Məhkəmə qərarları › İş №3(3-8)-339/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-339/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-339/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclasının katibi Mәmmәdli Sevinc Əbülfәz qızının katibliyi ilә, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1-ci vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### *0*6-cı il tarixli, *(*-***)-****/**** nömrәli, ##.##.*0*6-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә Müəyyən etdi: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### *0*6-cı il tarixli, *(*-***)-****/**** nömrәli, ##.##.*0*6-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli bilinәrәk hәmin Mәcәllәnin 34.3-cü maddәsinә әsasәn Azәrbaycan Respublikasının İXM-nin 535.1-ci maddәsi ilә *00 (iki yüz) manat mәblәğindә cәrimә edilmişdir. İXM-nin 31.4-1-ci maddәsinin tәlәbinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 01 (bir) gün müddәtә inzibati qaydada tutulması nәzәrә alınmaqla İXM-nin 535.1-ci maddәsi ilә barәsindә 150 (yüz әlli) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmişdir. (hakim Elşad Əliyev). İşin halları: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahә rәisi R İbişov Yusif Namiq oğlu tәrәfindәn ##.##.*0*6cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә inzibati xәta haqqında MN seriyalı ******* nömrәli protokol tәrtib olunaraq baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.*0*6-cı il tarixdә Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölmәsinin hәyәtindә Zәrәrçәkmiş şәxs ünvanına nalayiq küçә söyüşlәri elәcә dә ünvansız nalayiq küçә söyüşlәri söyüb hәrәkәtlәrini dayanmadan davam etdirәrәk polis әmәkdaşlarının qanuni tәlәblәrinә tabe olmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, işin tam vә obyektiv araşdırılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının daxilindә vә xaricindә (hәyәtindә) quraşdırılmış videomüşahidә kameralarının ## ### *0*6-cı il tarixi, saat 17:00 ilә 00:00 arasındakı dövrünü әhatә edәn elektron daşıyıcıdakı videogörüntülәrinin müvafiq polis orqanından mәhkәmә sorğusu vasitәsilә tәlәb edilmәsi barәdә vәsatәtinin tәmin edilmәsi, "İnzibati qaydada tutma haqqında protokol"da müdafiәçinin icraata guya saat 19:05-dә tәmin edilmәsi barәdә qeyd olunan vә faktiki hallarla ziddiyyәt tәşkil edәn saat iddiasının araşdırılması mәqsәdilә, Sumqayıt Regional Vәkil Bürosuna rәsmi mәhkәmә sorğusu göndәrilmәsini, birinci instansiya mәhkәmәsinin qәrarı әsasız olduğundan lәğv edilmәsini, iş üzrә onun hәr hansı bir inzibati xәta törәtmәyә aidiyyatının olmaması, tәqsirliliyinin qanunla müәyyәn edilmiş qaydada mötәbәr sübutlarla sübuta yetirilmәmәsi, xәtaların obyektiv vә subyektiv tәrkib әlamәtlәrinin mövcud olmaması әsasları ilә barәsindә aparılan inzibati xәta haqqında iş üzrә icraata İXMnin 53.*-ci maddәsinә әsasәn xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı işin faktiki halları, iş materiallarına әlavә edilmiş sübutlar vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәri ilә tam, hәrtәrәfli vә obyektiv şәkildә araşdırılmadan qәbul edildiyindәn әsassız hesab edilmәli, hәmin qәrar lәğv olunmalıdır. Belә ki, mәhkәmә iclasında iştirak edәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs izahatında bildirmişdir ki, guya Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs telefon vasitәsilә onunla әlaqә saxlayaraq “sәn kişisәn?” kimi ifadәlәrlә onun şәxsiyyәtini alçaltmış vә onu tәhqir etmişdir. Daha sonra aralarında mübahisә yaranmış, guya Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs onu 5-6 dәqiqә әrzindә tәhqir etmiş, sonradan polis әmәkdaşlarının sonuncunu sakitlәşdirdiyi qeyd edilmişdir. Hәmçinin, Zәrәrçәkmiş şәxs tәrәfindәn polis bölmәsinin rәisinin xidmәti otağında da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәs-küy salaraq onu tәhqir etdiyi iddia edilmişdir. Lakin mәhkәmәyә tәqdim edilmiş ilkin әrizә vә iş materiallarında olan izahatların mәzmunu mәhkәmә iclasında verilmiş izahatlardan tamamilә fәrqli vә ciddi ziddiyyәt tәşkil edir. Belә ki, ##.##.*0*6-cı il tarixli, 581/1-N-3751/* qeydiyyat nömrәli ilkin әrizәdә vә eyni tarixli ilkin izahatda şikayәtçi Zәrәrçәkmiş şәxs sadәcә olaraq guya ##.##.*0*6-cı il tarixdә tanımadığı bir şәxsin *** *** ** ** nömrәsindәn ona zәng edәrәk özünü polis әmәkdaşı kimi tәqdim etdiyini, vәsiyyәtnamәni lәğv etmәsini tәlәb etdiyini vә küçә söyüşlәri işlәtdiyini bildirmişdir. Belә ki, şikayәtçinin nә ilkin әrizәsindә, nә dә ilkin izahatında mәhkәmә iclasında sahә rәisi Yusif İbişovun izahatında iddia olunan ağır xarakterli ittihamlar — "cinayәt işi başlanacağı hәdәsi" vә ya "9 ildәn 14 ilәdәk azadlıqdan mәhrumetmә cәzası ilә qorxutma" barәdә bir dәnә dә olsun cümlә vә ya eyham yer almamışdır. Hesab edir ki, protokolu tәrtib edәn sahә rәisi Yusif İbişovun şikayәtçinin rәsmi müraciәtindә ümumiyyәtlә mövcud olmayan bu cür ağır iddiaları sonradan özündәn әlavә edәrәk uydurması vә barәmsindә süni şәkildә ağırlaşdırılmış ittiham formalaşdırmağa çalışması işin qәrәzli vә qanunsuz aparıldığının bariz sübutudur. Bununla yanaşı, şikayәtçi Zәrәrçәkmiş şәxs da ilkin әrizәsi ilә mәhkәmәdә verdiyi izahatlar heç bir şәkildә üst-üstә düşmür. İlkin әrizәsindә sadәcә telefon zәngindәn bәhs edәn şikayәtçi, mәhkәmә iclasında subyektiv mövqeyini böyüdәrәk guya mәnim onu "5-6 dәqiqә әrzindә tәhqir etdiyimi", habelә sonradan hadisәnin tam fәrqli müstәvisini uyduraraq hәm sahә rәisinin otağında, hәm dә polis bölmәsi rәisinin xidmәti otağında sәs-küy salaraq onu tәhqir etdiyimi iddia etmişdir. Əlavә olaraq, özünü polis әmәkdaşı kimi tәqdim edәn şәxsin vәtәndaşa telefon vasitәsilә zәng edәrәk onu tәhqir etmәsi barәdә irәli sürülәn iddialar hәm mәntiqi baxımdan inandırıcı deyildir, ##.##.*0*6-cı il tarixli ilkin materiallar ilә mәhkәmә iclasındakı izahatlar arasındakı bu әsaslı fәrqlәr vә sonradan uydurulan hallarla bağlı birinci instansiya mәhkәmәsi heç bir obyektiv araşdırma aparmamış, bu açıq ziddiyyәtlәri görmәzdәn gәlmişdir. Digәr tәrәfdәn hesab edir ki, İXM-in 535.1-ci maddәsi ilә irәli sürülmüş ittiham tamamilә qeyrimüәyyәn, әsassız vә qanunsuz formal xarakter daşıyır. Belә ki, inzibati xәta haqqında protokolda vә zәrәrçәkmiş şәxsin izahatında guya onun sәs-küy salaraq intizamsızlıq etdiyi, sonradan isә "polis әmәkdaşlarının onu sakitlәşdirdiyi" vә nizam-intizama dәvәt etdiyi iddia olunsa da, hәmin "polis әmәkdaşlarının" kim olduğu, adları, soyadları vә xidmәti vәzifәlәri iş materiallarında ümumiyyәtlә göstәrilmәmişdir. İnzibati icraat materiallarında onu güya sakitlәşdirәn vә ya ona qanuni tәlәb irәli sürәn hәmin namәlum polis işçilәrinin heç birinin izahatı alınmamış, onların adları “İnzibati xәta haqqında protokol”a daxil edilmәmiş vә şahid qismindә dindirilmәsi tәmin edilmәmişdir. İXM-in 535.1-ci maddәsi imperativ olaraq qanuni tәlәb irәli sürәn konkret polis әmәkdaşının tәlәbinә qәsdәn tabe olmamağı sanksiyalaşdırır. İşdә isә onu konkret hansı polis әmәkdaşının, hansı qanuni tәlәbi irәli sürdüyü vә onun bu tәlәbә necә tabe olmadığı maddi vә prosessual sübutlarla tәsdiqini tapmamışdır. Adları belә mәlum olmayan şәxslәrin uydurma hәrәkәtlәrinә istinad edilәrәk vә heç bir izahatları olmadan barәsindә tәqsirlәndirici qәrarın qәbul edilmәsi İXM-nin prinsiplәrinә vә sübutların mötәbәrliyi qaydalarına tamamilә ziddir. Bundan әlavә, “İnzibati qaydada tutma haqqında protokol”da onun guya saat 19:00-da tutulduğu vә müdafiәçinin saat 19:05-dә icraatda iştirak etdiyi qeyd edilsә dә, hәmin mәlumatlar işin faktiki hallarını әks etdirmir. Belә ki, o, faktiki olaraq tәxminәn saat 17:30radәlәrindә tutulmuş, müdafiәçinin iştirakı isә yalnız saat **:15 radәlәrindә tәmin edilmişdir. Eyni zamanda, “İnzibati xәta haqqında protokol” vә mәhkәmәyә tәqdim edilmiş iş materiallarının bir çoxu müdafiәçinin iştirakı zamanı ona tәqdim edilmәdiyindәn hәmin sәnәdlәrdә vәkilin imzası da mövcud deyildir. Bu hal müdafiә hüququnun real vә effektiv şәkildә tәmin olunmadığını göstәrәn mühüm prosessual pozuntu hesab edilmәlidir. Bundan başqa, әgәr protokolda göstәrildiyi kimi müdafiәçi hәqiqәtәn saat 19:05-dә icraatda iştirak etmiş olsaydı, hәmin vaxtdan etibarәn saat 00:*8-dәk olan uzun müddәt әrzindә hansı prosessual hәrәkәtlәrin hәyata keçirildiyi, nә üçün izahatların dәrhal alınmadığı vә digәr prosessual sәnәdlәrin vaxtında tәrtib edilmәdiyi sualı açıq qalır. Bu müddәt әrzindә hәr hansı prosessual hәrәkәtin aparılmasına dair iş materiallarında aydın vә ardıcıl mәlumat mövcud deyildir. Bıelә ziddiyyәtlәr isә protokolda qeyd edilәn vaxt göstәricilәrinin hәqiqәti әks etdirmәdiyini vә iş materiallarının formal şәkildә tәrtib olunduğunu göstәrәn ciddi hallardan biridir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtinin tәmin edilmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, Sumqayıt şәhәr Polis İdarәsinin 1-ci polis bölmәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә onun iştirakı olmadan işә baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 1*8-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.*.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### *0*6-cı il tarixli, *(*-***)-****/**** nömrәli, ##.##.*0*6-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarından görünür ki, inzibati xәta haqqında işә baxan hakim inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәrlә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis işçilәrinin ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn onların qanuni tәlәblәrinә qәsdәn tabe olmaması, hәmçinin xırda xuliqanlıq etmәsi, yәni Azәrbaycan Respublikasının İXM-nin 510.1 vә 535.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәsini mәhkәmә iclasında toplanmış vә tәdqiq edilmiş obyektiv sübutların mәcmusu vә digәr iş materialları ilә tam sübuta yetirilmiş hesab edib, sonuncunun barәsindә İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә *00 (iki yüz) manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi qәnaәtini qanuni vә әsaslı sayır. Belә ki, iş materiallarında olan X* tәrәfindәn verilmiş ##.##.*0*6-cı il tarixli әrizәsi, eyni mәzmunlu vә eyni tarixli izahatı, hәmçinin ##.##.*0*6-cı il tarixli izahatından görünür ki, ##.##.*0*6-cı il tarixdә tanımadığı şәxs ona mәxsus nömrәyә *** *** ** ** nömrәsindәn yığıb özünü polis kimi tәqdim edәrәk, anası Tamella Novruzovanın oğlu X* vermiş olduğu vәsiyyәtnamәni lәğv etmәyini bildirmiş vә lәğv etmәdiyi halda hәbs olunacağını demiş elәcәdә ona etiraz etdikdә ünvansız nalayiq küçә söyüşlәri ilә söyüb tәhqir etmişdir. İş materiallarında olan ##.##.*0*6-cı il tarixli raportdan görünür ki, ##.##.*0*6-cı il tarixdә saat 16:00 radәlәrindә Zәrәrçәkmiş şәxs şikayәti әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 1-ci PB-ә dәvәt edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis bölmәsinin qarşısında olarkәn ünvansız nalayiq küçә söyüşlәri söyәrәk, şikayәtçi olan Zәrәrçәkmiş şәxs tәhqir etmişdir. Dәfәlәrlә xәbәrdarlıq edilmәsinә baxmayaraq, o hәrәkәtlәrinә davam etmişdir. Bölmәdә mәlum olmuşdur ki, hәmin şәxs ##.##.1993-cü il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs olduğu müәyyәn edilmişdir. İş materiallarında olan inzibati tutma haqqında ##.##.*0*6-cı il tarixli protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin tarixdә, saat 19:00-da inzibati qaydada tutulmuş, ##.##.*0*6-cı il, saat 11:30-da azad edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs çıxışında bildirdi ki, münaqişәnin sәbәbi anası X6 Novruzova könülllü şәkildә vermiş olduğu vәsiyyәtnamә olmuşdur. Bir qrup şәxs birlәşib, ona hәdә-qorxu gәlmişlәr. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs * dәfә ona zәng etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünü ona polis әmәkdaşı Elvin Atayev kimi tәqdim etmiş, Tamella Novruzovanın әrizәsinin ona daxil olduğunu, әrizәni qeydә alarsa barәsindә cinayәt işi açılacağını bildirdi. Notariusda yazılmış әrizәni lәğv etmәyini bildirmiş vә bir qәdәr sonra yenә zәng vurub, әrizәni lәğv edib-etmәdiyini soruşmuşdur. Telefon zәngindәn sonra polisә müraciәt etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis bölmәsinin hәyәtindә, sahә rәisinin yanında onu söymüşdür. Apellyasiya mәhkәmәsi inzibati işin materiallarını vә yuxarıda qeyd olunan sübutları tәhlil edәrәk belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә müәyyәn edilmiş inzibati xәtanı törәtmәsi barәdә istәr inzibati xәta haqqında protokol tәrtib etmiş orqan, istәrsә dә işә baxmış birinci instansiya mәhkәmәsi İXM-nin 75-84-cü maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati xәta törәtmiş şәxsin ona istinad olunmuş inzibati xәtaları törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla müәyyәn olunur ki, barәsindә inzibati iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ictimai qaydanı pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn hәrәktәlәr etmәsini, polis әmәkdaşının ictimai qaydanın mühafizәsi vәzifәlәrini icra etdiyini dәrk etmiş vә polisin qanuni tәlәblәrinә tabe olmadığını başa düşmüş vә bunu arzu etmişdir. Bununla da onun әmәlindә İXM-in 510.1 vә 535.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi mövcud olmuşdur. Yuxarıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәsi vә hәmin әmәlә görә tәqsirli olmasına dair nәticәsi qanuni vә әsaslı olmuş, sonuncunun әmәli düzgün olaraq hәmin maddә ilә tövsif edilmişdir. Mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә qeyd etdiyi dәlillәrә tәnqidi yanaşaraq hәmin xüsusatların iş materiallarında olan sübutlarla öz tәsdiqini tapmadığını, inzibati mәsuliyyәtindan yayınmaq üçün hәmin dәlillәrin müdafiә taktikasından irәli gәldiyini vә mәsuliyyәtdәn yaxa qurtarmağa yönәlmiş cәhdlәr kimi qiymәtlәndirir. Mәhkәmә hәmçinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbirini qanuni vә әdalәtli sayır. Azәrbaycan Respublikası İXM-in 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. Hәmin Mәcәllәnin *1-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.*-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә dair dәlillәri konkret sübutlarla tәsdiq olunmayan mülahizә xarakterli dәlillәr olmaqla birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunması üçün qanuni әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### *0*6-cı il tarixli, *(*-***)-****/**** nömrәli, ##.##.*0*6-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Qeyd olunanlara әsasәn vә İXM-nin 1*8-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı : Apellyasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### *0*6-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrar qәtidir, ondan şikayәt vә ya protest verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar