Məhkəmə qərarları › İş №3(3-8)-347/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-347/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-347/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Ağazadә İlkin İlqar oğlunun iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Mәrkәzi Bankı tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 45168.66 ABŞ dolları mәblәğindә vәsair bank vasitәsilә ## ###### 2023-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq, ödәnişin aparıldığı gündәn 2 (iki) il müddәtinә 45168.66 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ## ##### 2025-ci il tarixdә hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Nәticәdә " xxxx " MMC tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarı (hakim F.Kәrimova) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, barәsindә inzibati xәtanın obyekti olmuş 45168.66 ABŞ dolları mәblәğindә vәsaitin 20 (iyirmi) faizi hәddindә, yәni 9033,73 (doqquz min otuz üç dollar yetmiş üç sent) ABŞ dolları ödәniş gününә Azәrbaycan Respublikası manatına mәzәnnәsi ilә hesablanmaqla cәrimә edilmәsi vә hәmin mәblәğ ödәniş gününün mәzәnnәsi üzrә Azәrbaycan manatı ilә dövlәt büdcәsinә ödәnilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar әsassız olduğundan lәğv edilmәli vә hüquqi şәxs barәsindә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta hadisәsi olmadığı üçün xitam verilmәlidir. Tәrәflәrindәn heç bir inzibati xәta hadisәsi törәdilmәmiş, mal idxal etmәk üçün xarici ölkәyә göndәrilmiş xarici valyutayla alınan mallar vaxtında ölkәmizә daxil olmuşdur. "‘xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti ilә Çin Xalq Respublikasının “QİNGDAO LANDSPİDER TIRE CORP.,LTD” şirkәti arasında ## ###### 2022-ci il tarixdә QD AZE LQF 2212 4730 (221213682 avans kodlu) saylı alqı-satqı müqavilәsi bağlanmış, hәmin müqavilә әsasında ölkәmizә Çin Xalq Respublikasından mal (avtomobillәr üçün pnevmatik şinlәr) idxal olunmuşdur. Qeyd edilәn mәqsәdlә gömrük orqanına ## ### 2023-cü il tarixli ************** saylı gömrük bәyannamә tәqdim edilәrkәn müqavilәdә yuxarıda qeyd olunan tarixi vә nömrәsi sәhv qeyd edilmiş, müqavilәnin tarix vә nömrәsi müvafiq olaraq ## ######## 2022-ci il vә QD -AZE- LQF-****-**** saylı (221106575 avans kodlu) kimi göstәrilmişdir. Halbuki yuxarıda da göstәrildiyi kimi alqı-satqı müqavilәsinin nömrәsi vә tarixi QD AZE LQF 2212 **** saylı (221213682 avans kodlu), ## ###### 2022-ci ildir. İnvoys sәnәdinә diqqәt etdikdә dә İnvoys (QD AZE LQF 2212 4730B) nömrәsinin QD AZE LQF 2212 **** saylı (221213682 avans kodlu), ## ###### 2022-ci il müqavilәyә aid olduğunu görmәk mümkündür. Əlavә olaraq qeyd edilmәlidir ki, gömrük bәyannamәsinin 44-cü qrafasında yer alan 4011-ci hissәdә müqavilәnin nömrәsinin yanlış qeyd olunması gömrük inspektorunun da nәzәrindәn yayınmışdır. Çünki müqavilәyә vә sәnәdlәrә әlavә edilәn ödәniş sәnәdlәrinә baxıldığı zaman tarix vә nömrәsinin aydın görünә bilәrdi. Bundan başqa nәzәrә almaq lazımdır ki, Gömrük bәyannamәsinin bәyannamәçi tәrәfindәn yanlış doldurulması, eyni zamanda gömrük inspektorunun da nәzәrindәn yayınması nәticәsindә idxal olunan mallara görә gömrük bәyannamәsindә mexaniki sәhvliklәr baş vermişdir. Bu sәhvliklәr sәbәbindәn dә Cәmiyyәt Azәrbaycan Respublikasının Mәrkәzi Bankı tәrәfindәn inzibati mәsuliyyәtә cәlb oluna bilәr. Bütün bunlara әsasәn 01231000175015 sorğu nömrәli, ##.##.2023-cü il tarixli gömrük bәyannamәsinin 44-cü qrafasında (tәqdim olunan sәnәdlәr) 4011-ci hissәsindә (müqavilәnin, kontraktın nömrәsi, tarixi) bәyannamә üzrә QD-AZE- LQF- ****-**** saylı (221106575 avans kodlu), ##.##.2022-ci il tarixli kimi göstәrilmiş müqavilә әvәzinә bәyannamә üzrә ## ###### 2022—ci il tarixli, QD AZE LQF 2212 **** saylı (221213682 avans kodlu) müqavilә kimi, 4013 hissәsindә (müqavilәyә, kontrakta әlavәnin nömrәsi, tarixi) bәyannamә üzrә ## ##### 2023-cü il tarixli ** saylı (230408180 avans kodlu) qeydiyyatı aparılması üçün tәdbir görülmәsinә göstәriş verilmәsi xahişi ilә müraciәt edilmişdir. Lakin buna baxmayaraq hәr bir halda yuxarıda göstәrilәn inzibati xәta ilә cәrimә edilmişdir. Mallar da 2 ildәn tez müddәtdә daxil olmuşdur. Lakin, hәmin mallar idxal edilәn zaman tәrtib olunmuş gömrük bәyannamәsindә müqavilәnin nömrә vә tarixinin texniki olaraq sәhv yazılması sәbәbindәn vә bәyannamә banka tәqdim edilәndә dә başqa müqavilә vә nömrәsi göründüyündәn pulu köçürüldüyü müqavilә üzrә malların idxal olunmadığı qәnaәti yaranır. Hansı ki, texniki yalnışlığın aradan qaldırılması üçün Cәmiyyәt tәrәfindәn Dövlәt Gömrük Komitәsinә müraciәt olunmuş, yaxın tarixdә yaranmış anlaşmazlığın aradan qaldırılması gözlәnilir, bununla bağlı alınmış rәsmi cavablar da mәhkәmәyә tәqdim olunacaqdır. Göründüyü kimi Cәmiyyәt tәrәfindәn inzibati xәta hadisәsi törәdilmәmiş, valyuta mqarşılığında xaricdәn alınmış mallar vaxtında ölkәmizә daxil olmuşdur. Bu sәbәbdәn dә inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәli vә başlanılmış inzibati xәta haqqında icraata xitam verilmәlidir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Ağazadә İlkin İlqar oğlu apellyasiya şikayәtinin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi nümayәndә1 ünvanlanmış olduğu әrizәdәn görünür ki, ″xxxx″ MMC VOEN (**********) xxxx xeyrinә ##/##/2023-cü il tarixindә qabaqcadan ödәnilmiş 45168.66 USD mәblәğindә avans ödәnişi ##/##/2026 cü il tarixindә tәqdim edilmiş 01231000173912 GB ilә qismәn bağlanmışdır. Avans üzrә qalıq 2680.52 USD tәşkil edir. Qeyd olunanları nәzәrә alaraq verilmiş apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz edilmir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, qәrar lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir.. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. ## ##### 2023-cü il tarixli ödәniş tapşırığından görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn 45168.66 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ## ##### 2023-cü il tarixindә hesabından xxxx ASC, yәni Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. «xxxx» ASC-nin *****-**/** saylı mәktubu vә ona әlavә edilmiş çıxarışdan görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn ## ##### 2023-cü il tarixdә bank hesabından, Azәrbaycan Respublikasından kәnara köçürülmüş 45168.66 ABŞ dolları mәblәğindә xarici valyutadan, 2 (iki) il müddәt tamam olmasına baxmayaraq 45168.66 ABŞ dolları mәblәğindә vәsaitin mal vә ya xidmәtin idxalını tәsdiq edәn sәnәdi Banka tәqdim etmәmişdir. «xxxx» ASC-nin **** saylı, ##.##.2026-cı il tarixli mәktubundan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN: **********) tәrәfindәn ##.##.2023-cü il tarixindә “xxxx” şirkәtinin xeyrinә aparılmış 45168.66 USD (qırx beş min yüz altmış sәkkiz ABŞ Dolları 66 sent) avans ödәnişi ************** nömrәli gömrük bәyannamәlәri ilә qismәn bağlanılmışdır. Avans üzrә qalıq 2680.52 USD tәşkil edir. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesab-faktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti 45168.66 ABŞ dolları mәblәğindә vәsaiti ## ##### 2023-cü il tarixdә xaricә köçürmüş vә 2 il müddәt keçmәsinә baxmayaraq 45168.66 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş vә ya valyuta vәsaitini geri qaytarılmadığına görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. ″xxxx″ MMC VOEN (**********) xxxx xeyrinә ##/##/2023cü il tarixindә qabaqcadan ödәnilmiş 45168.66 USD mәblәğindә avans ödәnişi ##/##/2026 cü il tarixindә tәqdim edilmiş 01231000173912 GB ilә qismәn bağlanmışdır. Avans üzrә qalıq 2680.52 USD tәşkil edir. Köçürülmüş pul mәblәğinә görә daxil olmuş malın dәyәri çıxılmaqla qalan qalıq mәblәğ 10000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn az olduğundan, әmәldә inzibati xәta tәrkibi olması istisna edilmәlidir. Belә olan halda " xxxx" MMC-nin әmәlindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibi olması qәnaәtinә gәlinmәsini mümkünsüz, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә gәlinәn nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә görә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3-cü maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarı lәğv edilmәli, inzibati xәtaya dair iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN: **********) barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar