Məhkəmə qərarları › İş №3(3-8)-338/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-338/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-338/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin olunmamış, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli EQ******** saylı elektron inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Samir Ismayılov). Apellyasiya şikayətinin dəlilləri: Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş elektron qәrarın dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi sәlahiyyәtli orqana (vәzifәli şәxs) mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat vermәdәn inzibati xәta haqqında işә baxmışdır. Idarәyә rәsmi olaraq hәr hansı bildiriş daxil olmamışdır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 57.1-ci maddәsinin tәlәbinә әsasәn mәhkәmә iclasının vaxtı vә yeri barәdә bildiriş “Poçt Haqqında” AR Qanununa әsasәn sifarişli qaydada göndәrilmәli vә göndәrilәn sәlahiyyәtli orqana vә ya vәzifәli şәxsә çatdırılmasını tәsdiq edәn xәbәrnamә mәhkәmәyә daxil olduqdan sonra mәhkәmә inzibati xәta haqqında işә mahiyyәti üzrә baxa bilәrdi. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 112.1.4-cü maddәsinә әsasәn iş üzrә icraatda iştirak edәn şәxslәrin gәlmәmәlәrinin sәbәblәri araşdırılır vә hәmin şәxslәrin iştirakı olmadan işә baxılma vә ya işә baxılmanın başqa vaxta keçirilmәsi mәsәlәsi hәll edilir. Belә olan halda mәhkәmә işә baxılma vaxtı vә yeri barәdә sәlahiyyәtli orqana mәlumatın çatıbçatmamasını aydınlaşdırmadan iş üzrә icraata xitam vermişdir. Inzibati xәta haqqında işin materiallarında işin baxılma vaxtı vә yeri barәdә sәlahiyyәtli orqana mәktubun çatdırılması barәdә hәr hansı sübut mövcud deyildir. Bundan başqa tәrәflәrindәn araşdırma aparılmış vә qeydә alınmış videogörüntülәrә Baş Dövlәt Yol Polisi Idarәsinin mәrkәzi informasiya sistemindә baxış keçirilmiş, sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәtaya yol vermәsi halı tәsdiqini tapmışdır. Digәr tәrәfdәn sürücü şikayәt әrizәsindә barәsindә IXM-nin 330-cu maddәsi ilә ilkin protokol tәrtib olunduğunu bildirmiş, lakin yuxarıda qeyd edildiyi kimi BDYPI MIS-ә baxış keçirilәrkәn qeyd etdiyi xüsusatlar tәsdiqini tapmamışdır. Bununla bağlı birinci instansiya mәhkәmәsinin hakimi iş üzrә gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırmamış, hәmçinin iş üçün әhәmiyyәtli olan hallar sübuta yetirilmәdәn nәticәdә qanunsuz vә әsasssız qәrar qәbul etmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli EQ******** saylı elektron inzibati tәnbeh vermә haqqında qәrarı artıq lәğv olunmuşdur, odur ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada, mәlumat verilmәsinә baxmayaraq, Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, şikayәt üzrә mәhkәmә iclasının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, şikayәt tәmin edilmәmәlidir. Iş materiallarında olan Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli EQ******** saylı elektron inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, “Kia Sorento” minik markalı, **FA*** dövlәt qeydiyyat nişanlı avtomobil ##.##.2026-cI il tarixdә saat 13:31-dә Sumqayıt şәhәri, Koroğlu prospekti, BT-nin binasının yaxınlığında (Bәdәlәbәyli küçәsi istiqamәtindә) yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 21 km/saat aşmasına görә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının IXMin 328.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 50 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) AR IXM-nin 328.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi iş materialları ilә sübut olunmur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) istinad edilәn inzibati xәta hadisәsinin törәdilmәsi ilә bağlı qәrar qәbul etmiş orqan tәrәfindәn mәhkәmәyә hәr hansı sübut tәqdim edilmәmişdir. Mübahisәndirilәn inzibati tәnbeh tәtbiq etmә barәdә qәrar üzrә heç bir sübut mәhkәmәyә tәqdim edilmәdiyi üçün Qәrardan şikayәt verәn orqan (şәxs) istinad edilәn inzibati xәta üzrә onun tәqsirliliyi sübuta yetirilmәmiş hesab edilmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 8.2-ci maddәsinә әsasәn, inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Hәmin Mәcәllәnin 8.3-cü maddәsinә әsasәn, inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn, inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev tәrәfindәn verilmiş şikayәtdә göstәrilәn dәlillәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 328.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair düzgün nәticәyә gәlmişdir. Bundan başqa mәhkәmә iclasında müәyyәn olundu ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә çıxarılmış EQ******** nömrәli qәrar Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev tәrәfindәn lәğv olunmaqla, başlanmış inzibati xәta haqqında iş üzrә icraata ## #### 2026-cı il tarixdә xitam verilmişdir. Hәmin qәrar iş materiallarına әlavә edilmişdir. Ona görә dә, apellyasiya instansiyası mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev tәrәfindәn qәbul edilmiş EQ******** nömrәli, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsinә vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıdakılara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar