Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-350/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İsmayılov Anar Qiyas oğlu vә müdafiәçisi vәkil1, Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs iştirakı ilә, İsmayılov Anar Qiyas oğlunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 400 (dörd yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Vaqif Hәsәnov) İsmayılov Anar Qiyas oğlu Azәrbaycan Respublikası İXM-in 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә 400 (dörd yüz) manat cәrimә növündә tәnbeh tәtbiq edilmişdir. İşin halları: İsmayılov Anar Qiyas oğlu barәsindә Azәrbaycan Respublikası İXM-nin 157-ci maddәsi üzrә inzibati xәta haqqında material tәrtib edilәrәk baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının dәyişdirilmәsini, İsmayılov Anar Qiyas oğlu barәsindә 1 ay müddәtinә inzibati hәbs növündә tәnbeh tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı ilә razı deyil. Hesab edir ki, törәdilmiş әmәlin ağırlığı, zorakılıq hәrәkәtlәri vә ictimai qaydanın kobud şәkildә pozulması nәzәrә alınmadan yüngül tәnbeh tәyin edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İsmayılov Anar Qiyas oğlu apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İsmayılov Anar Qiyas oğlunun müdafiәçisi vәkil1 izahat verәrәk bildirdi ki, İXM-in tәlәbinә әsasәn cinayәt işinin başlanması rәdd edildikdә inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsinә dair qәrar qәbul edildiyi gündәn әn geci 3 ay keçәnәdәk verilә bilәr. Cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә qәrar ##.##.2026-cı il tarixdә qәbul edildiyindәn hazırda iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Abşeron rayon Polis İdarәsinin nümayәndәsinә mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, iş materiallarında olan sübutları әlaqәli şәkildә araşdırıb, hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apelyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli **** saylı ekspert rәyindәn görünür ki, vәtәndaş Zәrәrçәkmiş şәxs bәdәn sәthindә aşkar edilmiş xәsarәtlәr – sol dirsәk, sol baldır nahiyәlәrinin qançırları, sol said sol çiyin qurşağı nahiyәsinin sıyrıqları küt әşya (әşyalar) tәsirindәn törәnmişdir vә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduqları üçün dәrәcәsi tәyin edilmir. ##.##.2026-cı il tarixli “Cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә” qәrardan görünür ki, Abşeron rayon Polis İdarәsinin Tәdqiqat Şöbәsinin tәhqiqatçısı, R X1 tәrәfindәn Zәrәrçәkmiş şәxs müraciәti әsasında toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, İsmayılov Anar Qiyas oğlunun barәsindә Azәrbaycan Respublikası İXM-in 157-ci maddәsindә nәzәrdә tutulmuş inzibati tәnbeh tәdbirlәrinin görülmәsi üçün qәrarın surәti aidiyyatı üzrә Abşeron Rayon Polis İdarәsinә göndәrilmişdir. ## ### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, İsmayılov Anar Qiyas oğlu ##.##.2025-ci il tarixdә Zәrәrçәkmiş şәxs döymüşdür. Ona sağlamlığa zәrәr vurmayan vә dәrәcәsi tәyin olunmayan xәsarәtlәr yetirmişdir. Bundan başqa iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdә İsmayılov Anar Qiyas oğlu barәsindә inzibati xәta haqqında iş üzrә icraat dayandırılmış, ##.##.2026-cı il tarixdә iş üzrә icraatın tәzәlәnmәsinә dair qәrar qәbul edilmişdir. Azәrbaycan Respublikası İXM-in 38.3-cü maddәsinә әsasәn cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilә bilәr. İXM-in 38.5-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs qaçıb gizlәnәrsә, müddәtin axımı dayanır. Bu halda müddәtin axımı, hәmin şәxsin aşkarlandığı vaxtdan bәrpa olunur. İş materiallarından görünür ki, inzibati xәta hadisәsi ##.##.2026-cı il tarixdә törәdilmiş, ##.##.2026-cı il tarixdә cinayәt işinin başlanması rәdd edilmiş, İsmayılov Anar Qiyas oğlu barәsindә ##.##.2026-cı il tarixdә inzibati tәnbeh tәtbiq edilmişdir. Göründüyü kimi, İsmayılov Anar Qiyas oğlu barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçmәmişdir. Apellyasiya mәhkәmәsi İsmayılov Anar Qiyas oğlunun iş üzrә 400 (dörd yüz) manat mәblәğindә cәrimә edilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi döymә vә sair zorakı hәrәkәtlәrlә qәsdәn fiziki ağrı yetirdikdә yaranır. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk hesab edir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs şikayәtindә göstәrdiyi dәlillәrә әsasәn mübahisәli qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslar yoxdur. Belә ki, birinci instansiya mәhkәmәsi әsaslı olaraq İXM-in 32-ci maddәsinә әsasәn ilk dәfә inzibati mәsuliyyәtә cәlb edilmәsini nәzәrә alaraq barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs İsmayılov Anar Qiyas oğlunun mәsuliyyәtini yüngüllәşdirәn halı nәzәrә alaraq tәqsirli bilindiyi maddәnin sanksiyası hәddindә cәrimә növündә tәnbeh tәtbiq etmişdir. Apellyasiya Mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi İsmayılov Anar Qiyas oğlunun әmәlindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmәklә düzgün nәticәyә gәlmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı qanuni vә әsaslıdır. Ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, İsmayılov Anar Qiyas oğlunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 400 (dörd yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. İsmayılov Anar Qiyas oğlunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 400 (dörd yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-350/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-350/2026
16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver