Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-344/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, tәlәbkar Zәrәrçәkmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi – Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili vәkil2 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә (hakim Elvin Teymur-Zadә) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1985-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu, Pərioğullar kəndində qeydiyyatda olan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 8 (sәkkiz) gün müddәtinә inzibati qaydada hәbs edilmişdir. Işin halları: Abşeron Rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2022-ci il vә Abşeron Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә tәlәbi üzürsüz sәbәbdәn icra etmәmiş, 5783 manat aliment borcu yaranmışdır. Bununla da, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn AR IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Protokol baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar qanunsuz vә әsassızdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hazırda heç bir yerdә işlәmir, daimi gәlir mәnbәyi yoxdur vә ağır maddi vәziyyәtdәdir. Aliment öhdәliyinin yerinә yetirilmәmәsi bilәrәkdәn yayınma ilә deyil, obyektiv ödәmә imkanının olmaması ilә bağlıdır. Birinci instansiya mәhkәmәsi şәxsin gәlir vәziyyәtini, real iş imkanlarını, әmlak durumunu vә borcun hansı sәbәbdәn ödәnilmәdiyini tam, hәrtәrәfli vә obyektiv araşdırmadan әn ağır inzibati tәnbeh növü olan inzibati hәbs tәtbiq etmişdir. Inzibati Xәtalar Mәcәllәsinin 528-ci maddәsi mәhkәmә aktlarının icrasından qәrәzli yayınmaya görә mәsuliyyәt nәzәrdә tutur vә bu maddәnin tәtbiqi üçün şәxsin mәhkәmә aktını icra etmәk üçün real imkanının olması, lakin buna baxmayaraq, qәsdәn icradan yayınması müәyyәn edilmәlidir. Ödәmә qabiliyyәti olmayan şәxsin yalnız borcun mövcudluğuna görә qәrәzli yayınan şәxs kimi qiymәtlәndirilmәsi hüquqi baxımdan yolverilmәzdir. Hüquqi izahlarda da qeyd edilir ki, şәxsin gәliri vә real ödәmә imkanı yoxdursa, belә hal qәrәzli yayınma kimi tövsif edilә bilmәz vә hәbs tәdbiri qanunsuz sayılır. Birinci instansiya mәhkәmәsi qәrarında mәhz hansı sübutlarla qәrәzli yayınmanın tәsdiqlәndiyini göstәrmәmiş, sadәcә ödәnişin edilmәmәsi faktını yetәrli hesab etmişdir ki, bu da maddi vә prosessual hüquq normalarının pozuntusudur. Qadının işsiz olması, sabit gәlirә malik olmaması vә sosial hәssas vәziyyәtdә olması nәzәrә alınmadan 8 sutka inzibati hәbs seçilmәsi zәrurilik vә proporsionallıq meyarlarına cavab vermir. Şәxsin ödәmә imkanının olub-olmaması tam araşdırılmamışdır. Qәrәzli yayınma niyyәti sübuta yetirilmәmişdir. Inzibati hәbsin niyә seçildiyi vә niyә daha yüngül tәdbirin kifayәt etmәdiyi әsaslandırılmamışdır. Mәhkәmә qәrarı formal vә şablon xarakterli әsaslandırma ilә mәhdudlaşmışdır. Şәxsin sosial vәziyyәti, qadın olması vә işsizliyi nәzәrә alınmamışdır. Prosessual məsələlər: Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә iclasında tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** nömrәli qәtnamәsi ilә cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2009-cu il tәvәllüdlü X3, ##.##.2011-ci il tәvәllüdlü X2 vә ##.##.2013-cü il tәvәllüdlü X4 yetkinlik yaşına çatanadәk saxlanılması üçün ##.##.2022-ci il tarixdәn başlayaraq, hәr ay hәr bir uşaq üçün 80 (sәksәn) manat olmaqla cәmi 240 (iki yüz qırx) manat sabit pul mәblәğindә alimentin iddiaçı Zәrәrçәkmiş şәxs xeyrinә tutulması qәt edilmişdir. Iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrәli icra vәrәqәsi üzrә ##.##.2022-ci ildә Abşeron Rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X10 tәrәfindәn icraata başlamaq haqqında qәrar qәbul edilmiş, hәmin tarixdә tәlәbin könüllü icra edilmәsi ilә әlaqәdar olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bildiriş göndәrilmiş, icra tәlәbinin yerinә yetirilmәmәsi halında qanunvericilklә nәzәrdә tutulmuş mәsuliyyәt barәdә xәbәrdar edilmişdir. Iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin hakimi X5 tәrәfindәn qәbul edilmiş ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәrarla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmiş, ona 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin hakimi X6 tәrәfindәn qәbul edilmiş ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrәli qәrarla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmiş, ona 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәrardadına әsasәn, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә müәyyәn edilmiş 80 (sәksәn) manat alimentin mәblәğinin ##.##.2025-ci ildәn başlayaraq sonrakı artımlar nәzәrә alınmaqla hәr ay ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 0,26 misli hәddindә sabit pul mәblәğinә indeksasiya edilmәsi qәrara alınmışdır. Iş materiallarında olan Abşeron Rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixdә yaranmış 4.335 (dörd min üç yüz otuz beş) manat mәblәğindә aliment borcu ilә әlaqәdar xәbәrdarlıq edilmiş, icra tәlәbinin yerinә yetirilmәmәsi halında qanunvericilklә nәzәrdә tutulmuş mәsuliyyәti barәdә tәkrarәn mәlumatlandırılmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs aliment öhdәliyi üzrә 5.783 (beş min yeddi yüz sәksәn üç) manat borcu yaranmışdır. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Hәmin Mәcәllәnin 528.1-ci maddәsindә qeyd olunan inzibati xәtanın obyekti әdalәt mühakimәsinin, xeyrinә mәhkәmә qәrarı çıxarılmış ayrı-ayrı hüquqi vә fiziki şәxslәrin, habelә dövlәtin mәnafeyi olmaqla, obyektiv cәhәtdәn qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsini qәrәzli olaraq icra etmәmәdә, hәmin mәhkәmә qәtnamәsinin icrasına maneçilik törәtmәdә, habelә icra ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini icra etmәmәdә ifadә olunur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmәsi iş materialları ilә sübuta yetirildiyindәn birinci instansiya mәhkәmәsinin onu IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilәrәk, barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi qanuni vә әsaslı olmuşdur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәrәkәtlәri mәhkәmәyә onun bu hәrәkәtlәrinin icra sәnәdinin icrasından üzrsüz sәbәbdәn yayınması kimi qiymәtlәndirilmәsi qәnaәtinә gәlmәyә әsas verir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs öhdәliyi üzrә müәyyәn hissәdә ödәnişin hәyata keçirilmәsinә münasibәtdә mәhkәmә qeyd edir ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsinin vә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәrardadının icrasına möhlәt verilmәsi vә ya onun hissәhissә icra edilmәsinә dair mәhkәmә qәrardadının iş materiallarında olmaması sonuncuya özünün müәyyәn etdiyi üsul vә qayda ilә qәtnamәnin icrasını hәyata keçirmәsinә әsas vermir, bu fakt isә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdindәki tәlәbi üzrsüz sәbәbdәn yerinә yetirmәdiyini tәsdiq edir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur, şikayәtin dәlillәri ona tәtbiq olunmuş hәbs inzibati tәnbeh tәdbirinin lәğv edilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarda qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә eyni xarakterli hüquqpozma ilә әlaqәdar bundan әvvәl mәhkәmә tәrәfindәn iki dәfә inzibati cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilәrәk dövlәt tәrәfindәn ona mәhkәmәnin mәcburi qüvvәyә malik olan qәrarlarına münasibәtdә davranışını düzәltmәk, qanuni öhdәliklәrini könüllü qaydada yerinә yetirmәk vә gәlәcәkdә hüquqpozmalardan çәkinmәk üçün kifayәt qәdәr imkan yaradılmışdır. Lakin hәmin tәnbeh tәdbirlәrinin tәtbiqi öz mәqsәdinә çatmamış, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qanunun tәlәblәrinә әmәl etmәk әvәzinә hüquqazidd davranışını davam etdirmişdir. Sonuncunun eyni hüquqpozmanı tәkrar törәtmәsi vә әvvәlki inzibati tәnbehlәr tәdbirlәrindәn nәticә çıxarmaması onun tәtbiq edilmiş tәsir tәdbirlәrinә laqeyd münasibәt bәslәdiyinin tәzahürüdür. Belә ki, o, aliment öhdәliyinin yerinә yetirilmәsinin zәruriliyini vә bu öhdәliyin sosial әhәmiyyәtini dәrk etsә dә, üzәrinә düşәn vәzifәni icra etmәkdәn qәsdәn yayınmaqda davam etmişdir. Qeyd olunanlar Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә yüngül inzibati tәnbeh tәdbirinin sәmәrәsiz olduğunu vә şәxsin davranışına lazımi tәsir göstәrmәdiyini tәsdiq edir. Azərbaycan Respublikası IXM-nin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, şikayәtin dәlillәri iş üzrә müәyyәn olunmuş faktiki hallarla tәkzib olunan dәlillәr olmaqla, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbirinin lәğv olunması üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Ona görә dә, mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin olunmasın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-344/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-344/2026
03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver