Məhkəmə qərarları › İş №3(3-8)-340/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-340/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-340/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, qәrarından şikayәt verilәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasındabaxaraq, MÜƏYYƏN ETDIM: Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim S.Z.Bayramov) şikayәtin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) oğlu barәsindә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün qәrarın Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsi, şikayәtin qalan hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 2000 manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Xaçmaz Rayon Mәhkәmәsinә müraciәt edәrәk Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsinә dair qәrar çıxarılmasını xahiş etmәklә mәhkәmә iclasında şikayәt әrizәsindә göstәrilәnlәri tәsdiq edәrәk şikayәtini onunla әsaslandırmışdır ki, 1998-ci ildә torpaq islahatları zamanı dövlәt tәrәfindәn onlara ayrılmış torpaq sahәsindәn neçә illәrdir ki, ailә üzvlәri ilә birlikdә istifadә edir. Hәmin torpaq sahәsi ilә qonşu torpaq sahәsi arasından müәyyәn olunmuş sәrhәd var, o, hәmin sәrhәdi keçmәmәk şәrti ilә torpaq sahәsindәn istifadә edir. Torpaq sahәsindә yabanı halda bitmiş olan moruq, yәni böyürtkәn kolunu vә qonşu torpaq sahәsindә әkilmiş fındıq ağacının budaqları onun әrazisindә keçdiyinә görә o, hәmin budaqları budamış, yabanı halda bitmiş olan moruq, yәni böyürtkәn kolunu isә tәmizlәmişdir. Qardaşı ilә aralarında olan qeyri-sabit münasibәtlәrinә görә qardaşı onun bu hәrәkәtindәn Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә müraciәt etmişdir ki, guya o, bәlәdiyyәyә mәxsus torpaq sahәsindә tәmizlik işlәri aparmışdır. Bu heç dә belә deyil, әksinә qardaşı özü hәm bәlәdiyyәyә mәxsus hәm dә meşә fonduna mәxsus torpaq sahәsindәn qanunsuz olaraq istifadә etmәkdәdir. Bu barәdә o, dәfәlәrlә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin qaynar xәttinә müraciәt etmişdir, lakin buna baxmayaraq heç bir tәdbir görülmәmişdir. Qardaşının Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә etmiş olduğu müraciәti әsasında o, idarәyә dәvәt edilәrәk barәsindә inzibati qaydada qәrar qәbul edilәrәk cәrimә olunmuşdur. O, barәsindә qәbul edilmiş qәrarla razı deyil, ona görә dә qeyd olunan qәrarın lәğv edilmәsi ilә bağlı mәhkәmәyә müraciәt etmişdir. Bundan әlavә olaraq o, hәmin torpaq sahәsinin bәlәdiyyәyә mәxsus torpaq sahәsi olmaması ilә bağlı bәlәdiyyәdәn arayış belә almışdır. Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi sözügedәn torpaq sahәsinin kimә mәxsus olması ilә bağlı heç bir araşdırma belә aparmadan barәsindә qәrar qәbul etmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Hәmin qәrardan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov apellyasiya şikayәti verәrәk Xaçmaz Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrәli qәrarının lәğv edilәrәk inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә әsassız olaraq ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsi barәdә qәrar qәbul etmişdir. Belә ki, işin faktiki halı ondan ibarәtdir ki, ## ###### 2026-cı il tarixdә qәrardan şikayәt vermiş şәxsin qardaşı Ziyafәt Mirzәyev tәrәfindәn Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin qaynar xәttinә daxil olmuş mәlumat әsasında şikayәtçi ilә birlikdә hәmin müraciәtdә qeyd olunan әraziyә baxış keçirilmişdir. Baxış zamanı hәmin әrazidә fındıq ağacının, 15 әdәd moruq vә böyürtkәn kolunun kәsildiyi, mәhv olunduğu müәyyәn olunmuşdur. Sözügedәn әrazidә fındıq ağacının, 15 әdәd moruq, böyürtkәn kolunun kәsildiyi yer Bәlәdiyyәnin qorunma zolağında olmuşdur, bununla bağlı arayış vә fotoşәkillәr mövcudur. Lakin idarә әmәkdaşları tәrәfindәn araşdırılma aparılarkәn mәlum olmuşdur ki, hәmin әrazi torpağa mülkiyyәt hüququna dair JN *** saylı 30217048 kodlu Dövlәt Aktına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) vә ailә üzvlәrinә mәxsus pay torpağı әrazisidir. Pay (kәnd tәsәrrüfatı tәyinatlı) torpaqlarında olan ağac vә kolların kәsilmәsi "Yaşıllıqların mühafizәsi haqqında" qanunla tәnzimlәnir vә yaşıllıqların (ağac vә kolların) qanunsuz vә icazәsiz kökündәn çıxarılması, yerinin dәyişdirilmәsi vә ya kәsilmәsi inzibati vә ya cinayәt mәsuliyyәti yaradır. Mәhkәmә qeyd olunanları nәzәrә almadan, Qәrardan şikayәt verәn orqan (şәxs) formal mülahizәlәrlә әsaslandırılmış şikayәtini qismәn tәmin edәrәk * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsi barәdә әsassız qәrar qәbul etmişdir. Qeyd olunanlar Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il *(*-***)-***/**** saylı qәrarının әsassız vә qanunsuz olmasının birbaşa sübutur. Mәhkәmә inzibati xәta haqqında protokolun tәrtib olunmasına әsas olan sübutları nәzәrә almamış, inzibati xәtanın baş verdiyi әraziyә baxış keçirmәmişdir. Mәhkәmә işin obyektiv, hәrtәrәfli araşdırılması üçün iş üzrә olan sübutları nәzәrә almamışdır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etmәklә onu da әlavә etdi ki, Qәrardan şikayәt verәn orqan (şәxs) qardaşının müraciәti әsasında hadisә yerinә baxış keçirilmiş, baxışın nәticәlәri üzrә müvafiq protokol tәrtib edilәrәk mәhkәmәyә tәqdim olunmuşdur. Birinci instansiya mәhkәmәsi iş üzrә düzgün nәticәyә gәlmәmişdir. Belә ki, “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun müvafiq müddәalarında yaşıllıqların götürülmәsinin, yәni kәsilmәsinin qadağan olunduğu nәzәrdә tutulmuşdur. Hazırkı iş üzrә moruq vә böyürtkәn kollarının kәsilmәsindәn söhbәt gedir vә hәmin kollar kәnd tәsәrrüfatı mәhsullarının istehsalı üçün istifadә edilәn bitkilәr hesab edilmir. Birinci instansiya mәhkәmәsinin torpaq sahәsinin pay vә ya bәlәdiyyә torpağı olması ilә bağlı mübahisәnin mövcudluğuna istinad etmәsini әsaslı hesab etmirlәr, yәni torpaq sahәsinin hüquqi statusundan asılı olmayaraq yaşıllığın mәhv edilmәsi inzibati xәta tәrkibi yaranır vә yaşıllığın kәsilmәsi üçün müvafiq icazә alınmalı idi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrini qәbul etmәyәrәk Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn, apellyasiya şikayәtinin tәmin edilmәdәn saxlanılmasını xahiş etmәklә onu da әlavә etdi ki, ona mәxsus pay torpağında әkin aparmaq üçün tәmizlik işlәri aparmış, hәmin әrazidә böyürtkәn kolu olmamışdır. O, qardaşı ilә aralarında münasibәtlәrin gәrgin olması sәbәbindәn qardaşının mütәmadi olaraq onun barәsindә müxtәlif şikayәtlәr etdiyini göstәrәrәk özünә verilmiş pay torpağında әkinçilik fәaliyyәti ilә mәşğul olur vә torpaq sahәsinin kol-kos basmasının qarşısını almaq mәqsәdilә hәmin kolları yetişdikcә kәsmişdir. O, әmәlindә inzibati xәta tәrkibinin olmadığını bildirdi. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixdә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin әmәkdaşları tәrәfindәn Xaçmaz rayonu Mürşüdoba kәndi keçirilәn baxış zamanı meşә fonduna daxil olmayan 1 әdәd fındıq vә 15 әdәd moruq (böyürtkәn) kolunu qanunsuz olaraq mәhv edilmәsi halı aşkar edilmişdir. Bununla da Azәrbaycan Respublikası IXM-nin 253.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin mәslәhәtçi, müfәttiş nümayәndә1 tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 253.2-ci maddәsilә ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.2ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә, barәsindә 2000 manat mәblәğindә cәrimә edilmişdir. Iş materiallarında olan Xaçmaz rayon Nәrәcan Bәlәdiyyәsi tәrәfindәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә tәqdim edilmiş ## ###### 2026-cı il tarixli, ** saylı möhürlü arayışın surәtindәn görünür ki, X4 Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin “qaynar xәtt” xidmәtinә etdiyi müraciәtdә qeyd olunan әrazi Xaçmaz rayon Nәrәcan bәlәdiyyәsinin qorunma zolağıdır. Sözügedәn әrazinin bir tәrәfi Qәrardan şikayәt verәn orqan (şәxs) bağ sahәsinin yaxınlığında yerlәşir. Bәlәdiyyәnin qorunma zolağında fındıq ağaclarının budaqlarının kәsilmәsi vә әrazinin texnika ilә siyrilәrәk moruq kollarının mәhv olması ilә bağlı bәlәdiyyәyә heç bir mәlumat daxil olmamışdır. Iş materiallarında olan Xaçmaz rayon Nәrәcan Bәlәdiyyәsi tәrәfindәn qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәqdim edilmiş ## ##### 2026-cı il tarixli, ** saylı möhürlü arayışın surәtindәn görünür ki, vәtәndaş * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn müxtәlif növ kolların kәsilmәsinә görә 2000 (iki min) manat mәblәğindә cәrimә edilmişdir. Lakin idarә әmәkdaşları tәrәfindәn araşdırılma aparılarkәn mәlum olmuşdur ki, hәmin yer bәlәdiyyәyә, nә dә meşә zolağına mәxsus әrazi deyildir. Hәmin әrazi torpağa mülkiyyәt hüququna dair JN *** saylı 30217048 kodlu Dövlәt Aktına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) vә ailә üzvlәrinә mәxsus pay torpağı әrazisidir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, ****** nömrәli aktın surәtindәn görünür ki, X4 ilә mobil telefonla әlaqә yaradılaraq araşdırmaya dәvәt olunmuşdur. Araşdırma zamanı sözügedәn әrazidә 1 әdәd fındıq ağacının budaqlarının kәsilәrәk zәdәlәndiyi, budaqlarının diametri 2 әdәd 4 sm, 2 әdәd 6 sm, 1 әdәd 7 sm, 1 әdәd 8 sm, 1 әdәd 9 sm, 1 әdәd 12 sm, 1 әdәd 15 sm), 1 әdәd fındıq kolunun kökündәn çıxarıldığı vә әrazidәki 15 әdәd moruq (böyürtkәn) kollarının texnika vasitәsi ilә kürüyәrәk әrazinin tәxminәn 25 metr hissәsinin tәmizlәnmәsi müәyyәn olunmuşdur. Birinci instansiya mәhkәmәsindә araşdırma zamanı müәyyәn edilmişdir ki, Bәlәdiyyәnin tәqdim etdiyi arayışlarda ziddiyyәt olduğu üçün maraqlı şәxs qismindә birinci instansiya mәhkәmәsinә dәvәt edilmiş Maraqlı şәxs (üçüncü şәxs) nümayәndәsi nümayәndә2 mәhkәmәdә izahat verәrәk bildirmişdir ki, hәmin yerdә bәlәdiyyә aid bir hissә var. Ancaq vәtәndaşın tәmizlәdiyi yerin dәqiq kimin mülkiyyәtindә olmasını bilmir. Hәmin yerdә vәtәndaşa mәxsus pay torpağı var, hәmin pay torpağı digәr pay torpağı ilә aralarında olan zolaq vasitәsi ilә ayrılmışdır. Zolağın bir tәrәfini vәtәndaş özü istifadә edir. O, hәmin torpaq sahәsinin bәlәdiyyәyә mәxsus olub-olmadığını bilmәdiyi üçün vәtәndaşın boş-boşuna gedib cәrimә ödәmәsin deyә qeyd olunan arayışı ona vermişdir. Hәmin torpaq sahәsinin kimә mәxsus olmasını yalnız GPS vasitәsi ilә müәyyәn etmәk olar, lakin hazırki vәziyyәtdә belә bir imkanın olması bәlәdiyyәnin imkanları xaricindәdir. Ona görә dә, sözügedәn torpaq sahәsinin kimә mәxsus olmasını bilmir. Apellyasiya şikayәtindә göstәrilmişdir ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını düzgün qiymәtlәndirmәmiş, moruq vә böyürtkәn kollarının kәsilmәsi faktını, hadisә yerinә baxış protokolunu, fotoşәkillәri vә digәr materialları nәzәrә almamışdır. Şikayәt müәllifi hәmçinin hesab etmişdir ki, torpaq sahәsinin pay torpağı olması inzibati mәsuliyyәti istisna etmir vә yaşıllıqların kәsilmәsi faktı özü-özlüyündә inzibati xәta tәrkibi yaradır. Mәhkәmә hәmin dәlillәrlә razılaşmır. Belә ki, iş materiallarından görünür ki, inzibati mәsuliyyәtә cәlb edilәn şәxsin әmәli ilә bağlı inzibati orqan tәrәfindәn hadisә yerinә baxış keçirilsә dә, kәsildiyi iddia olunan ağac vә kolların yerlәşdiyi torpaq sahәsinin hüquqi statusu tam vә obyektiv araşdırılmamışdır. Birinci instansiya mәhkәmәsindә dindirilmiş Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin nümayәndәsi dә etiraf etmişdir ki, torpaq sahәsinin konkret olaraq kimә mәxsus olmasının müәyyәnlәşdirilmәsi üçün Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinә sorğu verilmәmiş, yalnız bәlәdiyyә tәrәfindәn tәqdim edilmiş arayış әsas götürülmüşdür. Eyni zamanda iş materiallarında hәmin torpaq sahәsi ilә bağlı bir-birinә zidd mәzmunlu arayışların mövcudluğu müәyyәn edilmişdir. Bir arayışda әrazinin bәlәdiyyәnin qorunma zolağı olduğu göstәrilsә dә, sonradan tәqdim edilmiş digәr arayışda hәmin yerin Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus pay torpağı olduğu qeyd edilmişdir. Nәrәcan Bәlәdiyyәsinin nümayәndәsi dә mәhkәmә iclasında sözügedәn torpaq sahәsinin dәqiq olaraq kimә mәxsus olduğunu müәyyәn edә bilmәdiyini, bunun yalnız xüsusi ölçmә vasitәlәri vә koordinatlar әsasında müәyyәnlәşdirilmәsinin mümkün olduğunu bildirmişdir. Belә şәraitdә inzibati orqan tәrәfindәn inzibati xәtanın obyektiv tәrәfinin bütün elementlәrinin tam sübuta yetirildiyi qәnaәtinә gәlmәk mümkün deyildir. Mәhkәmә hesab edir ki, apellyasiya şikayәtindә istinad olunan “Yaşıllıqların mühafizәsi haqqında” Qanunun müddәaları vә Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2022-ci il tarixli qәrarı hazırkı mübahisәnin hәlli üçün hәlledici әhәmiyyәt daşımır. Çünki birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın lәğvi kәsilmiş bitkilәrin hansı hüquqi rejimә aid olmasına görә deyil, inzibati orqan tәrәfindәn işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmaması, sübutetmә yükünün lazımi qaydada yerinә yetirilmәmәsi vә prosessual tәlәblәrin pozulması ilә әsaslandırılmışdır. Eyni zamanda o da qeyd edilmәlidir ki, “Yaşıllıqların mühafizәsi haqqında” Qanunda yaşıllıqların kәsilmәsi faktının özü-özlüyündә inzibati xәta tәrkibi yaratması barәdә mütlәq şәkildә hәr hansı bir müddәa nәzәrdә tutulmamış, әksinә hәmin Qanunun 3-cü maddәsinә әsasәn, bu Qanun meşә fonduna daxil olan vә xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәrindә olan yaşıllıqlar, kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlar (әkinlәr), habelә xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlar istisna olmaqla, ölkә әrazisindәki yaşıllıqlara şamil edilmәsi tәsbit olunmuşdur. Bundan başqa, birinci instansiya mәhkәmәsi iş materiallarına әsaslanaraq müәyyәn etmişdir ki, inzibati xәta haqqında protokol tәrtib edilәrkәn barәsindә icraat aparılan şәxsә hüquq vә vәzifәlәrinin izah olunmasına dair protokolda müvafiq qeyd aparılmamış, hәmçinin protokolun vә inzibati tәnbeh vermә haqqında qәrarın surәtlәrinin tәqdim olunması ilә bağlı Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә tam riayәt edilmәmişdir. Hәmin pozuntular işin hallarının obyektiv araşdırılmasına tәsir göstәrәn xarakter daşıyır. Hazırkı iş üzrә torpaq sahәsinin hüquqi statusu, kәsildiyi iddia olunan yaşıllıqların yerlәşdiyi әrazinin aidiyyәti, habelә inzibati xәtanın bütün әlamәtlәrinin mövcudluğu ilә bağlı aradan qaldırılmamış şübhәlәrin mövcudluğu nәzәrә alındıqda, birinci instansiya mәhkәmәsinin inzibati orqan tәrәfindәn qәbul edilmiş qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün aidiyyәti inzibati orqana göndәrilmәsi barәdә gәldiyi nәticә qanuni vә әsaslı hesab edilmәlidir. Azәrbaycan Respublikası IXM-in 134.1.4 vә 135.1.1-ci maddәlәrinin tәlәblәrinә әsasәn, iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halların araşdırılmaması vә ya işin hәrtәrәfli, tam vә obyektiv baxılmasına mane olan prosessual pozuntular aşkar edildikdә, qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün aidiyyәti orqana göndәrilmәsi mümkündür. Birinci instansiya mәhkәmәsi dә mәhz hәmin hüquqi mexanizmdәn istifadә etmişdir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar