Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-337/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, X2 iclas katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-in 511.1.3-cü maddәsi ilә tәrtib edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә (hakim X1) ## #### 2007-ci ildә Xaçmaz rayonunda doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, işlәmәyәn, Xaçmaz rayonu, Şıxlar kәndindә yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının IXM-nin 511.1.3-cü maddәsi ilә tәqsirli bilinib, 01 (bir) il müddәtinә nәqliyyat vasitәlәrini idarә etmә hüququ mәhdudlaşdırılmaqla, 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk iş üzrә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hadisә vaxtı avtomaşını ilә heç bir manevr etmәmişdir. Hava çiskinli olmuş, qarşısına it çıxdığı üçün “tormoz” verәrәk rolu sağ tәrәfә burmaqla özünü müdafiә etmiş vә arxadan gәlәn maşınlara da zәrәr vurmamışdır. Xaçmaz rayon Polis Şöbәsinin inspektoru özü orada olmadan onu IXM-in 511.1.3-cü maddәsi ilә tәqsirli bilmişdir. Mәhkәmәnin qәrarı da әsassız vә qanunsuzdur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsindә apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunsa da Xaçmaz Rayon Polis Şöbәsinin nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinә әsasәn nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini inzibati xәta haqqında iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Belә ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbәsindәn daxil olmuş ## ##### 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә saat 17:00 radәlәrindә istifadәsindә olan “HONDA ACCORD MINIK” markalı ** CJ *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ilә Xaçmaz şәhәri, Bakı prospektindә hәrәkәtdә olarkәn avtoxuliqanlıq hәrәkәtlәri ilә müşayiәt edilәn hәrәkәtlәr etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bir neçә dәfә tәhlükәli manevr edәrәk qarşı hәrәkәt zolağına çıxmaqla ötmә әmәliyyatı aparıb sonra әl әylәcindәn istifadә edәrәk yol ayrıcında ziqzaqvari hәrәkәtlәr etmişdir. Hәmçinin iş materiallarına әlavә edilmiş diskdә olan video görüntüyә apellyasiya mәhkәmәsindә baxış keçirilәrkәn müәyyәn edilmişdir ki, “HONDA ACCORD MINIK” markalı ** CJ *** dövlәt qeydiyyat nişanlı avtomobilin sürücüsü tәrәfindәn Azәrbaycan Respublikası IXM-in 511.1.3-cü maddәsi ilә nәzәrdә tutulan inzibati xәta hadisәsinin törәdilmәsi faktı sübut olunur. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinә әsasәn: yol hәrәkәti — xüsusi nәzәrdә tutulmuş yollarda nәqliyyat vasitәlәrinin kömәyi ilә vә ya belә kömәk olmadan hәrәkәt etmәk, habelә sәrnişin vә yük daşınması üzrә fiziki vә hüquqi şәxslәrin tәlәbatlarını ödәmәk prosesindә yaranan ictimai münasibәtlәrin mәcmusudur; Hәmin qanunun 36-cı maddәsinә әsasәn yol hәrәkәtinin iştirakçıları: 1) yol hәrәkәti Qaydalarına riayәt etmәli, bu Qanunun yol hәrәkәtinin tәhlükәsizliyi mәsәlәlәrinә dair tәlәblәrini bilmәli vә yerinә yetirmәlidirlәr; 2) yol hәrәkәtinin nizama salınmasında istifadә olunan nizamlayıcının vә svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlәrindә istifadә olunan sәs vә işıq siqnallarına, bәzi nәqliyyat vasitәlәrinin fәrqlәndirici nişanlarına vә nәqliyyat vasitәsi sürücülәrinin siqnallarına tabe olmalıdırlar; 3) yol hәrәkәti üçün tәhlükәsiz şәrait yaratmalı, öz hәrәkәtlәri vә ya hәrәkәtsizliyi ilә digәr hәrәkәt iştirakçılarına, onların nәqliyyat vasitәlәrinә vә başqa әmlaka zәrәr vurmamalıdırlar; Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası IXM-nin 511.1.3-cü maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Apellyasiya instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mübahisә olunan inzibati xәtanı törәtmәsi iş materiallarına әlavә edilmiş inzibati xәta haqqında protokol, özünün iş materiallarına әlavә edilmiş ilkin etirafedici izahatı, inzibati xәta haqqında protokolu tәrtib etmiş Rnın izahatı vә video-görüntü ilә sübut olunur. Ona görә dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 13-cü maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 16.1-ci maddәsnә әsasәn inzibati xәta törәdәrkәn on altı yaşı tamam olmuş fiziki şәxslәr inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası IXM-nin 511.1.3-cü maddәsinә әsasәn nәqliyyat vasitәsini qәflәtәn sürәtlәndirmәklә davamlı olaraq tәkәrlәrin yolun sәthi ilә sürtünmәsi sәslәrinin çıxarılmasına vә ya yolun sәthindә çoxsaylı tәkәr izlәrinin buraxılmasına görә – nәqliyyat vasitәsini idarә etmәk hüququ bir il müddәtinә mәhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz әlli manatadәk mәblәğdә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ bir il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, on beş gündәn bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Belәliklә, Mәhkәmә belә nәticәyә gәlir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә göstәrdiyi dәlillәrә әsasәn mübahisәli qәrarın lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi onun әmәlindә Azәrbaycan Respublikasının IXMnin 511.1.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmәklә düzgün nәticәyә gәlmiş vә barәsindә tәqsirli bilindiyi maddәsinin sanksiyasında nәzәrdә tutulmuş minimum hәddә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Qeyd olunanlar nәzәrә alınaraq Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan, mәhkәmәnin onun barәsindә olan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 134.1.1 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 511.1.3-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-337/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-337/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver