Məhkəmə qərarları › İş №3(3-8)-342/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-342/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-342/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN: **********) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmiş vә barәsindә şәrti olaraq 350 (üç yüz әlli) manat mәblәğindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (hakim Fәrid Nәsimiyev). Işin halları: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti Sumqayıt Regional Dövlәt Yanğın Nәzarәti Idarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, ##.##.2026-cı il tarixdә Sumqayıt şәhәri, Kimyaçılar qәsәbәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus anbarda keçirilmiş müayinә zamanı nöqsanlar aşkar edilmişdir. YTQ-nun 2.1- 2.6-cı, 4.1-4.17ci, 6.1-6.10-cu, 8.1-8.8-ci, 9.1-9.12-ci, 5.1-5.6-cı bәndlәrinin tәlәblәrinin pozulması müәyyәn edilmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Vәkil apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edilmişdir. Protokolu tәrtib etmiş orqan mәhkәmә iclasında iştirak etmәdiyi vә protokolda qeyd edilәnlәrin әksini tәsdiq edәn sübutlar mәhkәmәyә tәqdim edildiyi halda qәbul edilmiş qәrara әsasәn hüquqi şәxs hansı әsaslarla cәrimәlәndiyi mәlum deyil. Qәrarla tanış olarkәn mәhkәmәdә tәrәflәrindәn tәqdim edilәn sübutların araşdırılması әvәzinә inzibati orqanın protokolunda qeyd edilәnlәrin hüquqi әsaslandırma kimi qәrara köçürüldüyünün şahidi olmuşlar. Belә ki, mәhkәmәnin sübutları tam vә obyektiv qiymәtlәndirmәmәsi, tәqdim edilәn foto vә sәnәdlәrin lazımi qaydada araşdırılmaması, inzibati xәta tәrkibinin, xüsusilә subyektiv tәrәfin tam sübuta yetirilmәmәsi, protokol tәrtib edәn orqanın nümayәndәsinin mәhkәmәdә iştirak etmәmәsi vә mәhkәmәnin bunu nәzәrә almaması, bәzi pozuntuların formal xarakter daşıması vә real yanğın tәhlükәsi yaratmasının әsaslandırılmaması aparıldığı halda birinci instansiya mәhkәmәsi bunları nәzәrә almamışdır. Inzibati xәta tam vә mötәbәr sübutlarla tәsdiq edilmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Lakin birinci instansiya mәhkәmәsi yalnız inzibati orqan tәrәfindәn tәrtib edilmiş akt vә protokola istinad etmiş, müdafiә tәrәfinin tәqdim etdiyi fotoşәkillәri, izahatları vә faktiki vәziyyәti tam araşdırmamışdır. Mәhkәmә iclasında tәxliyyә planının mövcud olması, yanğın balonlarının mövcudluğu, havalandırma sisteminin mövcudluğu, su hovuzu vә yanğın su tәminatı sisteminin olması, siqnalizasiya sisteminin mövcudluğu barәdә izahat vә fotoşәkillәr tәqdim edilmişdir. Buna baxmayaraq mәhkәmә hәmin sübutların hansı sәbәbdәn qәbul edilmәdiyini әsaslandırmamışdır. Protokol tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmişdir. Inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, müdafiә tәrәfinin suallarını cavablandırmamış vә aşkar edilmiş nöqsanların real yanğın tәhlükәsi yaradıb-yaratmadığını izah etmәmişdir. Nәticәdә müdafiә tәrәfi çәkişmә prinsipindәn tam istifadә etmәk imkanından mәhrum olmuşdur. Mәhkәmә isә hüquqi şәxsin konkret olaraq hansı tәqsirli hәrәkәt vә ya hәrәkәtsizliyә yol verdiyini әsaslandırmamışdır. Texniki sәnәdlәrin yoxlama vaxtı yerindә olmaması birbaşa yanğın tәhlükәsinin mövcudluğunu sübut etmir. Birinci instansiya mәhkәmәsi inzibati orqanın tәrtib etdiyi aktı üstün sübut kimi qәbul etmiş, müdafiә tәrәfinin tәqdim etdiyi fotoşәkillәri, izahatları vә faktiki vәziyyәti lazımi qaydada araşdırmamış, tәqdim edilmiş sübutların hansı әsasla rәdd edilmәsini qәrarda әsaslandırmamışdır. Mәhkәmә qәrarında yalnız “tәqdim olunan fotoşәkillәrin pozuntuları tam әhatә etmәdiyi” qeyd edilmiş, lakin hansı pozuntuların aradan qaldırıldığı, hansılarının qalmaqda davam etdiyi, hansı sübutların niyә qeyri-kafi hesab olunduğu aydın göstәrilmәmişdir. Bu isә mәhkәmә qәrarının formal mülahizәlәrә әsaslandığını göstәrir vә qәrarın obyektivliyini şübhә altına alır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin formalaşmış hüquqi mövqeyinә görә inzibati mәsuliyyәt yalnız formal protokol vә aktlarla deyil, qarşılıqlı yoxlanılmış, mötәbәr vә kifayәt edәn sübutlarla tәsdiq olunmalıdır. Ali Mәhkәmәnin hüquqi mövqelәrindә dәfәlәrlә qeyd edilmişdir ki, inzibati orqanın tәrtib etdiyi sәnәdlәr qabaqcadan müәyyәn edilmiş üstün sübut qüvvәsinә malik deyildir. Mәhkәmә müdafiә tәrәfinin tәqdim etdiyi sübutları ayrıca araşdırmalı vә onların rәdd edilmә sәbәblәrini әsaslandırmalıdır. Şәxsin tәqsiri ilә bağlı aradan qaldırılmayan şübhәlәr hәmin şәxsin xeyrinә şәrh olunmalıdır. Hazırkı iş üzrә isә obyektdә yanğın balonlarının, havalandırma sisteminin, su hovuzunun, siqnalizasiya sisteminin, tәxliyyә vasitәlәrinin mövcudluğu barәdә müdafiә tәrәfi tәrәfindәn sübutlar tәqdim edilmişdir. Mәhkәmә hәmin sübutların hәqiqiliyini yoxlamaq üçün әlavә araşdırma aparmamış, yerindә baxış keçirmәmiş, ekspert vә ya mütәxәssis rәyi almamışdır. Belә olan halda yalnız inzibati aktın mәzmununa әsaslanaraq hüquqi şәxsin tәqsirli hesab olunması obyektiv mәhkәmә araşdırması standartlarına uyğun deyildir. Ali Mәhkәmә praktikasına görә mәhkәmә qәrarı ehtimallara deyil, sübut edilmiş hallara әsaslanmalıdır. Hazırkı iş üzrә isә pozuntuların bir hissәsinin faktiki mövcudluğu, onların real yanğın tәhlükәsi yaradıb-yaratmaması, hüquqi şәxsin tәqsirli davranışının olub-olmaması tam sübuta yetirilmәmişdir. Bu sәbәbdәn iş üzrә “tәqsirin tam sübut olunması” standartı tәmin edilmәmişdir. Prosessual məsələlər: Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin vә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti Sumqayıt Regional Dövlәt Yanğın Nәzarәti Idarәsinin nümayәndәlәri mәhkәmә iclasına gәlmәmişlәr, işә onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsinә görә mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulmasına vә ya yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar iyirmi manatdan otuz manatadәk mәblәğdә cәrimә edilir, vәzifәli şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar yüz manatdan yüz әlli manatadәk mәblәğdә, hüquqi şәxslәr üç yüz әlli manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Iş materiallarında olan inzibati xәta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixindә Sumqayıt şәhәri, Kimyaçılar qәsәbәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCyә mәxsus anbarda keçirilmiş müayinә zamanı nöqsanlar aşkar edilmişdir. YTQ-nun 2.1- 2.6-cı, 4.1-4.17-ci, 6.1-6.10-cu, 8.1-8.8-ci, 9.1-9.12-ci, 5.1-5.6-cı bәndlәrinin tәlәblәrinin pozulması müәyyәn edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli yanğın-texniki müayinә aktından görünür ki, obyektdә tәxliyyә planı mövcud deyil. Obyektin taxta konstuksiyaları odadavamlı mәhlulla hopdurulmayıb. Obyektik elektrik qurğuları EQQQ-nin tәlәblәrinә uyğun istismar olunmayıb. Obyektin havalandırma sistemlәrinin sazlığı barәdә servis aktı tәqdim olunmadı. Xәbәrverici siqnalizasiya qurğularının sazlığı barәdә servis aktı tәqdim olunmadı. Iş materiallarında olan sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindәn çıxarışa әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә ##.##.2026-cı il tarixindә plan üzrә (növbәti) yoxlama aparılması üçün ##.##.2026-cı il tarixindә müvafiq qeydiyyat aparılmışdır. Iş materiallarına hüquqi şәxsin nümayәndәsinin tәqdim etdiyi tәxliyyә planının mövcud olması, yanğın balonlarının mövcudluğu, havalandırma sisteminin mövcudluğu, su hovuzu vә yanğın su tәminatı sisteminin olması, siqnalizasiya sisteminin mövcudluğu barәdә izahat vә fotoşәkillәr tәqdim edilmişdir. Iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi işә baxarkәn mәhkәmә iclasında protokol tәrtib edәn orqanın nümayәndәsinin iştirakını tәmin etmәmişdir. Halbuki, tәqsirliliyi sübut etmәk yükü protokol tәrtib etmiş sәlahiyyәtli orqanın üzәrinә düşür. Işin hallarından mәlum olur ki, qeyd olunan inzibati xәta ilә bağlı ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, ##.##.2026-cı il tarixdә Sumqayıt şәhәri, Kimyaçılar qәsәbәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus anbarda keçirilmiş müayinә zamanı nöqsanlar aşkar edilmişdir. Hәmçinin barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin apellyasiya şikayәtinin dәlillәrindәn görünür ki, әmәlindә inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәsi xahiş edilmişdir. Lakin birinici instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarından görünür ki, mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsilә nәzәrdә tutulan xәtanı törәtmәsinә dair tam araşdırma aparmadan, iş materiallarında olan sübutlar düzgün qiymәtlәndirmәdәn yekun nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә yekun nәticәyә gәlәrәk, belә hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә yeni mәhkәmә baxışı mәrhәlәsinә qaytarılmalıdır. Işә yenidәn baxılarkәn Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti Sumqayıt Regional Dövlәt Yanğın Nәzarәti Idarәsinin nümayәndәsinin mәhkәmә iclasında iştirakı tәmin edilmәli, tәrәflәrin iştirakı ilә işin halları araşdırılmalı, nәticәsindәn asılı olaraq, iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4, 135 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, yeni mәhkәmә baxışına qaytarılsın. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar