Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-349/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs), Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsinin yol patrul xidmәti inspektorları, R X2, R X1 iştirakları ilә Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmışdır (hakim Elvin Teymur-Zadә) Işin halları: Zәngilan rayon polis şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 100 manat cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının, Zәngilan rayon polis şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar qanunsuz vә әsassızdır. Inzibati mәsuliyyәtә cәlb edilmәsinә әsas kimi tәqdim olunan video material tәqsirini şübhәsiz vә birmәnalı şәkildә tәsdiq etmir. Mәhkәmә qәrarında göstәrilmişdir ki, videogörüntüdәn svetoforun qadağanedici siqnalı verilәrkәn hәrәkәtin davam etdirildiyi görünür. Lakin mәhkәmә bu nәticәyә hansı әsaslarla gәldiyini, videonun konkret hansı hissәsindә qadağanedici işıq siqnalının göründüyünü, habelә dayanma xәttinin keçilmәsinin hansı kadrda dәqiq müәyyәn olunduğunu әsaslandırmamışdır. Ona tәqdim edilmiş görüntü mobil telefon vasitәsilә çәkilmiş olub, videoda nә qadağanedici işıq siqnalı aydın görünür, nә dә nәqliyyat vasitәsinin hәmin siqnal zamanı dayanma xәttini keçmәsi şübhәsiz şәkildә müәyyәn edilir. Bu hal inzibatı mәsuliyyәt üçün tәlәb olunan sübutetmә standartının tәmin edilmәdiyini göstәrir. Birinci instansiya mәhkәmәsi qәrarında istinad etdiyi hüquq normalarını faktiki hallara tәtbiq etmәmiş, mövcud şübhәlәri onun xeyrinә deyil, inzibali orqanın mövqeyinә uyğun qiymәtlәndirmişdir. Hadisәdәn sonra o, tәxminәn 300 metr mәsafәdә saxlanılmışdır. Bu hal DYP әmәkdaşlarının guya baş vermiş pozuntunu birbaşa, dәqiq vә maneәsiz müşahidә etmәsi imkanını әsaslı şәkildә şübhә altına alır. Buna baxmayaraq, bu mühüm arqument mәhkәmә tәrәfindәn araşdırılmamış vә qәrarda ona hәr hansı hüquqi qiymәt verilmәmişdir. Tәqdim olunan görüntüdә istinad edilәn qadağanedici işıq siqnalının onun hәrәkәt istiqamәtinә aid olub-olmamasıdır. Belә ki, hadisә zamanı o, Xırdalan şәhәri istiqamәtindә hәrәkәt etmişdir. DYP әmәkdaşlarının әsas tutduğu qırmızı işıq siqnalı isә yolun sol tәrәfindә yerlәşәn svetofora aiddir. Hәmin svetoforun onun hәrәkәt istiqamәti üçün nәzәrdә tutulmuş tәnzimlәyici siqnal olub-olmaması nә mәhkәmә tәrәfindәn araşdırılmış, nә dә video material әsasında dәqiq müәyyәn edilmişdir. Videogörüntüdәn dә görünmür ki, istinad edilәn svetofor konkret olaraq onun hәrәkәt traektoriyasına aid edilmiş siqnaldır. Bu isә inzibali mәsuliyyәt üçün mühüm әhәmiyyәt daşıyan texniki mübahisә yaradır. Protokol tәrtib edilәrkәn surәti ona tәqdim edilmәmiş, müdafiә hüquqları tam şәkildә tәmin olunmamışdır. Bu hal inzibali icraatın qanuniliyinә vә obyektivliyinә dair әsaslı şübhәlәr yaradır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının, Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsinin yol patrul xidmәti inspektorları Samir Allahverdiyev vә Nәsimi Kasumov apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini, ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın qanuni olaraq, Qәrardan şikayәt verәn orqan (şәxs) sözügedәn inzibati xәtanın törәdilmәsindә tәqsiri tam sübuta yertirildiyindәn, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdilәr. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsinin ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 100 (yüz) manat mәblәğindә inzibati cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Apellyasiya baxışı zamanı videogörüntüyә baxarkәn “HYUNDAI SANTAFE” minik markalı, 99- AF-474 dövlәt qeydiyyat nişanlı avtomobilin sürücüsü Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il, saat 22:03-dә Abşeron rayonu, Xırdalan şәhәri S. Dağlı küçәsi 2 әrazisindә svetoforun qadağanedici işarәsi verilәrkәn hәrәkәtini davam etdirmәsi tәsdiq olunmuşdur. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, “HYUNDAI SANTAFE” minik markalı, 99- AF-474 dövlәt qeydiyyat nişanlı avtomobilin sürücüsü Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il, saat 22:03-dә Abşeron rayonu, Xırdalan şәhәri S. Dağlı küçәsi 2 әrazisindә svetoforun qadağanedici işarәsi verilәrkәn hәrәkәtini davam etdirmişdir. Bu isә Azәrbaycan Respublikası IXM-in 327.2-ci maddәsindә nәzәrdә tutulmuş tәrkibi formalaşdırır. Nәticә etibarilә Zәngilan rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar qanuni vә әsaslıdır. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanununun 36-cı maddәsinin 1-ci hissәsinin 1 vә 2-ci bәndlәrinә әsasәn yol hәrәkәtinin iştirakçıları yol hәrәkәti Qaydalarına riayәt etmәli, bu Qanunun yol hәrәkәtinin tәhlükәsizliyi mәsәlәlәrinә dair tәlәblәrini bilmәli vә yerinә yetirmәlidirlәr. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә әsasәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә - yüz manat mәblәğindә cәrimә edilir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Zәngilan rayon polisi şöbәsinin dövlәt yol polisi bölmәsi tәrәfindәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-349/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-349/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver