuntu barədə bildiriş göndərilmiş, ona inzibati icraatın aparılması barədə məlumat verilmiş, lakin həmin vaxtadək qanunla müəyyən edilmiş vəzifənin icrası təmin edilməmişdir. Buna görə də hüquqi şəxsin təqsirinin mövcudluğu iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən sübutları Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış və düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir, həmin qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən yeni sübutlar təqdim edilmir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, apellyasiya şikayətini vermiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətinin dəlillərini müdafiə etməmiş, habelə şikayətdə göstərilən halları təsdiq edən əlavə sübutlar təqdim etməmişdir. Bu hal da apellyasiya şikayətində irəli sürülən dəlillərin öz təsdiqini tapmadığını və şikayətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məsuliyyətdən yayınmaq üçün gətirilən arqumentlər olmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, quvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan normaların pozulması ilə müşayət olunan hərəkətlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə törətmiş olduğu inzibati xətalara görə inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi əsaslı olmuşdur. Həmin qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı). IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Rəşad Abuzərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-335/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-335/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver