Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-346/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən (hakim Elvin Teymur-Zadə) Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin əmək müfəttişi X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında ##.##.2026cı il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. X3 Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və «xxxx» MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Belə ki, vətəndaş X8 şikayəti əsasında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli, 3-17-5/2-12782/2026 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, sözügedən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub ##.##.2026- cı il tarixdə “Əmək və Məşğulluq Altsistemi” vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirilmişdir. Məktubun işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsi barədə sənəd iş materiallarına əlavə edilsə də məhkəmə tərəfindən həmin sənədə düzgün hüquqi qiymət verilməmişdir.Beləliklə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş X4 Xidmətinin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və « xxxx» MMC-nin İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirib birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X7 aid sənədlərin X4 Xidmətininə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, « xxxx» MMC inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə ##.##.2026-cı il tarixə, saat 11:00-a xidmətə dəvət edilmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini material üzrə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və « xxxx» MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin təyin edilməsinə dair qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin inzibati xəta üzrə icraat aparan orqan tərəfindən sorğunun hüquqi şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edildiyini təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materialların məhkəməyə təqdim olunmaması, həmçinin Azərbaycan Respublikasının İXM-in tələblərinə əsasən, inzibati xətanın mövcudluğu, habelə inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri inzibati icraatı aparan orqan tərəfindən sübut edilməli olması nəzərə alınaraq, inzibati xətaya dair iş üzrə sübutetmə yükünün barəsində icraat aparılan şəxsin üzərinə deyil, inzibati protokol tərtib etmiş orqanın üzərinə düşməsi və bununla da, « xxxx» MMC-yə sənədlərin təqdim olunması ilə bağlı məktubun lazımı qaydada çatdırılması sübuta yetirilmədiyindən Cəmiyyətin İXM-in 539.3-cü maddəsi ilə təqsirli hesab edilə bilməməsinə dair nəticəyə gəlməsi qanuni, əsaslı və ədalətli olmuşdur. Cəmiyyət rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun surəti iş materiallarına əlavə edilsə də, həmin məktubun hüquqi şəxsə çatması ilə bağlı hər hansı sübutun iş materiallarına əlavə edilməməsi, ASİS sistemindən sənəd göndərilməsini təsdiq edən 2 ədəd çıxarışın iş materiallarına əlavə edilməsinə baxmayaraq onların ##.##.2026 və ##.##.2026-cı il tarixə aid olmaqla hansı sənədin göndərilməsini özündə ehtiva etdiyinin məlum olmaması və bununla da, «xxxx » MMC-yə sənədlərin təqdim olunması ilə bağlı məktubun lazımı qaydada çatdırılması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-346/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-346/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver