Məhkəmə qərarları › İş №3(3-8)-336/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-336/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-336/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Siyəzən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilməsi qərara alınmışdır. (hakim Günel Quluzadə) İşin halları : Protokolu tərtib edən orqan böyük icra məmuru X1 tərəfindən ## ### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Siyəzən rayon Notariat Kontorunun ##.##.2025-ci il tarixli, *i-*** saylı icra sənədi üzrə 4025 manat və eyni tarixli, *i-*** saylı icra sənədi üzrə isə 12525 manat məbləğində borcu tələbkar X2 ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Siyəzən rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, tələbkar X2 faktiki olaraq pulu ödədiyi halda məhkəmə qərarında ödəməkdən yayınması kimi qeyd edilmişdir. Qərarda borcluya tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq təqdim edilməsi qeyd edilsə də, qeydiyyat ünvanı ilə daimi yaşayış yeri fərqli ünvan olduğundan ona bildiriş təqdim edilməmişdir. Bundan başqa “borclu dəfələrlə icra şöbəsinə çağırılaraq, izahatı alınmaqla bərabər xəbərdarlıq edilsədə, birinci öhdəliyini yerinə yetirməməklə borcundan heçbir ödəniş etməmişdir” ifadəsi həqiqətə uyğun deyil, beləki o, Protokolu tərtib edən orqanndə verdiyi izahatında X2 olan borcunun tam ödənilməsini bildirmiş, lakin icra məmuru onun izahatına əhəmiyyət verməmişdir. O, özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilmədiyi halda qərarda yalnış olaraq qismən təqsirli bilməsi qeyd edilmişdir.İşin halları ilə bağlı qeyd edir ki, o, tələbkardan müxtəlif vaxtlarda 7000, 3500 və 12500 manat olmaqla, cəmi 23000 manat məbləğində pulu əlavə 4000 manat qaytarmaq şərti sələm yolu ilə əldə etmişdir. Habelə, bu məbləğdən 9600 və 15500 manat olmaqla, cəmi 23100 manatı tələbkara qaytarmışam. Beləki, Qusar rayonunda işlədiyim ərəfədə 15500 manat, Bakı şəhərinin Nərimanov rayon ərazisində isə 9600 manat məbləğində pulu X3 adlı müdiri onun əvəzində tələbkara ödəmişdir. Bundan başqa, müvafiq icra qeydlərini məhkəmə qaydasında mübahisələndirməsədə, buna dair sübutlarının olmasını bildirmiş, icra qeydlərini mübahisələndirmək üçün ona vaxt verilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə vaxt verməmişdir. Onun tələbkara borcunu qaytarmasına dair sübutu olmasına, həmçinin şahidlər X3 və X5 məhkəmə iclas zalında dediklərini təsdiq etmələrini bildirməsinə baxmayaraq məhkəmə onların məhkəmə iclasında iştirak etmələrini təmin etməmişdir. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Xuraman Bağırova apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ona hər hansı məbləğdə pul qaytarılmayıb, pulunun ona qaytarılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan böyük icra məmuru X1 məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, şikayət üzrə məhkəmə baxışı iclası Protokolu tərtib edən orqan böyük icra məmuru X1 nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Siyəzən rayon Notariat Kontorunun ##.##.2025-ci il tarixli *i-*** nömrəli icra qeydindən görünür ki, X2 xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddət üçün vaxtında ödənilməmiş 4000 manat 00 qəpik (dörd min manat sıfır qəpik) tutulmuşdur. İş materiallarında olan Siyəzən rayon Notariat Kontorunun ##.##.2025-ci il tarixli *i-*** nömrəli icra qeydindən görünür ki, X2 xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddət üçün vaxtında ödənilməmiş 12500 manat 00 qəpik tutulmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən rayon Notariat Kontorunun ##.##.2025-ci il tarixli *i-*** saylı və eyni tarixli *i-*** saylı icra sənədləri icra olunması üçün Protokolu tərtib edən orqan icraatına daxil olmuş, həmin icra sənədləri üzrə ## ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, bu barədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, sonuncu həmin bildirişi imza etməklə qəbul etmişdir. Qeyd edilən icra sənədləri ##.##.2026-cı il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə ## ##### 2026-cı il tarixdə borclu barədə axtarış elan edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hal-hazırda mübahisə olunan qərarı qəbul edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, bununla belə yaşlı olmasını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Apellyasiya məhkəməsi icra qeydinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət olunması, həmçinin tələbkara borcunu qaytarmasını təsdiq edən şahidlər X3 və X5 məhkəmə iclasında dindirilməsi barədə vəsatətinin təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində icra qeydinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət olunmasını qeyd etsə də həmin halı təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilməmiş, həmçinin məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara görə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi şərh olunan işin hallarına əsasən törədilmiş inzibati xətanın xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, icra sənədi üzrə tələbin pul məbləği ilə bağlı olduğunu, icra sənədi üzrə borc məbləğinin həcmini nəzərə alaraq onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar