Məhkəmə qərarları › İş №3(3-8)-345/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-345/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-345/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim F.A.Nәsimiyev) Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil Cәmşid oğlu tәrәfindәn verilәn şikayәtin tәmin edilmәmәsi, Azәrbaycan Respublikası DIN-in Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı elektron inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә 600 (altı yüz) manat mәblәğindә cәrimә edilmişdir. Qeyd edilәn qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil şikayәtlә mәhkәmәyә müraciәt edәrәk hәmin qәrarın lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, Azәrbaycan Yerüstü Nәqliyyat Agentiliyinin “xxxx” MMC-yә (VÖEN: 2000281221) mәxsus **JG*** dövlәt qeydiyyat nişanlı MAN TGA-41400 markalı özüboşaldan yük maşını ilә IXM-in 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә tәrtib edilmiş protokola әsasәn sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) Dövlәt Yol Polisi Baş Idarәsinin ##.##.2025-ci il tarixli EQ ******** nömrәli qәrarı ilә 600 manat cәrimә edilmişdir. Inzibati orqanın qәrarları 2026-cı il ######ın ##-dә elektron yerlәşdirilmişdir. 2026-cı il ######ın ##-da bu qәrarlardan avtomaşının mülkiyyәtçisi Binәqәdi Rayon Mәhkәmәsinә şikayәt vermişdir. Mәhkәmә şikayәti hüquqi şәxsin yerlәşdiyi әrazi üzrә Xәtai Rayon Mәhkәmәsinә göndәrmişdir. Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt geri qaytarılmışdır. Qәrardad 2026-cı il ######ın ##-da yerlәşdirilmişdir. Qәrardadda izah edilmişdir ki, qәrarlar fiziki şәxslәrin-sürücülәrin barәsindә qәbul edildiyinә görә onlar şikayәtlә müraciәt edә bilәrlәr. Sürücülәrin, yәni şikayәtçilәrin ünvanlarının müxtәlif olduğunu nәzәrә alaraq, Azәrbaycan Respublikası IXM-in 110.1-ci maddәsinә әsasәn şikayәt inzibati xәtanın törәdildiyi әrazi aidiyyәti üzrә 2026-cı il ######ın ##-dә Şabran Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şabran Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt geri qaytarılmışdır. Qәrardad 2026-cı il ######ın ##-dә yerlәşdirilmişdir. Qәrardadda izah edilmişdir ki, inzibati tәnbeh haqqında verilәn şikayәt, şikayәt verәn şәxsin qeydiyyatda olduğu yer üzrә rayon (şәhәr) mәhkәmәsinә verilmәlidir. 2026-cı il ####ın ##-dә inzibati tәnbeh haqqında qәrardan şikayәt Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Mәhkәmәnin 2026-cı il ## #### tarixli qәrardadı ilә ötürülmüş müddәtin bәrpa edilmәsi haqqında әrizә olmadığı üçün şikayәt geri qaytarılmışdır. Şikayәt vә әlavә edilmiş sәnәdlәr martın 31-dә poçt vasitәsilә qәbul edilmişdir. Inzibati orqanın tәrtib etdiyi bu qәrar qanunsuz vә әsasız olduğuna görә o lәğv edilәrәk, IXM-in 53.0.1-ci maddәsindә nәzәrdә tutulmuş әsasla inzibati icraata xitam verilmәlidir. Göstәrilәn nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindәn göründüyü kimi, onun icazә verilmiş maksimum kütlәsi 44 ton, o cümlәdәn yüksüz kütlә 7500 kq, maksimum isә 36.5 ton yük daşımasına icazә verilmişdir. Bundan әlavә, tәqdim edilmiş qәbzlәrdәn göründüyü kimi, yüklәr yol örtüyünә uyğun çәkidә avtomaşına qablaşdırılmışdır. Lakin yoldakı elektron cihazın göstәrdiyi çәki sәhv olduğuna görә rәqәmlәr süni artırılmışdır. Bu faktı Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi dә tәsdiq edir. Inzibati xәta haqqında protokollarda isә yük hәcmlәri maksimum 31.9 ton göstәrilmiş, başqa sözlә, qanunla icazә verilmiş yükdәn 4.6 ton vә daha az olmuşdur. Halbuki, Azәrbaycan Respublikası NK-nın ##.##.2009-cu il tarixli *** №-li qәrarının 2.5.1-ci maddәsinә әsasәn: “iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәsinin ümumi kütlәsi 44 tondan artıq olduqda” belә, onların hәrәkәtinә, intensivliyin әn aşağı dövrlәrindә icazә verilir. Normativ aktın bu müddәasına baxmayaraq hәmin avtomaşının yük kütlәsi icazә verilmiş normadan xeyli aşağı olmuşdur. Bu sәbәbdәn, hәmin iş üzrә (qәrarla) inzibati xәta hadisәsi müәyyәn edilmir vә demәli, o lәğv edilәrәk işin icraatına xitam verilmәlidir. IXM-in 128.1. 128.2.3 vә 129.1.3-cü maddәsinә әsasәn, Dövlәt Yol Polisi Baş Idarәsinin ##.##.2025-ci il tarixli EQ******** nömrәli qәrarı ilә sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) 600 manat cәrimә edilmәsinә dair inzibati xәta müәyyәn edilmәdiyinә görә qәrar lәğv edilәrәk icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Hәmin qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil DIN BDYPI nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrarından şikayәt verәrәk barәsindә tәtbiq edilmiş ##.##.2026-cı il tarixli qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Eyni zamanda, Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil DIN BDYPInin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrarından şikayәt vermәk üçün buraxılmış prosessual müddәtin bәrpası barәdә vәsatәtlә mәhkәmәyә müraciәt etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim F.A.Nәsimiyev) vәsatәt tәmin edilmiş, ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrardan şikayәt vermәk üçün nәzәrdә tutulmuş prosessual müddәtin buraxılması üzrlü hesab edilәrәk bәrpa edilmiş, şikayәtin baxılması üçün icraata qәbul edilmәsi qәrara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil apellyasiya qaydasında şikayәt verәrәk şikayәtini birinci instansiya mәhkәmәsinә inzibati tәnbeh vermә haqqında qәrardan vermiş olduğu şikayәtlә eyni mәzmunda әsaslandıraraq Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilәrәk, inzibati qәrarın lәğv edilmәsinә dair yeni qәrar qәbul edilmәsini xahiş etmәklә әlavә olaraq qeyd etmişdir ki, mәhkәmәnin qәrarda bildirdiyi “iş materiallarına әlavә edilmiş elektron qәrarın әlavәsi olan fotoşәkillәrdә ##.##.2025-ci il tarixli 90JG 283 dövlәt qeydiyyat nişanlı yük avtomobilinin 32000 kq limitindәn artıq, yәni 34710 kq-la hәrәkәtdә olması öz tәsdiqi tapmışdır.” Nazirlәr Kabinetinin *** nömrәli qәrarında ümumi istifadәdә olan avtomobil yollarında dörd oxlu yük avtomobil üçün icazә verilәn ümumi çәki 32000 kq müәyyәn edilmişdir. Halbuki, şikayәtә әlavә edilmiş tәrәzi qәbzindәn görünür ki, çәki 31780 kq-dır. Demәli hәmin avtomaşının yük kütlәsi icazә verilmiş normadan aşağı olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs vә müdafiәçisi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmişdirlәr. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs vә müdafiәçisinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası DIN-in Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-cı il tarixli EQ******** nömrәli elektron inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, “MAN TGA 41, 400 YÜK” markalı, **-JG-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ##.##.2025-ci ildә saat 02:58-dә M-1 129 km Şabran rayonu, Mollakamallı kәndi, Bakı istiqamәtindә hәrәkәtdә olarkәn iriqabaritli vә ağırçәkili nәqliyyat vasitәlәrinin icazә verilәn çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini aşmaqla ümumi istifadәdә olan avtomobil yollarında idarә etdiyi üçün sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 353.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 600 manat mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan, ona әlavә edilmiş xüsusi texniki vasitә ilә qeydә alınmış fotoşәkillәrdәn vә fotoşәkillәrin üzәrindә olan qeydlәrdәn görünür ki, inzibati xәta hadisәsi hәrәkәt halında çәki ölçmә nәzarәt sistemi vasitәsi ilә aşkar edilmişdir. Çәki limiti 32.000 kq, faktiki kütlә isә 34710 kq olmuşdur. Iş materiallarında olan AE ****** nömrәli ##.##.2021-ci il tarixli **-JG-*** dövlәt qeydiyyat nişanlı MAN TGA 41400 yük avtomobilinin qeydiyyat şәhadәtnamәsindә icazә verilmiş maksimal kütlәnin 44000 kq olması qeyd edilmişdir. Verilmiş şikayәt әsasında işә mahiyyәti üzrә baxan birinci instansiya mәhkәmәsi şikayәt әrizәsindә qeyd olunanlara vә iş üzrә toplanmış sübütlara hüquqi qiymәt verәrәk hesab etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti әsassız olduğundan tәmin edilmәmәlidir. Iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә şikayәtin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticә düzgündür. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 120-ci maddәsinә görә bu Mәcәllәnin 327-356-cı maddәlәrindә nәzәrdә tutulmuş yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan inzibati xәtalar haqqında işlәrә, bu fәsillә müәyyәn edilmiş xüsusiyyәtlәr nәzәrә alınmaqla, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 122.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 vә 469.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәrin kömәyi ilә aşkar edildikdә, xüsusi texniki vasitәlәrin mәlumatları müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram tәminatı әsasında real vaxt rejimindә elektron formada birbaşa hәmin mәrkәzi informasiya sisteminә ötürülür, inzibati xәtanı törәtmiş şәxsin iştirakı olmadan real vaxt rejimindә, “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş qaydada elektron sәnәd şәklindә vә bu Mәcәllәnin 122.1-1-ci maddәsinә uyğun olaraq “ICMAL” informasiya sistemi tәrәfindәn unikal nömrә verilmәklә inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılır vә hәmin mәrkәzi informasiya sisteminin müvafiq sәlahiyyәtli әmәkdaşının elektron imzası ilә tәsdiqlәnir. Tәsdiq edilmiş hәmin qәrar real vaxt rejimindә, xüsusi texniki vasitәlәrin mәlumatları әlavә edilmәklә, elektron qaydada müvafiq icra hakimiyyәti orqanının informasiya sisteminә göndәrilir. Bu Mәcәllәnin 346- 1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsi barәdә tәsdiq edilmiş qәrarlar real vaxt rejimindә hәmçinin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminә göndәrilir. IXM-nin 353.2-ci maddәsinә әsasәn iriqabaritli vә ya ağırçәkili nәqliyyat vasitәlәrinin icazә verilәn çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini aşmaqla (icazә verilәn ümumi kütlә vә ya oxa düşәn yükün kütlәsi üzrә 5 faiz vә daha artıq) ümumi istifadәdә olan avtomobil yollarında idarә edilmәsinә görә fiziki şәхslәr altı yüz mаnаt mәblәğindә cәrimә edilir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunun İ maddәsinin 52-ci bәndinә görә iriqabaritli nәqliyyat vasitәsi - ümumi istifadәdә olan avtomobil yolları vә yol qurğuları üçün müәyyәn edilmiş qabarit parametr hәdlәrini aşan yüklü vә ya yüksüz nәqliyyat vasitәsidir. Hәmin Qanunun 57-ci maddәsinin İ bәndinә әsasәn daşınan yükün kütlәsi vә yüklәrin oxlar üzrә paylanması istehsalçı müәssisәnin hәmin nәqliyyat vasitәsinin növü üçün müәyyәn etdiyi kәmiyyәtlәrdәn artıq olmamalıdır. “Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә iriqabaritli vә ağırçәkili nәqliyyat vasitәlәrinin hәrәkәt etmәsi vә onların hәrәkәtinә xüsusi icazәnin verilmәsi Qaydası”nın 4.1-ci bәndinә әsasәn iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәlәrinin avtomobil yolları ilә hәrәkәt etmәsinә nәzarәt Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyi tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydada hәyata keçirilir. Hәmin Qaydaların 4.2-ci bәndinә әsasәn hәrәkәtdә olan iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәlәrinin qabarit, çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini ölçәn Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin elektron tәrәzilәri vә foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәri ilә, habelә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmuş halda Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin vә Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin nәzarәt mәntәqәlәrindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin әmәkdaşları tәrәfindәn saxlanılmaqla, Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin әmәkdaşları ilә birgә xüsusi ölçü alәtlәri, cihazları vә tәrәzilәr vasitәsilә yoxlanılır. Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәrinin 1.2-ci bәndinә müvafiq olaraq “Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәri” avtomobil yollarında hәrәkәt edәn avtomobil nәqliyyatı vasitәlәrinin müxtәlif növlәri üzrә onların icazә verilәn ümumi kütlәsini, qabarit parametrlәrini, hәmçinin hәmin nәqliyyat vasitәlәrinin oxlarına düşәn yükün icazә verilәn kütlәsini müәyyәn edir. Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәrinә әsasәn nәqliyyat vasitәsinin icazә verilәn ümumi kütlәsi (çәkisi) * nömrәli cәdvәllә müәyyәn edilmiş hәdlәri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hәr biri iki cüt tәkәrdәn ibarәt olan hava vә ya ona ekvivalent asqıya malik olan avtomobilә icazә verilәn ümumi kütlә 32 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu, üçoxlu dartıcı ikioxlu yarımqoşqu elәcә dә üçoxlu dartıcı üçoxlu yarımqoşqu ulә 40 ton nәzәrdә tutulmuşdur. Apellyasiya şikayәtindә göstәrilmişdir ki, şikayәtә әlavә edilmiş tәrәzi qәbzinә әsasәn nәqliyyat vasitәsinin çәkisi 31.780 kq olmuş, buna görә dә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## #### 2009-cu il tarixli *** nömrәli Qәrarı ilә müәyyәn edilmiş 32.000 kq icazә verilәn ümumi kütlә hәddi aşılmamışdır. Mәhkәmә hәmin dәlili әsaslı hesab etmir. Iş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi **- JG-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin ## ###### 2025-ci il tarixdә M-1 avtomobil yolunun 129-cu kilometrliyindә hәrәkәtdә olarkәn icazә verilәn çәki parametrlәrini aşması xüsusi texniki vasitә ilә qeydә alınmış, elektron inzibati tәnbeh vermә haqqında qәrarın ayrılmaz hissәsini tәşkil edәn fotoşәkillәr vә sistem mәlumatlarında nәqliyyat vasitәsinin faktiki kütlәsinin 34.710 kq olduğu әks etdirilmişdir. Müdafiә tәrәfinin istinad etdiyi **-JG-*** dövlәt qeydiyyat nişanlı MAN TGA 41400 yük avtomobilinin qeydiyyat şәhadәtnamәsindә icazә verilmiş maksimal kütlәnin 44000 kq olması, hәmçinin tәrәzi qәbzindә qeyd edilәn 31.780 kq ümumi çәkinin inzibati xәta hadisәsinin aşkar edildiyi vaxt vә şәraitdә hәmin nәqliyyat vasitәsinin mәhz xüsusi texniki vasitә tәrәfindәn qeydә alınmış çәkisini tәkzib edәn qәti sübut kimi qiymәtlәndirilә bilmәz. Hәmin tәrәzi qәbzindә göstәrilәn mәlumatın xüsusi texniki vasitә ilә aparılmış ölçmәnin nәticәlәrini etibarsız hesab etmәyә imkan verәn mәlumatları özündә әks etdirmәdiyi müәyyәn edilir. Avtomaşının yükgötürmә qabiliyyәtinin isә maksimal kütlә olaraq 44000 kq qәdәr olması isә yuxarıda istinad edilәn qaydaların tәlәblәri baxımından Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәrinә uyğun olması kimi qәbul edilә bilmәz. Başqa sözlә desәk, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası hәrәkәt halında çәki ölçmә nәzarәt sistemi vasitәsilә qeydә alınmış faktiki göstәricilәr olmuş vә hәmin göstәricilәr elektron qәrara әlavә edilmiş fotoşәkillәr vә mәlumatlarla öz tәsdiqini tapmışdır ki, bu da inzibati xәtalar qanunvericiliyimә әsasәn pozuntu hesab edilir. Belә ki, IXM-in 353.2-ci maddәsinә әsasәn iriqabaritli vә ağırçәkili nәqliyyat vasitәsinin icazә verilәn çәki hәddini 5% vә daha artıq aşmaqla idarә edilmәsi inzibati xәta hesab olunur. Iş materiallarında mövcud olan rәsmi texniki vasitәlәrin nәticәlәri şikayәtçinin mәhz bu inzibati xәtanı törәtdiyini tam tәsdiq edir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hesab edirәm ki, apellyasiya şikayәtinin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan şikayәtin dәlillәri әsaslı hesab edilmәyәrәk formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Müdafiәçi Vәkil apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar