Məhkəmə qərarları › İş №3(3-8)-341/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-341/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-341/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Protokolu tərtib edən orqan DYPB-nin Yol patrul xidməti inspektoru R X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası IXM-nin 324.2, 327.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında IXP ******* №-li protokol tərtib edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmiş, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324.2 və 327.2-ci maddələrilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində özünə məxsus “X2 Hybrid” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən yolda hərəkət intensiv olmuş, bir neçə nəqliyyat vasitəsi yolun müxtəlif hissələri ilə hərəkət etmişdir. Mövcud vəziyyətdə digər hərəkət iştirakçılarına maneə yaratmamaq, qəza şəraiti formalaşdırmamaq və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə qısa müddətli olaraq sola keçmişdir. Onun tərəfindən qəsdən avtoxuliqanlıq hərəkətləri törədilməmiş, ictimai qaydanı nümayişkaranə şəkildə pozmaq niyyəti olmamış, yol hərəkəti iştirakçılarına təhlükə yaratmaq məqsədi güdülməmişdir. Onun hərəkətləri yol şəraiti və hərəkət intensivliyi ilə əlaqədar yaranmış zərurətdən irəli gəlmişdir. Daha sonra DYP əməkdaşları tərəfindən saxlanılmış və ona rəhbərliyin çağırdığı bildirilmişdir. O, DYP rəhbərinin yanına getdiyi zaman guya avtoxuliqanlıq etdiyi, ziqzaqvari hərəkətlər etdiyi deyilmişdir. Buna etiraz etsə də, izahatı nəzərə alınmamışdır. Məhkəmə baxışı zamanı DYP əməkdaşı tərəfindən fotoşəkillər təqdim olunmuş və yolda olan təkər izlərinin onun avtomobilinə aid olduğu iddia edilmişdir. Lakin həmin iddia tamamilə ehtimala əsaslanır və heç bir ekspertiza, texniki araşdırma və ya digər mötəbər sübutla təsdiq edilməmişdir. Təqdim olunan fotoşəkillərdəki izlərin məhz onun avtomobili tərəfindən yaradıldığını təsdiq edən hər hansı obyektiv və danılmaz sübut mövcud deyildir. Əksinə, hadisə baş verən ərazidə həmin gün qazıntı və yol işləri aparılmış, yolun müəyyən hissəsində hərəkət çətinləşmişdir. O da həmin şəraitdə yolu dəyişmək məcburiyyətində qalmışdır. Avtomobilin sürəti aşağı olmuş, sürüşmə və ya qəsdən təkər izi yaratma hərəkəti edilməmişdir. Yolda mövcud olmuş izlərin başqa nəqliyyat vasitələrinə aid olması tam mümkündür. Məhkəmə qərarında əsas sübut kimi video və foto materiallara istinad edilsə də, həmin materiallar onun əməlində Azərbaycan Respublikası IXMnin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün elementlərinin mövcudluğunu tam və şübhəsiz şəkildə sübut etmir. Xüsusilə də, onun hərəkətlərində avtoxuliqanlıq üçün xarakterik olan qəsd, nümayişkaranəlik və ictimai qaydanı kobud pozmaq niyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası IXM-nə əsasən hakim inzibati xəta haqqında işə baxarkən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı, təqdim olunmuş bütün sübutlara hüquqi qiymət verməlidir. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən hadisənin baş vermə şəraiti tam araşdırılmamış, video görüntülərin tamlığı və obyektivliyi qiymətləndirilməmiş, görüntülərin hansı şəraitdə əldə olunması araşdırılmamış, izahatına və müdafiə mövqeyinə lazımi hüquqi qiymət verilməmiş, əməlində qəsdən avtoxuliqanlıq niyyətinin olub-olmaması tam müəyyən edilməmiş, digər hərəkət iştirakçılarının izahatları alınmamış və şahidlər dindirilməmişdir. Əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ailəlidir, taksi fəaliyyəti ilə məşğul olur və nəqliyyat vasitəsini idarə etmək əsas gəlir mənbəyidir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 il müddətinə məhdudlaşdırılması onun və ailəsinin maddi vəziyyətinə ciddi təsir göstərir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Polis X1 Polisi Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD disk və təkər izlərini əks etdirən fotomaterial əlavə edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP ******* saylı Inzibati xəta haqqında Protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 324.2, 327.2, 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixdə X3 Hibrid minik markalı, **RU*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktla saxlanca verilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 511.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin və ya mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərdir: 511.1.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan video və foto material Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən idarə etdiyi nəqliyyat vasitəsilə digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaratmaqla, eyni zamanda nəqliyyat vasitəsini qəfil surətləndirdiyi açıq-aşkar sübut edir. Həmçinin yolun səhtində qalan təkər izlərini təsdiq edən fotomaterial da işə əlavə olunmuşdur. Bu isə onun tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyini sübut edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təyin edilmiş inzibati tənbeh tədbiri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq ilk dəfə inzibati xəta törətməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almış, məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Inzibati tənbeh tədbirinin əsas məqsədi şəxsin islah olunması və həmin şəxs tərəfindən yenidən eyni inzibati xətanın törədilməsinin qarşısını almaqdır. Məhkəmə hazırkı iş üzrə tətbiq edilən inzibati tənbeh tədbiri inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq qarşıya qoyulan məqsədə müvafiq olduğunu hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar