Məhkəmə qərarları › İş №3(3-8)-351/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-351/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-351/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək ##.##.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında hərəkətdə olarkən ona məxsus ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı Bmw X5 Xdrive 40e Hybrıd-Plug-in minik avtomobili saxlanılıb. Əsassız olaraq avtomobili işıqforun qadağanedici işığında hərəkət etdiyi iddia edilmişdir. Lakin ona hər hansı bir görüntü və ya digər sübut təqdim olunmamışdır. DYP əməkdaşına sübut etmə öhdəliyinin inzibati orqanda olduğunu bildirməyinə baxmayaraq, bu barədə heç bir müsbət nəticə əldə edə bilməmişdir. Həmin vaxt ona əsasız olaraq qərarsız protokol tərtib olunmuş və 10 gün sonra heç bır araşdırma aparılmadan, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP ******* nömrəli qərar qəbul edilmiş, hər hansı bir görüntü və ya digər sübutlar təqdim edilməmiş və onun hüquqları pozulmuşdur. Bununla əlaqədar olaraq, onun hüquqlarının və ədalət prinsiplərinin qorunması baxımından, məsələnin obyektiv və ədalətli şəkildə araşdırılması, qərarın düzgün şəkildə qəbul edilməsini və barəsində verilən qərarın düzgünlüyünün müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sübutların və digər məlumatların təqdim edilməməsi, həmin qərarın ədalətsiz olduğunu və qanunla nəzərdə tutulan normaların pozulduğunu düşünməyə əsas verir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmuş, Bakı şəhər DYPİ-nin ##.##.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən işə baxılarkən mühüm prosessual pozuntuya yol verilmişdir. Nəticədə inzibati aktı qəbul etmiş orqan məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmamış, iş üzrə öz mövqeyini təqdim etmək, sübutlar vermək, videogörüntüləri və digər materialları məhkəməyə təqdim etmək imkanından məhrum edilmişdir. Buna uyğun olaraq birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. ## #### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) «BMW X5 Xdrive 40E Hibrid-Plug-İn minik» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində “elektron məhkəmə” mobil tətbiqi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, növbəti məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcək. İştirakı olmadan məhkəmə iclasının keçirilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş X4 izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə işıqforun sarı işığında keçmiş və ona görə də sonuncu saxlanılaraq ona bu barədə məlumat vermişdir. X4 YPX avtomobilində olan video görüntünün təqdim edə biləcəyi soruşulmuş, sonuncu həmin görüntülərin bir ay müddətində saxlanıldığından hazırda təqdim edə bilməyəcəyini demişdir. Elşən Muradovun Qərardan şikayət verən orqan (şəxs)la olan məhkəməyə təqdim etdiyi səs yazısı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Elşən Muradov Qərardan şikayət verən orqan (şəxs) işıqforun sarı işığında keçməsini bilmdirmiş və sonuncuda buna etriaz edərək keçməditiyini demişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, inzibati xətanı sübut etmək vəzifəsi hazırkı iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin üzərinə düşür. Buna müvafiq dövlət qurumuna sübutları təqdim etmək imkanı yaradılmış, eyni zamanda Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə müvafiq sorğular ünvanlanmışdır. Lakin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə bağlı, o cümlədən verilmiş sorğulara əsasən sübutlar apellyasiya instansiya məhkəmsinə təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli məktubla Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə sübutların məhkəməyə təqdim edilmsi üçün müraciət edilmiş, lakin hər hansı sübut təqdim ediməmişdir. Qeyd edilənlərə əsasən inzibati xətaya dair qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğuna görə birinci instansiya məhkəməsinin qərarı əsaslı və hüquqa uyğun hesab edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar